Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə45/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   41   42   43   44   45   46   47   48   ...   61

182
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
vətəndaş cəmiyyətinin qanunvericilik prosesində iştira-
kını təmin edər.
- Deputat köməkçilərində vacib bacarıqlar hansılar 
olmalıdır?
-  Çox  təəssüflər  olsun  ki,  bizim  cəmiyyətdə  sovet 
dönəmindən  qalmış  stereotiplərə  görə  ümumilikdə 
köməkçi  postuna  sıradan  olan  bir  vəzifə  kimi  baxı-
lır.  Mən  isə  köməkçi  vəzifəsini,  xüsusilə  də  deputat 
köməkçisi  vəzifəsini  mühüm  hesab  edirəm.  Hesab 
edirəm  ki,  bu  vəzifədə  çalışan  şəxs  olduqca  hazırlıq-
lı  və  hərtərəfli  dünyagörüşünə,  xüsusilə  də  siyasi  və 
hüquqi  biliklərə  malik,  vətənpərvər,  məsuliyyətli,  əsl 
vətəndaş  keyfiyyətlərini  özündə  daşıya  bilən  şəxs  ol-
malıdır. köməkçi sadə insanların həyatına bələd olmalı, 
onlara qayğı ilə yanaşmağı bacarmalı, onları sevməlidir.  
Deputat  köməkçisində  vətəndaşlar  tərəfindən  edilən 
müraciətlərin, həmin müraciətlərdə qaldırılan problem-
lərin  vaxtında  və  səmərəli  araşdırılaraq  təkliflər  hazır-
lamaq  və  millət  vəkilinə  təqdim  etmək  bacarığının  ol-
ması  vacib  şərtlərdəndir.  Eyni  zamanda  bu  vəzifəyə 
qeyd  elədiyim  keyfiyyətlərə  malik  olan  30-35  yaşa 
qədər  gənclərin  götürülməsini  daha  məqsədəuyğun 
hesab  edirəm.  Yaddan  çıxarmamalıyıq  ki,  bu  gənclər 
bizim  kadr  potensialımızdır  və  millət  vəkilinin 
köməkçisi  qismində  iş  rejimi  və  vətəndaşlarla  daimi 
təmasda olmaq həmin şəxslərin gələcək fəaliyyətlərində 
əhəmiyyətli  baza  rolunu  oynayacaqdır.  Deyilənlərlə 
yanaşı,  köməkçi  vəzifəsində  işləyən  şəxslərin  aylıq 
məvaciblərinin  artırılması  və  gördükləri  fəaliyyətə 
adekvat  olaraq  qiymətləındirilmələrini  də  vacib  fak-
tor  hesab  edirəm.  təəssüf  ki,  bugünki  millət  vəkilinin 
köməkçisinin aldığı məvacib heç də yuxarıda sadaladı-
ğım kriteriyalara cavab verən bacarığı, savadı, işgüzar-
lığı özündə cəmləşdirən şəxsin tələbatına uyğun deyil.  
Misal  üçün  ABŞ-da  konqresmen  və  senatorların 


183
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
köməkçiləri  xüsusi  statusa  malık  şəxslərdir  və  olduq-
ca  geniş  səlahiyyətlərə  malik  olmaqla  ciddi  məsələləri 
həll  edə  bilirlər.  Bizimlə  eyni  geosiyasi  məkanda  olan 
Ukraynada  da  köməkçi  vəzifəsinə  yaxşı  mənada  fərqli 
münasibət  formalaşıb.  Bu  yaxınlarda  həmin  ölkədə 
səfərdə  olduğum  zaman  Ukrayna  Radasının  deputatı, 
AvRONESt-in rəhbərlərindən biri olan Boris tarasyuk-
la söhbətlərim əsnasında bu məsələ ilə əlaqədar maraqlı 
faktlar öyrəndim. Məlum oldu ki, Ukrayna Radası de-
putatının  rəsmi  olaraq  məvacib  alan  4  köməkçisi  var. 
Bundan əlavə, Ukrayna deputatı ictimai əsaslarla daha 
16 nəfər köməkçi təyin edə bilər və həmin köməkçilər də 
digər 4 köməkşi ilə bərabər statusa malikdirlər.
- Seçicilərlə ünsiyyətdə hansı formalardan daha çox 
istifadə edirsiniz?
- Hələ seçki kampaniyası dövründən seçicilərlə can-
lı ünsiyyətə üstünlük vermişəm və bu gün də bu üsulu 
ardıcıl  olaraq  davam  etdirirəm.  Gündəlik  həyatlarında 
daima  seçicilərimlə,  sadə  vətəndaşlarla  birlikdə  ol-
mağa  çalışıram.  Deputatı  olduğum  Şamaxı  rayonun-
da keçirilən əksər toy və yas mərasimlərində imkanım 
daxilində  iştirak  edirəm.  Bir  çox  hallarda  mənimlə 
görüşə gələ bilməyən əlillərin, yaşlı insanların evlərinə 
gedirəm.  Ayda  bir  dəfə  seçicilərim  qarşısında  gör-
düyüm  və  görməyi  planlaşdırdığım  işlər  barədə  he-
sabat  verirəm.  Deputat  seçildiyim  6  ay  ərzində  Şa-
maxıda  müxtəlif  kütləvi  tədbirlərin,  xeyriyyəçilik  və 
açılış  mərasimlərinin,  müsabiqələrin  keçirilməsinə  nail 
olmuşam.  Mütəmadi  olaraq  görüşlər  keçirməklə  yeni 
il bayramında körpələri və ahılları, qadınlar bayramın-
da  rayon  qadınlarını,  analarımızı,  qələbə  bayramında 
müharibə veteranlarını və təşkilatçısı olduğum müxtəlif 
tədbirlərdə digər kateqoriyalardan olan seçicilərimi, sı-
ravi vətəndaşları şəxsən təbrik etmiş, onlara hədiyyələr 
təqdim  etmişəm.  Bundan  əlavə,  Şamaxı  şəhərində 


184
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
fəaliyyət  göstərən  qərərgahımın  qapısı  daim  bütün 
vətəndaşların üzünə açıqdır. Qərərgahda çalışan işçilər 
müraciət etmiş vətəndaşları qəbul edir, hüquqi yardıma 
ehtiyacı olanlara hüquqşünaslar tərəfindən məsləhətlər 
verilir, digər məsələlərin həllində müxtəlif köməkliklər 
göstərilir. Ötən dövr ərzində seçicilərim tərəfindən mənə 
1500-dən artıq yazılı və şifahi müraciətlər edilib. Hər bir 
müraciətə  qayğı  ilə  yanaşaraq  mövcud  problemlərin 
həllinə nail olmağa çalışmışam. lakin bəzən buna nail ol-
sam da, bir çox hallarda məndən asılı olmayan səbəblərə 
görə  müraciət  etmiş  vətəndaşlara  kömək  etmək  imka-
nım  olmadığı  səbəbindən  mənəvi  əzab  çəkirəm.  Məni 
incidən  əsas  məsələ  isə  bir  çox  hallarda  mənə  pənah 
gətirmiş vətəndaşların problemlərini həll etməyə borclu 
olan müxtəlif strukturların rəhbərlərinin onlara etdiyim 
müraciətlərə laqeyd, hətta tam etinasız yanaşmaları olur. 
Çox təəssüflər olsun ki, bir sıra məmurlar, hətta nazirlər 
və  komitə  rəhbərləri  səviyyəsində  etdiyimiz  yazılı  və 
şifahi müraciətlərə, telefon zənglərinə ümumiyyətlə ca-
vab verilməməsi bir millət vəkili kimi məni seçicilərim 
qarşısında  çıxılmaz  vəziyyətdə  qoymaqla  yanaşı,  həm 
də ümumilikdə deputat statusuna və Parlamentin işgü-
zar nüfuzuna xələl gətirir. Hesab edirəm ki, Parlamentin 
rəhbərliyi deputat statusunun artırılması istiqamətində 
ciddi işlər görməlidir.
 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə