34
Əhməd Sami Elaydi
gələn bu obraz romanda Nur daşı qədər yer tutmasa da, ha-
disə və obrazlar arasında əlaqə və vəhdət yarada bilir.
«– Bu nə tükqabıdır, ağam Qazan? Beyrək sordu.
– Bu o tükqabıdır ki, Şöklü Məliyin əsirliyindən sonra bunu
mənə Qorqud verdi. Dedi al bunu, Qazan! İçində bircə tüküm
var. Bu sehrli tükdür. Nə zaman dara düşsən, yandır, məni ya-
nında görəcəksən» (3, s. 135).
«Yarımçıq əlyazma» romanında ikinci süjet xətti Şah
İsmayılla bağlıdır. Qeyd edək ki, əsərdə Şah İsmayılla bağlı
süjet Dədə Qorqud xətti ilə müqayisədə həcm etibarilə geniş
olmasa da, dramatizmi, hadisələrin gözlənilməzliyi ilə diqqəti
cəlb edir. Buna görə də romanda «Şah İsmayılla bağlı hissələr...
daha böyük maraq doğurur. Əvvəla, Azərbaycan tarixinin daha
qədim dövrlərindən birdən-birə Səfəvilər hakimiyyəti illərinə
düşmək öncə oxucunu bir az çaşdırır. Ancaq müəllif məharətlə
çıxış yolu tapır. Bütün hadisələrin yuxugörmələr, Nur daşı ilə
danışmalar vasitəsilə verilməsi, əsərdə gözəgörünməz sirli bir
qüvvənin də varlığından xəbər verir» (40, s. 197-198).
Kamal Abdullanın «Yarımçıq əlyazma» romanının əsas özəl-
liklərindən biri əsərin strukturu ilə bağlıdır. Romanda bir-biri ilə
əlaqə və rabitəsi olmayan süjetlərin təqdim olunması və biri-digə-
rini tamamlaması maraq doğurur. Belə ki, romanda birinci süjet
xəttində «Kitabi-Dədə Qorqud» dastanının, ikinci süjet xəttində
isə Şah İsmayıl Xətai dövrünün əks olunması arasında böyük bir
za man kəsimi mövcuddur. Buna görə də təsvir olunan hadisələr is-
tər zaman, istərsə də məzmun baxımından kəskin şəkildə fərqlənir.
Bu aspekti bədii məziyyət kimi səciyyələndirən profes-
sor Nizami Tağısoy «Etnik milli keçmişimiz və bu günümüz
«Yarımçıq əlyazma» aynasında» adlı məqaləsində yazır:
«Nəzərə alaq ki, əksər folklor nümunələrində kontominasiya-
lar vardır. Yəni bu nümunələrdə biz xeyli hallarda heç yerinə
düşməyən, mətnin mahiyyətindən kənarda qalan hissələrlə
rastlaşırıq. Bəzən bu tipli ümumi mətn strukturu kompozisiya
Müstəqillik dövrü Azərbaycan romanı
35
ideya və məzmun xüsusiyyətlərinə uyğun gəlməyən məqamlar
nəyə görəsə qəbul edilir. Bugünkü yazılı ədəbiyyatda isə ona
özəl münasibəti qəbul etmək istəmirik» (137, s. 176).
Şübhəsiz ki, müəllifi n fi kirləri ilə razılaşmamaq mümkün
deyildir. Çünki istər «Kitabi-Dədə Qorqud» boylarında, istərsə
də digər şifahi xalq ədəbiyyatı nümunələrində kontekst daxi-
li və ya tekstoloji uyğunsuzluğun olması folklor örnəklərinin
çox variantlı, müəllifsiz olmasından qaynaqlanır; yazılı ədə-
biyyatda bu tipli örnəklər diqqəti çəkir.
Romandakı süjet uyğunsuzluğu ilə bağlı digər tənqidçilərin
yazılarında da buna bənzər fi kirlərə rast gəlmək mümkündür.
«Postmodernist yazıçı kimi Kamal Abdullanın düşüncəsində
zamanlar arasındakı fərq silinib, buna görə onun romanının di-
lini çıxmaq şərtilə əsərdə ənənəvi tarixi əsərlər üçün səciyyəvi
olan xüsusi kolorit yoxdur» (30, s. 251).
Tarixi romanlar üçün mühüm şərtlərdən biri olan dövrün,
zamanın ruhunu qoruyub saxlamaq, sözün geniş mənasında ta-
rixilik prinsipini gözləmək yazıçıdan bədii materiala ciddi ya-
naşma tərzi tələb edir. «Tarixilik elə bir kateqoriyadır ki, onun
tələbləri mövzunun inkişafında, ideyanın açılışında, müəyyən
məsələlərin qoyuluşunda və həllində olduğu kimi, dildə də
gözlənilməlidir» (63, s, 128). Şübhəsiz ki, «Yarımçıq əlyaz-
ma» romanında bu prinsiplərə kifayət qədər diqqət yetirilməsi
əsərin bədii məziyyətlərini şərtləndirmişdir.
Digər məsələlərdən biri müasirlik problemi ilə bağlıdır.
Məlum olduğu kimi, tarixi romanlarda müasirlik problemi ən
mühüm məsələlərdən biridir. Tarixi roman yazan müəllifi n
əsas hədəfl ərindən biri müasirliyə xidmət etməkdir. Məsələn,
görkəmli Suriya nasiri Əbdülkərim Nasifi n «Oğurlananlar»
romanında tarixi hadisələr kontekstində ərəb xalqlarının ən
mühüm problemlərindən olan Fələstin dərdi bədii əksini tap-
mışdır. Müəllif romanda tarixi hadisələrə söykənərək yaşadığı
dövrün problemlərinə diqqəti yönəltmişdir. (173, s. 20)
36
Əhməd Sami Elaydi
Azərbaycan ədəbiyyatşünaslığında da müasirlik proble-
minə münasibətdə fərqli baxış və mülahizələrə təsadüf olun-
maqdadır. Bu mənada fi lologiya elmləri doktoru, professor
Tofi q Hüseynoğlunun qənaətləri bəhs olunan problemə aydın-
lıq gətirilməsi baxımından maraq doğurur: «Milli ədəbiyyat-
şünaslığımızın iyirminci illərindən sonrakı dövrlərində müa-
sirlik haqqında təsəvvür, ona verilən tərif və qiymət birmənalı
olmamışdır. Xüsusilə də otuzuncu illərdə müasirliyi bir çox
hallarda ancaq müasir həyat materialı əsasında yazılmış əsər-
lərə aid bir keyfi yyət kimi dərk və şərh edirdilər. Belələrinə
görə guya ancaq materialı müasir həyatdan alınıb, mövzusu
müasir həyatın aktual məsələləri ilə əlaqədar olan əsərlərdə
müasirlik varmış, mövzu və materialı, müəyyən hallarda isə
süjetləri də tarixdən, xalq rəvayətləri və əfsanələrindən alınıb
yazılan əsərlər isə müasirlikdən uzaqmış. Belə əsərlər yazmaq
müasirlikdən qaçmaq, müasir həyatı sevmədiyi üçün ondan
uzaqlaşmaq, keçmişlə müasirliyi, müasir zəmanəni və həyatı
gizli müqayisə və mübahisəyə çəkərək, üstünlüyü guya keç-
miş o tarixə vermək imiş. Bu isə yolverilməz, ideoloji baxım-
dan zərərli hesab edilirdi» (61, s, 151-152).
Yazıçı Kamal Abdullanın «Yarımçıq əlyazma» romanında
tarixilik müasirliyə xidmət etdiyindən əsər bütövlükdə bə-
dii-estetik qayənin daşıyıcısına çevrilir.
Araşdırılan dövrdə qələmə alınmış «Eşq sultanı» romanı
müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri
olan Əzizə Cəfərzadənin sonuncu əsəridir. Tarixi janrda yazıl-
mış bu roman Azərbaycan şairi Məhəmməd Füzulinin həyat
və yaradıcılıq yolundan bəhs edir. Xatırladaq ki, Məhəmməd
Füzulinin həyatı və yaradıcılığı haqqında tarixi qaynaqlarda mə-
lumat o qədər də çox deyildir. Amma bununla belə Azərbaycan
yazıçıları onun həyat və yaradıcılığı haqqında bir neçə bədii əsər
yaratmışlar. Onu da qeyd etmək lazımdır ki, Əzizə Cəfərzadənin
«Eşq sultanı» romanı Məhəmməd Füzuli haqqında yazılmış ilk
Dostları ilə paylaş: |