Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə40/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   36   37   38   39   40   41   42   43   ...   61

165
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
ictimaiyyətinin  diqqətinə  çatdırmalı  və  əməkdaşlığın 
konstruktiv  məcrada  inkişaf  etdirilməsinə  çalışma-
lıyıq.  Bunun  üçün  isə  müxtəlif  səviyyələrdə  əlaqələr 
daha səmərəli qurulmalı, Avropa Parlamenti üzvləri ilə 
münasibətlər  konseptual  şəkildə  həll  edilməli,  həmin 
qurumda  fəaliyyət  göstərən  siyasi  partiyalardan  ibarət 
qruplarla  həm  dövlət  səviyyəsində,  həm  də  ayrı-ay-
rı ictimaiyyət nümayəndələri, o cümlədən Milli Məclis 
üzvləri  səviyyəsində  işlər  aparılmalıdır.  Belə  olan  hal-
da, ölkəmizə qarşı atıla biləcək qeyri-obyektiv addımla-
rın qarşısını vaxtında ala bilərik və bu, öz növbəsində, 
Azərbaycanla Avropa  ittifaqı  qurumları  arasında  işgü-
zarlığın artmasına müsbət təsir göstərər. 
-  Mayın  əvvəllərində  AVRONEST  PA  təsis  edildi. 
Nümayəndə heyətinin rəhbəri kimi Azərbaycanın bu 
qurumda fəaliyyətini necə görürsünüz? 
-  Bildirmək  istərdim  ki,  Azərbaycan  nümayəndə 
heyəti AvRONESt PA-da 10 nəfər deputatla təmsil olu-
nur. Azərbaycan nümayəndə heyəti ilk gündən bu qu-
rumda aktiv iştirak etməyə başlayıb və təsis konfransı za-
manı idarəçilik orqanlarının formalaşdırılmasında ciddi 
uğurlar əldə edib. Nümayəndə heyətimizin üzvlərindən 
biri  komitə  sədri,  digər  ikisi  isə  müxtəlif  komitələrdə 
sədr müavinləri seçilib. Gələcəkdə biz AvRONESt PA-
da  fəaliyyətimizi  daha  da  inkişaf  etdirməyi  planlaş-
dırırıq.  Azərbaycan  nümayəndə  heyəti  PA-nın  bütün 
komitələrində və işçi qruplarında təmsil olunacaq. Hər 
bir  komitədə  və  plenar  iclaslarda  Azərbaycanın  milli 
maraqlarına cavab verən, regionda sülh, təhlükəsizlik və 
s. məsələlərin gündəliyə salınması və bu barədə müva-
fiq qərarların qəbul edilməsi əsas məqsədlərimizdəndir. 
konkret planlara gəldikdə isə, bir sıra məsələləri xüsusilə 
qeyd etməliyəm. 
Prioritet istiqamətlərdən biri kimi Ermənistanın işğa-
lı və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan 


166
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
artıq Azərbaycan vətəndaşının qaçqın və məcburi köç-
kün vəziyyətinə düşməsi, onların beynəlxalq sənədlərdə 
tövsif  olunmuş  bütün  hüquq  və  azadlıqlarının  kütləvi 
və kobud şəkildə pozulması daim gündəmdə saxlanıl-
malıdır. Çalışacağıq ki, AvRONESt PA tərəfindən işğal 
nəticəsində  kütləvi  və  kobud  şəkildə  insan  hüquqla-
rının  pozulması  və  bu  pozuntulara  görə  məsuliyyətin 
məhz  Ermənistan  dövlətinin  üzərinə  düşməsi  ilə  bağlı 
qətnamə qəbul edilsin. 
Fəaliyyətimizin  digər  bir  istiqaməti  Ermənistanın 
işğal  etdiyi  Azərbaycan  ərazilərində  qeyri-qanuni 
məskunlaşdırma  siyasətini  həyata  keçirməsini  diqqət 
mərkəzində saxlamaqdan ibarət olacaq. Bildiyiniz kimi, 
Ermənistan işğal etdiyi ərazilərdə demoqrafik vəziyyəti 
dəyişməyə  çalışır.  Dəfələrlə  bu  məsələ  Azərbaycan 
tərəfindən  qaldırılıb,  Atət-in  faktaraşdırıcı  missiya-
sının  2011-ci  ilin  əvvəlində  təqdim  etdiyi  məruzədə 
işğal  altındakı  ərazilərə  qeyri-qanuni  olaraq  13000 
nəfərin köçürülməsi faktı öz təsdiqini tapıb. əvvəllər bu 
ərazilərə 23000-dən artıq erməninin köçürülməsi faktı da 
müxtəlif mənbələrdə qeyd edilirdi. Hazırda Ermənistan 
Azərbaycanın  işğal  edilmiş  ərazilərində  qeyri-qanuni 
məskunlaşdırma siyasətinin yeni mərhələsinə başlamağa 
hazırlaşır. Belə ki, bu yaxınlarda Qırğızıstanda yaşayan 
emşinaz  etnik  qrupun  nümayəndəsi  Ermənistanda  və 
işğal edilmiş Azərbaycan ərazilərində olub, Ermənistan 
rəhbərliyi  ilə  200  eşminaz  ailəsinin  Dağlıq  Qarabağ-
da  yerləşdirilməsi  məsələsini  müzakirə  edib  və  razılıq 
əldə olunub. ilkin məlumatlara görə, eşminaz ailələrinin 
Azərbaycanın xocavənd rayonunda məskunlaşdırılması 
planlaşdırılır.  Azərbaycan  nümayəndə  heyəti  AvRO-
NESt PA-da məsələnin araşdırılması üçün məruzəçilərin 
təyin olunmasına və təqdim ediləcək məruzənin nəticəsi 
kimi qətnamənin qəbuluna çalışacaq. 
Hazırda Ermənistanın Metsamor Atom Elektrik Stan-


167
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
siyası tək region dövlətləri üçün deyil, bütövlükdə Avro-
pa və Orta Şərq ölkələri üçün ciddi təhlükə mənbəyidir. 
Belə ki, bu stansiya seysmik baxımdan təhlükəli ərazidə 
tikilməklə  yanaşı,  həm  də  orada  istifadə  edilən  nüvə 
reaktorları köhnəlib, öz resurslarını tam başa vurub və 
istənilən an bir neçə regionu əhatə edən geniş bir ərazidə 
yaşayan  xalqlar  üçün  fəlakət  mənbəyinə  çevrilə  bilər. 
Odur ki, Azərbaycan nümayəndə heyəti Metsamor AES-
in  fəaliyyətinin  dayandırılması  üçün  təcili  tədbirlərin 
görülməsi istiqamətində konkret addımlar atacaq. 
Bundan əlavə, ölkəmizin turizm imkanlarının artırıl-
ması və kənd təsərrüfatının inkişafı məqsədilə Avropa it-
tifaqı ölkələrinin şirkətləri tərəfindən investisiyaların cəlb 
edilməsi,  Azərbaycanda  alternativ  enerji  mənbələrinin 
yaradılmasında Avropa ittifaqı ölkələrinin təcrübəsinin 
öyrənilməsi, ölkəmizin Ümumdünya ticarət təşkilatına 
üzv qəbul edilməsi məsələsi və s. istiqamətlərdə fəaliyyət 
göstərilməsi  planlaşdırılır.  Sosial,  mədəni,  elmi,  təhsil 
sahələrdə Azərbaycan əhalisinin, xüsusən də gənclərin 
Avropa ittifaqı və “Şərq tərəfdaşlığı” ölkələrinin vətən-
daşları  ilə  əlaqələrinin  asanlaşması,  daimi  əsaslarla 
fəaliyyət göstərən mədəniyyətlərarası dialoq forumları-
nın təşkil edilməsi, vətəndaş cəmiyyətinin, o cümlədən 
QHt sektorunun və kiv-in inkişafı sahələrində də konk-
ret irəliləyişlərə nail olmağa çalışacağıq. 
Ümumiyyətlə,  AvRONESt  PA-da  Azərbaycan 
nümayəndə heyətinin çoxşaxəli fəaliyyət istiqamətlərini 
müəyyənləşdirmişik və çalışacağıq ki, bu planların bö-
yük əksəriyyətini reallaşdıraq. 
- Sizcə, AVRONEST PA Dağlıq Qarabağ münaqişə-
sinin həllində əhəmiyyətli rol oynaya biləcəkmi? 
- Azərbaycan nümayəndə heyətinin fəaliyyət planın-
dan  göründüyü  kimi,  Dağlıq  Qarabağ  münaqişəsinin 
həllinə  nail  olunması  prioritet  istiqamət  olacaq.  Bil-
diyiniz  kimi,  Azərbaycan  Respublikası  sülh  yolu  ilə 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə