Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə38/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   34   35   36   37   38   39   40   41   ...   56

118
Əhməd Sami Elaydi
yer tutan əsərlərdən biridir. Lakin təəssüf ki, bir neçə məqalə 
istisna olunmaqla, Azərbaycan ədəbi tənqidi bu əsəri indiyə-
dək ciddi şəkildə dəyərləndirməmişdir (147, 171-174). 
Azərbaycan nəsrində son illərdə mənəvi dəyərlərə qayıdış 
problemi yazıçı Hüseynbala Mirələmovun 
«Gəlinlik palta-
rı» romanında bədii təcəssümünü tapmışdır. Nəşr 
olunandan 
sonra romanın yalnız ədəbi tənqidin deyil, geniş ictimaiyyətin 
diqqətini cəlb etməsi mənəvi-əxlaqi dəyərlərə cəmiyyətin re-
aksiyasını göstərməkdədir (52; 64; 65; 77; 107; 134). 
Professor Nizami Cəfərovun doğru müşahidə etdiyi kimi, 
Hüseynbala Mirələmovun «Gəlinlik paltarı» romanı «... bila-
vasitə mənəviyyat problemlərinə həsr olunmuşdur. Əsərdə bir 
neçə ailənin taleyi timsalında bütövlükdə Azərbaycan cəmiy-
yətində baş verən sosial-psixoloji proseslər təsvir edilmişdir. 
«Gəlinlik paltarı»nın müəllifi  hər şeydən əvvəl belə bir fəlsəfi  
həqiqəti təsdiq edir ki, dərk olunmamış, qeyri məhdud azadlıq, 
volyuntarist, hüdudsuz demokratiya ictimai (və fərdi-insani!) 
mənəviyyat üçün olduqca böyük, bir sıra hallarda isə tamamilə 
qarşısıalınmaz təhlükədir» (52, s. 9). 
«Gəlinlik paltarı» romanında Fənayə, Zinayə, Haris, Fədai, 
Qadir, Faiq, Sərraf, Rəhilə kimi obrazlar yaradılmışdır. 
Romanda baş qəhrəman kimi təqdim olunan Fənayə obra-
zının timsalında son illərdə Azərbaycan cəmiyyətində baş alıb 
gedən mənəvi aşınmaların insanların taleyində oynadığı mənfi  
rol açılıb göstərilmişdir. 
«Bir gecənin içində bir yaş böyümüsən. Qadınsan. Sən hə-
yatının zirvəsini yaşamısan. Elə bu anlarda da həmin zirvə-
dəsən. Bu zirvədə özünü necə hiss edirsən? O insanlar ki, bizə 
qəribə baxırlar, onlar səndən, məndən çox-çox aşağıdadırlar. 
Onlar bizi başa düşə bilməzlər. Onlar qayda-qanun əsiridirlər. 
– Haris, bu məqamda səninlə birgə olduğuma görə çox xoş-
bəxtəm. Özün bilirsən ki, mən heç bir qayda-qanun tanımıram. 
– Fənayə, sən qadınlığını öz azadlığınla qazanmısan. 


Müstəqillik dövrü Azərbaycan romanı
119
– Azadlıq özü xoşbəxtlikdir. Sən ki, bunu bilirsən. Sənin yaşa-
dığın həyatın özü sənin azadlığının diktəsidir» (57, s. 211-121). 
Azərbaycan  ədəbiyyatında «kənd nəsri»nin istedadlı nü-
mayəndələrindən biri olan Əkrəm 
Əylislinin «Ətirşah Masan»
 
romanı mənəvi-əxlaqi problemlərə həsr edilmiş əsərlərdən biri 
kimi maraq doğurur. Romanda bir kəndin timsalında son illərdə 
Azərbaycan xalqının mənəviyyatında özünü büruzə verən  əx-
laqi deformasiyalar, milli mentalitetə zidd olan xüsusiyyətlər 
diqqət mərkəzinə çəkilmiş, bədii təhlil obyektinə çevrilmişdir. 
Əkrəm Əylisli təsvir etdiyi hadisələr fonunda əxlaqi dəyər-
lərin dağılmasının sosial-siyasi problemlərdən qaynaqlandığı-
na diqqəti yönəldir. Belə ki, mülkiyyət formasının dəyişmə-
si ilə yaranan yeni iqtisadi münasibətlər, işsizlik, gənclərin 
doğma yurd yerlərini tərk etməsi, korrupsiya, rüşvətxorluq
ədalətsizlik və bütün bunların yaratdığı problemlər insanların 
mənəviyyatca başqalaşmasına gətirib çıxarır. Yazıçının təsvir 
etdiyi kənd həm sosial, həm də mənəvi-əxlaqi problemlərdən 
əziyyət çəkməkdədir. 
Müəllifi n  qənaətincə, cəmiyyətin hər hansı bir guşəsin-
də baş verən mənəvi-əxlaqi naqisliklər  əslində bütün ölkə-
nin problemi kimi dəyərləndirilməlidir. Çünki mənəvi-əxlaqi 
məsələlər cəmiyyət üçün elə vacib faktordur ki, orda mövcud 
olan hər hansı problem zamanında islah olunmalıdır. 
Yazıçı mənəvi-əxlaqi dəyərlərin sıradan çıxması ilə kənd-
lərdə yaşanan problemlər içərisində seksual məsələlərə xüsusi 
yer ayırır. Qeyri-etik səslənsə də, o, bu məsələni örtülü şəkildə 
deyil, açıq, birbaşa müzakirə obyektinə çevirir. Ümumiyyətlə, 
romanda bütün problemlərə yazıçı münasibəti açıq  şəkildə 
özünü büruzə verməkdədir. Qeyd edək ki, bəzi tədqiqatlarda 
bu cəhət yazıçının üslubuna yad çalarlar kimi dəyərləndiril-
məkdədir: «Ətirşah Masan»da müəllifi n sözü birbaşa deməsi, 
«açıq mətnə» meyil etməsi diqqətdən yayınmır. Əlbəttə, bu üs-
lubla da roman yazmaq mümkündür. Ancaq Əkrəm Əylislidə 


120
Əhməd Sami Elaydi
bu, alınmır. Onun öz üslubu buna müqavimət göstərir. O, səmi-
mi yazıçı kimi sözü yaşayıb ifadə etdiyinə görə məna duyulur, 
birbaşa təsvirsiz də predmet göz önündə canlanırdı. «Ətirşah 
Masan»da üslub bu məziyyətini də itirir, hadisələrin, xarakter-
lərin təsvirində canlılıq, əyanilik zəifl əyir. «Açıq mətn» güclü 
analitik düşüncə  tələb edir. Əkrəm isə emosional yaşantılar, 
sözünün hissi çalarları ilə güclüdür» (148, s. 156). 
Müəllif, eyni zamanda, əxlaqi baxımdan pozulmuş  kənd 
sakinlərinin  şəhərdə davam edən həyatlarını  təsvir edir. Bu 
mənada romanda Sürəyya obrazı daha səciyyəvidir. O, şəhərə 
gələndən sonra qısa bir müddət  ərzində ev-eşik sahibi olur, 
işə düzəlir, millət vəkili «seçilir». «Bakıya gəlməyindən cəmi 
üçcə gün keçmiş orta təhsilli Sülü tanınmış bir qəzetdə necə 
işə düzələ bilərdi və heç yerdə bir pasport qeydiyyatı olma-
yan Sürəyya Ətirşah, kənddən gəlməyindən heç iki il də keç-
məmiş, Bakı şəhərində nə yolla və hansı əsasla mənzil sahibi 
ola bilərdi? ... Və əgər bu bivəfa dünyada təsadüfl ə qanunauy-
ğunluq bir bezin iki qırağı deyildirsə, onda nəyə görə 1991-ci 
ilin ilk baharında Yazıçılar Birliyində, hələ təzəcə təsis olun-
muş, «Sarı dana» mükafatını (ilk dəfə) «525-ci qəzet»də çıxan 
«Çəpiş olmaq istəyirəm» adlı lirik poemanın müəllifi  Sürəyya 
Ətirşah almalıydı?.. Və 1996-cı ilin parlament seçkilərində 
İRREHPE partiyasından deputatlığı qeydə alınan 11 nəfər ir-
rehpeçinin içindən niyə məhz Sürəyya Ətirşah namizədliyi bü-
tün instansiyalardan şıppıltıyla keçməliydi?» (51, s. 33). 
Romanda diqqəti çəkən məqamlardan biri cəmiyyətin mad-
di yönümdən təbəqələşmə  məsələsidir. Bu mühüm problem 
müstəqillik dövründə çap olunan nəsr nümunələrində, o cüm-
lədən romanlarda müxtəlif aspektlərdə qələmə alınır. «Ətirşah 
Masan»da təbəqələşmə probleminə xüsusi diqqət yetirən yazıçı 
məsələnin aktuallığını aşağıdakı kimi səciyyələndirir: «Dükanda 
bir tay unu 5-6 «şirvana» satırlar və bu kənddə neçə-neçə adamın 
maaşı, pensiyası da elə 5-6 «şivran» idi. Camaatın çoxu yandır-


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə