Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə35/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   31   32   33   34   35   36   37   38   ...   56

108
Əhməd Sami Elaydi
«Yaxşı iş görənin xeyri özünə, pislik edənin də zərəri özünə 
olar. (Ya Peyğəmbər!) Sənin Rəbbin (haqsız yerə) bəndələrə 
zülm edən deyildir!» (91, s. 480). 
«Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-
dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) 
yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, 
ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkə-
rik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) an-
caq Bizim hüzurumuza qaytarılacaqsınız !» (91, s. 323). 
Yuxarıda sadaladığımız ayələrdən bir neçə qənaətə gəlmək olar:
1. Allahdan başqa heç tanrı yoxdur. 
2. Allah bizi əbəs yerə yaratmadı  və (qiyamət günü dirilib 
haqq-hesab üçün) hüzuruna qaytarılmayacağımız güman edilməz. 
3. Allah verdiyi nemətlərlə sınamaq üçün bizi yer üzünün 
varisləri təyin edən, dərəcələrə görə birimizi digərimizdən üs-
tün edəndir. 
4. Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri 
özlərinə zülm edərlər. 
5. Allah, dözüb-dözməyəcəyimizi,  şükür edəcəyimizi, 
yaxud nankor olacağımızı yoxlamaq məqsədilə bizi şər və xe-
yirlə imtahana çəkər. 
Bütövlükdə Vaqif Sultanlının «İnsan dənizi» romanı son illərdə 
yaranmış bədii nəsr örnəkləri içərisində xüsusi yer tutur. Burada 
psixologizm elementlərindən sənətkarlıqla istifadə olunması əsə-
rin oxunaqlılığını şərtləndirmişdir. Romanın geniş oxucu auditori-
yasının diqqət və marağını cəlb etməsi də bu amillə bağlıdır. 
Müasir Azərbaycan nəsrində  fəlsəfi -psixoloji  problemlə-
rin roman janrı müstəvisində bədii həllini tapması, hər şeydən 
əvvəl, bu janrın ifadə imkanlarının genişliyi ilə səciyyələnir. 
Araşdırmaya cəlb olunan bədii örnəklər bir daha göstərir ki, 
fəlsəfi -psixoloji problemlərin işlənilməsi yazıçıdan böyük ya-
radıcılıq məharəti, insanın daxili-mənəvi dünyasına dərindən 
bələdlik tələb edir. 


III FƏSİL
MİLLİ-MƏNƏVİ 
DƏYƏRLƏRİN BƏDİİ 
TƏCƏSSÜMÜ


110
Əhməd Sami Elaydi
Müasir Azərbaycan romanlarının mühüm bir qisminin 
mövzusu mənəvi-etik problemlərin bədii təcəssümünə  həsr 
olunmuşdur. Hətta bilavasitə mənəvi-əxlaqi problemlərlə bağlı 
olmayan mövzularda qələmə alınmış romanlarda bəhs olunan 
məsələnin bu və ya digər şəkildə ifadəsinə təsadüf olunmaq-
dadır. Çağdaş bədii nəsrin mənəvi-əxlaqi problemlərinə xüsusi 
diqqət yetirilməsinin səbəbi bir tərəfdən cəmiyyətin mənəvi 
dəyərlərə  ağırlıq verməsindən qaynaqlanırsa, digər tərəfdən 
ədəbiyyatın həssas münasibətindən irəli gəlir. Başqa sözlə, cə-
miyyət həyatı kimi bədii düşüncə də mənəvi-əxlaqi dəyərlər-
dən kənar mövcud ola bilməz. 
İstiqlaliyyət dövründə Azərbaycan  ədəbiyyatında yara-
nan romanların  əksəriyyətində  mənəvi-əxlaqi problemlər 
müxtəlif mövzular kontekstində  işlənilmişdir. Bunların içə-
risində Sabir Əhmədlinin «Axirət sevdası»,  İsa Hüseynovun 
(Muğanna) «İsahəq, Musahəq, yaxud Anadil ötən yerdə», 
Əkrəm Əylislinin «Ətirşah Masan», Hüseynbala Mirələmovun 
«Gəlinlik paltarı», Elçin Hüseynbəylinin «Yovşan qağayılar» 
romanları daha səciyyəvidir. 
Onu da qeyd etmək lazımdır ki, müstəqillik dövrü Azər-
baycan romanlarında mənəvi-etik məsələlər ciddi problem 
şəklində qoyulmuş, müxtəlif obrazların timsalında gerçəkləş-
mişdir. 
Azərbaycan ədəbiyyatında olduğu kimi, Misir ədəbiyyatın-
da da mənəvi-əxlaqi problemlər roman janrının ən çox müra-
ciət etdiyi mövzulardan biridir. «Ümumiyyətlə, Misir nəsrinin 
tarixini araşdırarkən belə bir nəticəyə gəlmək olar ki, əvvəlcə 
roman mənəvi-əxlaqi problemlərə əhəmiyyət verir, daha son-
ra isə  işğalçılara qarşı mübarizə ilə bağlı mövzulara, ictimai 
məsələlərə diqqət yetirir» (172, s. 22). 


Müstəqillik dövrü Azərbaycan romanı
111
Ümumiyyətlə, müstəqillik dövrü Azərbaycan romanları 
mənəvi-etik problemlər kontekstində aşağıdakı istiqamətlərdə 
təhlil obyektinə çevrilə bilər:
a) Bədii gerçəklik mənəvi-əxlaqi dəyərlər müstəvisində;
b) Milli özünəqayıdış problemi. 
Tədqiqat işində  bəhs olunan dövrün romanları  məhz bu 
müstəvidə təhlil olunmuşdur. 
3.1. Bədii gerçəklik mənəvi-əxlaqi dəyərlər 
müstəvisində
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələ-
rindən biri olan xalq yazıçısı Sabir Əhmədlinin yaradıcılıq 
yolu özünəməxsusluğu, bənzərsizliyi ilə diqqəti çəkməkdədir. 
Bu yaxınlarda dünyasını  dəyişmiş yazıçı  həm sovet dövrün-
də, həm də müstəqillik illərində eyni cəsarətlə yazıb-yaratmış, 
zəngin bədii irs qoyub getmişdir. Onun «Aran», «Görünməz 
dalğa», «Toğana», «Yasamal gölündə qayıqlar üzürdü», 
«Gedənlərin qayıtmağı», «Kütlə», «Kef» və digər romanları 
Azərbaycan ədəbiyyatının təkrarsız bədii örnəklərindəndir. 
Sabir Əhmədlinin yaradıcılığı üçün səciyyəvi olan məqam-
lardan biri onun əsərlərində ciddi sosial və  mənəvi-əxlaqi 
problemlərin qaldırılmasıdır. O, ilk yazılarından başlayaraq, 
böyük cəsarətlə xalqı, milləti narahat edən məsələlərə diqqəti 
yönəltməyə çalışmış, fəal vətəndaşlıq mövqeyi nümayiş et-
dirmişdir. Yazıçının elə bir əsəri yoxdur ki, yarandığı dövrdə 
əks-səda doğurmasın,  ədəbi tənqid tərəfi ndən ona hər hansı 
formada münasibət bildirilməsin. Müəllifi n ədəbi-nəzəri fi krin 
diqqət mərkəzində olmasının digər bir səbəbi isə əsərlərində 
daim aktual məsələlər qaldırması ilə bağlıdır. 
Sabir Əhmədlinin yaradıcılığında publisistik çalar daha qa-
barıq hiss olunmaqdadır. Onu mənsub olduğu nəslin digər nü-


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə