Kitab Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə Sisteminin Təkmilləşdirilməsi proqramının ikinci fazası



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə29/41
tarix08.07.2018
ölçüsü1,66 Mb.
#53891
1   ...   25   26   27   28   29   30   31   32   ...   41

82
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
altında  əkmək  lazımdır.  Bu  zaman  əkin  sıxlığı  elə  seçilməlidir
ki,  himayədar  ağaclar  palıd  pöhrələrini  sıxışdırmasın  və  yaşayış
mühiti qorunub saxlansın. Digər tərəfdən isə cavan palıd ağacları
küləkdən və günəşdən qorunsun.
Meşə bitkiləri aşağıdakı qaydada əkilir:
1.  Əsas  meşə  cinslərindən  olan  ağaclar  əkilir:  palıd,  vələs,
fıstıq, göyrüş və s. Bu ağaclar kifayət qədər yaxın əkilməlidir
ki, 8­12 ildən sonra onların sıx çətirləri bir­birinə qovuşsun.
3­4 illik tinglər əkilən zaman cərgəarası 2­3 m, bitki arası
0,8­1 m olmalıdır. 5­6 illik tinglərin hündürlüyü 1 m­dirsə,
cərgəarası 1,5­2 m olur.
2.  Əsas  ağac  cinslərinin  arasında  köməkçi  cinslər  əkilir.
Alçaqboylu ağaclar və meşə kolları sürətlə inkişaf edərək
ağac tinglərinin ətrafında əlverişli mikroiqlim şəraiti yaradır.
Belə növlərə quşarmudu, tozağacı, cökə, əsməqovaq aiddir.
Bu bitkilərin ömrü əsas meşə cinslərinə nisbətən qısa olsa da
onları küləkdən və günəşdən qoruyur. Əkilmiş meşə tingləri
kənardan 3­5 cərgə himayədar ağaclarla qorunmalıdır.
3.  Boş  qalmış  meşə  talalarında  daha  çox  paxlalı  bitkilərin
əkilməsi məsləhətdir. Belə olduqda torpağın keyfiyyəti xeyli
yüksəlir.
4.  Əkin  sahəsinin  kənarında  xəbərdarlıq  lövhəsi  qoyulur  ki,
cavan  bitkiləri  mal­qaradan,  təsadüfi  hallardan  qorumaq
mümkün olsun.
Meşə salınması işlərində layihələşdirmə ən maraqlı məqamlardan
biridir.  Meşə  zolağının  salınacağı  və  ya  bərpa  olunacaq  sahənin
sxemi  əvvəlcədən  cəkilir.  Yollar,  çay,  bulaqlar,  yamaclar  və  s.
göstərilir.  Meşədəki  yamaclarda  elə  bitkilər  əkilməlidir  ki,  bitki
örtüyünə xələl gəlməsin. Çay hövzələrində rütübətsevən söyüd və
qızılağac bitkilərinə üstünlük verilir.
Meşə  sahələrinin  bərpası  –  hər  hansı  xarici  mühit  təsirləri
altında yanğın, təbii fəlakət, qanunsuz meşəqırmaları nəticəsində
boşalmış  ərazidə  meşənin  suni  şəkildə  bərpa  olunmasıdır.  Kiçik
sahələri bərpa edərkən meşənin ümumi görünüşünü və bitkiliyin
tərkibini qoruyub saxlamaqla yerli ağac və kol cinslərindən istifadə
olunur. Əkin bir qədər sıx aparılır ki, aradakı boşluqda digər bitki
növləri bitməsin. Meşədə həmin ərazidə təsadüf olunmayan “yad”
növləri əkmək məqsədəuyğun deyildir. Çünki müxtəlif bitki növləri
arasında  rəqabət  və  qida  əlaqələri  yalnız  bir­birinə  uyğunlaşmış
bitkilərin  normal  inkişafına  şərait  yaradır.  Məsələn,  söyüdün  və
əsməqovağın bitdiyi rütubətli yerlərdə şam ağacını əkmək yaramaz.


83
 MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI 
II FƏSİL
Meşənin təbii bərpa sistemini planlaşdırmaq üçün müxtəlif ağac
və kol növlərini bioloji qruplarla əkmək lazımdır. Bu zaman hər bir
növ 20­40 ağac və ya 5­10 kol bitkisi olmaqla kiçik qrup halında bir­
birindən müəyyən məsafədə əkilir. İnkişaf etdikcə kollar sıx cəngəllik
əmələ gətirir və inkişaf edən ağacların altında ikinci ­ üçüncü yarusu
təşkil edir. Eyni növ ağaclar kifayət qədər sabit inkişaf edir və bir­
birinə kölgə salıb mane olmur. Bitkilərin müəyyən hissəsi tələf olsa
da,  salamat  qalanlar  daha  dözümlü  olub,  toxumlarını  yaymaqla
təbii meşə massivinin bərpa olunmasına şərait yaradır.
Təbii  olaraq  inkişaf  edən  meşənin  formalaşması  üçün  xidməti 
qırmalardan imtina etmək lazımdır. Bəzən insanların şəxsi nöqteyi 
­ nəzərindən çatışmazlıq və ya nöqsan kimi görünən təbii proseslər 
tam qanunauyğun şəkildə baş verir və təbiət özü bütün hadisələri 
nizamlayır. Buna görədə də meşənin bioekoloji inkişaf qanunlarını 
öyrənmək və pozmamaq gənc meşəçilərin əsas devizi olmalıdır.
Meşənin salınması üçün sahənin seçilməsi
Meşə  salınması  işlərinə  başlamazdan  əvvəl  ərazinin  meşə
örtüyünün  tarixi  keçmişi  və  hazırki  vəziyyəti  öyrənilir.  Torpaq
şəraiti və bitki örtüyü təhlil olunur. Meşə təsərrüfatı müəssisəsinin
mütəxəssisləri ilə əlaqə saxlanılaraq onların tövsiyələrindən istifadə
edilir.  Əkin  sahələri  meşə  bərpası  və  mühafizəsi  müəssisələrinin
əməkdaşları  və  ya  meşəbəyilər  tərəfindən  seçilir.  Yenidən  bərpa
olunmaq məqsədilə seçilmiş tükənmiş meşə sahəsii əkin üçün ən
yaxşı seçimdir.
Meşə əkini üçün yerin düzgün seçilməsi uğurun başlanğıcı hesab
olunur. Ərazidə meşə əkini aparmaq üçün yerli idarəetmə orqanlarının
razılığı  olmalıdır.  Seçilmiş  ərazidə  keçmişdə  heç  bir  təsərrüfat
fəaliyyətinin  həyata  keçirilmədiyinə  əmin  olmalısınız.  Bunun  üçün
təsərrüfat məqsədləri üçün yararsız torpaq sahələri seçilməlidir. Belə
sahələrdə  yarğanlar,  tullantılar  varsa,  istifadəyə  yararsız  torpağın
sonradan digər təsərrüfat məqsədləri üçün istifadə olunmayacağına
əmin  ola  bilərsiniz.  Digər  tərəfdən  bu  ərazidə  salınacaq  meşənin
əhəmiyyəti  hamıya  aydındır.  Çayların  və  digər  su  hövzələrinin
kənarında  salınan  meşələr  dövlət  tərəfindən  qorunur.  Ölkəmizdə
tuqay meşələrinin bərpa olunması aktual məsələlərdən biridir və bu
işdə məktəblilər də böyüklərlə birlikdə səy göstərməlidirlər.
Çox vaxt çəmənlik və çöl ekosistemləri nadir və nəsli kəsilməkdə
olan bitki, heyvan növlərinin yaşayış məskəni olduğuna görə, belə
sahələrdə meşələrin salınması arzuolunmaz ekoloji fəsadlara səbəb


84
II FƏSİL 
MƏKTƏB MEŞƏÇİLİYİNİN YARADILMASI
ola  bilər.  Buna  görə  də  ərazinin  seçilməsi  üçün  təbiəti  mühafizə
cəmiyyətinin,  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  regional
departamentlərinin,  meşəçilik  təsərrüfatlarının,  meşə  bərpası  və
mühafizəsi  müəssisələrinin  mütəxəssislərindən  tövsiyə  və  razılıq
almaq lazımdır.
Meşə  zolağının  salınması  üçün  yerin  düzgün  seçilməsi  əsas
şərtlərdən  biridir.  Seçimdə  buraxılan  səhvlər  sonradan  gənc
meşəçilərin səylərinin hədər getməsinə səbəb ola bilər. Əsas meşə
növləri  neytral  və  zəif  turşuluğa  malik  torpaqlarda  daha  yaxşı
inkişaf  edir.  Torpaqda  həddindən  artıq  rütubətin  toplanmaması
vacib  şərtlərdən  biridir.  Belə  torpaqlarda  palıd,  cökə,  ağcaqayın,
qızılağac, qovaq ağacları, fındıq, zirinc, itburnu, böyürtkən kolları
yaxşı inkişaf edir.
Meşəsalma işlərində meşə ekosisteminin bərpa olunmasına xüsusi
diqqət  yetirilməlidir.  Meşənin  tükənmiş  ərazilərindəki  boşluqlarda
cavan ağaclar əkməklə meşənin sıx bitki örtüyü ilə zəngin sahələrini
birləşdirmək  mümkündür.  Cavan  ağaclar  yetkin  ağacların  çətiri
altında  deyil,  bir  qədər  kənarda  əkilməlidir.  Məsələn,  işıqsevən
palıd  ağacını  sıx  meşəlik  sahəsində  əkmək  məsləhət  deyildir.
Lakin açıq sahələrdə də bitkilərin inkişafına əlverişsiz iqlim şəraiti
təsir göstərir. Meşə yanğınları, qanunsuz qırıntılar, təbii fəlakətlər
zamanı  yaranan  boşluqlar,  meşə  talaları  palıd  və  digər  işıqsevən
bitkilərin  toxmacarlarının  inkişafı  üçün  münasib  şəraitdir.  Meşə
ağaclarını  toxumla  artırarkən  yerli  bitki  növlərinin  toxumlarından
istifadə  etmək  daha  məqsədəuyğundur.  Bu  toxumlardan  inkişaf
edən cücərtilər əlverişsiz təsirlərə qarşı daha davamlı və az tələbkar
olur.  Tükənmiş  meşə  sahələrində  əkilən  palıd  və  s.  ağacların
ətrafında tezliklə digər bitkilərin cücərtiləri inkişaf etməyə başlayır.
Həmin cücərtilər bərpa olunan sahənin enliyarpaqlı və iynəyarpaqlı
bitkilərdən ibarət qarışıq meşəyə çevriılməsinə səbəb olur.
Ərazidə təsadüf olunan ot bitkilərindən inciçiçəyi, zümrüdçiçəyi,
dazıotu və s. toxumları meşə sahəsinin bərpa olunmasında istifadə
edilə bilər. Birillik və çoxillik ot bitkiləri ilə təcrübəçilik işlərinin təşkili,
həm  də  biomüxtəlifliyi  tədqiq  etmək  üçün  maraqlı  sahədir.  Çay
vadilərində, su hövzələrinin və yarğanların kənarında meşəsalma
işlərinin  aparılması  əhəmiyyətlidir.  Bu  halda  çayların  suyunun
azalmasının, sürüşmələrin qarşısı alınır. Vaxtı ilə kənd təsərrüfatı
məqsədləri üçün istifadə olunmuş boş qalmış əkin sahələri çox vaxt
qaratikan və digər alaq bitkiləri ilə örtülərək meşəarası sahələrin
ümumi görkəminə xələl gətirir. Məsələn, Xaçmaz rayonu ərazisində
Nabran meşələrində belə sahələr mövcuddur. Yerli floraya məxsus


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə