28
Əhməd Sami Elaydi
Kitabda müstəqillik dövrü Azərbaycan tarixi romanları iki
istiqamətdə təhlil olunmuşdur:
a) Tarixi dövrün və şəxsiyyətlərin bədii obrazları;
b) Yaxın dövrün faciələri yaddaş və xatirə işığında.
Əlbəttə, tarixi roman janrının bu istiqamətdə təhlil edilməsi
sırf şərti səciyyə daşıyır, əsas etibarı ilə tədqiqata aydınlıq gə-
tirmək məramına söykənir.
1.1. Tarixi dövrün və şəxsiyyətlərin bədii obrazları
Azərbaycanda müstəqillik dövründə yaranmış tarixi ro-
manlar özünəməxsus mövzu, problematika yeniliyi, janr ça-
larları ilə diqqəti çəkməkdədir. Bu cəhət tarixi roman haqqında
yazılan tədqiqatlarda bu və ya digər şəkildə elmi-nəzəri şərhini
tapmışdır. Lakin qeyd etmək lazımdır ki, son illərdə yaranmış
əksər tarixi romanlar ədəbi tənqid tərəfi ndən sistemli şəkil-
də araşdırılmamışdır. Araşdırmaya cəlb olunan dövrdə Əzizə
Cəfərzadənin «Gülüstan»dan öncə», «Zərrintac-Tahirə»,
«İşığa doğru», «Xəzərin göz yaşları», «Eşq sultanı», Kamal
Abdullanın «Yarımçıq əlyazma», Elçin Hüseynbəylinin «On
üçüncü həvari və ya 141-ci Don Juan» romanları diqqəti cəlb
edir. Əvvəlki dövrlərdə yaranmış romanlardan fərqli olaraq bu
əsərlər tarixi fakt və hadisələrə qeyri-ənənəvi yanaşma tərzi ilə
seçilirlər.
İstiqlaliyyət dövründə Azərbaycan ədəbiyyatında yara-
nan tarixi romanlar içərisində Kamal Abdullanın «Yarımçıq
əlyazma» əsəri diqqəti çəkməkdədir. İki fərqli tarixi zama-
nı əhatə edən bu romanda yazıçı şərti-metaforik üsluba söy-
kənərək orijinal formada qənaətlərini əks etdirməyə çalışmış-
dır. Romanın süjet xətlərinin əsasında guya müəllif tərəfi ndən
Milli Əlyazmalar İnstitutunda tapılmış «yarımçıq bir əlyaz-
Müstəqillik dövrü Azərbaycan romanı
29
ma» dayanmaqdadır. Şərti aspektdə düşünülmüş bu əlyazma
iki hissədən ibarətdir. Birinci hissə «Kitabi-Dədə Qorqud»
dastanından, ikinci hissə isə Şah İsmayıl Xətainin taleyindən
bəhs edir. Lakin yarımçıq əlyazma iki müxtəlif hissədən ibarət
olmasına baxmayaraq, bir-birini tamamlayan istiqamətlərin
qovuşuğu kimi diqqəti çəkir.
Romanın birinci hissəsində Oğuz cəmiyyətinin daxilin-
də baş vermiş ekstraordinar bir hadisə ilə bağlı Bayandır xan
tərəfi ndən (Dədə Qorqudun katibliyi ilə) aparılan istintaq pro-
sesi qələmə alınmışdır. Burada həmçinin müəllifi n - yəni Dədə
Qorqudun xüsusi qeydləri və müşahidələri də verilmişdir.
Qeyd etmək lazımdır ki, Kamal Abdullanın bəhs olunan
romanındakı «Yarımçıq əlyazma» mətnində «... cərəyan edən
hadisələr və bu hadisələrin iştirakçısı olan obrazlar «Kitabi-
Dədə Qorqud» dastanındakı zamanın hadisələri və iştirakçı-
ları deyildir. «Yarımçıq əlyazma»dakı Bayandır xan, Dədə
Qorqud, Qazan xan, Beyrək, Bəkil, Burla Xatun, Alp Aruz və
s. obrazlar «Kitabi-Dədə Qorqud» dastanından tanıdığımız
mifi k obrazların adını daşıyan çağdaş insanların obrazıdır»
(125, s. 417).
Xatırladaq ki, «Yarımçıq əlyazma» romanının mətbuat-
da müəyyən tənqidlərə hədəf olmasının əsas səbəbi əsərə
«Kitabi-Dədə Qorqud» dastanı arasındakı fərqlər kontekstində
yanaşılmasıdır. Belə ki, tənqidçi-publisist Əli Rza Xələfl inin
qənaətincə, «Tarixə saxta münasibət və ideyaca antibəşəri,
antiinsani münasibət, bir sözlə, əgər belə demək mümkündür-
sə, ideyaca bu qədər ziddiyyətli və zərərli motivlər üstündə
qurulmuş, qələmə alınmış əsər yaşarlılıq qazana bilməz, bədii
cəhətdən nə qədər güclü olursa-olsun» (66).
«Yarımçıq əlyazma» romanında təsvir olunan mifi k əhva-
latlar xalqın əski düşüncə tarixinə aydınlıq gətirməkdən daha
çox, yaşanılan dövrdə cəmiyyət həyatının qaranlıq qatlarına
işıq tutmaq baxımından səciyyəvi məqamlarla müşayiət olu-
30
Əhməd Sami Elaydi
nur. Tarixə bu cür yanaşma romanın müasirliyini təmin edən
bədii komponent kimi çıxış etdiyindən onun bu yönümdə
dəyərləndirilməsi bir sıra ideya-estetik məqamların üzə çıxa-
rılmasına imkan verir. Bəzi tədqiqatlarda əsərə bu prizmadan
yanaşılması da nəzərdən qaçırılmamalıdır.
Romanda təsvir olunan birinci əlyazma Bayandır xan ilə
Dədə Qorqud arasında olan söhbətlə başlayır. Söhbətin məz-
munundan məlum olur ki, Bayandır xan Oğuz elində işlərin
qarışıq düşdüyündən narahatdır. Bu qarışıqlığa səbəb isə ölkə-
də gizli fəaliyyət göstərən bir casusun olmasıdır. Əvvəlcə,
zindana salınan bu casusun hansı yollasa azadlığa buraxılması
onun narahatlığını daha da artırmışdır.
Süjetin gedişindən məlum olur ki, Bayandır xan öz əlaltısı,
«kölgəsi, nəfəsi, canı, zehni» olan Qılbaşa və Qorquda əmr
edir ki, casus məsələsinə aydınlıq gətirsinlər. Casusun kimli-
yini aşkarlamaq üçün Bayandır xan istintaq aparır, Qorqud isə
bu istintaqın gedişatını qələmə alır.
Göründüyü kimi, romanın süjet xəttində casusluq əsas prob-
lem kimi bədii təsvir obyektinə çevrilmişdir. Bu problemin
Azərbaycan ədəbiyyatında yeni olmadığı nəzəri-estetik fi krə
bəllidir. Bu gün Qarabağ müharibəsini yaşayan Azərbaycan
üçün problemin aktuallığı sirr deyildir. Güman ki, bunu icti-
mai bir problem kimi diqqətə çatdırmaq romanın əsas qayələ-
rindən biridir.
Yuxarıda qeyd olunduğu kimi, romanın birinci əlyazma-
sında süjet xəttini Bayandır xanın apardığı istintaq təşkil edir.
İstintaq prosesində məlum olur ki, bəylər məşvərətə getmə-
mişdən qabaq casusun anası onların hər biri ilə ayrı-ayrılıqda
görüşüb söhbət aparmışdır. Söhbət zamanı qadın hər bir bəyə
casusun onun oğlu olduğunu söyləmişdir. Nəhayət, casusun
buraxılmasına səbəb onun anasının bəyləri çıxılmaz vəziyyət-
də qoyması olur. Romanda təsvir olunan bu hadisə fonunda
belə bir ideya təlqin olunur ki, daxildən kömək olmasa, heç
Dostları ilə paylaş: |