Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə39/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   35   36   37   38   39   40   41   42   ...   61

161
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
yəti  “Şərq  tərəfdaşlığı”  proqramı  sahəsində  siyasi  dia-
loq,  hüquqi  və  iqtisadi  islahatlar,  təhlükəsizlik,  enerji 
təchizatı və s. kimi geniş sferaları əhatə edəcək. Məsələyə 
daha konkret yanaşsaq qeyd etməliyik ki, Parlament As-
sambleyasının məqsədləri prosedur qaydalarında təsbit 
edilib və aşağıdakı dörd tematik platformanı əhatə edir: 
- əsas dəyərlər, “dondurulmuş” münaqişələr, demok-
ratiya, hüququn aliliyi, insan hüquqları və əsas azadlıq-
lara hörmət, eləcə də bazar iqtisadiyyatı, davamlı inkişaf 
və yaxşı idarəçilik məsələləri;
- Ai ilə şərq tərəfdaşları olan ölkələr arasında sosial-
iqtisadi islahatları, eləcə də ticarət və investisiya mühi-
tinin liberallaşmasını dəstəkləyən, azad ticarət zonaları 
şəbəkəsi yaratmaq məqsədilə Ai qanunları və standart-
ları ilə oxşarlığa aparan sonrakı iqtisadi inteqrasiya;
- Qarşılıqlı enerji dəstəyi, təhlükəsizlik mexanizmləri 
və  tərəfdaşların  enerji  siyasətləri  və  qanunvericiliyinin 
uzlaşdırılması;
-  Müxtəlif  ölkələrin  əhalisi  arasında  əlaqələrin  in-
kişaf  etdirilməsi  və  Avropa  ittifaqı  və  tərəfdaş  ölkə 
vətəndaşları,  xüsusilə  gənclər  arasında  qarşılıq-
lı  əlaqənin  asanlaşdırılması;  mədəni  əməkdaşlıq  və 
mədəniyyətlərarası  dialoqun  təkmilləşdirilməsi,  eləcə 
də təhsil, tədqiqat, informasiya və media cəmiyyətinin 
inkişafının dəstəklənməsi.
- AVRONEST PA-da iştirakın Azərbaycan üçün nə 
dərəcədə  əhəmiyyət  kəsb  etdiyi  barədə  fikirlərinizi 
bilmək istərdik.
-  Azərbaycan-Avropa  ittifaqı  münasibətləri  1992-ci 
ildən başlayıb və sonradan dinamik olaraq inkişaf edib. 
əgər  əməkdaşlığın  ilk  illərində  Azərbaycana  müxtəlif 
yardımların göstərilməsi diqqət mərkəzində olmuşdusa, 
bu münasibətlər sonralar siyasi dialoq, iqtisadi inkişaf, 
nəqliyyat,  regional  təhlükəsizlik,  enerji  təminatı,  ətraf 
mühit,  təhsil,  mədəniyyət  və  s.  kimi  müxtəlif  sahələri 


162
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
əhatə  edən  çoxşaxəli  strateji  əməkdaşlıq  səviyyəsinə 
qədər  yüksəlib.  Azərbaycan  Avropa  ittifaqının 
tərəfdaşıq və əməkdaşlıq Sazişinin, Avropa Qonşuluq 
Siyasətinin iştirakçısı olub. Yuxarıda qeyd etdiyim kimi, 
bu münasibətlər hazırda yeni və daha mühüm proqram 
olan  “Şərq  tərəfdaşlığı”  çərçivəsində  davam  etdirilir. 
indi  sadaladığım  hər  bir  mərhələ  Azərbaycanın  Avro-
pa  ittifaqı  məkanına  inteqrasiyası  üçün  yeni  imkanlar 
açıb. Odur ki, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində 
AvRONESt  PA-nın  yaranması  təqdirəlayiq  hal  kimi 
qiymətləndirilməlidir.  Bu  Avropa  təsisatı,  sözsüz  ki, 
Azərbaycanda baş verən hadisələri dünya ictimaiyyətinə 
çatdırmaq üçün yeni bir tribuna olmaqla yanaşı, həm də 
ölkəmiz üçün maraq kəsb edən məsələlərin beynəlxalq 
səviyyədə müzakirə edilməsi üçün də imkanlar açır. Av-
RONESt PA-nın sənədlərində göstərildiyi kimi, bu qu-
rum tərəfdaş ölkələr ərazisində mövcud olan “dondurul-
muş” münaqişələrlə bağlı müzakirələr keçirəcək, qərar 
və qətnamələr qəbul edəcək. Bu məsələ isə Azərbaycan 
üçün xüsusi əhəmiyyət kəsb edir. Sözsüz ki, Azərbaycan 
nümayəndə  heyəti  AvRONESt  PA-da  Dağlıq  Qara-
bağ  münaqişəsinin  beynəlxalq  hüquq  normalarına  uy-
ğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində 
həllinə dair qərar və qətnamələrin qəbul edilməsinə nail 
olmağa çalışacaq.


163
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Elxan Süleymanov: “Çalışacağıq ki, 
AVRONEST PA öz qərarlarında Azərbaycan 
ərazilərinin işğal edilməsi faktını təsdiqləsin”
23.05.2011
“Azərbaycan nümayəndə heyəti Metsamor 
AES-in fəaliyyətinin dayandırılması üçün təcili 
tədbirlərin görülməsi istiqamətində konkret 
addımlar atacaq”
APA. Rəşad Süleymanov 
Azərbaycanın  AvRONESt  Parlament  Assambleya-
sındakı  nümayəndə  heyətinin  rəhbəri,  millət  vəkili  El-
xan Süleymanovun APA - ya müsahibəsi
- Avropa Parlamentinin prezidenti Yerji Buzek ma-
yın  20-də  Azərbaycana  səfər  edib.  Azərbaycanın  AV-
RONEST PA-da nümayəndə heyətinin rəhbəri kimi bu 
səfərin nəticələri haqqında nə deyə bilərsiniz? 
-  Avropa  Parlamentinin  sədri  Yerji  Buzekin  Bakıya 
səfəri onun cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində 
həyata keçirilib. O, əvvəlcə Ermənistan və Gürcüstanda 
olub, daha sonra isə Azərbaycana gəlib. Səfərin proqramı 
əvvəlcədən müəyyənləşdirilmişdi və rəsmi şəkildə elan 
edilmişdi. Səfər çərçivəsində Y. Buzek prezident cənab 
ilham  əliyev  və  Milli  Məclisin  sədri  Oqtay  əsədovla 
görüşlər  keçirib,  müxalifət  partiyalarının  rəhbərləri, 
jurnalistlər  və  vətəndaş  cəmiyyəti  nümayəndələri  ilə 
müzakirələr  aparıb.  Görüşlər  zamanı  demokratiyanın 
daha  da  genişləndirilməsi,  insan  hüquqlarının  təmin 
edilməsi,  hüququn  aliliyinin  möhkəmləndirilməsi, 
təhlükəsizliyin və sabitliyin qorunub saxlanması, ümu-
mi  problemlərin  qarşılıqlı  fayda  əsasında  həllinə  nail 


164
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
olunması kimi məsələlər müzakirə predmeti olub.
Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu 
ilə həlli danışıqların əsas predmeti olub, bu münaqişənin 
beynəlxalq hüquq normalarına uyğun, dövlətlərin ərazi 
bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyi vurğu-
lanıb. Önəmli haldır ki, cənab Buzek bir neçə gün əvvəl 
Ermənistana  səfəri  çərçivəsində  Yerevanda  keçirdiyi 
mətbuat konfransında Avropa ittifaqının Dağlıq Qaraba-
ğı müstəqil subyekt kimi tanımayacağını və dövlətlərin 
ərazi  bütövlüyünü  dəstəklədiyini  birmənalı  şəkildə 
diqqətə  çatdırmışdı.  Hesab  edirəm  ki,  bu,  çox  vacib 
bəyanatdır və bir daha Avropa ittifaqının müxtəlif qu-
rumlarının Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın 
ərazi  bütövlüyü  çərçivəsində  həllini  dəstəklədiklərini 
özündə  ehtiva  edir.  Ümumiyyətlə,  hesab  edirəm  ki, 
Avropa Parlamentinin sədri Yerji Buzekin cənubi Qaf-
qaz  ölkələrinə,  o  cümlədən  Azərbaycana  səfəri  region 
ölkələri ilə Avropa ittifaqı arasında əməkdaşlığın daha 
da inkişaf etdirilməsinə təkan verəcək. 
- Mayın 12-də Avropa Parlamenti Azərbaycanla bağ-
lı  tənqidi  sənəd  qəbul  edib.  Milli  Məclis  bu  sənədi 
pisləyən bəyanat verib. Bu hal Yerji Buzekin səfəri za-
manı dialoqa hər hansı mənfi təsir göstərdimi?
-  Avropa  Parlamentinin  qəbul  etdiyi  qətnamə  doğ-
rudan  da  qeyri-obyektivliyi  ilə  seçilir.  Həmin  sənəddə 
Azərbaycana  qarşı  irəli  sürülən  ittihamların  böyük 
əksəriyyəti dəqiqləşdirilməmiş məlumatlar əsasında ya-
zılıb. Azərbaycan parlamenti bu sənədlə bağlı öz möv-
qeyini  bildirdi  və  müvafiq  müraciət  qəbul  etdi.  Digər 
tərəfdən, Avropa Parlamenti vaxtaşırı olaraq hətta Avro-
pa ittifaqına üzv olan dövlətlərlə bağlı da belə tənqidi 
sənədlər qəbul edir. Odur ki, bu qurumun Azərbaycanla 
bağlı qəbul etdiyi son qətnamə ölkəmizin Avropa ittifaqı 
ilə əməkdaşlıq əlaqələrinə kölgə salmamalıdır.  əksinə, 
biz  daha  da  əzmlə  Azərbaycan  reallıqlarını  Avropa 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə