Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə37/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   33   34   35   36   37   38   39   40   ...   61

154
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
yalnız AŞPArlament Assambleyasının plenar iclası qəbul 
edə  bilər.  Bütün  bu  səbəblərə  görə  mən  ümumilikdə 
insan  Haqları  və  Hüquq  komitəsi  və  xüsusilə  onun 
sədrinin  qərəzli  yanaşmasına  tamamilə  etiraz  edirəm. 
AŞPA  üzvü  kimi,  Büro  və  insan  Haqları  və  Hüquq 
Məsələləri komitəsinin qərarlarına hörmət edilməsində 
təkid  edirəm.  Düşünürəm  ki, Azərbaycan  rəsmiləri  də 
AŞPA-nın Bürosuna, eyni zamanda, ölkəmizə hüququn 
aliliyinə hörmət edərək siyasi məhbus anlayışı ilə bağlı 
kriteriyalar  müəyyənləşməmiş,  həmin  məsələ  ilə  bağlı 
AŞPA-nın  plenar  sessiyasında  müvafiq  konvensiyanın 
və ya qətnamə qəbul edilməmiş hər hansı bir hesabatın 
hazırlanmasının əleyhinədir
- Sizcə bu kriteriyalar kim tərəfindən hazırlanmalı-
dır? Bu işlər kimə həvalə olunmalıdır?
-  Mən  şəxsən  hüquqi  sənədin  olmaması  ilə  yanaşı 
iki məruzənin bir məruzəçiyə verilməsini absurd hesab 
edirəm. Fikrimcə, məsələnin obyektiv, qərəzsiz və ayrı-
seçkiliyə  yol  vermədən  həllinə  nail  olmaq  üçün  insan 
Haqları və Hüquq komitəsi “siyasi məhbus” məsələləri 
üzrə  alt  komitə  yaradılması  barədə  qərar  qəbul 
etməlidir.  Həmin  alt  komitənin  üzvləri  tərəfindən  “si-
yasi məhbus”anlayışını və siyasi məhbusların müəyyən 
edilməsi  üçün  kriteriyaları  özündə  ehtiva  edən  sənəd 
layihəsi hazırlanmalıdır. Bu layihə AŞPA-nın plenar ses-
siyasında səsə qoyularaq qəbul edildikdən sonra AŞ-na 
üzv olan 47 dövlətin hamısına şamil edilə biləcək hüqu-
qi sənəd olur. Həmin sənəd ya Avropa Şurasının müva-
fiq konvensiyası və ya AŞPA-nın qətnaməsi formasında 
ola bilər. Yalnız AŞ çərçivəsində ümumtanınmış belə bir 
sənəd qəbul edildikdən sonra, AŞ-na üzv ölkələrinin hər 
hansı birində, o cümlədən Azərbaycanda, siyasi məhbus 
olması  ehtimalı  olduqda,  həmin  ölkə  üzrə  məruzəçi 
təyin edilə bilər. Alt komitə öz gələcək fəaliyyətini Av-
ropa  Şurasına  üzv  ölkələrdə  siyasi  məhbus  məsələləri 


155
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
üzrə  heç  bir  ayrı-seçkiliyə  yol  vermədən  monitoriqlər 
aparmaqla davam etdirməlidir. Mən millət vəkili olaraq 
hər  hansı  digər  orqan  deyil,  Avropa  Şurası  Parlament 
Assambleyası tərəfindən rəsmi sənədin (konvensiya və 
ya qətnamənin) qəbul edilməsi üçün təkidimdə qalıram 
və növbəti iclaslarda da bu məsələni qaldıracağam. He-
sab edirəm ki, hər hansı konkret şəxs “siyasi məhbus” 
anlayışı və meyarlarını özündə əks etdirən sənəd hazır-
laya bilməz, bu yalnız məsələ ilə bağlı onun fikirləri və 
ya mövqeyi ola bilər. Bununla yanaşı, konkret şəxs belə 
bir  meyarlar  hazırlasa  belə,  həmin  ölkə  üzrə  məruzəçi 
ola bilməz.
- AŞPA-nın bu günədək “siyasi məhbus” kriterisini 
müəyyənləşdirməməsi hansı səbəblərdən irəli gəlir? 
- Sirr deyil ki, iddia edilən siyasi məhbuslar proble-
mi yalnız Azərbaycanı deyil, Avropa Şurasına üzv olan 
bir çox dövlətləri də narahat edən çox incə bir məsələdir. 
Bir üzv dövləti ittiham etməyə cəhd məqsədilə qərəzli 
yolla yaradılmış meyarların öz ölkələrində bir çox digər 
halları  mürəkkəbləşdirə  bilməsindən  qorxan  digər 
dövlətlərdən  olan  bir  çox  həmkarlarımızın  narahatlığı 
başa  düşüləndir.  Siyasi  məhbus  anlayışı  kriterilərinin 
müəyyənləşməsi ilə bağlı AŞPA qətnamə qəbul etdikdən 
sonra  qurumun  əksər  üzvləri  Azərbaycanda  iddia 
edilən siyasi məhbuslara dair hesabatın hazırlanmasını 
əhəmiyyətli hesab edərsə, mən bu fikrə qarşı çıxmaya-
cam.  lakin  bizim  ikili  standartların  qurbanı  olmamaq 
hüququmuz  var.  Bizim  haqqımız  var  ki,  plenar  iclas 
tərəfindən  qəbul  edilən  və  bütün  üzv  dövlətlər  üçün 
tamamilə müvafiq olan universal meyarlar və standart-
lara dair araşdırma aparaq. 
-  Belə  olan  təqdirdə  hansısa  məruzəçinin 
Azərbaycana səfəri və hansısa hesabat hazırlaması da 
doğru olmazdı. 
-  Mən  bu  fikrmdə  qalıram.  AŞPA-nın  plenar  icla-


156
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
sı  tərəfindən  bu  meyarlar  aydın  müəyyən  edilməyənə 
qədər,  Azərbaycana  hər  hansı  məruzəçinin  səfərini 
dəstəkləmək  üçün  heç  bir  səbəb  görmürəm.  Bu  cür 
məruzəçi  ölkəmin  yaxşı  imicinə  zərər  vurmaq,  bütün 
üzv dövlətləri çətin vəziyyətə salmaq və nəhayət, AŞPA-
nın beynəlxalq təşkilat kimi etibarını sual altına almaq 
üçün bu səfərdən istifadə edə bilər. Ona görə də siyasi 
məhbusların  müəyyənləşdirilməsinin  universal  meyar-
ları  barədə  məsələ  Avropa  Şurasının  plenar  iclasında 
açıq  müzakirə  edilməyənə  və  tamamlanmayana  qədər 
səlahiyyətli  orqanlarımıza  bu  mövzuya  dair  hər  hansı 
məruzəçinin dəvət edilməsini tövsiyə etməyəcəyəm.
- Bəs qarşı tərəf sizin bufikrlərinizə hansı arqumentlə 
cavab verir?
- Hüquq komitəsinin iclasında aparılan müzakirələrlə 
bağlı həmin komitənin sədri və katibliyinə müraciət et-
dim.  Onlardan  siyasi  məhbus  anlayışı  və  meyarlarnın 
müəyyənləşdirilməsinə  dair  AŞPA  tərəfindən  plenar 
iclasda  qəbul  edilən  hər  hansı  qərarın  nüsxəsini  mənə 
göndərmələrini  xahiş  etdim.  Müraciətə  cavab  olaraq 
katiblik bir sıra konkret məhbusların, xüsusilə əlikram 
Hümbətov,  isgəndər  Həmidovun  və  Rəhim  Qazıye-
vin  azad  edilməsi  və  ya  onların  işlərinə  məhkəmədə 
yenidən  baxılması  barədə AŞPA-nın  2002-ci  ildə  qəbul 
etmiş  olduğu  1272  (1)  saylı  və  özündə  heç  bir  meyar-
ları  əks  etdirməyən  “Azərbaycanda  siyasi  məhbuslar” 
adlı  qətnaməsini  təqdim  etdi.  Mən  bununla  katibliyin 
nəzərinə  çatdırdım  ki,  bu  qətnamə  özündə  nə  “siya-
si  məhbus”  anlayışını,  nə  də  heç  bir  meyarı  əks  etdir-
mir.  Deyə  bilərəm  ki,  mənim  insan  Haqları  və  Hüquq 
komitəsinin  sədrinə  və  katibliyinə  ünvanladığım 
müraciət cavabsız qalıb.
- Ştrasserin bu məsələ ilə bağlı verdiyi açıqlamalar-
dan da yəqin ki xəbərdarsınız. 
-  təbii  ki.  Bu  gün  Hüquq  komitəsinin  məntiqinə 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə