Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə42/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   38   39   40   41   42   43   44   45   ...   61

172
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
ması və müvafiq tədbirlərin keçirilməsi öz əksini tapıb. 
Qeyd  edim  ki,  Belçika-Azərbaycan  parlamentlərarası 
işçi  qrupunun  rəhbəri  cənab  Blanşar  thuin  şəhərinin 
meridir.  Şamaxı  və  thuin  şəhərlərinin  qardaşlaşması 
istiqamətində müvafiq sənədlərin qəbul edilməsi və ya-
xın  zamanlarda  qarşılıqlı  olaraq  çeşidli  tədbirlərə  start 
verilməsi barədə razılıq əldə etdik. Bu tədbirlər sırasında 
hər iki şəhərin incəsənət adamlarının qarşılıqlı səfərləri, 
müştərək biznes layihələrinin gerçəkləşdirilməsi, 2012-
ci ilin ortalarında Şamaxıda, 2011-ci ilin sonlarında isə 
thuində biznes forumlarının keçirilməsi, 2012-ci ildə bö-
yük şairimiz M. ə. Sabirin anadan olmasının 150 illiyi 
münasibətilə thuin şəhərində büstünün qoyulması, Sa-
bir gününün qeyd olunması və s. nəzərdə tutulur.
Yuxarıda qeyd etdiniz ki, Belçika-Azərbaycan parlament-
lərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Şamaxı rayonun-
da da olublar...
-  Belçika  parlamentariləri  iyulun  7-də  Şamaxı  rayo-
nunda oldular. Onlar Şamaxı Rayon icra Hakimiyyətinin 
başçısı Asif Məmmədovla görüşdülər. Görüş zamanı Şa-
maxıda aparılan abadlıq işləri barədə qonaqlara məlumat 
verildi, qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə 
edildi.  Bundan  sonra  qonaqlar  Şamaxı  rayonunun  ən 
ucqar  yaşayış məntəqələrindən biri  olan  qədim Qaley-
buğurt  kəndində  oldular.  Parlamentarilər  Qaleybuğurt 
kəndində  əhalisinin  yaşayış  şəraiti  ilə  tanış  olduqdan 
sonra  həmin  kəndin  sakinləri  olan  iki Azərbaycan  öv-
ladının  -  Bəhlul  və  Ramilənin  toy  şənliklərinə  qatıldı-
lar.  Mənim  dəstəyimlə  baş  tutan  və  xalqımızın  adət-
ənənəsinə  uyğun  şəkildə  keçirilən  toy  mərasimində 
Belçikalı parlamentarilərlə yanaşı, Milli Məclisin depu-
tatları Qənirə Paşayeva, əli Hüseynov, xanhüseyn kazı-
mov, Rövşən Rzayev və Azər kərimli, Azərbaycanın elm 
və  mədəniyyət  xadimləri,  tanınmış  müğənnilər,  xalq 
artistləri Alim Qasımov və Şeyx əbdül, əməkdar artistlər 


173
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Zabit Nəbizadə və Azad Şükürov, gözəl ifaçımız Azərin 
xanım, tanınmış rejissor və aktyor Ramiz əzizbəyli, mu-
ğam  müsabiqələrinin  iştirakçıları  və  “xalq  Ulduz”ları 
vüsal israfilov, valeh israfilov və digərləri iştirak etdilər. 
Yeri gəlmişkən qeyd edim ki, adlarını çəkdiyim müğənni 
və  musiqiçilərin  hamısı  Şamaxı  əsilli  sənətkarlardır. 
Alim  Qasımov  başda  olmaqla,  onların  hamısına  toy-
da  təmənnasız  xidmətlərinə  görə  minnətdarlığımı 
bildirirəm. Qeyd edim ki, böyük sevinclə toylarında iş-
tirak etdiyimiz Bəhlulun atası Mərdan kişi Qarabağ uğ-
runda döyüşlərdə iştirak edib və əlil olub, Ramilənin ata-
sı isə Sovetlər dövründə əfqanıstan müharibəsi əlilidir. 
Gənc  ailə  üçün  tikiləcək  evin  təntənəli  təməlqoyma 
mərasiminin keçirilməsi toy şənliyi zamanı ən yadda qa-
lan hadisə oldu. Dağlar qoynunda Azərbaycan xalq mah-
nılarının sədaları altında keçirilən bu mərasimdən sonra 
Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi 
qrupunun rəhbəri cənab Filip Blanşar toy iştirakçılarına 
müraciət edərək bildirdi ki, Qaleybuğurta gəlməklə və 
bu toy şənliklərində iştirak etməklə Azərbaycanı yenidən 
kəşf edib. Sonra belçikalı qonaqlar böyük həvəslə yallı 
getdilər. Hesab edirəm ki, yeni tikiləcək bu evin təməl 
daşı eyni zamanda Belçika və Azərbaycan arasında bü-
tün sahələrdə əməkdaşlığın inkişafına bir təkan olacaq.
Yaxın vaxtlarda Şamaxı rayonunda hansı işləri görməyi 
planlaşdırırsınız?
-  Şamaxı  rayonunda  görüləsi  işlər  çoxdur  və  mən 
seçki  kampaniyası  zamanı  seçicilərlə  keçirdiyim 
görüşlər  zamanı  rayonda  mövcud  olan  problemlərin 
həlli  istiqamətində  var  gücümü  əsirgəməyəcəyimə 
söz  vermişəm.  Bu  istiqamətdə  müəyyən  işlər  aparı-
ram, nəticələr barədə danışmaq tezdir. Bildiyiniz kimi, 
seçicilərlə birbaşa təmasda olmaq, onların fikir və qayğı-
larını bölüşmək insani baxımdan vacib məsələlərdəndir. 
Qarşıdan  mübarək  Ramazan  ayı  gəlir.  Bu  ay  ərzində 


174
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Şamaxı  rayonunun  59  kəndində  seçicilərim  üçün  iftar 
süfrəsi açmağı planlaşdırıram və özüm də seçicilərimin 
arasında  olacağam.  Digər  məsələ  rayonun  Çarhan 
kəndində  tikilməkdə  olan  məscidlə  bağlıdır.  Belə  ki, 
məlum olmayan səbəblər üzündən məscidin tikintisi ya-
rımçıq dayandırılıb. Məscidin tikintisinin başa çatdırıla-
raq əhalinin istifadəsinə verilməsinə səy göstərəcəyəm. 
Bildiyiniz  kimi,  bu  il  əslən  Şamaxıdan  olan  məşhur 
Azərbaycan  şairi  M.  ə.  Sabirin  anadan  olmasının  150 
illik yubileyi qeyd edilir. Bu münasibətlə biz may ayın-
da  Şamaxı  rayonu  üzrə  müsabiqə  keçirdik.  Həmin 
müsabiqəni bu ilin avqust ayının sonlarından başlaya-
raq ölkə üzrə keçirməyi və gələn ilin may ayında Şama-
xıda bitirməsini də planlaşdırmışıq.


175
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
“Çalışacağıq ki, AVRONEST PA-nın 
qərarlarında Azərbaycan ərazilərinin 
işğalı faktı rəsmən təsdiqlənsin” 
06.08.2011
525-ci qəzet. Bəxtiyar
Müsahibimiz  AVRONEST  Parlament  Assambleya-
sında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan 
Süleymanovdur.
-  Elxan  müəllim,  Azərbaycanın  AVRONEST  Parla-
ment Assambleyasına üzv olması erməni təcavüzünün 
nəticələrinin aradan qaldırılmasında müsbət rol oyna-
ya bilərmi? 
- Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunması 
yeni təsis olunmuş AvRONESt Avropa Şurası Parlament 
Assambleyasında  Azərbaycan  nümayəndə  heyətinin 
fəaliyyətində  prioritet  istiqamət  olacaq.  Biz  çalışacağıq 
ki, AvRONESt PA, digər nüfuzlu beynəlxalq təşkilatlar, 
o  cümlədən  Avropa  Parlamenti  kimi,  öz  qərarlarında 
Azərbaycan  ərazilərinin  işğal  edilməsi  faktını  rəsmən 
təsdiqləsin.  Bu  istiqamətdə  beynəlxalq  ictimaiyyətin 
dəstəyini  qazanmaq  vacib  amillərdəndir.  işğal  faktı 
beynəlxalq-hüquqi cinayət sayılır və hər dəfə işğal fak-
tının təsdiqlənməsi Azərbaycanın danışıqlar prosesində 
mövqeyinin güclənməsinə gətirir.
Avropa ittifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində 
bilavasitə iştirak etmir. AvRONESt PA isə Avropa ittifa-
qı ilə Şərq tərəfdaşı dövlətlərinin müştərək təsisatı kimi 
formalaşıb.  Bu  təsisatın  prosedur  qaydalarında  Şərq 
tərəfdaşı  dövlətləri  ərazisindəki  münaqişələrin  sülh 
yolu  ilə  nizamlanması  üzrə  müzakirələr  aparmaq  və 
müvafiq qərarlar qəbul etmək nəzərdə tutulsa da, onun 
münaqişələrin həlli üçün konkret səlahiyyətləri yoxdur. 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə