Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə50/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   46   47   48   49   50   51   52   53   ...   61

197
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Biz belə bir müddəa ilə razılaşmadıqda AvRONESt PA-
nın vitse-prezidenti, ermənipərəst mövqeyi ilə fərqlənən 
Saryus  volski  bu  müddəanı  qəbul  etməyəcəyimiz 
təqdirdə  AvRONESt  PA-nin  plenar  iclasının  Bakıda 
keçirilməyəcəyini  bildirdi.  Belə  bir  vəziyyətdə  AvRO-
NESt PA-nın plenar iclasına sədrlik edən həmprezidenti 
kristian vigenin kompromis əldə etmək üçün məsələnin 
yenidən Büroda müzakirə edilməsi təklifini irəli sürdü.
Beləliklə,  15  sentyabrda  yenidən  Büronun  iclası  ke-
çirildi.  Ermənistanın  nümayəndəsi  iclas  zamanı  “xalq-
ların  öz  iradəsini  sərbəst  və  demokratik  üsulla  ifadə 
etmək hüququ” ifadəsinin yenidən münaqişələrlə bağ-
lı  bəndə  salınmasını  təkidlə  tələb  etdi.  Sayrus  volski 
isə çıxış edərək, Ermənistan nümayəndəsinin təklifinin 
qəbul  edilməyəcəyi  təqdirdə  plenar  iclasın  Bakıda 
keçirilməyəcəyini bir daha söylədi. Mən müvafiq şəkildə 
Mən  Büro  üzvü  kimi  Ermənistan  nümayəndəsinin  bu 
təkidinə  qəti  etirazımı  bildirdikdən  və  Sayrus  volski-
ni cavablandırıldıqdan sonra o, Bürodan 14 sentyabrda 
qəbul  edilmiş AvRONESt  PA-nın  növbəti  sessiyasının 
Bakıda  keçirilməsi  ilə  bağlı  qərarının  ləğv  edilməsini 
tələb  etdi.  lakin  Büro  Sayrus  volskinin  təklifini  rədd 
etdi.  Büro  eyni  zamanda  Ermənistan  nümayəndə 
heyətinin “xalqların öz iradəsini sərbəst və demokratik 
üsulla ifadə etmək hüququ” ifadəsinin məruzəyə salın-
ması barədə təklifini də rədd etdi. AvRONESt PA-nın 
növbəti sessiyasının Bakıda keçirilməsi barədə Büronun 
qərarı qüvvədə qaldı.
Ermənistan nümayəndə heyəti bütün səylərinin uğur-
suzluğa məruz qaldığına əmin olduqdan sonra veto hü-
ququndan istifadə etdi və nəticəsində Siyasi Məsələlər, 
insan  Hüquqları  və  Demokratiya  komitəsinin  hazırla-
dığı “2011-ci il Şərqi tərəfdaşlıq Sammitinə tövsiyələrə 
dair:  məqsədyönlü  fəaliyyət  üçün  yüksək  gözləntilər” 
məruzəsi  qəbul  edilmədi.  Odur  ki,  Ermənistan 


198
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
nümayəndə  heyətinin  və  bir  qrup  ermənipərəst  de-
putatın  destruktiv,  qeyri-obyerkiv  və  qərəzli  mövqeyi 
nəticəsində AvRONESt PA məruzə şəklində 29-30 sent-
yabr  tarixində  varşavada  keçiriləcək  Şərq  tərəfdaşlığı 
Sammitinə tövsiyyələr göndərmək imkanından məhrum 
edildi.
Eyni  zamanda  qeyd  edilməlidir  ki,  sessiya  zama-
nı Azərbaycan nümayəndə heyəti siyasi uğur əldə etdi 
və  ilk  dəfə  olaraq  AvRONESt  PA-nın  növbəti  sessi-
yasının  Avropa  ittifaqı  hüdudlarından  kənarda  məhz 
Bakıda  keçirilməsi  barədə  qərarın  qəbul  edilməsinə 
nail  oldu.  Bununla  yanaşı,  Azərbaycan  nümayəndə 
heyəti  müzakirələrə  çıxarılan  sənədlərdə  ölkəmizin 
mənafelərinə xələl gətirə biləcək hər hansı bir müddəanın 
əks  etdirilməsinə  imkan  vermədi,  Ermənistan 
nümayəndə  heyətinin  və  bir  qrup  ermənipərəst  depu-
tatın  qeyri-obyektiv,  açıq-aşkar  destruktiv  və  qərəzli 
antiazərbaycan  mövqelərinə  qarşı  çıxdılar,  ölkəmizin 
mənafelərini sonadək əsaslı və obyektiv şəkildə müdafiə 
etdilər. Belə bir nəticənin əldə edilməsi uzunmüddətli və 
gərgin işlərin sayəsində mümkün oldu.
- Siz qeyd etdiniz ki, Azərbaycan-Belçika parlament-
lərarası  əlaqələr  üzrə  işçi  qrupunun  rəhbərisiniz. 
Azərbaycanla Belçika Krallığı arasında əlaqələrin inki-
şafı istiqamətində hər hansı bir iş görmüsünüzmü? 
-  Azərbaycan  Milli  Məclisi  tərəfdaş  ölkələrin 
parlamentləri  ilə  əməkdaşlıq  edir  və  bu  əməkdaşlıq 
əlaqələrinin  daha  da  intensiv  və  dinamik  şəkildə  inki-
şaf etdirilməsi üçün tərəfdaş ölkələrlə parlamentlərarası 
əlaqələr üzrə işçi qrupları yaradılıb. Belə işçi qruplardan 
biri  də  Azərbaycan-Belçika  parlamentlərarası  əlaqələr 
üzrə işçi qrupdur və mən bu işçi qrupunun rəhbəri təyin 
edilmişəm. Qeyd edim ki, analoji işçi qrupu Belçika par-
lamenti  tərəfindən  də  yaradılıb  və  Belçika-Azərbaycan 
parlamentlərarası əlaqələr üzrə işçi qrupuna cənab Filip 


199
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Blanşar rəhbərlik edir. 
cənab  Filip  Blanşarın  rəhbərliyi  altında  Belçika-
Azərbaycan  parlamentlərarası  əlaqələr  üzrə  işçi  qru-
punun  5  üzvündən  ibarət  nümayəndə  heyəti  mənim 
dəvətimlə  2011-ci  ilin  4-8  iyul  tarixlərində  tanışlıq 
məqsədilə  ölkəmizə  səfər  etdi.  Səfər  çərçivəsində  qo-
naqlar  insan  Hüquqları  üzrə  Müvəkkili  Elmira  Süley-
manova,  mədəniyyət  və  turizm  naziri  əbülfəs  Qara-
yev,  Qaçqınlar  və  Məcburi  köçkünlərlə  iş  üzrə  Dövlət 
komitəsinin  sədri  əli  Həsənovla  görüşdülər.  Görüşlər 
zamanı  hüquqi,  demokratik  dövlət  quruculuğu  və  in-
san  hüquqlarının  müdafiəsi  istiqamətində  ölkəmizin 
əldə  etdiyi  irəliləyişlər, Azərbaycanda  həyata  keçirilən 
çoxşaxəli  layihələr,  Azərbaycan-Belçika  mədəni 
əlaqələrin inkişafı imkanları və perspektivləri müzakirə 
edildi. Qonaqlar Ermənistanın Azərbaycana qarşı silah-
lı  təcavüzü  nəticəsində  ölkəmizin  20%  ərazisinin  işğal 
edilməsi, həmin ərazilərdə işğalçı Ermənistan tərəfindən 
etnik təmizləmə siyasətinin həyata keçirilməsi, bir mil-
yondan artıq insanın qaçqın və məcburi köçkün halına 
düşməsi, işğal nəticəsində regionda fövqəladə humani-
tar  vəziyyətin  yaranması  faktları  qonaqların  diqqətinə 
çatdırıldı. Qonaqlar “caspian Fish” və Səngəçal neft ter-
minalı ilə tanış oldular, mənim Millət vəkili seçildiyim 
Şamaxı rayonuna səfər etdilər.
Qonaqlar Şamaxı Rayon icra Hakimiyyətinin başçısı 
Asif Məmmədovla görüşdülər, rayonda aparılan abadlıq 
işləri barədə qonaqlara məlumat verildi, qarşılıqlı maraq 
kəsb edən məsələlər müzakirə edildi. Daha sonra qonaq-
lar Şamaxı rayonunun ən ucqar yaşayış məntəqələrindən 
biri  olan  qədim  Qalaybuğurt  kəndində  oldular. 
Parlamentarilər  Qalaybuğurt  kəndində  əhalisinin  ya-
şayış  şəraiti  ilə  tanış  olduqdan  sonra  həmin  kəndin 
sakinləri  olan  iki  Azərbaycan  övladının  -  Bəhlul  və 
Ramilənin toy şənliklərinə qatıldılar. Mənim dəstəyimlə 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə