Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə38/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   34   35   36   37   38   39   40   41   ...   61

157
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
görə  Ştrasser  özü  kriteri  yazır,  sonra  onu  plenar  sessi-
yada  təsdiq  etdirmədən  Azərbaycanın  üzərində  eks-
periment  aparmağa  cəhd  göstərir.  Hətta  Ştrasser  bu 
cəhdi  çox  fəallıq  və  canfəşanlıqla  etməyə  çalışır.  Guya 
Azərbaycanın  Almaniyadakı  səfirliyi  ona  viza  ver-
mir  və  bu  kimi  digər  xoşagəlməz  ifadələr  səsləndirir. 
Bir  məsələni  də  deyim.  O,  yanvarın  24-də Azərbaycan 
nümayəndə heyətini və AŞPA Monitorinq komitəsinin 
Azərbaycan  üzrə  həmməruzəçilərini  (Debono  Qrex  və 
Pedro Aqramundu)  xəbərdar  etmədən  Strasburqda  bir 
neçə QHt nümayəndələri ilə görüşlər keçirib. Avropa-
nın  aparıcı  ölkələrindən  biri  olan Almaniya  Bundesta-
qının  deputatı  Ştrasserdən  və  Yunanıstanın  deputatı 
Purquridesdən  soruşuram:  “Mən  və  bizlərdən  hər  bi-
rimiz  hüquqi  sənəd  olmadan  sizin  ölkənizə  gələrək, 
ölkənizin  rəsmiləri  və  şəxsən  sizlərlə  görüşüb  siyasi 
məhbus problemini müzakirə edə bilərdikmi? tərəddüd 
etmədən deyirəm: Yox! Faktlar Purquridsin AŞPA Büro-
sunun qərarına məhəl qoymadan Azərbaycana açıq-aş-
kar qərəzli mövqedən çıxış etdiyini və öz məqsədlərinə 
nail  olmaq  üçün  Büro  üzvlərini  bilərəkdən  aldadaraq 
onlara guya “siyasi məhbus” anlayışı və meyarı ilə bağlı 
AŞPA-nın plenar iclasında qəbul edilmiş qətnamənin ol-
ması kimi səhv məlumat verdiyini sübut edir. 


158
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
AVRONEST PA-nın vitse-prezidenti: 
“Assambleyada Dağlıq Qarabağ 
münaqişəsinə dair qərar və qətnamələrin 
qəbuluna çalışacağıq”
05.05.2011
Elxan Süleymanov: “Bu Avropa təsisatı Azərbaycan 
üçün  yeni  bir  tribuna  olmaqla  yanaşı,  ölkəmizin 
mənafeyi  baxımından  maraq  kəsb  edən  məsələlərin 
beynəlxalq səviyyədə müzakirəsinə də imkanlar açır” 
APA 
Mayın 2-3-də Brüsseldə təsis yığıncağı keçirilən Av-
RONESt  Parlament  Assambleyasının  vitse-prezidenti, 
Azərbaycan nümayəndə heyətinin sədri, millət vəkili El-
xan Süleymanovun APA-ya müsahibəsi. 
-  Əvvəlcə  AVRONEST  Parlament  Assambleyası 
haqqında ətraflı məlumat verməyinizi istərdik. 
-  Avropa  ittifaqı  xarici  işlər  nazirlərinin  26  may 
2008-ci  il  tarixdə  Brüsseldə  keçirilmiş  iclasında  Pol-
şa  və  isveç  Avropa  Qonşuluq  Siyasətinə  daxil  olan 
ölkələrlə  (Azərbaycan,  Gürcüstan,  Ermənistan,  Ukray-
na,  Moldova  və  Belarus)  əməkdaşlığın  vahid  formatı-
nın  təsis  edilməsini  nəzərdə  tutan  “Şərq  tərəfdaşlığı” 
(Şt)  təşəbbüsü  ilə  çıxış  ediblər.  Şt  təşəbbüsü  üzrə 
Məlumat Sənədi və onu müşayiət edən işçi Sənəd 3 de-
kabr  2008-ci  il  tarixdə  Avropa  komissiyası  tərəfindən 
Avropa  Parlamentinə  və  Avropa  ittifaqının  dövlət 
və  hökumət  başçıları  Şurasına  təqdim  olunub.  Bu  iki 
sənəd  Şərq  tərəfdaşlığına  dair  Avropa  komissiyasının 
mövqeyi  və  təkliflərini  əks  etdirərək  tərəfdaş  ölkələrlə 
gələcək  əməkdaşlıq  istiqamətlərini  müəyyənləşdirib. 
Şərq tərəfdaşlığı üzrə 7 may 2009-cu il tarixində Praqa-


159
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
da  keçirilmiş  zirvə  görüşündə qeyd  edilən  təşəbbüsün 
əsas  məqsədləri  və  prinsiplərini,  həmçinin  gələcək 
əməkdaşlıq prosesinin ümumi parametrlərini müəyyən 
edən Birgə Bəyannamə qəbul edilib və bununla da şərq 
tərəfdaşlığı prosesinə yüksək səviyyədə rəsmi start ve-
rilib.
Qeyd  etməliyəm  ki,  şərq  tərəfdaşlığı  prose-
si  çərçivəsində  bir  tərəfdən  Avropa  Parlamentinin 
nümayəndələrindən, digər tərəfdən isə tərəfdaş ölkələrin 
parlamentlərinin nümayəndələrindən ibarət olan və Av-
ropa Parlamentinin bir qurumu kimi fəaliyyət göstərəcək 
Parlament Assambleyasının yaradılması da nəzərdə tu-
tulmuşdu və bu qurum AvRONESt Parlament Assamb-
leyası adlandırılmışdı. Odur ki, AvRONESt Parlament 
Assambleyası  Avropa  ittifaqı  ilə  şərqdəki  tərəfdaşlar 
arasında  yaradılmış  birgə  assambleyadır.  Bu  təsisatın 
qarşılıqlı maraqlar və öhdəliklər, eləcə də differensiasi-
ya, bölüşdürülmüş mülkiyyət və məsuliyyət prinsipləri 
əsasında yaradılması və fəaliyyət göstərməsi nəzərdə tu-
tulub. 
- AVRONEST PA-nın strukturu necə formalaşdı? 
- 3 may tarixində Avropa Parlamentinin spikeri Yeji 
Buzekin iştirakı ilə AvRONESt Parlament Assambleya-
sının  təsis  konfransı  keçirildi.  konfransda  müzakirələr 
zamanı  Milli  Məclis  sədrinin  1-ci  müavini  Ziyafət 
əsgərov ətraflı çıxış etdi. Çıxış zamanı o, Dağlıq Qara-
bağ  münaqişəsi  barədə  məlumat  verərək  münaqişə  ilə 
bağlı 20 may 2010-cu ildə Avropa Parlamenti tərəfindən 
qəbul edilmiş qətnamədə Avropa ittifaqının nümayiş et-
dirdiyi mövqeni yüksək qiymətləndirdi. O, eyni zaman-
da AvRONESt PA-nın da regionda olan münaqişələrlə, 
o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kons-
truktiv mövqe tutacağına ümid etdiyini bildirdi. 
Qeyd  etdiyim  kimi,  AvRONESt  PA  Avropa  ittifaqı 
ilə şərq tərəfdaşı olan ölkələrin birgə assambleyası, yəni 


160
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
iki  tərkib  hissəsindən  ibarət  Parlament  Assambleyası 
kimi  formalaşır.  Prosedur  qaydalarına  əsasən  AvRO-
NESt PA Avropa Parlamentinin 60, hər tərəfdaş ölkənin 
parlamentlərinin  10  üzvündən  ibarətdir.  Qanunverici 
Aktda təsbit edilmiş üzvlük meyarlarına əməl edilmək 
şərtilə AvRONESt  Parlament Assambleyasında  iştirak 
könüllüdür. 
Parlament Assambleyası plenar tərkibdən başqa həm 
də  Büro,  daimi  komitələr,  işçi  qrupları  və  katiblikdən 
ibarət  təşkil  edildi.  Siyasi  Məsələlər,  insan  Hüquqla-
rı  və  Demokratiya  komitəsi,  iqtisadi  inteqrasiya,  Hü-
quqi  Yanaşma  və  Ai  Siyasətinə  Uyğunluq  komitəsi, 
Enerji təhlükəsizliyi komitəsi, Sosial Məsələlər, təhsil, 
Mədəniyyət  və  vətəndaş  cəmiyyəti  üzrə  komitə  kimi 
4  daimi  komitə,  Belarus  üzrə  və  Qayda  və  Prosedur-
lar  üzrə  2  işçi  qrup  yaradıldı.  Belarus  üzrə  işçi  qrup 
bu  ölkənin  gələcəkdə  AvRONESt  PA-ya  üzv  olma 
perspektivlərini öyrənəcək. işçi qrup 5 nəfərdən ibarət 
təşkil edildi və Azərbaycan nümayəndə heyətinin üzvü 
Asim Mollazadə həmin qrupa üzv seçildi. Qayda və Pro-
sedurlar üzrə işçi qrupun tərkibinin isə növbəti iclasda 
formalaşdırılması qərara alındı. 
Bundan  əlavə,  AvRONESt  PA-nın  prezidenti, 
onun  müavinləri,  o  cümlədən  Büro  və  komitə  üzvləri 
seçildilər.  Azərbaycan  nümayəndə  heyəti  bu  quru-
mun  idarəçilik  orqanlarının  formalaşdırılması  zamanı 
ciddi nailiyyətlər əldə etdi. Belə ki, bu seçkilər zamanı 
Fuad Muradov Enerji təhlükəsizliyi komitəsinin sədri, 
Azay  Quliyev  Sosial  Məsələlər,  təhsil,  Mədəniyyət  və 
vətəndaş  cəmiyyəti  üzrə  komitənin,  Asim  Mollazadə 
isə  Siyasi  Məsələlər,  insan  Hüquqları  və  Demokratiya 
komitəsinin sədr müavinləri seçildilər. Mən isə AvRO-
NESt PA-nın vitse-prezidenti və Büro üzvü seçildim. 
- AVRONEST PA-nın əsas məqsədləri nələrdir?
- Ümumi formada desək, AvRONESt PA-nın fəaliy-


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə