Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə29/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   25   26   27   28   29   30   31   32   ...   56

90
Əhməd Sami Elaydi
kişi, qulların içində oturub sinəsindəki qalın kağıza yazmış-
dı: «Təcili özümü satıram. Qiyməti razılaşma yolu ilə... Yerin 
deşiyindən əli kameralı bir jurnalist çıxıb özünü satan kişiyə 
yaxınlaşdı: 
– Bağışlayın, özünüzü niyə satırsınız? 
– Yaxşı eliyirəm! – Qəzəblə dedi. 
– Yenə də ... – Jurnalist əl çəkmədi. 
– Çünki bu məmləkətdə satmağa bir şey qalmayıb ... 
– Bəs özünüzə heyfi niz gəlmir? 
– Yox ... 
– Niyə? 
– Mənim bir qara qəpiklik qiymətim yoxdu, mən kiməm ki 
... – Son sözünü dedi, – bu gün-sabah səni də alacaqlar» (130, 
s. 54-55). 
Romanda diqqəti çəkən obrazlar sırasında tanınmış şəxsiy-
yətlərin heykəllərinin canlandırılması maraq doğurur. Belə ki, 
Azərbaycan xalqının mənəvi rəmzləri olan Nizami Gəncəvi, 
İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, 
Zeynalabdin Tağıyev, Üzeyir Hacıbəyov, Səməd Vurğun və 
başqa  şəxsiyyətlərin heykəllərinin canlandırılması romanın 
oxunaqlılığını  təmin etmiş, süjet xəttini zənginləşdirmişdir. 
Yazıçı bu heykəllərin Azərbaycan tarixindəki xidmətlərinə 
görə müasir dünyaya baxışlarını ifadə etmiş, bununla da döv-
rün ab-havasını real cizgilərlə əks etdirməyə çalışmışdır. 
«İzdiham vəcdə  gəlib dalğalandı, «dalğalar»  şahə qalxıb 
Mirzə Fətəlinin üz-gözünə və bütün varlığına çırpılandan son-
ra onu öz içinə çəkib udmaq istəyirdi. Ancaq o özünü güclə də 
olsa, saxladı və təmkinlə sözünü belə yekunlaşdırdı: 
Ey millət, heç vaxt özünü asma – səni bu işə vadar eliyən-
lərin boğazına keçirt kəndiri, qoy dünya onların gözündə 
bərəlsin. Özünü asmağın günahı  sənə zülm eliyəni asmağın 
günahından iki dəfə azdı. Günahlarınızı iki dəfə azaldın ki, 
məhşər günündə altından çıxa biləsiniz. Millətimə eşq olsun! 


Müstəqillik dövrü Azərbaycan romanı
91
İzdiham: – Eşq olsun! 
 Millətə yuxarıdan aşağı baxanlara ölüm olsun! 
 İzdiham: – Ölüm olsun!!! 
 Mirzə  Fətəli: – Ölüm olsun!!! Ölüm olsun!!! Ölüm ol-
sun!!!» (130, s. 152). 
Heykəllərin mitinqinin polislər tərəfi ndən dağıdılması  və 
onların polis məntəqəsinə aparılması səhnəsi də orijinal şəkil-
də düşünülmüş simvolik epizodlardandır. 
Romanda Qarabağ müharibəsinin gətirdiyi fəlakətlər də 
ciddi təsvirini tapmışdır. Xüsusilə, yazıçı müharibənin doğur-
duğu qaçqınlıq, köçkünlük və mühacirlik həyatını canlı şəkil-
də əks etdirə bilmişdir. Müəllifi n qaçqınlar şəhərciyinin təsviri 
fonunda canlandırdığı  uşaq obrazı da maraq doğurur. Erkən 
dünyasını dəyişmiş bu uşağın məzarının canlı şəkildə təsviri 
ilə yazıçı müharibənin gətirdiyi fəlakətləri əks etdirməyə ça-
lışmışdır. 
«Bu əlillər həm də qaçqınlardır, ev-eşikləri, kənd-kəsəkləri 
düşmən tapdağı altındadı. Bu adamları bura gətirib çadır qu-
randa demişdilər ki, bir az dözün, bilirsiniz ki, ölkənin vəziy-
yəti ağırdı, bu yaxınlarda gəlib sizin hamınızı burdan köçür-
düb yaxın kəndlərin birinə aparacağıq. Bu sözü dövlət adamı 
demişdi və o gedən də çıxıb getmişdi ... 
Qaçqın əlillərin özlərinin dəlləyi var; ayda bir-iki dəfə ül-
gücünü bülövləyir düşür bunların canına. Suları var – şəhərə 
gedən böyük su kəmərini bir az deşiblər. Qoelro planının bu 
şəhərciyə heç bir dəxli yoxdu – yəni işığa həsrətdilər. Dədə-
baba qaydasıynan yaşayırlar – neft lampası, kiroqaz və s. 
Çadır şəhərciyində qoyun, keçi, toyuq-cücə də nəzərə çarpır» 
(130, s. 34). 
Romanda yazıçı xalqı düşmən əsarətində olan torpaqların 
azad edilməsi uğrunda mübarizəyə qalxmağa çağırır. 
«Mənim sizin hamınızdan – küll halında bütün xalqı-
mızdan bir xahişim var: dövlətçiliyimizi qoruyun! Od olub 


92
Əhməd Sami Elaydi
bir-birinizi yandırmayın – sizdən od olmaz! İrəvan xanlığı-
nın, Zəngəzurun, Göyçənin, Təbrizin, Dəmirqapı Dərbəndin, 
Qarabağ məmləkətinin sahibi olun! Bir də... Bir də imkan ver-
məyin ki; sizə qurd yağı sürtsünlər! Bir də şəhidlərin qanını 
yerdə qoymayın!» (130, s. 278-279). 
Müharibənin doğurduğu fəlakətlərdən biri də mühacirlik, 
vətənin tərk olunması  məsələsidir. Son illərdə bununla bağ-
lı bir çox əsərlərdə bu və ya digər şəkildə bəhs olunmuşdur. 
«Nekroloq» romanında yazıçı mühacirliyin faciəsini tərk olun-
muş, kişiləri qırılmış, övladlarının səsi qürbətdən gələn kəndin 
timsalında verməyə çalışmışdır. 
«Kəndin kişiləri, balalarını dolandırmaq
 üçün səpələnmiş-
dilər qonşu ölkələrə – qonşu qapısında qalmışdılar. Özləri it gü-
nündə yaşasalar da, ailələrinə bir tikə çörək pulu göndərirdilər. 
Bu çörək pulu yaşamağa çatmasa da, ölməməyə çatırdı. Bu 
minvalla – ölməyə-ölməyə gələcəyə ümid edirdilər və onların 
ümid etdiyi gələcək gəlib çıxmırdı ki, çıxmırdı və gələcəkdən 
çox gedəcəyə oxşayırdı. Gələcək atlı olmuşdu, camaat piyada ... 
Hərdən də kəndə gəlirdilər, bəzən öz ayaqları ilə, bəzən də 
tabutda... Tabutda gələnlər kəndə çatıb uzağı bir gündən sonra 
təzədən axırıncı səfərə gedər-gəlməzə üz tuturdular. Öz ayaq-
ları ilə gələnlər isə bir-iki gündən sonra papaqlarını da götürüb 
çıxıb gedirdilər» (130, s. 162-163). 
Romanda yazıçı mühacirlik faciəsindən sui-istifadə edən, 
bunu  şəxsi gəlir mənbəyinə çevirən insanların da olduğuna 
işarə etmiş, onların fəaliyyətini də canlandırmışdır. 
«Hə, maraqlı cəhət ordadır ki, O adam bilirsiniz necə mil-
yonçu olub, hələ on-on beş il bundan qabaq sərhədlər yerində 
olanda, gediş-gəliş qadağası olanda bu, cavan oğlan imiş, xa-
ricə gedib-gəlirmiş ... 
– Alver? 
– Xeyr. O, dünyanın müxtəlif xarici ölkələrində yaşayan bi-
zimkilərə vətən torpağı aparmış ki, öləndə gözlərinə səpsinlər, 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə