85
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
II FƏSİL
bitki növlərini toxum və qələm
vasi təsilə artıraraq boş qal mış
sahələrdə meşə bərpası işlərini
həyata keçirmək mümkündür.
Tükənmiş ərazilərdə enli
yar paqlı və qarışıq meşələrin
bərpa olunması təklifi ilə əla
qədar təşkilatlara müraciət et
mək olar. Açıq sahələrdə meşə
bərpası işləri apararkən əkil miş
ting lərin ətrafında 0,5 m məsafədə alaqlar müntəzəm təmizlənməlidir.
Mövsümdə 34 dəfə olmaqla bir neçə il ərzində alaqetmə işləri aparılır.
Yaxşı olar ki, palıd, cökə, ağcaqayın, göyrüş ağacları birlikdə əkilsin.
Ağacların ətrafında fındıq, böyürtkən, itburnu, doqquzdon kollarını
əkmək olar. Enliyarpaqlı ağacların inkişafına iynəyarpaqlılar bir qədər
məhdudlaşdırıcı təsir göstərir. Münbitliyi az olan torpaqlarda acı paxla
bitkisini becərməklə torpağın münbitləşməsinə şərait yaratmaq olar.
Acı paxla həm də alaq bitkilərinin yayılmasına mane olur.
Yaz mövsümündə bitki örtüyünün sürətlə inkişaf etdiyi zaman
meşə talasında və meşə döşənəyində palıd, göyrüş, ağcaqayın
və d. bitkilərin çoxlu miqdarda toxmacarlarını tapmaq olar. Bu
cücərtilərin hamısı sıx meşəlikdə salamat qalmır. Digər ot bitkilərinin
təsiri alrında işıq çatışmazlığı və güclü rəqabət şəraitində cücərtilər
tam inkişaf edə bilmir. Şəhər parklarında çox zaman ot bitkiləri
biçildiyinə görə belə toxmacarlar məhv olur. Həmin cücərtilərdən
əkin materialı kimi meşəsalma işlərində istifadə etmək mümkündür.
Meşə mütəxəssislərinin nəzarəti altında toxumdan inkişaf edən
cücərtilər kök sistemi zədələnmədən torpaqla qarışıq çıxarılıb
boş qalmış meşə sahələrinə köçürülə bilər. Martaprel aylarında
cücərtilərin ilk yarpaqları inkişaf etdikdən sonra köçürülmüş
bitkilərin davamlılığı artır. Birillik cücərtilər əkin üçün daha yararlıdır.
Lakin hər bir halda meşəyə ziyan vurmamaq üçün ehtiyatlı olmaq
və cücərtilərin yalnız mütəxəssislər tərəfindən müəyyən edilmiş
kiçik bir hissəsi əkin materialı kimi istifadə olunmalıdır. Meşədə
təbii bərpa proseslərinin pozulmasına yol verilməməlidir.
Meşənin salınması qaydaları
Meşə salınması və meşə bərpası işlərində iştirak edən gənc
meşəçilər bir sıra qaydalara riayət etməlidirlər. Ərazinin yerli flora
növlərini tanımaq və öyrənmək vacibdir. Bəzən meşə ekosistemində
Şəkil 30. Meşə əkini
86
II FƏSİL
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
canlılar arasında mürəkkəb qarşılıqlı əlaqəni nəzərə almayan
insanlar meşə salınarkən gəlmə növlərdən istifadə edirlər. Digər
ölkələrdən gətirilən ağac və kol növləri yerli ərazidə iqlim şəraitinə
uyğunlaşdırılaraq introduksiya edilir. Bu növlərdən meşələrin
bərpasında istifadə olunduqda digər yerli ərazinin heyvan və bitki
növləri ilə bioloji qruplaşma əmələ gətirmir. Belə ağacların ətrafında
ot örtüyü, digər ağac və kollar inkişaf etmir, demək olar ki, meşə
örtüyündə boşluq yaranır. Məs: amerika ağcaqayını, qara şam və
s. Əksinə yerli floraya mənsub olan əsməqovaq, cökə ağaclarının
ətrafında palıd, göyrüş və digər ağacların küləklə və ya quşlar
vasitəsilə gətirilən toxumları sürətlə inkişaf edir. Eyni zamanda bu
bitkilər digər canlıların yaşayış evidir. Bir çox həşərat növləri məhz
yerli flora növlərinin üzərində uyğunlaşıb yaşayır. Gəlmə bitki
növlərindən yaşayış yerlərinin yaxşılaşdırılmasında istifadə etmək
daha məqsədəuyğundur. Belə olduqda bəzək bitkiləri ilə maraqlı
kompozisiya yaradan bu növlər təbiətə ziyan vurmur.
Meşə bərpası işlərində faha çox yerli tinglikdə becərilən
tinglər, toxmacarlar və qələmlər istifadə olunmalıdır. Uzaq yerdən
köçürülən əkin materialı fərqli rütubət, temperatur və torpaq
şəraitinə uyğunlaşdığına görə yerli ərazidə nisbətən zəif inkişaf
edir. Nəticədə bitki gec boy atır, xəstəliklərə və ziyanvericilərə
qarşı davamsız olur.
Əkin üçün seçilmiş tinglərin ölçüsü bir sıra şərtlərdən və daha
çox ağacın cinsindən asılıdır. İri ağacları köçürən zaman kök sistemi
zədələnir və bitki xəstələnərək zəif boyatır. Həddindən artıq kiçik
tinglər müntəzəm qulluq tələb edir. Bu bitkilərin ətrafı müntəzəm
olaraq alaqlardan təmizlənməlidir.
Meşə bitkilərinin tinglərinin hündürlüyü orta hesabla 0,5 mdən
11,5 mə qədər olmalıdır. Tingin ölçüsü böyük olduqda, onun kök
sistemini çıxararkən ehtiyatlı olmaq və torpaqla birlikdə köçürmək
lazımdır.
Bitkiləri daimi yerinə köçürərkən sahədə adi qaydada çalalar
qazılır. İynəyarpaqlı ağaclar üçün əkin sahəsinə üzvü gübrə verilmir.
Ağacları çox sıx və ya həddindən artıq seyrək əkmək olmaz. Seyrək
əkilmiş ağacların çətiri qovuşmur və xüsusi meşə mikroiqlimi
əmələ gəlmir. Bir çox ağaclar alçaqboylu olur və əyri bitir. Meşə
massivi salarkən 1 ha sahədə 11,5 min ting əkilir. Orta hesabla
ağaclar birbirindən 2,53 m aralıda əkilməlidir. İşıqsevən ağacları
bir qədər uzaqda, birbirindən 3,54 m aralıda əkmək lazımdır. Yol
kənarında, yarğan kənarında və çay sahilində ağacların arasında
1,52 m məsafə saxlanılır.
87
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
II FƏSİL
6070 sm hündürlükdə ağacları əkmək üçün 40x40 sm və ya
60x60 sm ölçüdə sahə bellənir. Bellənmə zamanı alaq bitkiləri
çevrilən torpaq kütləsinin altında qalaraq əkinlərə mane olmur.
Sonra torpağı yumşaltmaq lazımdır. Belin eni qədər dərinlikdə çala
qazılır. Tingin kök sistemi ehtiyatla çalaya yerləşdirilir. Bu zaman
kökləri əllə düzəltmək lazımdır ki, yuxarıya qatlanmasın.
Əkin zamanı şagirdlər tingləri elə tutmalıdırlar kı, kök boğası
torpağın səthinə bərabər səviyyədə yerləşsin. Çalaya ehtiyatla
torpaq əlavə edilir və üzəri bərkidilir. (Kökün ətrafındakı boşluq
doldurulur ki, su keçiriciliyi və yeni köklərin inkişafı təmin olunsun).
Torpağı möhkəm bərkidərək tingi elə tutmaq lazımdır ki, kök boğazı
torpağın səthindən aşağı düşməsin. Sonra bitki suvarılır. Suvarma
zamanı kökün torpaqla təması daha yaxşı təmin olunur və kifayət
qədər mineral maddələr mənimsənilir. Əgər torpaq nəmdirsə,
bir əkinə 0,51 litr, qurudursa, 25 litr su tələb olunur. Suvarma
zamanı tingin əyilməməsi üçün yanında taxta dirək basdırılır və
bitki iplə bu dirəyə bağlanır. Dirəklər güclü külək zamanı bitkilərin
əyilməsinin qarşısını alır. Əkindən bir neçə həftə sonra tinglərin ətrafı
alaqlardan təmizlənir. Bu dövr əkin üçün sınaq dövrü hesab edilir.
Rəqabətə davamlı ağaclar daha tez inkişaf edərək möhkəmlənir.
Boyu 70 smdən hündür olan tinglər üçün 60x60 sm və ya
80x80 sm ölçüdə sahə bellənir. Bellənmiş sahədə hər bir bitki üçün
təxminən 20x20x20 sm ölçüdə çala qazılır. Eyni qayda üzrə tinglər
çalaya qoyulub bitkilərin kök boğazı yer səthinə bərabər səviyyədə
yerləşdirilir. Torpaq əlavə edilib bərkidilir və dirək basdırılır. Hündür
boylu ağacları suvarmaq üçün 27 litr su tələb olunur.
Əkilmiş tinglərə kifayət qədər su verilməlidir. Enliyarpaqlı ağac
cinslərinin yarpaqları inkişaf etməyə başladıqdan payızda tökülənə
qədər bitkilərə su tələb olunur. Həmin dövrdə ağacları köçürmək
olmaz, çünki tinglər məhv olar. İynəyarpaqlı bitlkilərdə bu dövrdə
cavan zoğlar əmələ gəlir və gövdə oduncaqlaşır.
Əkin materialı kimi toxumların cücərdilməsinə üstünlük verilir. Kök
pöhrələri vasitəsilə artırılan bitkilərdə kök sistemi zəif inkişaf edir və
ana bitkinin xəstəlikləri irsən keçir. Əgər əkin üçün kök sistemi daha
güclü inkişaf etmiş kök pöhrələri seçilibsə, becərilməsi mümkündür.
Qış mövsümündə cücərtilərin üzərini örtmək olmaz. Bu göbələk
sporlarının yayılmasına və bitkilərin məhvinə səbəb olur. Meşə
bitkilərini bataqlıq sahələrdə, elektrik xətlərini altında, otlaqda,
çəmənlikdə əkmək olmaz.
Meşə döşənəyindəki törtöküntünü və quru budaqları yığışdırmaq
olmaz. Bitki qalıqları torpağın məhsuldarlığını artıraraq bir çox bitki
Dostları ilə paylaş: |