Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə37/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   33   34   35   36   37   38   39   40   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
115
«Cəbrayılda, Xubyarlı altı mövqeyində qrad mərmilərinin qo-
yulduğu uzun qutulardan topçular özlərinə bir əməllicə sığına-
caq, daxma hörmüşdülər. Həmin evcik tabutlardan qurulmuş 
türbəyə də bənzəyirdi. Bəlkə tabut əvəzinə qrad mərmilərinin 
boşalmış qutularını işlədə idilər. Boyu yaxşıydı, amma ensiz-
di. Elementar distrofi yadan ölmüş əsgər yerləşərdi bu qutula-
rın içinə. Onların boyu boy qalsa da, çəkiləri aclıqdan iyirmi, 
otuz kiloya enmiş olur: bir dəri, bir sümük» (39, s. 98). 
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan münaqişəsi 
uzun müddət çəkir. Sabir Əhmədli təsvir edir ki, münaqişənin 
uzun müddət çəkməsinin səbəbləri var. Müəllif qeyd edir ki, 
komandanlar lazımi tədbirlər görmədən döyüşürlər: 
«– Eşitdim belə bir hücum hazırlanır. Getdim qərargaha. 
Avtomatımı, güllə darağımı qoydum maşının üstünə. Dedim- 
«Qışın bu günündə Kəlbəcərə, oraya da Murovdan hücum et-
mək ağılsızlıqdır. Oranı yayın günündə çıxmaq olmur. Başlıca 
yüksəkliklər – beş zirvə ermənilərdədir. Gedən onların şiddətli 
atəşinə tutulacaq». Qulaq asmadılar, getdilər və axırı da bu cür 
fəlakətlə bitdi» (39, s. 55). 
Mənə görə sülh danışıqlarını ləngidən ən mühüm amillər-
dən biri xəyanətdir. Romanda bu məsələyə xüsusi diqqət ye-
tirilir. «İncirli dərəsinin başından qoşun axışıb gedir. Deyirlər 
bəs ermənilərdir. Kəndə çaxnaşma düşür. Bir də baxırlar ki, 
bu gələn öz qoşunumuz, öz tankımız, topumuzdur... Təpili 
otaqlar qaldı, hər cür mebel, gəbə, kilim, servizlər, soyuducu, 
televizor... Kimsə inanmırdı. Axıracan gözləmişdilər. Silahsız 
əhalini çıxmağa da qoymurdular. Özümüzün gözətçilərimiz 
kimin  əlində bağlama, düyünçə görürdülər qabağını  kəsirdi: 
«hara qaçırsan?» Halbuki bu yolkəsənlərin özləri hamıdan qa-
baq iynə-sapacan daşıyıb, evlərində nə varsa dəyərli-dəyərsiz 
uzaqlaşdırmışdılar. Şəhərlə, torpaqla birlikdə milləti, arvad-u-
şağı da satmışdılar bu namussuzlar. Belə alçaqlıq olarmı?!» 
(39, s. 64). 


116
Əhməd Sami Elaydi
Romanda diqqəti çəkən məqamlardan biri Azərbaycan 
əhalisinin ağır ictimai vəzyyətdə yaşamasıdır. Sabir Əhmədli 
ustalıqla bu məsələyə toxunur. Var-dövlət yiyələri camaatı al-
dadaraq sərvətini talayırdılar. «Azərbaycanda minimum əmək 
haqqı beş mindir. Bu beş minlə necə yaşasın ailə, insan?... 
Milləti yalanla ovundururlar. Bu da bir üsuldur. Əhalini ümid 
eləyən bir vəd verirlər. Bununla iki-üç ay ötüşürlər. Bu yalan 
köhnəldikdə yenisini atırlar ortaya. Kütlənin başını belə qatır-
lar» (39, s. 17). 
Azərbaycan müstəqilliyinə nail olduqdan sonra yeni mər-
hələyə başlayıb. Bu mərhələ «keçid dövrü» adlandırılmaqda-
dır. Bu mərhələdə xalq bir-biri ilə əməkdaşlıq edərək ölkənin 
inkişafını təmin etməlidirlər. 
 Buna baxmayaraq, bəzi namussuz vəzifə sahibləri yaran-
mış vəziyyətdən sui-istifadə edərək ölkəni talayır. Bu məsələ 
əsərdə belə təsvir olunur. «Bəyəm keçid o deməkdir, var-yoxu-
muz talansın?! Rüşvət, oğurluq bürüsün ölkəni?! Bu mərhələ-
ni düzlüklə, adam kimi, vicdanla keçmək olmazmı?! Axı keçid 
dövrü deyib, istər sovet vaxtı, istər sonralar nə qədər aldadıblar 
bu yazıq milləti?!» (39, s. 17). 
Azərbaycan öz müstəqilliyinə qoyuşduqdan sonra istər cə-
miyyətdə, istərsə də bütövlükdə ölkənin ictimai-siyasi həyatında 
bir sıra dəyişikliklər baş vermişdir. Sözsüz ki, bu dəyişikliklər 
insanların əxlaqına təsir göstərir. Yazıçı həmin məqamları diqqət 
mərkəzinə  çəkməyə çalışır. Bunlardan biri ölkədə adam oğur-
luğunun çoxalmasıdır. Oğrular varlıların övladlarını aparır, bir 
miqdar pul istəyir, oğurlanmış övladın valideyni pul verəndə 
övlad qaytarılır. Sözsüz ki, belə hadisələr əhalinin ağır ictimai 
vəziyyətini göstərirdi. Sabir Əhmədli bir hadisədən söz açır: «Bu 
yaxınlarda belə bir hadisə baş vermişdi. Oğlanı oğurlayıb apar-
mış, atasına sifariş göndərmişdilər; Əlli min dollar gətirsin. Kişi 
özündə  nə varmış, qohum qardaşdan yığır, borc-xərc toplayır, 
deyilən yerə çatdırır. Oğlunu gətirib verirlər özünə» (39, s. 68). 


Müstəqillik dövrü Azərbaycan romanı
117
Bu məsələdə maraqlı  və heyrəti cəlb edən məqam ondan 
ibarətdir ki, oğrular orduda zabitlərdir. 
«Üstündən iki ay keçmiş oğlanı əsgərliyə aparırlar. Bir gün 
əsgər oğlan kazarmada bir zabit görür, oradaca tanıyır. Atasına 
zəng çalıb bildirir; məni aparan oğruları tapmışam. Həmin za-
biti gətirirlər. Aydın olur ki, özündən başqa iki zabit də belə 
işlərə girişibmişlər» (39, s. 68). 
 Qeyd edək ki, romanda «şərti mənada mühakimə (fi kir) – 
hadisə (hərəkət) əvəzlənməsi uğurlu bədii həllini tapmış, bu isə 
öz növbəsində mətnin başlanğıcı ilə fi nalı arasındaki dialektik 
münasibətlərə  də  təsir göstərmişdir» (147, s. 175). Şübhəsiz 
ki, bu məqam romanın bədii kamilliyini təmin etmişdir. Lakin 
romanda bir çox hallarda süjet xəttinə kənar hadisələrin əlavə 
edilməsi, bəzən mövzu ilə əlaqəsi olmayan, dünyada baş verən 
hadisələrdən istifadə edərək mətləbdən bəhs olunması oxucu-
nun diqqəti və marağını dağıdır, əsəri zəifl ədir. Əsər vahid bir 
problemin həllinə həsr olunmur, sadəcə müəllif süjet boyu baş 
verən hadisələri izləməklə kifayətlənir. Şübhəsiz, bu hal ordan 
qaynaqlanır ki, yazıçının üslubunda bədiilik azdır, yaradılan 
digər situasiyalarda müəllifi n təhkiyəçi kimi hadisələrə kənar-
dan baxması məntiqi baxımdan qüsurludur. 
Roman boyu dia-
loqlara rast gəlirik, amma bu dialoqların bir neçəsində kimin 
kiminlə danışması aydın deyil. Bu hal oxucunun diqqətini əsas 
məsələdən
 yayındırır. 
Romanda maraq doğuran və onun daxili quruluşunda 
diqqəti cəlb eləyən məsələlərdən biri Quran ayələrindən sıx-
sıx istifadə edilməsidir. Müstəqillik dövründə çap olunmuş 
romanlarda çox az-az hallarda bu məqama rast gəlinir. Amma 
onu da qeyd etmək lazımdır ki, müəllif bu barədə qarşısına 
qoyduğu məqsədə bəzən nail ola bilmir. Bizcə, bu, yazıçının 
Quran ayələrini mükəmməl bilməməsindən qaynaqlanır. . 
«Axirət sevdası» romanı yalnız Sabir Əhmədlinin yaradıcı-
lığında deyil, bütövlükdə, çağdaş Azərbaycan nəsrində xüsusi 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə