Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə48/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   44   45   46   47   48   49   50   51   ...   61

191
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
işçi qrupları və katiblikdən ibarət təşkil edilib. Qurumun 
nəzdində Siyasi Məsələlər, insan Hüquqları və Demok-
ratiya komitəsi, iqtisadi inteqrasiya, Hüquqi Yanaşma və 
Ai Siyasətinə Uyğunluq komitəsi, Enerji təhlükəsizliyi 
komitəsi,  Sosial  Məsələlər,  təhsil,  Mədəniyyət  və 
vətəndaş cəmiyyəti üzrə komitəsi kimi 4 daimi komitə, 
Belarus üzrə və Prosedur Qaydaları üzrə 2 işçi qrupu ya-
radılıb. 
Azərbaycan  nümayəndə  heyəti  AvRONESt  PA-
nın  idarəçilik  orqanlarının  formalaşdırılması  zamanı 
ciddi nailiyyətlər əldə etdi. Belə ki, bu seçkilər zamanı 
Fuad Muradov Enerji təhlükəsizliyi komitəsinin sədri, 
Azay  Quliyev  Sosial  Məsələlər,  təhsil,  Mədəniyyət  və 
vətəndaş  cəmiyyəti  üzrə  komitənin,  Asim  Mollazadə 
isə  Siyasi  Məsələlər,  insan  Hüquqları  və  Demokratiya 
komitəsinin sədr müavinləri  seçildilər. Mən isə AvRO-
NESt PA-nın vitse-prezidenti və Büro üzvü seçildim. 
Prosedur  Qaydaları  üzrə  işçi  qrupu  ilə  bağlı  qeyd 
etməliyəm  ki,  bu  işçi  qrupu  başlanğıc  olaraq  bir  il 
müddətinə  yaradılıb  və  onun  fəaliyyət  müddəti  Büro-
nun  təklifi  ilə  Assambleyanın  qərarı  əsasında  uzadıla 
bilər.  Bu  işçi  qrupunun  əsas  məqsədi  Assambleya  və 
onun qurumları tərəfindən Prosedur Qayalarının yerinə 
yetirilməsinə nəzarət etməkdən ibarətdir. Bu işçi qrupu 
həmçinin  Prosedur  Qaydalarına  düzəlişlərin  edilməsi 
prosesini  stimullaşdırmaq  üçün  Büroya  yazılı  təkliflər 
təqdim edə bilər. Bunlar ondan irəli gəlir ki, AvRONESt 
PA  və  onun  qurumları  yeni  yaradılıb,  onlar  hələ  ki, 
müntəzəm olaraq təcrübə qazanaraq, öz fəaliyyətlərini 
təkmilləşdirmə  mərhələsindədirlər.  Göründüyü  kimi, 
Prosedur Qaydaları üzrə işçi qrupu AvRONESt PA-nın 
çox vacib bir qurumudur və bizim üçün bu işçi qrupuna 
kimin sədr olacağı prinsipal xarakter daşıyırdı.
Məhz  bu  səbəbdən  Ermənistan  nümayəndə  heyəti 
qısa  müddəti  əhatə  etsə  də.  hər  hansı  bir  zaman 


192
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
kəsiyində  Prosedur  Qaydaları  üzrə  işçi  qrupuna  Şt 
ölkələri tərəfindən sədrlik etməyə iddialı idi, bu isə heç 
bir  halda  Azərbaycanın  maraqlarına  cavab  vermirdi. 
Ermənistan tərəfi öz məqsədlərinə nail olmaq üçün Pro-
sedur Qaydaları üzrə işçi qrupuna sədrliyin bir il ərzində 
növbə ilə Ukrayna, Azərbaycan və Ermənistan arasında 
bölünməsini, daha sonra isə onun fəaliyyət vaxtı uzadıl-
dığı halda Moldova və Gürcüstan arasında bölünməsini 
təklif edirdi.
lakin biz bu variantı məqbul saya bilməzdik, çünki 
belə bir vacib işçi qrupuna, yuxarıda qeyd etdiyim kimi
Ermənistanın sədr təyin edilməsi Azərbaycanın maraq-
larına cavab vermirdi. Odur ki, biz Moldova və Gürcüs-
tana qarşı ayrıseçkiliyin yolverilməzliyini qeyd edərək, 2 
təklif irəli sürdük. Birinci təklif sədrliyin Azərbaycan və 
Ermənistan istisna olmaqla, digər iştirakçı dövlətlərdən 
birinə həvalə edilməsindən ibarət idi. Onu da qeyd edim 
ki,  biz  əvvəlcədən  Ermənistanın  bu  təkliflə  razılaşma-
yacağını proqnozlaşdırmışdıq. Odur ki, Büro üzvlərinə 
göndərdiyimiz  məktubda    bu  vəziyyəti  nəzərə  alaraq, 
Azərbaycanla  Ermənistanın  işçi  qrupuna  həmsədrlik 
etməsi barədə ikinci təklıf də irəli sürdük. Bizim Büro-
nun 21 iyun 2011-ci il tarixli iclası ərafəsində tərəfdaşlarla 
apardığımız  intensiv  məsləhətləşmələr  nəticəsində 
Ermənistanın  təklifi  səsverməyə  çıxarılmadı.  Bunun 
əvəzində Azərbaycanla  Ermənistanın  həmsədrliyi  səsə 
qoyuldu və qəbul edildi.
 Digər bir məsələ AvRONESt PA-nın cari ilin sentyabr 
ayında plenar sessiyasının keçiriləcəyi məkanla bağlı idi. 
Belə ki,  Prosedur Qaydalarının 7-ci maddəsinə əsasən 
AvRONESt  Parlament  Assambleyası  həmprezidentlər 
tərəfindən  çağrılır  və  Assambleyanın  sessiyaları  əsas 
etibarilə ildə bir dəfə olmaqla  növbə ilə Şərqi Avropa 
tərəfdaşı ölkələrindən birində və Avropa Parlamentinin 
iş binalarında keçirilir.


193
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Ermənistan  nümayəndə  heyəti  AvRONESt  PA-nın 
növbəti sessiyasının Ermənistanın dövlət müstəqilliyinin 
20  illiyinin  keçirildiyi  günlər  sentyabrın  sonların-
da  Yerevanda  keçirilməsi  təklifini  irəli  sürmüşdülər. 
Biz  dərhal  bu  təklifin  qəbuledilməz  olduğunu  bildir-
dik.    AvRONESt  PA  göndərdiyimiz  məktubda  bildir-
dik  ki,  Ermənistan  dövlət  müstəqilliyinin  ilk  ilərində 
Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi silahlı 
təcavüz nəticəsində ölkəmizin 20% ərazisini işğal etmiş, 
həmin ərazilərdə etnik təmişləmə siyasəti aparmış, yerli 
əhali olan azərbaycanlıların etnik zəmində hüquqlarını 
kütləvi və kobud şəkildə pozmuş və bunun nəticəsində 
1 milyondan artıq insan qaçqın və məcburi köçkünə çev-
rilmişdir, indiyədək Ermənistan Azərbaycan ərazilərini 
iğğaldan  azad  edilməsi  və  məcburi  köçkünlərin  öz 
vətənlərinə  qaytarılması  istiqamətində  heç  bir  ad-
dım  atmamışdır.  Biz  eyni  zamanda  AvRONESt  PA 
üzvlərinin  Ümumavropa  evinin  üzvləri  olduğunu  və 
Avropa dəyərlərinin təməlini təşkil edən insan hüquq-
larının təmin edilməsinə hörmət nümayiş etdirməli ol-
duğun  diqqətə  çatdırdıq.  Eyni  zamanda  bildirdik  ki, 
Ermənistanın dövlət müstəqilliyinin 20-ci ildönümü ilə 
bağlı keçiriləcək tədbirlərə qoşulmaqla və həmin ərəfədə 
AvRONESt PA-nın Büro iclasının və ya Plenar sessiya-
sının  Yerevanda  keçirməklə    yüz  minlərlə  insanın  hü-
quqlarının pozulması faktını təşviq etmiş olarıq. Bizim 
səylərimiz nəticəsiz qalmadı və Büronun 21 iyun tarixli 
iclasında  AvRONESt  PA-nın  sessiyasının  cari  ilin  14-
15 sentyabr tarixlərində Strasburqda keçirilməsi barədə 
qərar qəbul edildi. 
Onu  da  qeyd  edim  ki,  Azərbaycan  tərəfi  Prosedur 
Qaydalarının  7-ci  maddəsinə  uyğun  olaraq,  AvRO-
NESt  PA-nın  növbəti  sessiyalarından  birinin  Bakı-
da  keçirilməsi  təklifi  ilə  çıxış  etmişdi.  lakin  Büronun 
21  iyun  2011-ci  il  tarixli  iclasında  AvRONESt  PA-nın 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə