Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə28/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   24   25   26   27   28   29   30   31   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
87
Seyran Səxavəti romanda düşündürən əsas məsələ son illərdə 
xalqın mənəviyyatına yoluxmuş çirkin əxlaqi xüsusiyyətlərdir. 
Romandan hasil olan qənaətə görə, bu mənəviyyatsızlıq o dərə-
cədə güclənmişdir ki, onun islah olunması müşkül və mürəkkəb 
bir prosesə çevrilmişdir. Ona görə də yazıçının təsvirlərində sar-
kazm elementləri çox qabarıq şəkildə hiss olunmaqdadır. 
«Müasir nəsrdə meyil edilən simvollardan qaçış  və daha 
çox reallığa üstünlük, postmodern reallığa üstünlük vermək 
istəyindən fərqli olaraq bu nəsrdə simvollar, simvolik obrazlar 
bolluq təşkil edir. Bu yazıçı əsəri bütünlüklə simvola çevril-
miş obrazların taleyi üzərində qurub. Hətta onun əsərində qəb-
rin də anası olur. İnsan beyni də hava kimi açılıb-tutula bilir. 
Əsərdə qəbir daşları da hərəkətə gəlib həkim qəbuluna gedə, 
hətta şikayət də edə bilirlər... » (27, s. 77). 
Qeyd edək ki, «Nekroloq» romanında vahid süjet olmadığı 
kimi, baş qəhrəman da yoxdur. Əsərin qəhrəmanlarının hər biri 
müvafi q süjet çərçivəsində canlandırılmışdır. Lakin bu qəhrə-
manları biri-birinə bağlayan, yaxınlaşdıran ortaq məqamlar da 
mövcuddur. Bu isə hər şeydən əvvəl, obrazların eyni düşün-
cəyə, eyni təfəkkürə malik olması, eyni cəmiyyətin sakinləri 
kimi yaşamaları ilə bağlıdır. 
Romanın əsas qəhrəmanı Xalqdır. Şərti səciyyə daşıyan bu 
obraz əsərdəki bütün süjetləri, hadisə və əhvalatları, obrazla-
rı bir-birinə bağlayan əsas vasitə kimi düşünülmüşdür. Yazıçı 
əvvəllər mövcud olmuş Xalqın ölüm səhnəsini təsvir etməklə 
«romana verilmiş «Nekroloq» adı da hansısa fərdə deyil, məhz 
xalqa aid edilməkdədir» əslində bu ölüm fonunda millətə məx-
sus mənəvi-əxlaqi dəyərlərin məhv olub sıradan çıxmasına 
qarşı etiraz səsini ucaltmış olur. Əlbəttə, real gerçəklikdə hər 
hansı bir xalqın son nəfərinə qədər ölməsi faktı mövcud deyil-
dir, lakin yazıçı belə bir hadisəni təsvir etməklə bir vətəndaş 
kimi həyəcan təbili çalmaq yolunu tutmuş, insanları gözləyə-
cək gələcək faciələrdən çəkindirməyə çalışmışdır. 


88
Əhməd Sami Elaydi
«– Dünya xalqları ... » – «Vaşinqton post» qəzetində öz 
əlimlə sənə elə bir nekroloq yazaram ki, bəşəriyyət gözünün 
yaşını sel kimi axıdar; yazaram ki, dünya xalqlarına ağır itki üz 
vermişdir. Yazaram ki, bu xalq çox zəhmətkeş, qonaqpərvər, is-
tedadlı olmasına baxmayaraq, acından-susundan batdı-qırıldı, 
bu Xalq dünya xalqlarının gözü baxa-baxa dünyasını dəyişdi. 
Yazaram ki, bu Xalq uzun sürən ağır xəstəlikdən sonra dünya-
dan getdi. Yazaram ki, bu xalqı sətəlcəm aparmadı – yazaram 
ki, bu Xalq ona görə öldü ki, nə torpağının, nə özünün, nə də 
sözünün sahibi ola bilmədi. Yazaram ki, başı tarix boyu bəlalar 
çəkən, onun-bunun qapazaltısı olan bu Xalq haqlı olaraq tarix 
boyu ilk dəfə ağıllı hərəkət etdi – belə yaşamaqdansa, ölməyi 
üstün tutdu. Yazaram ki, bu Xalq nakam getdi. Heç vaxt öv-
ladlarından yarımadı; çünki bu Xalq çox səbirli, dözümlü, ürə-
yiaçıq idi. Yazaram ki, bu Xalqın qəfi l faciəli ölümü hamımızı 
sarsıtsa da, bir növ canımız da qurtardı; çünki övlad da yazıqdı 
axı, xəstə, ifl ic, ağlını itirmiş valideynə nə qədər baxmaq olar – 
ölməyi məsləhətdi – ölüm haqdı. Yazaram ki, bu Xalqın faciəli 
ölümü münasibətilə bu Xalqın yaxın saysız-hesabsız qohum-
larına: türklərə, tatarlara, türkmənlərə, özbəklərə, qırğızlara, 
qazaxlara, qaqauzlara, kərküklərə və s. dərin hüznlə başsağlığı 
veririk. Yazaram! Yazaram ki, bu Xalqın xatirəsi onu sevənlə-
rin qəlbində əbədi yaşayacaq» (130, s. 89). 
«Nekroloq» romanında  əsas hadisələr kimi, qəhrəmanlar 
da iki əks cəbhənin, iki fərqli təfəkkürün daşıyıcıları olan in-
sanlardır. Yazıçı əsər boyu öz qəhrəmanlarının hansının doğru, 
hansının yanlış mövqedə dayandığını sübut etməyə çalışmır, 
sadəcə bu insanların «qəhrəmanların» yaşadığı, məskun oldu-
ğu cəmiyyətin real mənzərəsini yaratmaq məramını izləyir. 
Romanın qəhrəmanlarının çarpaz, ziddiyyətli, uyuşmaz 
fi kir və düşüncələri əsər boyu biri-birini əvəz edərək onların 
mənəvi dünyasının və xarakterinin əsas cizgi və çalarlarını üzə 
çıxarır. 


Müstəqillik dövrü Azərbaycan romanı
89
Əsərdə baş həkim, xalq düşməni, qaçqın, fahişə, qul, jur-
nalist, şair, heykəllər və başqa şərti-metaforik obrazlar təsvir 
olunan hadisə və süjetlərin məzmunu, qayəsi haqqında canlı 
təsəvvür yaratmağa xidmət edir. Lakin romanda bu obrazlarla 
yanaşı, epizodik səciyyəli adsız qəhrəmanlara da sıx-sıx təsa-
düf olunmaqdadır. 
Yazıçının daha çox üzərində dayandığı qəhrəmanlardan biri 
baş həkimdir. Baş həkim obrazından müəllif simvolik mənada 
istifadə etmişdir. Belə ki, onun vasitəsilə ölkədəki mənəviyyat-
sızlığın aşkarlanmasına çalışılmışdır. Məlum olduğu kimi, hə-
kimin peşə funksiyasına, əsasən, bioloji xəstəliklərin müalicəsi 
daxildir. Lakin Seyran Səxavət romanda baş həkim obrazından 
mənəvi xəstəlikləri üzə çıxarmaq vasitəsi kimi istifadə etmişdir. 
«– Doxtur, analizin cavabına gəlmişəm, diaqnoz qoydunuz?
– Hə. 
– Nə?
– Sənin diaqnozun. ... alçaqlıq. 
– Müalicəsi var?
– Yox. 
– Niyə?
– İrsidi. 
– İrsi nədi?
Həkim əlini stola çırpdı: – İrsi, yəni sən də, sənin atan da, 
baban da, ulu baban da, hamınız alçaqsınız» (130, s. 5). 
Romanda yaradılmış özünü satan qul obrazı da özünəməx-
susluğu ilə diqqəti çəkir. Yazıçının təsvir etdiyi qul bazarı ya-
şanılan dövrün acı, ağır mənzərəsini əks etdirir. Qul bazarına 
özünü satmaq üçün çıxmış zabit müharibə iştirakçısı olmuşdur. 
O bütün ailəsini itirdiyi üçün tənha və ağır maddi çətinliklər 
içərisində yaşamaqdadır. Yaşamaq üçün çıxış yolu tapmayan 
əsgər qul bazarına gələrək özünü satışa çıxarır. 
Qul bazarında üç-dörd gün bundan əvvəl görünməyən bir 
hadisə baş verib. O qədər də arıq olmayan otuz yaşlarında bir 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə