Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə30/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   26   27   28   29   30   31   32   33   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
93
qəbirlərinin üstünə töksünlər, onlar da vətən havasına torpağı 
ondan baha qiymətə alırmışlar, torpağı deyilənlərə görə, qaşı-
ğınan satırmış» (130, s. 376-377). 
Romanda fahişə obrazının timsalında yazıçı son illərdə əx-
laqsız və mənəviyyatsızlığın baş alıb getməsini ürək ağrısı ilə 
təsvir etmişdir. Universitet məzunu olan bir qız işə düzəlmək 
üçün müraciət etdiyi yerlərdə ondan rüşvət istəyirlər. Lakin 
pulu olmadığı üçün qız öz bədənini təklif edir. Bu yola düşən-
dən sonra isə qız artıq öz əlaqələrini genişləndirir, fahişələrdən 
ibarət bir dəstəyə rəhbərlik edir. 
 «– Çox qapılar döydüm !.. Söhbətlərdən keçdim... Get-gələ 
saldılar.  İngiliscə, fransızca bilirəm, rusca öz yerində,  ərəb 
dilində  də çuxamı sudan çıxarda bilirəm. Dünya ədəbiyyatı, 
tarixi... Təbabətdən də başım çıxır... Yemək yeyəndə  ağzımı 
marçıldatmıram... Get-gəl, get-gəl... Kimin də yanına gedir-
dim... Elə bil bir-birinin ağzına tüpürmüşdü, qırılmış... 
– Bəs nə istəyirdilər?
– Nə istəyəcəkdilər ki... 
– Rüşvət?
– Yox! Yox! 
– Bəs nə? ... 
– Sonra girişdi mənə, vəzifəli adam idi, desəm tanıyırsan...» 
(130, s. 247). 
Qeyd etmək lazımdır ki, «Fahişəliyin geniş yayılması ro-
manda cəmiyyətimizin ən bəlalı ictimai yaralarından biri kimi 
təqdim olunur. Sosial bəlaya çevrilən bu «qədim peşə»nin rə-
vac tapmasına səbəb olan amillərin açılıb göstərilməsi roma-
nın maraqlı cəhətlərindəndir» (125, s. 246). 
«Nekroloq» romanında yaradılmış  şair obrazı müasir 
Azərbaycan cəmiyyətində yaltaq, ikiüzlü, məddah sənətkar-
ların ümumiləşmiş obrazı kimi diqqəti cəlb edir. Azərbaycan 
xalqının yaxşı tanıdığı bu şair əslində ikili xarakterə malikdir. 
O, arxada mövcud hakimiyyət, dövrün, mühitin eybəcərlikləri 


94
Əhməd Sami Elaydi
haqqında cəsarətlə danışır. Üzdə isə yaltaqlıq edir, hakimiyyəti 
öyür, dövlət başçılarını yerli-yersiz tərifl əməklə məşğul olur. 
Yazıçı bu kimi qələm sahiblərinin həqiqi üzünü aşkara çıxar-
maq üçün onu jurnalistlə qarşılaşdırır. 
Gördüyümüz kimi, «Nekroloq» romanında «yaşı yüz min il-
ləri çoxdan keçən» Məmləkətin müasir durumu – ictimai-siya-
si, mənəvi-əxlaqi və psixoloji mənzərəsi haqqında gerçək fi kir 
formalaşdırmaq, zamanın obrazını yaratmaq əsas məqsəddir» 
(125, s. 452) və yazıçı da, əsasən, bu məqsədinə nail olmuşdur. 
Romanın dili bir qədər ağırdır, burada publisistik çalarlar 
bədii elementlərə görə üstünlük təşkil edir. Yazıçı çoxlu sayda 
rus və digər əcnəbi sözlərindən istifadə edir. Əsərin süjeti va-
hid xəttə söykənmədiyindən bir çox obrazların daxili dünyası 
aşkarlanmamış qalır. 
Lakin bütövlükdə  əsər uğurlu alınmışdır və müstəqillik 
dövrü Azərbaycan romanları içərisində xüsusi yer tutur. 
Müasir Azərbaycan nəsrinin özünəməxsus dəst-xəttə ma-
lik yaradıcılarından biri olan 
Afaq Məsudun «Azadlıq» ro-
manı sosial-siyasi problemlərin orijinal ifadə tərzi
 ilə seçilən 
bədii örnəklərindən biri kimi diqqəti çəkir. Romanda sovet 
imperiyasının çöküşü  ərəfəsində  və onun çöküşündən sonra 
Azərbaycanda cərəyan edən siyasi proseslər bədii təsvirini 
tapmışdır. Lakin yazıçı dövrün siyasi mənzərəsinə aydınlıq 
gətirmək üçün ənənəvi yolla getməmiş, konkret fakt və ha-
disələrdən daha çox ümumi, qlobal məsələlərə diqqəti yönəlt-
məyə çalışmışdır. 
Lakin bununla belə, yazıçının ümumiləşmiş şəkildə təsvir 
etdiyi hadisə  və  əhvalatlar konkret zaman kəsimi haqqında 
canlı təsəvvür əldə etməyə imkan verir. 
«– Bir ara xəbər yayıldı ki, təzə hökumət hansısa xarici 
dövlətdən xeyli miqdarda un alıb və daha camaat çörək sa-
rıdan  əziyyət çəkməyəcək… camaat sevinib dərindən nəfəs 
dərdisə də, çörəklər bişirilib dükanlara paylananda çaşıb qal-


Müstəqillik dövrü Azərbaycan romanı
95
dılar…Çörəyi ağzına qoymağınla, tikənin sabun kimi sürüşüb 
damağına yapışmağı bir oldu. Sonradan məlum oldu ki, bu 
başıbatmışlardan kimsə, hansısa xarici şirkətlə müqavilə bağ-
layıb, şəhər camaatının qarnını doyurmaq üçün, ucuz başa gəl-
sin deyə, un əvəzinə, mal-qaraya yedirdilən kombikorm alıb» 
(108, s. 18). 
Qeyd etmək lazımdır ki, 
«Azadlıq»
 romanında bu kimi so-
sial problemlər əksini tapsa da, yazıçının əsas məqsədi dövrün 
siyasi panoramını canlandırmaq olduğundan hakimiyyət uğ-
runda gedən gizli və  aşkar mübarizəni, biri-birini əvəzləyən 
dövlət başçılarının səriştəsiz fəaliyyətinin acı, kədərli nəticələ-
rini inandırıcı detallarla əks etdirmişdir. Romanda hakimiyyət 
uğrunda mübarizə aparanların adları açıqlanmasa da, dərrakəli 
oxucu kimlərdən bəhs olunduğunu fəhmlə anlaya bilir. 
Bu mənada «Azadlıq» romanının yazılmasında yazıçı əsas 
məqsədi «prezident obrazı vasitəsilə müəllifi n baş verən pro-
seslərə münasibətinin açıqlanmasıdır» (25, s. 99). 
Əslində siyasi proseslərin canlandırılmasında belə mövqe-
dən çıxış edilməsi yazıçıya təsvir etdiyi hadisələrin mahiyyəti-
ni çatdırmağa imkan vermişdir. 
Romanın «Azadlıq» adlandırılması  təsadüfi   səciyyə daşı-
mır. Yazıçı son dərəcə geniş məzmun ifadə edən bu ad altında 
SSRİ-nin dağılmasından sonra Azərbaycanda cərəyan edən 
qlobal hadisələrin siyasi mənzərəsini yaratmışdır. Lakin ma-
raqlıdır ki, oxucuya təqdim olunan bu mənzərə bir çox hallar-
da obyektiv mahiyyət daşımır, müəllif müdaxiləsi ilə subyek-
tiv məcraya yönəlir. Bu məcrada Azərbaycan xalq hərəkatının 
və onun liderlərinin fəaliyyətinə, Qarabağ  uğrunda aparılan 
müharibəyə ironiya ilə yanaşılır, baş verən hadisələrin mahiy-
yətinə kölgə salınır. Elə buna görə yazıçının azadlıq haqqın-
da düşüncələri də  bəzən mübahisəli görünür. «Əslinə qalsa, 
fi krimcə, azadlıq deyilən məfhum bu gün hələ ki, bizə lazım 
deyil. Bu gün, bu vəziyyətdə, qarnı ac, ayaqyalın, savadsız bir 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə