Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə26/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   22   23   24   25   26   27   28   29   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
81
Zona 
xüsusiyyəti
I zona
II zona
III zona
Adı 
Behişti-
Badi-Kübə
Bakı kommunası
Baku siti
Bayraq rəngi
Yaşıl
Qırmızı
Göy
Etiqad
Dinçilər
Kommunistlər
Demokratlar
Dil
Fars dili
Rus dili
İngilis dili
Adlar 
(şəxsiyyət, yer, 
qəzet, küçə) 
Dinə uyğun; 
Mankur, İrşad, 
İnam
Kommunizmə 
uyğun; Marat, 
Marks, İskra
Müasir adlar; 
Fil, Bura, 
First
Göründüyü kimi, yazıçı hər üç zonanı real cizgilərlə təsvir 
etmişdir. 
Romanda təsvir olunur ki, birinci zonada hər şey dinə uy-
ğunlaşdırılmış, adlar dəyişdirilmiş, amma buna baxmayaraq, 
yenə də rüşvət mövcuddur, qadınlar sərhədlərindən çıxan kimi 
hicablarını çıxarırlar. İkinci zonada hər şey kommunizmə uy-
ğunlaşdırılmış, üçüncü zona isə tamamilə müasirləşdirilmişdir. 
Ümumiyyətlə, «Əsərin  əsas canı  və qayəsi də elə ikinci 
hissədədir. Söhbət reallıq qatından gedir. Nağıl kimi təqdim 
edilən əsər elə nağıl süjetinin üzərində qurulub və bu iki hissə 
çılpaq həqiqətlərin, bir çox siyasi proseslər, cəmiyyət, dövlət 
və hakimiyyətlə bağlı düşüncələrin, həmçinin mədəniyyətimiz 
haqda fi kirlərin söylənilməsi üçün vasitə rolunu oynayır» (27, 
s. 51-52). 
Yazıçı bu üç zona üzündən Azərbaycanda baş vermiş olan 
ictimai, əxlaqi və mənəvi dəyişiklikləri təsvir edir. Çılpaq şə-
kildə disko şou, göbək rəqsi və s. «Ortada səhnə qurulmuşdu. 
... Qabaq masalarda sinli kişilər, bəziləri cavan qızlarla əyləş-
mişdi. Arxa masaların  ətrafında, üstündə, altında oturanlar, 
duranlar, uzananlar cavanlar idi. Uzun saçlı oğlanlar, qısa saç-
lı qızlar. Ayırd eləmək olmurdu ki, hansı oğlan, hansı qızdır. 
Bəzi qızlar oğlanların dizi üstündə oturmuşdu, qol-boyun olub 


82
Əhməd Sami Elaydi
yalaşırdılar. Amma kim bilir hansı qız, hansı oğlandır? Bəlkə, 
oğlan qızın dizi üstündə oturub? Ya ikisi də oğlandır? Ya hər 
ikisi qız? Hamısının da çənələri işləyirdi-saqqız çeynəyirdilər» 
(14, s. 399). 
Romanda təsvir olunan üç zonadakı dəyişikliklərə diqqət-
lə baxsaq, belə nəticəyə gəlmək olar ki, bu dəyişikliklər gələ-
cəkdə baş verə biləcək hadisələr kimi yox, real gerçəklik kimi 
təqdim edilmişdir. Bu dəyişikliklər hər sahədə, hətta doğma 
ana dilində də hiss olunmaqdadır. «Gör nə günə qalıb ki, bu 
Azərbaycan balası iki cümləni təmiz ana dilində deyə bilmir» 
(14, s. 360). 
Tənqidçi Nərgiz Cabbarlı bu barədə belə yazır: «Məgər siz-
də qeyri-müəyyən nə vaxtsa ola biləcək bir gələcək təəssüratı 
yarandı? Məndə yox, çünki həmin üç zona artıq mövcuddur. 
Məgər azad respublikamızın paytaxtı olan Bakımızda bu zo-
nalar görünmür? Üç siyasi quruluşun təsiri duyulmur? Daha 
dəqiq desək, bu təsirin nəticəsində dəyişmiş, parçalanmış psixo-
logiyaların mövcudluğuna göz yummaq istəsəniz də, etirafdan 
qaçsanız da bu, reallıqdır. Gözümüzün reallığı. Bir də təbii ki, 
yazıçının öz adı ilə adlandırmaq istəmədiyi reallıq» (28, s. 84). 
Qeyd etmək lazımdır ki, din müasirliyə və mədəniyyətlərin 
bir-birinə inteqrasiyasına zidd deyil, əksinə din bunlara çağırır 
və təşviq edir. Amma dinin qayda-qanunlarını və adət-ənənələ-
ri qoruyub-saxlamaq şərti ilə bu müasirliyi və inteqrasiyanı 
yerinə yetirmək olar. 
Yazıçı göstərir ki, ölkəsi bu vəziyyətə düşməzdən əvvəl qa-
baqcadan xəbərdarlıqlar var idi. Amma heç kəs bunlara əhə-
miyyət vermirdi. Buna görə də müəllif yalnız hökumətin deyil, 
ziyalıların, siyasi şəxsiyyətlərin də məsuliyyət daşıdığını vur-
ğulayır. «Sən ölkənin tanınmış jurnalisti idin, görmürdün ki, 
hadisələr hansı  məcrada gedir? Qəzetlərin nə yazdığını oxu-
murdun. ... Bilmirdin ki, bir-birinə ədavət, kin püskürən bü-
tün bu yazılar, çıxışlar, bu qan-qan deyən adamlar cəmiyyətdə 


Müstəqillik dövrü Azərbaycan romanı
83
elə bir nifrət potensialı yaradır ki, bir gün böyük partlayış baş 
verəcək, hər şey alt-üst olacaq? Oldu da... 
– Amma sən burda olanda qarşısını ala bilmədin... 
– Qarşısını necə alaydım?
– Niyə, ölkənin nüfuzlu ziyalısıydın. Adamları  ağıllarını 
başına yığmağa çağıraydın, deyəydin ki, qardaşlar, bunun axı-
rı  fəlakətdir, qandır, ölümdür, bir-birinizə  qənim kəsilməyin, 
qardaş qanı tökməyin» (14, s. 382). 
Qeyd etmək lazımdır ki, müəllif romanda kədərli və ümi-
dsizliyə varan pessimizmə baxmayaraq, Azərbaycanın qarşı-
laşdığı və qarşılaşa biləcəyi fəlakətlərdən yalnız millətin ira-
dəsi ilə çıxa bilməsini vurğulayır. «Əvvəla ağ qoçu qara qoç-
dan seçə bilmək lazımdır. Sonra da sıçrayıb ağ qoçun belinə 
minəndə elə möhkəm oturmalısan ki, səni qara qoçun belinə 
ata bilməsin» (14, s. 411). 
«Hər şey üçün gec olmadan tədbir almanın, baş verə bilə-
cək fəlakətlərin fərqinə varmanın lazımlılığını» (163, s. 57) 
bütün mahiyyətilə  dərk edən Anarın  fi krincə, ölkənin taleyi 
üçün öncə düzgün yol seçmək, sonra seçilmiş yolu qoruyub 
saxlamaq lazımdır. 
«Burada bir məqama toxunmaq lazımdır ki, Anarın qələmə 
aldığı bu üç zonanı və bunlara xidmət edən ideologiyaları hələ 
XX  əsrin  əvvəllərində  qələmə alınmış  əsərlərdə  də görmək 
mümkündür. Qüdrətli sənətkar Cəlil Məmmədquluzadənin yaz-
mış olduğu «Anamın kitabı» (1920) pyesində öz mədəniyyə-
tindən ayrılaraq başqa dillərdə danışmağı özünə fəxr bilən bir 
ananın üç övladının problemləri Anarın əsərində üç zonaya bö-
lünmüş Bakının dərdləri ilə eyniyyət təşkil edir» (136, s. 26). 
Ümumiyyətlə, «Ağ qoç, qara qoç» romanı bütövlükdə ya-
radıcılıq baxımından uğurlu alınmışdır. Yazıçı Anar qoyduğu 
qayəni və məqsədi orijinal dildə ifadə etmişdir. Roman son il-
lərdə qələmə alınan nəsr nümunələri arasında xüsusi yerlərdən 
birini tutur. 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə