Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə43/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   39   40   41   42   43   44   45   46   ...   61

176
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Onun qəbul edəcəyi qərarlar tövsiyə xarakteri daşıyacaq. 
Amma buna da ehtiyac var və bu, Azərbaycanın xeyrinə 
olan mövqe kimi qiymətləndirilməlidir.
- Rəhbəri olduğunuz nümayəndə heyətinin AVRO-
NEST PA strukturlarında konkret iş planı varmı? Əsas 
məqsəd nədən ibarətdir?
-  Azərbaycan  nümayəndə  heyəti  AvRONESt  PA-
nın  bütün  komitələrində  və  işçi  qruplarında  təmsil 
olunacaqlar.  Hər  bir  komitədə  və  plenar  iclaslarda 
Azərbaycanın  milli  maraqlarına  cavab  verən,  region-
da  sülh  və  təhlükəsizlik  və  s.  məsələlərin  müzakirəsi 
və  Azərbaycanın  xeyrinə  müvafiq  qərarların  qəbul 
edilməsi, müəyyən sualların cavablandırılması kimi ak-
tiv fəaliyyət aparmaq əsas məqsədimiz olacaq.
konkret planlara gəldikdə isə, prioritet istiqamətlərdən 
biri kimi Ermənistanın işğalı və etnik təmizləmə siyasəti 
nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşının 
qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi və onla-
rın beynəlxalq sənədlərdə təsbit olunmuş bütün hüquq 
və  azadlıqlarının  kütləvi  və  kobud  şəkildə  pozulması 
məsələsini daim gündəmdə saxlamağa çalışacağıq. Çalı-
şacağıq ki, AvRONESt PA-da işğal nəticəsində kütləvi 
və  kobud  şəkildə  insan  hüquqlarının  pozulması  və 
bu  pozuntulara  görə  məsuliyyətin  məhz  Ermənistan 
dövlətinin üzərinə düşməsilə bağlı müvafiq qətnamə və 
qərarlar qəbul edilsin.
Fəaliyyətimizin  bir  istiqaməti  də  Ermənistanın  iş-
ğal  etmiş  olduğu  Azərbaycan  ərazilərində  qeyri-qa-
nuni  məskunlaşdırma  siyasətini  gündəlikdə  saxla-
maqdır.  Ermənistan  işğal  etdiyi  ərazilərdə  demoqrafik 
vəziyyəti  dəyişməyə  çalışır.  Azərbaycan  nümayəndə 
heyəti  AvRONESt  PA-da  bu  məsələnin  araşdırılması 
üçün məruzəçilərin təyin edilməsinə və təqdim ediləcək 
məruzənin  müzakirə  olunub  müvafiq  qərarlar  qəbul 
edilməsinə çalışacaq.


177
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
vacib  məsələlərdən  biri  də  Ermənistanın  Metsamor 
Atom elektrik stansiyası ilə bağlıdır. Bu atom elektrik stan-
siyası tək region dövlətləri üçün deyil, bütövlükdə Avro-
pa və Orta Şərq ölkələri üçün ciddi təhlükə mənbəyidir. 
Belə ki, bu stansiya seysmik baxımdan təhlükəli ərazidə 
tikilməklə yanaşı, həm də orada istifadə edilən nüvə re-
aktorları köhnəlmiş, öz resurslarını tam başa vurmuşlar 
və  istənilən  an  bir  neçə  regionu, Avropa  və  Orta  Şərqi 
əhatə edən geniş bir ərazidə yaşayan xalqlar üçün fəlakət 
mənbəyinə çevrilə bilər. Odur ki, Azərbaycan nümayəndə 
heyəti  Metsamor  AES-nin  fəaliyyətinin  dayandırılması 
üçün  təcili  tədbirlərin  görülməsi  istiqamətində  faktlara 
əsaslanan konkret mövqe nümayiş etdirmək fikrindədir.
Başqa bir vacib məsələ isə ölkəmizin turizm imkanları-
nın artırılması və kənd təsərrüfatının inkişafı ilə bağlıdır. 
Bu məqsədlə ölkəmizin qeyri-neft sektoruna Avropa itti-
faqı ölkələrinin şirkətləri tərəfindən investisiyaların cəlb 
edilməsi,  Azərbaycanda  alternativ  enerji  mənbələrinin 
yaradılmasında Avropa  ittifaqı  ölkələrinin  təcrübəsinin 
öyrənilməsi, ölkəmizin Ümumdünya ticarət təşkilatına 
üzv  qəbul  edilməsi  məsələsi  və  s.  istiqamətlərdə  bu 
günədək göstərilən uğurlu fəaliyyətə dəstək verməkdədir.
Sosial,  mədəni,  elm,  təhsil  sahələrdə  Azərbaycan 
əhalisinin,  xüsusən  də  gənclərin  Avropa  ittifaqı  və 
Şərq  tərəfdaşı  ölkələrinin  vətəndaşları  ilə  əlaqələrin 
asanlaşması,  daimi  əsaslarla  fəaliyyət  göstərən 
mədəniyyətlərarası  dialoq  forumlarının  təşkil  edilməsi, 
vətəndaş cəmiyyətinin, o cümlədən QHt sektorunun və 
kiv-nin Avropa məkanına aktiv inteqrasiya sahələrində 
də konkret addımlar atmağa çalışacağıq.
Ümumiyyətlə,  AvRONESt  PA-da  Azərbaycan 
nümayəndə heyətinin çoxşaxəli fəaliyyət istiqamətlərini 
müəyyənləşdirmişik  və  çalışacağıq  ki,  yaxın  illərdə  bu 
planların böyük əksəriyyətini reallaşdıraq.


178
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Deputat Elxan Süleymanov: “Millət 
vəkillərinin deputat andı içməsi mütləqdir” 
20.08.2011
Modern.az
Şamaxıdan  seçilən  millət  vəkili,  AvRONESt  PA-da 
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycanın 
AŞPA-da  nümayəndə  heyətinin  üzvü  Elxan  Süleyma-
nov qanunvericilik prosesi ilə bağlı Modern.az saytına 
müsahibə verib.
- Elxan müəllim, fikrinizcə, Azərbaycanda aparılan 
islahatların hansı sahəsi daha vacibdir?
-  ilk  növbədə  sosial-iqtisadi  və  hüquqi  islahatlarin, 
həmçinin təhsil və səhiyyə sistemində islahatların apa-
rılmasını vacib hesab edirəm.
- Maraqlıdır, Milli Məclisin deputatı kimi daha çox 
nəyə  diqqət  yetirirsiniz,  qanunvericilik  prosesinə, 
yoxsa seçicilərlə işə?
-  təbii  ki,  qanunverici  orqanın  nümayəndəsi  kimi 
qanunvericilik  sahəsindəki  fəaliyyət  prioritet  olmalı-
dır.  Eyni  zamanda  millət  vəkili  kimi  bu  prosesdə  iş-
tiraka  seçicilərdən  mandat  aldığım  üçün  seçicilərin 
problemlərinin  öyrənilməsinə  və  həllinə  diqqətlə  ya-
naşmaq  əsas  borcumdur.  Ümumiyyətlə  bütün  inki-
şaf  etmiş  ölkələrdə  hesab  olunur  ki,  deputatın  əsas 
vəzifəsi seçiciləri ilə işləməkdir. Seçicilərimlə keçirdiyim 
görüşlərdə etdiyim çıxışlarda da dəfələrlə xüsusi olaraq 
vurğulamışam ki, mən qanunlar yazan millət vəkili ol-
mayacam,  mən  seçicilərimin  gündəlik  problemləri  ilə 
yaşayan,  həmin  problemlərin  həll  olunmasına  bütün 
varlığımla çalışan millət vəkili olacağam. Bu prinsipdən 
çıxış  edərək  seçicilərlə,  sıravi  vətəndaşlarla  işləməyə 
daha çox üstünlük verirəm. Millət vəkili seçildiyim ilk 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə