Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə22/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   18   19   20   21   22   23   24   25   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
69
Lakin yazıçı romanda cəbhədən yayınmaq üçün müxtəlif 
vasitələrə  əl atan, o cümlədən saxta hərbi vəsiqə alan, pulla 
ali məktəblərə  qəbul olunan gənclərin də olduğunu göstərir. 
Müəllif vətənpərvər gənclərlə cəbhədən yayınanları qarşılaş-
dırmaqla əsərin bədii konfl iktinin əks tərəfl ərini nümayiş etdi-
rir. Demək olar ki, bütün süjet boyu təsvir olunan hadisələr bu 
konfl ikt fonunda cərəyan edir. 
«Ovlaq keçidi» romanında müəllifi n diqqət yetirdiyi ən mü-
hüm problemlərdən biri ordudakı xəyanət və satqınlıqla bağ-
lıdır. Yazıçının fi krincə, xəyanət və satqınlıq elə bir cinayətdir 
ki, onu törədənləri heç cür bağışlamaq olmaz. Çünki xəyanət 
və satqınlıq bağışlandıqda daha ciddi fəsadlara səbəb ola bilər. 
Romanın  əsas qəhrəmanı olan Qafar kişi təsvir olunan ha-
disələrin mərkəzində dayanır. Bir insan kimi doğma yurdunu 
sevən, torpaqlarının düşmən tapdağında qalmasına dözməyən 
bu obrazın timsalında bir çox müsbət insani keyfi yyətlər ümu-
miləşdirilmişdir. Başqa sözlə, Qafar kişi Qarabağ müharibəsində 
Azərbaycan xalqının azadlığı, torpaq bütünlüyü uğrunda müba-
rizə aparan vətənpərvər insanların tipik nümayəndəsidir. Onun 
xarakterini səciyyələndirmək üçün müəllif müxtəlif bədii üsullar-
dan istifadə etmişdir. Aşağıdakı epizodda Qafar kişinin vətənpər-
vərliyini şərtləndirən məqamlar real və inandırıcı təsir bağışlayır. 
«Hamının Qafar kişiyə rəhmi gəlirdi. O isə incik halda deyirdi: 
Məni də bura vətən, torpaq istəyi gətirib. Bu istək nə cava-
na baxır, nə qocaya. Ölsəm də, sizin aranızda öləcəm. Mənim 
istəklilərim, mənə  rəhminiz gələndə  qəlbim kövrəlir, inanın 
qəhərlənirəm. Çətinliyimiz də, yaxşımız da birlikdə olacaq. 
Onun sözünün müqabilində komandir cavab verirdi: 
– Sizsiz bir günümüz də olmasın, ağsaqqal. Siz burdasız, 
ürəyimizdə dağ təpəri hiss edirik. Elə bilirik ki, bizi arxadan 
böyük bir ordu qoruyur ... » (122, s. 534)
Qafar kişi xəyanət və satqınlığı döyüşən ordunun ən bö-
yük düşməni hesab edir. Yazıçı romanda müxtəlif obrazlarla 


70
Əhməd Sami Elaydi
qarşılıqlı ünsiyyət fonunda Qafar kişinin xarakterinə xas olan 
bu cəhəti – onun satqınlığı, xəyanəti, casusluğu bağışlama-
masını daim diqqət mərkəzində saxlayır. «Allaha mürvətdən 
doğma torpağından, el-obandan, vətənindən qovmaq istəsinlər 
səni. Bəyəm, bunu Allah götürər?! Nə  qədər həyasız olasan 
ki, başqasının torpağına göz dikəsən... Yox, arvad, atalar yaxşı 
deyib: «Vətən hər şeydən əzizdir», «Torpaqdan pay olmaz». 
Bu ermənilər baş tutmayan sevdaya girişiblər. Bu xalq, bu mil-
lət bir nəfərədək ölər, ancaq torpağını özgəyə verməz. Torpaq 
namusdu, Vətəndi, qeyrətdi, arvad. Yoxsa, gələcək nəsil tor-
paqlarımızın işğalını bizə bağışlamaz, vallah» (122, s. 451). 
Onun fi krincə, «daxildəki xəyanətkarlar, təxribatçılar ölkədə 
müharibə getdiyi bir vaxtda oğurluqla, quldurluqla, talançılıqla 
məşğul olan, mötəbər yığıncaqlarda vətən, xalq, millət adından 
danışsa da, əməlləri, fi kirləri, düşüncələri öz şəxsi mənafelərinə
ambisiyalarına xidmət edən «it südü əmmişlərdir» (93, s. 209). 
Torpağını  və vicdanını satanları  vəhşi, qaniçən hesab edən 
Qafar kişi məhz satqınlığa, xəyanətə dözmədiyi üçün Bakı şəhə-
rinə, Baş hərbi qərargaha gəlib Qərəzlinin qəbuluna düşərək onu 
qətlə yetirir. Qafar kişi Qərəzlinin köməkçisi tərəfi ndən öldürül-
sə də, bu hadisə qəhrəmanın qələbəsi kimi mənalanır. 
Yazıçı Qafar kişinin xarakterini səciyyələndirərkən onu 
daxili-mənəvi dünyasının bütün incəlikləri ilə canlandıra bil-
diyindən qəhrəmanın bədii obraz kimi bütövlüyünü təmin 
etməyə nail olmuşdur. O, Qarabağ müharibəsinin gedişində 
bütün çətinliklərə baxmayaraq xalqın qələbə çalacağına dərin 
inam bəsləyir. Qafar kişi inanır ki, Azərbaycan xalqı bir gün 
düşmənin bütün həmlələrini dəf edərək düşmən tapdağında 
olan torpaqları azad edəcəkdir. 
«Qafar kişi əmin idi ki, yaz başı torpaqlar azad olunacaq. 
Qaçqınlar, köçkünlər ev-eşiklərinə köçəcəklər. Yenə dağlar, 
dərələr al qumaşa bürünəcək. Büllur, saf bulaqların şırıltısı, 
dağların təmiz havası, otların, çiçəklərin ətri aləmi bürüyə-


Müstəqillik dövrü Azərbaycan romanı
71
cək. Gələnlərdə hədsiz sevinc, yaşamaq eşqi duyulacaq. Bu 
yerlərin sakinləri bu zirvəsi qarlı möhtəşəm dağların, xınalı 
qayaların sehrinə və sirrinə heyran qalacaq. O, yaxşı bilirdi 
ki, bu umulu-küsülü dağlar nə qədər incik düşsə də, öz doğ-
malarını bağışlayacaqdır. Qoynunda yenə də onlara əvvəlki 
kimi yer verəcək, hamını, hamını  fərq qoymadan əzizləyə-
cək» (122, s. 557). 
Romanda təsvir olunan İsgəndər və Qurban obrazları 
özünəməxsus fərdi keyfi yyət cizgiləri ilə seçilir. Sıravi əsgər 
olan bu gənclər bir kənddə doğulmuş, eyni məktəbdə təhsil al-
mış, yaxın dost olmuşlar. Onlar Qarabağ müharibəsi başlayan 
gündən ön cəbhəyə gedərək düşmənlə savaş meydanına atı-
lırlar. Vətəni dərin məhəbbətlə sevən İsgəndər və Qurban dö-
yüşün ən çətin məqamlarında belə ruhdan düşmür, mübarizlik 
əzmini itirmirlər. Yazıçı onların düşmənin işğal etdiyi əraziyə 
keçərək apardığı uğurlu kəşfi yyat əməliyyatını real cizgilərlə 
təsvir etmişdir. İsgəndərlə Qurban əməliyyat zamanı verilmiş 
döyüş tapşırıqlarını yerinə yetirməklə yanaşı, həmçinin bir in-
san, bir dost kimi sınaqdan da çıxmış olurlar. 
«Müasir nəsrdə əxlaqi kataklizmə qarşı mübarizə 80-ci il-
lərdən başlayaraq davamlı bir şəkildə özünü göstərsə də, yeni 
əsrin başlanğıcında Ağarəhim Rəhimovun yaradıcılığının  ən 
aparıcı xəttinə çevrildi... əxlaqi kataklizmə qarşı mübarizə ide-
alı yeni insan tərbiyəsi idealı ilə birləşərək yazıçının  əsərlə-
rində  dərin bir ümumiləşdirmə, sosial məzmun, fəlsəfi  vüsət 
gətirdi» (125, s. 384). Şübhəsiz ki, tədqiqatçının qənaətləri 
ilə razılaşmamaq mümkün deyildir. Həqiqətən də, Ağarəhim 
Rəhimovun yaradıcılığında bu amil özünü qabarıq  şəkildə 
büruzə verməkdədir. Bu da hər  şeydən öncə yazıçının mil-
li-mənəvi dəyərlərə ciddi əhəmiyyət verməsindən qaynaqlanır. 
Bütövlükdə Ağarəhim Rəhimovun «Ovlaq keçidi» romanı 
mövzu və problem aktuallığı, özünəməxsus dili, üslubu və ya-
zılış tərzi ilə seçilən bədii örnəklərdən biridir. 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə