Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə41/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   37   38   39   40   41   42   43   44   ...   61

168
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
işğal  olunmuş  ərazilərin  azad  edilməsinə,  qaçqın  və 
məcburi  köçkünlərin  öz  yurdlarına  qayıtmasına  çalı-
şır.  Biz  çalışacağıq  ki,  AvRONESt  PA,  digər  nüfuzlu 
beynəlxalq  təşkilatlar,  o  cümlədən  Avropa  Parlamen-
ti  kimi  öz  qərarlarında  Azərbaycan  ərazilərinin  işğal 
edilməsi faktını  təsdiqləsin.  Bu istiqamətdə beynəlxalq 
ictimaiyyətin  dəstəyini  qazanmaq  vacib  amillərdəndir. 
Belə ki, işğal faktı beynəlxalq-hüquqi cinayət sayılır və 
hər dəfə işğal faktının təsdiqlənməsi Azərbaycanın da-
nışıqlar  prosesində  mövqeyinin  güclənməsinə  gətirir. 
Digər  bir  tərəfdən,  qeyd  etməliyəm  ki, Avropa  ittifaqı 
Dağlıq  Qarabağ  münaqişəsinin  həllində  bilavasitə  işti-
rak  etmir. AvRONESt  PA  isə Avropa  ittifaqı  ilə  “Şərq 
tərəfdaşlığı”  dövlətlərinin  müştərək  təsisatı  kimi  for-
malaşıb.  Bu  təsisatın  prosedur  qaydalarında  “Şərq 
tərəfdaşlığı”  dövlətləri  ərazisində  mövcud  olan  “don-
durulmuş münaqişələr”ə dair müzakirələr aparmaq və 
müvafiq  qərarların  qəbulu  nəzərdə  tutulsa  da,  qurum 
həmin münaqişələrin həlli üçün konkret səlahiyyətlərə 
və  mexanizmlərə  malik  deyil.  Odur  ki,  AvRONESt 
PA  Dağlıq  Qarabağ  münaqişəsinin  həllində  aktiv  və 
bilavasitə  iştirak  edə  biləcək  təsisat  deyil.  Amma  bu 
təsisat qəbul edəcəyi qərarlarla münaqişənin sülh yolu 
ilə həllinə öz töhfəsini verə bilər. 


169
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Millət vəkili: “Azərbaycanla Belçika arasında 
parlamentlərarası münasibətlər genişlənir”
Belçika parlamentariləri Şamaxının 
Qaleybuğurd kəndində toy mərasimində
iştirak ediblər
09.07.2011
APA 
Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə 
işçi  qrupunun  5  üzvündən  ibarət  nümayəndə  heyəti 
iyulun  4-dən  8-dək  Azərbaycanda  səfərdə  olub,  bir 
sıra görüşlər keçirib. Millət vəkili, Azərbaycan-Belçika 
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri 
Elxan Süleymanov səfərin məqsədi və müzakirə edilən 
məsələlərlə bağlı APA-ya müsahibə verib.
Belçika nümayəndə heyətinin Azərbaycanın səfərinin əsas 
məqsədi nə idi?
-  Azərbaycan  Milli  Məclisi  müxtəlif  ölkələrin  par-
lamentləri  ilə  çoxtərəfli  və  ikitərəfli  səviyyələrdə 
əməkdaşlıq edir. Çoxtərəfli əməkdaşlıq deyəndə müxtəlif 
beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, ikitərəfli 
əməkdaşlıq deyəndə isə iki ölkə arasında formalaşdırıl-
mış birbaşa əməkdaşlıq nəzərdə tutulur. Onu da deyim 
ki,  əksər  hallarda  çoxtərəfli  əməkdaşlığın  səmərəli  ol-
ması ikitərəfli əməkdaşlıq əlaqələrinin səviyyəsindən və 
sıxlıq  dərəcəsindən  asılıdır.  Odur  ki, Azərbaycan  Milli 
Məclisi tərəfdaş ölkələrin parlamentləri ilə, o cümlədən 
Belçika parlamenti ilə müxtəlif səviyyəli əlaqələr qurub. 
Bu əlaqələrin daha da intensiv və dinamik şəkildə inki-
şaf etdirilməsi üçün tərəfdaş ölkələrlə parlamentlərarası 
əlaqələr üzrə işçi qrupları yaradılıb. Bu işçi qruplardan 


170
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
biri  də  Azərbaycan-Belçika  parlamentlərarası  əlaqələr 
üzrə işçi qrupudur. Analoji işçi qrupu Belçika parlamenti 
tərəfindən də yaradılıb. cənab Filip Blanşarın rəhbərliyi 
ilə  Belçika-Azərbaycan  parlamentlərarası  əlaqələr  üzrə 
işçi  qrupunun  ölkəmizə  səfəri  tanışlıq  xarakteri  daşı-
yır.  Səfər  çərçivəsində  qonaqlar  insan  Hüquqları  üzrə 
Müvəkkil  Elmira  Süleymanova,  Mədəniyyət  və  tu-
rizm  Naziri  əbülfəs  Qarayev,  Qaçqınlar  və  Məcburi 
köçkünlərlə  iş  üzrə  Dövlət  komitəsinin  sədri  əli 
Həsənovla görüşüblər. Görüşlər zamanı hüquqi, demok-
ratik dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi 
istiqamətində  ölkəmizin  əldə  etdiyi  irəliləyişlər, 
Azərbaycanda  həyata  keçirilən  çoxşaxəli  layihələr, 
Azərbaycan-Belçika mədəni əlaqələrin inkişafı imkanları 
və perspektivləri müzakirə edilib. Qaçqınlar və Məcburi 
köçkünlərlə iş üzrə Dövlət komitəsində keçirilən görüş 
zamanı qonaqlar Ermənistanın Azərbaycana qarşı silah-
lı  təcavüzü  nəticəsində  ölkəmizin  20%  ərazisinin  işğal 
edilməsi, həmin ərazilərdə işğalçı Ermənistan tərəfindən 
etnik təmizləmə siyasətinin həyata keçirilməsi, bir mil-
yondan artıq insanın qaçqın və məcburi köçkün halına 
düşməsi, işğal nəticəsində regionda fövqəladə humani-
tar  vəziyyətin  yaranması  faktları  qonaqların  diqqətinə 
çatdırılıb. Qonaqlar ölkəmizin iqtisadi inkişafını görmək 
məqsədilə “caspian Fish” və “Səngəçal” neft terminalı 
ilə tanış olub, mənim millət vəkili seçildiyim Şamaxı ra-
yonuna səfər ediblər.
Belçika parlamentariləri ilə hər hansı müştərək fəaliyyət 
planı müzakirə etdinizmi?
-  Belçika  parlamentarilərinin  ölkəmizə  səfəri  tanış-
lıq xarakteri daşısa da, biz onlarla gələcək fəaliyyətimiz 
barədə  də  müzakirələr  apardıq  və  bu  müzakirələr 
nəticəsində yaxın 1-2 il ərzində görüləcək işlər üzrə plan 
hazırladıq. Plan üzrə görüləcək işlər, əsasən, praktiki xa-
rakterli olmaqla, Azərbaycanı Belçika cəmiyyətinə tanıt-


171
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
dırmaq, ölkəmizlə bağlı obyektiv və səmimi fikir forma-
laşdırmaq məqsədi daşıyır. Bu, çox vacib məsələdir. Belə 
ki, Belçika ümumavropa təşkilatlarının təsisatçılarından 
biridir,  Avropa  dəyərlərinin  inkişaf  etdirilməsi  və 
genişləndirilməsində  mühüm  rol  oynayır.  Digər 
tərəfdən,  Belçika  krallığı Avropa  ittifaqının  üzvü  kimi 
Azərbaycanın  dövlət  müstəqilliyini  31  dekabr  1991-ci 
ildə tanıyıb, 17 iyun 1992-ci ildə isə ölkələrimiz arasında 
diplomatik  münasibətlər  qurulub.  Hazırda  ölkələrimiz 
arasında  müxtəlif  sahələrdə  əməkdaşlığın  inkişaf 
etdirilməsi  üçün  geniş  potensial  var  və  Azərbaycanla 
Belçika arasında əməkdaşlıq bu potensialın səviyyəsinə 
uyğun  gəlmir.  təkcə  onu  demək  kifayətdir  ki, 
Azərbaycanla Belçika arasında indiyədək cəmi 7 sənəd 
imzalanıb. Odur ki, Belçika parlamentariləri ilə hazırla-
dığımız fəaliyyət planı ölkələrimizin əməkdaşlığında bu 
boşluqları aradan qaldırmaq və onu yeni səviyyəyə qal-
dırmaq məqsədi güdür.
-  Qəbul  edilmiş  fəaliyyət  planında  hansı  konkret  işlərin 
görülməsi nəzərdə tutulur?
- Hazırladığımız fəaliyyət planında ali təhsil müəssisə-
ləri arasında əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə 
tutulur.  Belə  ki,  bir  Azərbaycan  universiteti  ilə  Belçi-
ka  universitetlərindən  biri  arasında  tələbə  mübadiləsi 
və  qarşılıqlı  olaraq  Azərbaycan  və  Belçika  haqqında 
mühazirələrin  oxunması  planlaşdırılır.  Bundan  əlavə, 
Azərbaycanın  televiziya  kanallarından  biri  ilə  Belçika 
telekanallarının birində ölkələrimiz haqqında proqram-
ların  hazırlanaraq  translyasiya  edilməsi,  iki  ölkənin  iş 
adamlarının forumlarının təşkil edilməsi barədə razılığa 
gəldik. Fəaliyyət planında Belçika parlamentində 2011-
ci  ilin  payızında  Azərbaycanın  dövlət  müstəqilliyinin, 
2012-ci ilin fevralında xocalı faciəsinin, 2012-ci ilin iyun 
ayında ölkələrimiz arasında diplomatik əlaqələrin qurul-
masının 20-ci illiyinə həsr edilmiş müzakirələrin aparıl-


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə