80
II FƏSİL
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
verici həşəratlardan qorunmalıdır. Bunun üçün ayrılmış sahə
əvvəlcədən zərərverici həşəratların sürfələrindən təmizlənməlidir.
Xəstə və qurumaqda olan bitkilər dərhal sahədən çıxarılmalı, alaq
otları məhv edilməlidir. Faydalı həşəratyeyən quşların, gəmiricilərlə
qidalanan yırtıcı quşların cəlb olunması üçün xüsusi quş yuvaları
və yem təknələri hazırlanır. Müxtəlif xəstəliklərə qarşı kimyəvi
məhlullardan ehtiyatla istifadə etmək lazımdır. Yaxşı olar ki, bu
xəstəliklərə qarşı sabunlu məhluldan, küldən və s. istifadə edilsin.
Meşənin salınması
Təbii meşələrdə məhv olmuş ağacların yerini qısa
bir müddətdə
ərzində yeni ağaclar tutur. Meşənin alt yaruslarında yerləşən
kolların, ot bitkilərinin, mamır və şibyələrin həyat dövrü ağaclardakı
dəyişikliklərə uyğunlaşır. Təbii meşə ekosistemində ağacların təbii
nəsil növbələşməsi daimi bir proses olub davamlıdır. Bu prosesə
insanın müdaxilə etməsinə heç bir ehtiyac yoxdur. Yalnız meşənin
tükəndiyi ərazidə özözünə bərpası mümkün olmadığı
hallarda
insan tərəfindən süni meşələrin salınmasına tələbat yaranır.
Meşə əkinləri meşə bərpası və meşə salınması istiqamətlərində
aparılır. Meşə bərpası işləri meşənin təbii bərpasına yardım etmək
və ya süni meşə əkinləri salmaq məqsədilə həyata keçirilir.
Meşə yanğınlarından, qanunsuz meşə qırmalarından sonra
bitki örtüyünün bərpa olunmasına xüsusi tələbat yaranır. Nadir
hallarda zərər çəkmiş meşə sahəsində təbii yolla cavan ağaclar
inkişaf etməyə başlayır. Bərpa prosesini
sürətləndirmək üçün
həmin ərazidə bitən bitkilərin toxumlarından becərilib artırılmış
əkin materialı boş qalmış sahəyə köçürülür. Bu zaman meşənin
bioloji müxtəlifliyini də nəzərə almaq vacibdir. Süni meşələrdə təbii
meşədə olan növ müxtəlifliyi və zənginlik müşahidə olunmur.
Tükənmiş sahələrdə və ya uzun müddət meşəsiz qalmış
sahələrdə meşə salınması bir çox şərtlərdən asılıdır. Həmin
ərazilərdə özözünə meşə yarana bilməz. Buna görə də əkilmiş
bitkiləri yanğından, quraqlıqdan,
küləkdən, malqaradan qorumaq
lazımdır. Meşələrin təbii yolla bərpasını sürətləndirmək üçün əlavə
tədbirlər də həyata keçirilir. Torpaq örtüyü yumşaldılır ki, ağac və
kol bitkilərinin toxumları asanlıqla kök atsın.
Meşələr daha çox torpaqların eroziyadan qorunması, sürüşmə
lərin qarşısının alınması, çayların sahillərinin bərkidilməsi, yaşayış
məntəqələrinin əlverişsiz mühit təsirlərindən (quraqlıq,
külək və
s.) mühafizə olunması məqsədilə salınır. Dəmir yolları və avtomobil
yollarının kənarında salınan meşə zolaqları tozdan, zəhərli tullantı
81
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
II FƏSİL
lardan qorunmaq üçün ən yaxşı vasitədir. Yol kənarında bir sırada
əkilmiş ağaclar küləyin sürətini azaldır, şaxtalı havada yolların buz
bağlamasına mane olur.
Su hövzələrinin kənarında salınan meşələr çayların sahillərini
yuyulmaqdan mühafizə edir. Sahil boyu tuqay meşələri yazda qarın
əriməsini ləngidir və yağış sularının tədricən torpağa hopmasına,
çayların suyunun artmasına şərait yaradır. Su hövzələrindən
rütubətin bir hissəsini buxarlandıraraq quraqlığın təsirini azaldır
və əkin sahələrini quraqlıqdan qoruyur. Kiçik çayların, bulaqların
ətrafındakı meşə zolaqlarının böyük əhəmiyyəti vardır. İri çayların
suyunun həcmi məhz kiçik su hövzələrindən asılıdır.
Yaşayış məntəqələrinin ətrafındakı meşələr ətraf mühitin vəziy
yətini yaxşılaşdırır. Belə meşələr havanı geniş miqyasda çirk lən
dirici maddələrdən təmizləyir. Eyni zamanda su dövranında və
iqlim şəraitinin yaxşılaşmasında rol oynayır. Yeni salınan
meşələr
atmosferdə karbon qazının miqdarını xeyli azaldır. Bildiyiniz kimi,
sənayedə və nəqliyyatda yanacağın yandırılması zamanı əmələ
gələn karbon qazı planetdə iqlim dəyişmələrinə səbəb olan “istixana
effekti” yaradır. Bu prosesin təhlükəli nəticələri bir çox hadisələrə
səbəb ola bilər. Buna görə də BMT tərəfindən “İqlim dəyişmələri üzrə
beynəlxalq çərçivə” Konvensiyası və Kioto pro tokolu qəbul edilmişdir.
İqlim dəyişmələrinin qarşısını almaq üçün
ən təsirli vasitələrdən
biri yeni meşə sahələrinin salınmasıdır. Meşələrin sahəsi artıqca,
udulan karbon qazının da miqdarı artır və atmosferdə qaz balansı
bərpa olunur. Yaşayış məntəqələrinin yaxınlığında salınan meşələr
əhalinin sevimli istirahət yeri olub, göbələk, meyvə, giləmeyvə və
dərman bitkilərinin tədarükündə əhəmiyyətlidir.
Meşəni bərpa edərkən biz onun təbii mənzərəsinə xələl gətir
mədən müxtəlif yaşlı və cinsi bitkiliyi qorumağa çalışırıq. Zaman
ötdükcə əkdiyimiz ağaclar bar verib toxum əmələ gətirir və onların
ətrafında cavan pöhrələr əmələ gəlir. Əgər əkinlər birbirindən çox
da uzaq məsafədə deyilsə (200300 m), bir neçə ildən sonra onlar
bütov meşə massivinə çevrilir. Yerli şəraitə uyğunlaşmış
bitkilər
daha sürətlə inkişaf edir. Buna görə də ərazinin meşə florasına
daxil olan növlərdən istifadə etmək daha məqsədəuyğundur.
Meşə talasının flora və faunası çox zəngindir. Burada həm
meşə, həm də çəmən bitkiləri yaxşı inkişaf edir. Yadda saxlamaq
lazımdır ki, meşə talası ətraf mühitin əlverişsiz təsirlərinə qarşı
çox həssasdır. Meşənin əsl mikroiqlimi meşə talasından 100150 m
məsafədə formalaşır. Buna görə də belə əraziləri qorumaq lazımdır.
Palıd meşəsinin bərpası çox mürəkkəb bir işdir. Cavan palıd
ağaclarını digər ağac növlərinintozağacı, quşarmudu və s. himayəsi