Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə46/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   42   43   44   45   46   47   48   49   ...   61

185
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
“Amalım Azərbaycana xidmət etməkdir”
Azərbaycan Respublikası Milli Məclisinin üzvü
Şamaxının millət vəkili Elxan Süleymanov 
www.elkhan-suleymanov.az saytının 
suallarını cavablandırır. 
15.09.2011
-  Hörmətli  Elxan  müəllim,  bu  günlərdə  Azərbaycan 
Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  Sizi 
“Şöhrət”  ordeni  ilə  təltif  edti.  Sizi  təbrik  edirik  və 
fəaliyyətinizdə uğurlar arzulayırıq.
-  Çox  sağ  olun.  Prezident  cənab  ilham  əliyevə 
mənə göstərdiyi yüksək etimada görə minnətdarlığımı 
bildirirəm.  Mənim  həyatda  əsas  amalım  Ölkəm, 
vətənə  Borc,  vətən  qarşısında  Öhdəlik,  vətənə  Şərəf 
gətirmək və Azərbaycana yorulmadan xidmət etməkdir. 
cənab  Prezidenti  və  seçicilərimi  əmin  edirəm  ki,  bu 
istiqamətdə səylərimi daha da səfərbər edəcəyəm, doğ-
ma Azərbaycanın çiçəklənməsi və hərtərəfli davamlı in-
kişafı istiqamtində qüvvəmi əsirgəməyəcəyəm, gələcək 
fəaliyyətimlə bu etimadı doğrultmağa çalışacağam.
Millət vəkili kimi fəaliyyətinizin istiqamətləri haq-
qında məlumat verməyinizi xahiş edirik.
-  Mən  Milli  Məclisin  Beynəlxalq  münasibətlər  və  p
arlamentlərarası  əlaqələr  komitəsinin  üzvüyəm.  Bun-
dan  əlavə AŞPA-da Azərbaycan  nümayəndə  heyətinin 
üzvüyəm, AvRONESt  PA-da Azərbaycan  nümayəndə 
heyətinin  və  Azərbaycan-Belçika  parlamentlərarası 
əlaqələr  üzrə  işçi  qrupunun  rəhbəriyəm.  Odur  ki, 
fəaliyyətimi  də  müvafiq  qaydada  qurmuşam.  Odur 
ki,  Millət  vəkili  kimi  mənim  fəaliyyətimi  əsasən  iki 


186
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
istiqamətdə həyata keçirirəm. Bunlardan biri beynəlxalq 
əməkdaşlıq  istiqamətində  göstərdiyim  fəaliyyətdir, 
digəri  isə  ölkənin  ali  qanunvericilik  orqanında  Şamaxı 
rayonu  əhalisinin  nümayəndəsi  kimi  onların  layiqincə 
təmsil  edilməsi,  hüquqlarının  qorunması  və  mövcud 
problemlərinin  həllinə  nail  olunması  istiqamətində 
fəaliyyətdir.
-  AŞPA-da  Azərbaycan  nümayəndə  heyətinin  üzvü 
kimi, ölkəmizlə bu beynəlxalq təşkilatın əməkdaşlığı ilə 
bağlı fikirlərinizi bilmək istərdik.
Azərbaycan Respublikası 25 yanvar 2001-ci ildə Av-
ropa Şurasına tam və bərabərhüquqlu üzv qəbul edilmiş-
dir. Avropa Şurasına üzv olmaq, bir tərəfdən, Azərbaycan 
Respublikası  üçün  müasir  dövrdə  beynəlxalq  aləmdə, 
o  cümlədən  Avropa  məkanında  baş  verən  proseslərə 
qoşulmaq,  Avropa  ölkələri  ilə  ikitərəfli  və  çoxtərəfli 
münasibətləri genişləndirərək daha da inkişaf etdirmək, 
qlobal  problemlərin  həllində  bilavasitə  iştirak  etmək 
üçün  əsas  faktorlardan  olmuşdur.  Digər  tərəfdən,  belə 
bir  nüfuzlu  beynəlxalq  təşkilatın  üzvü  kimi  insan  hü-
quqları  və  əsas  azadlıqları  sahəsində  konvensiyalara 
qoşulmaq, onlardan irəli gələn öhdəliklərə əməl etmək 
dünya  birliyi  tərəfindən  Azərbaycanın  demokratik 
dövlət  kimi  tanınmasında  əhəmiyyətli  rol  oynamaq-
la  yanaşı,  ölkəmizdə  insan  hüquqları  sahəsində  hüqu-
qi  bazanın  yaradılmasına,  əhalinin  sosial  təminatının 
Avropa  standartlarına  uyğunlaşdırılmasına,  Avropa 
ölkələri ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və hu-
manitar sahələrdə əməkdaşlığın daha yüksək mərhələyə 
keçməsinə təminat vermişdir.
keçən dövr ərzində Azərbaycanla Avropa Şurası ara-
sında  münasibətlər  dinamik  inkişaf  edib.  Misal  üçün, 
AŞPA-da  Dağlıq  Qarabağ  münaqişəsinə  dair  2005-ci 
ildə  qəbul  edilmiş  1416  saylı  qətnamə  öz  obyektivli-
yi  ilə  seçilən  beynəlxalq  sənəd  olub.  Bu  qətnamədə 


187
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Azərbaycan ərazisinin əhəmiyyətli hissəsinin işğal altın-
da olması, təşkilatın üzvü olan bir dövlətin digər bir üz-
vün ərazilərini işğal altında saxlamasının yolverilməzliyi, 
işğal altında olan ərazilərin azad edilməsinin vacibliyi, 
məcburi  köçkünlərin  hüquqlarının  bərpa  olunmasının 
və  öz  yurdlarına  qayıtma  kimi  ayrılmaz  hüquqa  ma-
lik  olmaları  kimi  müddəalar  ehtiva  edilib.  Obyektivlik 
naminə qeyd etməliyik ki, bu təşkilat qətnaməni qəbul 
etdikdən sonra işğalçı dövlət olan Ermənistana qarşı öz 
arsenalında  olan  heç  bir  təsir  və  təzyiq  vasitələrindən 
istifadə etməmişdir. Qeyd edilən qətnaməyə əsasən təsis 
edilmiş  Dağlıq  Qarabağ  münaqişəsinə  dair  alt  komitə 
2006-cı ildən fəaliyyət göstərmir. Bu ilin yazında həmin 
alt komitənin fəaliyyətinin bərpa edilməsinə dair qərarın 
qəbul edilməsinə baxmayaraq, Ermənistan nümayəndə 
heyətinin  destruktiv  mövqe  nümayiş  etdirməsi 
nəticəsində AŞPA hələ də buna nail ola bilməyib.
Demək  olmaz  ki,  AŞ  ilə  Azərbaycan  arasında 
münasibətlərdə heç bir problem yaşanmır. əlbəttə, belə 
problemlər  mövcuddur.  Bu  problemlər  sırasında  ob-
yektiv  amillərlə  şərtlənənləri  var  ki,  onlar  da  vaxtaşırı 
öz həllini tapır. lakin elə problemlər də var ki, onlar bu 
və ya digər qruplar tərəfindən qərəzli şəkildə gündəmə 
gətirilir. Belə subyektiv və qeyri-obyektiv xarakter daşı-
yan qondarma problemlər uzun müddət gündəmdə qal-
maqla, ölkəmizlə AŞ münasibətlərinə kölgə salır. Qarşı-
lıqlı münasibətlərə kölgə salan problemlərdən biri qon-
darma “siyasi məhbus” problemidir.
Bu  qondarma  “problem”  barədə  indiyədək  kifayət 
qədər məlumat verilib. Odur ki, mən bu məsələ üzərində 
dayanmaq istəmirəm. Yalnız onu qeyd etmək istərdim ki, 
Azərbaycan Avropa Şurasına üzv qəbul edildiyi zamana 
qədər “siyasi məhbus” anlayışı və onun hüquqi təbiəti 
heç bir beynəlxalq hüquqi sənəddə, o cümlədən Avropa 
Şurasının sənədlərində müəyyən edilməmişdi və həmin 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə