Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə49/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   45   46   47   48   49   50   51   52   ...   61

194
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
növbəti Plenar sessiyanın 2012-ci ilin may ayında Bakıda 
keçirilməsi təklifi ilə bağlı səsvermə zamanı Azərbaycan, 
Ukrayna,  Gürcüstan  və  AvRONESt  PA-nın  Avropa 
Parlamenti  tərəfindən  həmprezidenti  xristian  vigenin 
PA-nın  Plenar  iclasının  Azərbaycanda  keçirilməsini 
dəsdəkləsələr  də,  Ermənistan,  Büronun  üzvləri  olan 
Polşalı deputat Saryuj-volski və Rumıniyalı deputat tra-
yan Unqreanu əleyhinə səs verdilər, Moldova isə bitərəf 
qaldı.  Bunun  nəticəsində  2/3  səs  çoxluğu  qazanılmadı 
və  məsələnin  sentyabr  sessiyası  zamanı  Büro  iclasında 
yenidən  müzakirə  edilməsi  qərara  alındı.  Büronun  14 
sentyabr tarixli iclasında bu məsələ yenidən müzakirəyə 
çıxarıldı.  Ermənistan  tərəfinin  və  ermənipərəst  depu-
tatların  səylərinə  baxmayaraq,  AvRONESt  PA-nın 
ikinci  növbəti  sessiyasının  2012-ci  il  aprel  ayında  Ba-
kıda  keçirilməsi  barədə  qərar  qəbul  edildi.  Beləliklə, 
AvRONESt  PA  növbəti  sessiyasının  ilk  dəfə  olaraq 
Ai  məkanından  kənarda  keçiriləcəyi  ölkə  Azərbaycan 
olacaq.  Hesab  edirəm  ki,  bu  Azərbaycan  nümayəndə 
heyətinin əldə edtiyi ciddi siyasi uğur oldu.
vurğulamaq  istərdim  ki,  AvRONESt  PA-nın  təsis 
iclası,  strukturunun  formalaşması  və  ilk  növbəti  sessi-
yasına  hazırlıq  mərhələsində  Azərbaycan  nümayəndə 
heyətinin  fəaliyyəti  uğurlu  olmuşdur.  Azərbaycan 
parlamentariləri  bu  yeni  təşkilatın  müxtəlif  qurumla-
rında  vacib  postlarda  təmsil  olunmağa  nail  olmaqla 
yanaşı,  Ermənistan  tərəfinin  və  ermənipərəst  deputat-
ların  ölkəmizin  milli  maraqlarına  zərbə  vura  biləcək 
təkliflərinin  qarşısını  almış  və  öz  təkliflərinin  qəbul 
edilməsinə nail olmuşlar.
-  Cari  ilin  14-15  sentyabr  tarixində  Strasburqda 
AVRONEST  PA-nın  ilk  sessiyası  keçirildi.  Bu  sessiya 
Azərbaycan nümayəndə heyəti üçün hansı məqamlarla 
yadda qaldı?
cari ilin 14-15 sentyabr tarixində AvRONESt PA-nın 


195
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
ilk  növbəti  sessiyası  keçirildi.  Sessiyanın  əsas  məqsədi 
29-30  sentyabr  tarixində  varşavada  keçiriləcək  Şərq 
tərəfdaşlığı Sammiti ilə bağlı tövsiyyələrin hazırlanması 
və müvafiq sənədin qəbul edilməsindən ibarət idi. Ses-
siyanın ilk günü Büro və 4 kimitənin iclasları keçirildi. 
Büronun iclasında, yuxarıda qeyd etdiyim kimi, Av-
RONESt  PA-nın  növbəti  sessiyasının  2012-ci  ilin  may 
ayında  Bakıda  keçirilməsi  barədə  qərar  qəbul  edildi. 
Qurumun iqtisadi inteqrasiya və Ai Siyasətləri ilə Uy-
ğunluq,  Enerji  təhlükəsizliyi,  Sosial  Məsələlər,  təhsil, 
Mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin iclas-
larında  bu  komitələr  tərəfindən  hazırlanməş  sənədlər 
müzakirə edilərək qəbul edildi. 
lakin Siyasi Məsələlər, insan Hüquqları və Demokra-
tiya komitəsinin hazırladığı “2011-ci il Şərqi tərəfdaşlıq 
Sammitinə tövsiyələrə dair: məqsədyönlü fəaliyyət üçün 
yüksək  gözləntilər”  məruzəsinin  müzakirəsi  zamanı 
ciddi  gərginlik  yaşandı.  Məruzəyə  əvvəlcədən  AvRO-
NESt PA-da Ai üzvü olan deputatlar və Şərq tərəfdaşı 
ölkələrinin  nümayəndə  heyətləri  tərəfindən  bir  çox 
düzəlişlər  təklif  edilmişdi.  Ermənistan  nümayəndə 
heyətinin düzəlişləri əsasən Şt ölkələri ərazisində möv-
cud  olan  münaqişələrin  həlli  ilə  bağlı  BMt  tŞ, AŞPA, 
Avropa  Parlamenti  kimi  beynəlxalq  təşkilatların  qəbul 
etmiş olduqları qətnamə və qərarlardan məruzədə yan 
keçilməsindən,  məruzədən  Şərq  tərəfdaşı  ölkələrinin 
suverenlik,  ərazi  bütövlüyü  və  sərhədlərinin  toxu-
nulmamazlığının  dəstəklənməsi  kimi  əsas  beynəlxalq 
prinsiplərin  silinməsindən,  bu  ölkənin  enerji 
siyasətinə  qoşulmasından,  regional  iqtisadi  inteqrasi-
ya  proseslərində  və  regionun  iştirak  etdiyi  transmilli 
layihələrdə iştirakından, Şt ölkələri arasında sərhədlərin 
aradan qaldırılmasından və s. ibarət idi. 
Azərbaycan  nümayəndə  heyəti  komitə  iclası  za-
manı  Ermənistanın  təkliflərinin  qarşısının  alınması-


196
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
na  nail  oldu.  Azərbaycan  tərəfinin  səyləri  nəticəsində 
məruzədə  nüfuzlu  beynəlxalq  təşkilatların  qərarları 
nəzərə  alınmaqla,  Avropa  ittifaqının  Şt  ölkələri 
ərazisində  münaqişələrin  həllində  aktiv  iştirak  etməsi, 
Şərq  tərəfdaşı  ölkələrinin  suverenlik,  ərazi  bütövlüyü 
və  sərhədlərinin  toxunulmamazlığının  dəstəklənməsi 
kimi  müddəaların  məruzədə  yer  alması  barədə  qərar 
qəbul  edildi.  Bundan  əlavə,  Ermənistanın  “mənbə  və 
ya tranzit ölkəsi olmasından asılı olmayaraq, hər hansı 
Şt  ölkəsinin  enerji  təhlükəsizliyi  sahəsində  tam  regio-
nal əməkdaşlıqdan çıxarılması və ya təcridinə yönəlmiş 
siyasəti ittiham etmək” təklifi məruzədən silindi.
Sentyabrın  15-də  AvRONESt  PA-nın  plenar  icla-
sında yenidən ciddi gərginlik yaşandı və ermənipərəst 
deputatların  nümayiş  etdirdikləri  destruktiv  mövqe 
nəticəsində bu gərginlik ən yüksək həddə çatdı. Belə ki, 
Siyasi  məsələlər  üzrə  komitənin  iclasında  qəbul  olun-
muş  yekun  sənədə  düzəlişlərin  müzakirəsi  zamanı 
ermənipərəst  deputatlar  yenidən  Azərbaycanın  möv-
qeyini əks etdirən yuxarıda göstərilmiş prinsipal xarak-
terli  müddəaların  məruzədən  silinməsini  təklif  etdilər. 
lakin plenar sessiya tərəfindən bu təkliflər rədd edildi 
və  səsvermə  nəticəsində  Azərbaycanın  mövqeyini  əks 
etdirən müddəalar qüvvədə qaldı.
Belə  olan  halda  Ermənistan  nümayəndə  heyəti 
daha  da  aqressiv  mövqe  nümayiş  etdirdi  və  qəbul 
edilmiş  qərarlara  qəti  etiraz  olaraq  AvRONESt  PA-
nı  boykot  etməklə,  veto  hüququndan  istifadə  etməklə 
hədələdi.  Ermənistan  nümayəndə  heyəti  AvRONESt 
PA  həmprezidentlərinin  təkidləri  və  kompromis  axtar-
ma  cəhdlərindən  istifadə  edərək,  sənədə  «xalqların  öz 
iradələrini sərbəst və demokratik yolla ifadə etmək hüqu-
qu» kimi yeni bir müddəa təklif etdi. lakin Azərbaycan 
nümayəndə heyəti qətiyyətlə öz mövqeyində qaldığını 
və belə bir müddəanın qəbuledilməz olduğunu bildirdi. 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə