Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə47/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   43   44   45   46   47   48   49   50   ...   61

188
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
problem  bu  günədək  beynəlxalq-hüquqi  müstəvidə  öz 
həllini  tapmamışdır.  Bundan  əlavə,  heç  bir  beynəlxalq 
məhkəmə,  o  cümlədən  qərarları  presedent  xarakteri 
daşıyan  insan  Hüquqları  üzrə  Avropa  Məhkəməsi  öz 
qərarlarında bu anlayışdan istifadə etmirlər. Buna bax-
mayaraq, Avropa  Şurasında  bəzi  dairələr Azərbaycana 
qarşı dövri olaraq ölkədə seçkilər ərəfəsində və ya AŞPA-
nın sessiyaları ərəfəsində ayrıseçkiliyə yol verərək siya-
si  məqsədlərlə  “siyasi  məhbus”  anlayışından  istifadə 
edirlər.  Həmin  qüvvələr  “siyasi  məhbus”anlayışının 
hüquqi təbiətini ehtiva edən ümumtanınmış sənədin ol-
mamasına məhəl qoymadan, Avropa Şurasına üzv olan 
47  dövlətdən  yalnız  Azərbaycan  üzrə  siyasi  məhbus 
problemi  üzrə  xüsusi  məruzəcinin  təyin  edilməsinə 
nail  olmuşdur.  Bu  azmış  kimi,  həmin  qüvvələr AŞPA-
nın  Hüquq  məsələləri  və  insan  hüquqları  komitəsində 
Azərbaycanda  siyasi  məhbusların  mövcudluğunu 
müəyyən  etmək  üçün  meyarların  hazırlanmasının  da 
həmin məruzəçiyə həvalə edilməsinə nail olmuşlar. Bu 
açıq-aşkar qərəzli məntiqə əsasən eyni bir məruzəçi me-
yarlar hazırlayır və həmin meyarlar əsasında ölkədə si-
yasi məhbuslarla bağlı məruzə hazırlayır. Bu yaxınlaşma 
heç bir halda obyektiv sayıla bilməz. Belə ki, o, Avropa 
Şurası  Nizamnaməsinin  3-cü  maddəsində  ehtiva  edil-
miş “hüququn aliliyi” və “üzv dövlətlərin bərabərliyi” 
prinsipləri ilə ciddi ziddiyət təşkil edir. Odur ki, bu ya-
xınlaşma  qəbuledilməzdir.  Avropa  Şurasında  problem 
üzrə  ümumtanınmış  hüquqi  sənəd  qəbul  edildikdən 
sonra Avropa  Şurasına  üzv  olan  hər  hansı  dövlətdə,  o 
cümlədən Azərbaycanda siyasi məhbusların olub-olma-
ması barədə danışmaq olar. Mən qeyd edilən məsələ ilə 
bağlı 2011-ci ildə işıq üzü görmüş “Avropa Şurasında si-
yasi məhbus problemi və onun həlli yolları” kitabımda 
ətraflı təhlil aparmışam və problemin həllinə nail olmaq 
istiqamətində müvafiq təkliflər irəli sürmüşəm.


189
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Yeri  gəlmişkən,  mən  eyni  zamanda  Azərbaycanda 
vətəndaş  cəmiyyətinin  inkişafına  Yardım Assosiasiya-
sının  (AvciYA) təsisçisi və prezidentiyəm. AvciYA bu 
ilin may ayında Avropanın beynəlxalq hüquq sahəsində 
tanınmış mütəxəssislərinin, AŞPA və Avropa Parlamen-
tinin  üzvlərinin  iştirakı  ilə  “Siyasi  məhbus  anlayışının 
vahid  meyarlarının  vacibliyi”  mövzusunda  beynəlxalq 
konfrans  keçirdi.  konfrans  iştirakçıları  öz  çıxışlarında 
indiyədək “siyasi məhbus” anlayışının nə universal, nə 
də regional beynəlxalq təşkilatlar tərəfindən qəbul edil-
miş  meyarlarının  olmadığını  bir  daha  vurğuladılar  və 
belə bir meyarların qəbul edilməsinin vacibliyini özündə 
əks etdirən bəyanat qəbul etdilər. 
Nəhayət,  qeyd  etmək  istərdim  ki,  2011-ci  ildə 
Azərbaycanın  Avropa  Şurasına  bərabərhüquqlu 
üzv  qəbul  edilməsinin  10  illiyi  tamam  oldu.  Bu  illər 
ərzinədə  ölkəmizlə  AŞ  arasında  münasibətlərin  dina-
mikası, Azərbaycanda aparılmış islahatlar, 10 il ərzində 
ölkəmizin insan hüquqlarının müdafiəsi sahəsində əldə 
etdiyi irəliləyişlər və digər məsələlər müəllifi olduğum 
“Azərbaycan  10  il  Avropa  Şurasında”  kitabında  ətraflı 
təhlil edilib.
-  AVRONEST  PA  yeni  bir  qurumdur  və  Siz  bu  qu-
rumda  Azərbaycan  nümayəndə  heyətinin  rəhbərisiniz. 
AVRONEST  PA-nın  vəzifə  və  məqsədləri,  strukturu,  o 
cümlədən Azərbaycan nümayəndə heyətinin bu qurumda 
fəaliyyəti barədə məlumat verməyinizi xahiş edirik.
-  Avropa  ittifaqı  xarici  işlər  Nazirlərinin  26  may 
2008-ci il tarixdə Brüsseldə iclası keçirildi. Həmin iclas-
da Polşa və isveç Avropa Şərq Qonşuluq Siyasətinə da-
xil olan ölkələrlə (Azərbaycan, Gürcüstan, Ermənistan, 
Ukrayna, Moldova və Belarus) əməkdaşlığın vahid for-
matının təsis edilməsini nəzərdə tutan Şərq tərəfdaşlığı 
(Şt) təşəbbüsü ilə çıxış etdilər. Şərq tərəfdaşlığı üzrə 7 
may 2009-cu il tarixində Praqada dövlət başçılarının zirvə 


190
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
görüşü keçirildi. Sammit zamanı qeyd edilən təşəbbüsün 
əsas  məqsədləri  və  prinsiplərini,  həmçinin    gələcək 
əməkdaşlıq prosesinin ümumi parametrlərini müəyyən 
edən Birgə Bəyannamə qəbul edildi və bununla da Şərq 
tərəfdaşlığı prosesinə yüksək səviyyədə rəsmi start ve-
rildi. 
Şərq tərəfdaşlığı prosesi çərçivəsində bir tərəfdən Av-
ropa Parlamentinin nümayəndələrindən, digər tərəfdən 
isə  Şərq  tərəfdaşı  olan  ölkələrin  parlamentlərinin 
nümayəndələrindən ibarət olan və Avropa Parlamenti-
nin  bir  qurumu  kimi  fəaliyyət  göstərən  Parlament As-
sambleyasının yaradılması nəzərdə tutulurdu və bu qu-
rum AvRONESt Parlament Assambleyası adlandırıldı. 
Odur  ki, AvRONESt  Parlament Assambleyası Avropa 
ittifaqı ilə Şərq tərəfdaşları arasında yaradılmış birgə As-
sambleyadır. Bu təsisat qarşılıqlı maraqlar və öhdəliklər, 
eləcə  də  differensiasiya,  bölüşdürülmüş  mülkiyyət  və 
məsuliyyət  prinsipləri  əsasında  yaradılıb.  Göründüyü 
kimi,  AvRONESt  PA  Avropa  ittifaqı  regionu  ilə  Şərq 
tərəfdaşlığı  ölkələri  regionunun  birgə  parlamenti  ol-
maqla, mahiyyətcə regionlararası parlament təsisatıdır. 
Beləliklə,  AvRONESt  PA  Avropa  ittifaqı  ilə  Şərq 
tərəfdaşlığı  ölkələrinin  birgə  parlament  təsisatı  kimi 
2-3  may  2011-ci  il  tarixdə  bu  Brüsseldə  təsis  edilib. 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  nümayəndə 
heyəti də qurumun təsis iclasında iştirak etdi. keçirilən 
tədbirlər  çərçivəsində  AvRONESt  PA-nın  təsisat 
Aktı  və  Prosedur  qaydaları  qəbul  edilərək  imzalandı. 
Şübhəsiz ki, bu yeni beynəlxalq qurum, onun məqsədləri, 
ölkəmizin  bu  qurumda  təmsil  olunması  Azərbaycanın 
milli maraqlarına və xarici siyasət kursuna cavab verir. 
Prosedur  qaydalarına  əsasən  AvRONESt  PA  Avro-
pa  Parlamentinin  60,  hər  Şərq  tərəfdaşı  olan  ölkələrin 
Parlamentlərinin 10 üzvündən ibarətdir. AvRONESt PA  
plenar tərkibdən başqa həm də Büro, daimi komitələr, 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə