Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə31/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   27   28   29   30   31   32   33   34   ...   56

96
Əhməd Sami Elaydi
millətə azadlıq vermək – millətin azadlıq qoynunda acından 
qırılmasından savayı ayrı bir şeyə gətirib çıxarmaz» (48). 
Afaq Məsudun «Azadlıq» romanı dərin ümumiləşdirmələr-
lə müşayiət olunan, yüksək bədii sənətkarlıqla qələmə alınmış 
sənət örnəklərindən biridir. Yazıçının siyasi hadisələrə fəlsəfi  
baxışı təsvir olunan əhvalatların zaman və məkan sərhədlərini 
aradan qaldırır. Bütün bunlar romanın bir sənət əsəri kimi uğu-
runu  şərtləndirən amillərdəndir. Bizcə, «Azadlıq» romanının 
əsas qüsuru təsvir olunan siyasi proseslərə birtərəfl i yanaşıl-
ması ilə bağlıdır. Romanı dəyərləndirən tənqidçilər onu məhz 
bu prizmadan təhlil etməyə üstünlük vermişlər (25). 
2. 3. Fəlsəfi -psixoloji problemlərin bədii həlli
Müstəqillik dövrü Azərbaycan nəsrində diqqəti cəlb edən 
məsələlərdən biri fəlsəfi -psixoloji problemlərin roman çərçivə-
sində bədii mövzu obyektinə çevrilməsidir. Bəhs olunan döv-
rün ədəbi prosesi dərindən incələndikdə aydın olur ki, ayrı-ay-
rı yazıçılar bu məsələyə həssas münasibət bəsləmişlər. Bu da 
təsadüfi  deyildir, çünki «insanın daxili-ruhi təkamülünün ideal 
göstəricisi səviyyəsində bir hadisəyə çevrilmiş» (150, 183) ro-
manın fəlsəfi -psixoloji problemlərin bədii həllinə diqqət yetir-
məsi bilavasitə söz sənətinin mahiyyətindən qaynaqlanır. 
Müstəqillik dövrü Azərbaycan romanları içərisində  fəlsə-
fi -psixoloji  problemlər xalq yazıçısı Mövlud Süleymanlının 
«Günah duası» romanında özünəməxsus  şəkildə  bədii təcəs-
sümünü tapmışdır. Yazıçının digər  əsərlərində olduğu kimi, 
bu romanında da qaldırılan problemlər real hadisələr fonunda 
gerçəkləşsə də, şərti-metaforik üslub örtüyünə bürünərək təq-
dim olunmuşdur. 
Qeyd edək ki, «Günah duası» yazıçının əvvəllər nəşr olun-
muş «Səs» romanının yenidən işlənmiş, təkmilləşdirilmiş va-


Müstəqillik dövrü Azərbaycan romanı
97
riantıdır. Belə ki, müəllif əsər üzərində işini davam etdirərkən 
süjet xəttini yeni lövhə  və epizodlarla zənginləşdirmiş, nəti-
cədə əsərin daha kamil və dolğun variantını yarada bilmişdir. 
«Günah duası» romanında yazıçı müasir Azərbaycan cə-
miyyətində əyriliklə düzlüyün, təmizliklə eybəcərliyin, halal-
lıqla haramlığın, namusluluqla əxlaqsızlığın toqquşan qütblə-
rini canlandırmış və problemin orijinal formada bədii həllini 
verməyə çalışmışdır. 
«Romanda yazıçı sovet cəmiyyətinin aşağıdan yuxarılara 
qədər çürüdüyünü, insanların mənəviyyatını pozduğunu göstə-
rir. Xalq, millət, cəmiyyət istər kənddə, istərsə də şəhərdə to-
tal olaraq yabançı bir ideologiyanın, yabançı bir mənəviyyatın 
qurbanı olmuşdur» (124, s. 158). 
«Günah duası» romanında bir sıra maraqlı, yaddaqalan, 
daxili-mənəvi dünyasının özünəməxsus cizgiləri ilə seçilən 
obrazlar yaradılmışdır. Bunların içərisində Haley, İskəndər, 
Bahadır, Məsi, Sak Mödü, Kamal Rəhimov, Rüfət, Məleykə, 
Tofi q,  Əsəd kimi obrazlar maraq doğurur.  Əsərdə müəllifi n 
yaratmış olduğu Haley obrazı Sovet siyasi rejimi dönəmində 
öldürülməyə çalışılan xalqın mənəviyyatının bədii təzahürü 
kimi düşünülmüşdür. 
Müstəqillik dövrü Azərbaycan romanlarında fəlsəfi -psixo-
loji problemlərin bədii həlli probleminə aydınlıq gətirilməsi 
baxımından çağdaş  nəsrin tanınmış nümayəndələrindən olan 
Vaqif Sultanlının «İnsan dənizi» romanı daha çox material ve-
rir. Yazıçı romanda bir obrazın taleyi fonunda insan psixologi-
yasının gizlinlərini aşkarlamağa çalışmışdır. 
Mürəkkəb psixoloji süjetlərlə müşayiət olunan roman pro-
loqla başlayır və yazıçı burada əsərin fi nalından bəzi detallar 
verməklə oxucunun diqqətini özünə cəlb edir. Lakin o, roman 
qəhrəmanının hansısa bir sirrə malik olduğuna işarə etsə də, 
bu sirri açmır. Müəllifi n bu priyomdan çox məharətlə istifadə 
etməsi oxucunun əsəri səylə oxumasına zəmin yaradır. 


98
Əhməd Sami Elaydi
Proloqda göstərilir ki, uzaq, yad bir şəhərdə iyirmi ilə yaxın-
dır ki, bir adam yaşayır. Həmin adam üçün bu şəhər bomboşdur. 
Bu adamın iyirmi il şəhərdə yaşamasına baxmayaraq heç bir 
kimsə onu tanımır, dan yeri ağarmamış qalxır, qaş qaralanadək 
şəhərin küçələri boyunca aşağı-yuxarı gəzir, camaatın gur ye-
rində dayanıb cındır papağını qabağına qoyur. Yoldan ötənlər 
qabağındakı papağın içərisinə  ağ-ağ, qara-qara pullar atırlar. 
«İllər ona kim olduğunu, neylədiyini, həyatın məqsədlərini, 
boyun-buxununu belə unutdurmuşdur. Bu şəhərə necə düşdü-
yünü, kimliyini özündən savayı heç kəs bilmir. Vağzallarda, 
xaraba binalarda, dalanlarda – harda düşdü gecələyir. Bir yerə 
tez-tez getməyə qorxur. Qorxur ki, tanıyarlar, bilərlər, qovub 
şəhərdən çıxararlar. Onda hara gedər, kimə əl açar, necə dola-
nar?» (132, s. 5). 
Deməli, əsərin qəhrəmanı öz qismətilə barışmışdır. İndi heç 
bir məqsədi yoxdur, gündəlik dolanmaq üçün adamların gur 
yerində dilənir. İnsan dənizi çalxalanır və öz dalğalarında bu 
adamı yırğalayır. 
Bütün bunlar romanda gərgin psixoloji kontekstdə  təq-
dim olunduğundan roman qəhrəmanının taleyini həyəcansız 
izləmək olmur. Ümumiyyətlə, «Müasir Azərbaycan nəsrində 
psixologizmin inkişafını  və  tədrici dərinləşməsini  şərtlən-
dirən, psixologizmi ünsür, element yox, bir prinsip, sistem sə-
viyyəsində araşdırmağa imkan verən cəhətlərdən biri odur ki, 
gerçəkliyi personajların subyektiv qavrayışında əks etdirmək 
meyli güclənir» (74, s. 112). Vaqif Sultanlının «İnsan dənizi» 
romanını səciyyələndirən ən mühüm məqamlardan biri burada 
psixologizmin obraz və xarakterlərin «subyektiv qavrayışın-
da» təqdim olunması ilə bağlıdır ki, bu cəhət qəhrəmanların 
daxili dünyasının gizlinlərini bütün təfərrüatı və incəlikləri ilə 
aşkarlamağa imkan verir. 
Müstəqillik dövründə çap olunmuş romanlarda yuxu fak-
torundan tez-tez istifadə olunur. Qeyd edək ki, «yazıçıların 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə