Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə44/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   40   41   42   43   44   45   46   47   ...   61

179
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
6 ay ərzində keçirdiyim çoxsaylı görüşlər, seçicilərimlə 
etdiyim  fərdi  söhbətlər  mənim  bu  qənaətimin  doğru 
olduğuna  bir  daha  əminliyimi  artırıb.  Onu  da  xüsusi 
olaraq qeyd etməliyəm ki, Azərbaycan qanunları bütün 
beynəlxalq standartlara cavab verir və bu mənada bizim 
əsas vəzifələrimizdən biri də həmin qanunların düzgün 
icrasına nail olmaqdır.
-  Sizin  ücün  Milli  Məclisdə  qanunvericilik  prose-
sində  komitələrdə  işləmək  maraqlidir,  yoxsa  plenar 
iclaslarda iştirak etmək?
- Plenar iclaslarda iştiraka daha çox üstünlük verirəm.
- Elxan müəllim, fikrinizcə, vətəndaşlarla işdə ən va-
cib məsələ nədir?
- ən vacibi millət vəkilinə müraciət etmiş vətəndaşın 
problemlərinə  diqqət  və  qayğı  ilə  yanaşmaq,  həssas 
münasibət  göstərmək,  məsuliyyət  hissinin  olmasıdır.  
Hesab  edirəm  ki,  sadaladığım  bu  məsələlər  hər  bir 
millət vəkilinin həyat kredosu olmalıdır. Ümumiyyətlə 
isə  vəzifəsinin  icrasına  başlayan  millət  vəkillərinin 
deputat  andı  içməsi  mütləqdir.  Dünya  ölkələrinin 
əksəriyyətində deputatlar mandat aldıqdan sonra parla-
mentin ilk iclasında təntənəli surətdə and içirlər və bu 
andiçmə mərasimi televiziya ilə yayımlanır. Millət vəkili 
ictimaiyyət  qarşısında  təntənəli  surətdə  vəzifəsinə  vic-
danla yanaşacağına, seçicilərin rifahı üçün əlindən gələni 
əsirgəməyəcəyinə,  yalnız  qanun  və  vicdanını  rəhbər 
tutacağına  dair  söz  verirsə,  bu,  xalq  nümayəndəsinin 
üzərinə  əlavə  məsuliyyət  qoymuş  olur.  Bizim  hər  biri-
miz seçildiyimiz regionda seçicilərin iradəsini ifadə edi-
rik. Parlamentdə və xalq qarşısında and içməyimiz həm 
də ona görə vacibdir ki, seçici səs verdiyi millət vəkilinin 
verdiyi  söz  və  içdiyi  and  müqabilində  gördüyü  işlərə, 
deputatın  fəaliyyətinə  və  fəaliyyətsizliyinə  qiymət 
verərək bu fəaliyyəti təhlil etmək imkanı qazanmış olur. 
Bu bütün dünyada qəbul olunmuş normadır. 


180
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Mən  hələ  seçki  kampaniyası  dövründə  seçilmiş 
millət  vəkillərinin  parlamentin  ilk  iclasında  depu-
tat  andı  içməsinə  dair  təkliflə  çıxış  etmişdim.  Deputat 
seçildikdən sonra isə ilk olaraq “Deputat andı haqqında” 
qanun layihəsini işləyərək Milli Məclisin Qanunvericilik 
komitəsinə  təqdim  etdim.  təəssüf  ki,  təqdim  etdiyim 
qanun layihəsi hələ də baxılmamış qalmışdır.
-  Necə  hesab  edirsiniz,  Milli  Məclisdə  qanun 
layihələrinin müzakirəsi zamanı ictimai dinləmələrin 
keçirilməsi lazımdırmı?
-  Mənim  qənaətimə  görə  qanun  layihəsinin  Milli 
Məclisdə müzakirəsi başlamamışdan ən azı 3-6 ay əvvəl 
ictimai  müzakirəyə  çixarılması  olduqca  vacibdir.  Bü-
tün  demokratik,  sivil  inkişaf  yolu  keçən  ölkələrdə  bu 
tip  müzakirələr  ən  vacib  prosedur  kimi  həyata  keçiri-
lir. Çünki, qəbul olunacaq hər bir qanun ölkə əhalisinin 
gündəlik  həyatına  bu  və  ya  digər  şəkildə  təsir  edir  və 
bu  baxımdan  ictimaiyyətin  qanunvericilik  orqanında 
qəbul olunacaq hər bir qanun layihəsi barədə öz fikri-
ni bildirmək və təkliflərini vermək imkanı olmalıdır. Bu 
müzakirələrdə kiv-lər xüsusi rol oynaya bilər. Şübhəsiz 
ki, hər sahə üzrə ayrı-ayrı mütəxəssislərin rəyləri də cid-
di surətdə nəzərə alınmalıdır. Yalnız bundan sonra Qa-
nun layihələrinin komitələrdə və nəhayət Milli Məclisin 
plenar iclaslarında müzakirələri keçirilə bilər. Belə üsul-
la qəbul olunmuş Qanunlar həm uzunömürlü olur, həm 
də həmin qanunların icrası zamanı problemlər yaşanmır.
Eyni  zamanda hesab  edirəm ki,  ictimai  müzakirələr 
zamanı  ictimaiyyət  nümayəndələri  və  həmçinin 
mütəxəssislər  tərəfindən  verilmiş  səmərəli  təkliflərin 
Milli  Məclisin  komitə  və  plenar  iclaslarında  keçirilən 
müzakirələrdə nəzərə alınmasına ictimai nəzarət mexa-
nizminin formalaşması da çox məqsədəuyğun olardı.
-  Sizcə,  qanun  layihələrinin  müzakirələri  harada 
keçirilməlidir-komitələrdə, yoxsa plenar iclasda?


181
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
- Hər ikisində. Hər bir konkret sahə üzrə mütəxəssislər 
də  müzakirələrə  cəlb  olunmaqla  əsas  müzakirələrin 
komitələrdə  keçirilməsi  daha  məqsədəuyğundur.  Yu-
xarıda qeyd etdiyim fikrə bir daha qayıtmaq istəyirəm 
ki, hər bir qanun layihəsinin qəbulu ilkin olaraq ictimai 
müzakirələrdən keçməli, sonra isə mütəxəssis rəyləri də 
nəzərə  alınmaqla  ekspertlərin  və  mütəxəssislərin  işti-
rakı ilə komitələrdə müzakirə olunmalı, müzakirələrin 
nəticəsi barədə mütləq ictimaiyyətə məlumat verilməli, 
nəhayət, plenar iclaslarda geniş müzakirələr aparılma-
lıdir.
- Tədqiqat mərkəzləri və QHT-lər tərəfindən veril-
miş təkliflər əsasında qanun layihələrinin hazırlanma-
sını səmərəli hesab edirsinizmi?
- Ümumiyyətlə, hər bir inkişaf etmiş ölkədə demok-
ratik  dəyərlərin  mövcudluğu  həm  də  həmin  ölkədə 
vətəndaş  cəmiyyətinin  rolu,  QHt-lərin  ölkədə  gedən 
proseslərə  təsiri  və  onların  inkişaf  dərəcəsi  ilə  ölçülür. 
Bu  mənada Azərbaycan  da  inkişaf  etməkdə  olan  sivil, 
demokratik  və  gənc  ölkə  olmaqla  istisna  təşkil  etmir. 
Azərbaycanda  vətəndaş  cəmiyyətinin  inkişafındakı 
uğurlar  göz  qabağındadır,  amma  ölkənin  nüfuzlu  və 
böyük QHt-lərindən birinin rəhbəri kimi deyə bilərəm 
ki, mövcud vəziyyət qənaətbəxş deyil. təəssüflər olsun 
ki, bu tip məsələlərdə vətəndaş cəmiyyətinin rəyi nəzərə 
alınmır və bu da ümumi işimizə zərər gətirən amildir. 
Belə hal qanunların qəbulu zamanı verilən təkliflərin iq-
nor olunmasında da özünü göstərir. Hesab edirəm ki, qa-
nun  layihələrinin  hazırlanmasında tədqiqat  mərkəzləri 
və  vətəndaş  cəmiyyətinin  təşkilatlanmış  strukturla-
rı  olan  QHt-lər  tərəfindən  verilmiş  təkliflər  mütləq 
mənada  nəzərə  alınmalı,  QHt-lərin  verdiyi  təkliflər 
ictimaiyyətə  açıqlanmalıdır.  Adları  çəkilən  qurumlar 
tərəfindən verilən təkliflər əssasında qanun layihələrinin 
hazırlanması və qəbulu səmərəli olmaqla yanaşı, həm də 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə