Müstəqillik dövrü Azərbaycan romanı
31
bir xarici qüvvə ölkənin içərilərinə müdaxilə edə bilməz.
İstintaqın başlanğıcında casusun varlığını ölkə üçün böyük
təhlükə hesab edən oğuz bəyləri sonda onun «günahsız» ol-
ması ilə barışırlar. «Çünki casus Boğazca Fatmanın oğludur və
Boğazca Fatma hər bir Oğuz bəyinə sübut edə bilir ki, bu, elə
sənin oğlundur. Qırx oynaşlı Fatma ilə Oğuz bəylərinin intim
münasibətlərini cəmiyyətin məişət əxlaqının pozulması kimi
qiymətləndirmək olar. Lakin Oğuz bəylərinin öz şəxsi taleləri-
ni bütün Oğuzun mənafeyindən üstün tutmaları və casusu azad
edərkən qətiyyən tərəddüd etməmələri sosial-əxlaqı pozulmuş
cəmiyyəti görüntüyə gətirir» (125, s. 418).
Yazıçı romanda ciddi problemlər qarşısında qalan Oğuz
bəylərinin çətin məqamda öz şəxsi talelərini düşünmələrini
incə, zərif detallarla əks etdirmişdir. Çünki «İstintaq prosesin-
də - ağır sınaq qarşısında qalan Oğuz bəyləri ancaq öz şəxsi
taleləri üçün narahatlıq hissi keçirir, sıravi bəylərdən tutmuş
«Oğuzun dirəyi» Qazana qədər ən alçaq hərəkətləri belə öz-
lərinə rəva görürlər. Təki canlarını ölümdən qurtarsınlar, təki
tutduqları mövqedən məhrum olmasınlar» (125, s. 418).
«Yarımçıq əlyazma» romanında müəllifi n diqqət yetirmək
istədiyi məqamlardan biri sosial ədalət problemidir. Yazıçı bu
problemi əks etdirmək üçün bir sıra bədii üsul və vasitələrdən
istifadə etmişdir. Xüsusilə ədalət axtarışları və onun üzə çıxarıl-
ması əsər boyu müəllifi düşündürür. Ümumiyyətlə, «Yarımçıq
əlyazma»da «... ədalətin istintaq şəklində üzə çıxması məsələsi
ilə millətin, dövlətin bütövlük məsələsi önə çıxır. Danışılanlar,
yuxugörmələr, Nur daşı ilə söhbətlər, bəzi insanların sirlərini
Qorquda danışması bir xəttə - İç və Dış Oğuzun bütövlüyünü
qorumağa, həmçinin ikitirəliyin, bölücülüyün əsasının qoyul-
masına «yardım» olanların üzə çıxmasına səbəb olur. Əslində
casusun kimlər tərəfi ndən qaçırılması ətrafında başlanmış is-
tintaq daha böyük məsələləri aydınlaşdırır» (40, s. 197). Qeyd
edək ki, romanda sosial ədalət probleminin qoyuluşu və onun
32
Əhməd Sami Elaydi
bədii həllinin ənənəvi səpkidə canlandırılmaması mətnin oxu-
naqlılığını təmin etmişdir.
Müəllif romanda bir sıra əsas və epizodik obrazlar yarat-
mışdır. Bunların içərisində Bayandır xan, Dədə Qorqud, Qazan
xan, Beyrək, Bəkil, Burla xatun, Alp Aruz, Basat, Boğazca
Fatma, Casus və başqaları daha çox diqqəti cəlb edir.
Romandakı obrazlar içərisində Dədə Qorqud xüsusi yerlər-
dən birini tutur. Bu obraz vasitəsilə müəllif bir sıra ideya-es-
tetik funksiyanın gerçəkləşdirilməsinə çalışmışdır. Hər şeydən
əvvəl, yazıçı bu obrazdan romandakı hadisələri və əhvalatları
birləşdirən bədii vasitə kimi istifadə etmişdir. Bundan əlavə,
Dədə Qorqud romanda yazıçının qaldırmış olduğu problemlə-
rin ideya ruporu kimi çıxış edir; belə ki, müəllifi düşündürən
ən mühüm məsələlər bu obrazın timsalında gerçəkləşir. Dədə
Qorqud obrazı romanda mühüm yerlərdən birini tutmaqla
yanaşı, müəllifi n onu canlı, inandırıcı şəkildə təqdim etməsi
diqqətdən yayınmamalıdır. «Əsərdə Dədə Qorqud kifayət qə-
dər cavan, hətta gənc təqdim olunur... Və həm də heç o qədər
də müdrik deyil, sadəcə, hiyləgərdir. Süni şəkildə intriqalar
qurmağı, münaqişələr yaratmağı bacarır və eyni zamanda, hə-
min münaqişə və intriqaları həll etməyin yolunu da əla bilir»
(66). Əslində isə romanda Dədə Qorqudun fi kirləri ilə yaşı ara-
sında ciddi uyğunsuzluğun nəzərə çarpmadığı qeyd olunmalı-
dır. Şübhəsiz ki, bütün bunlar obrazın canlılığına, təbiiliyinə
ciddi xələl gətirməməkdədir.
Romanda o qədər də yer tutmayan Basat obrazı vasitəsilə
yazıçı azadlığın, hürriyyətin necə qiymətli olduğunu göstərmək
istəmişdir. Basatın meşədə heyvanların arasında təsvir olunması
ilə müəllif dolayısı ilə belə bir fi kri təlqin etməyə çalışır ki, insan
hansı mühitdə, hansı şəraitdə yaşamasından asılı olmayaraq ömrü
boyu yalnız bir amal – azadlıq uğrunda mübarizə aparmalıdır.
Romanda real surətlərlə yanaşı, mifi k obrazlar da vardır.
Bunların içərisində Nur daşı və Sehrli tük səciyyəvi element-
Müstəqillik dövrü Azərbaycan romanı
33
ləri ilə diqqəti çəkir. Bu obrazlar vasitəsilə müəllif bir tərəf-
dən məkan məhdudiyyətini aradan qaldırır, digər tərəfdən
müxtəlif zamanlar arasında əlaqə yaratmaq məramını izlə-
yir. Bütövlükdə, simvolik xarakter daşıyan və qeyri-adi ilahi
gücə malik olan Nur daşı süjet boyu Dədə Qorquda kömək
edir, onun vasitəsilə hadisələrin gedişatına təsir göstərir.
Qeyd etmək lazımdır ki, bu obraz türk təfəkkürü üçün o qə-
dər də yeni deyildir. Belə ki, bir sıra nağıl və dastanlarda
Xızır İlyas, Xızır Nəbi, Zümrüd quşu və s. adlar altında ila-
hi qüvvənin nağıl, dastan qəhrəmanına kömək etməsi faktı
mövcuddur. Lakin fi krimizcə, yazıçı bu metoddan ustalıqla
istifadə edə bilmiş, elə buna görə də, əsər uğur qazanmışdır.
Şübhəsiz ki, yazıçı bu obrazı təsvir etməklə qələmə aldığı
dövrün mifi k dünyagörüşünü qabartmaq istəmiş və istəyinə
nail olmuşdur.
«Nur daşı işıq içində idi. Belə bir gecədə Nur daşının ürə-
yinə əlimi basdım, soruşdum:
– Ey Nur daşı, mənim bu gün dəxi bir sirrim artar oldu.
Eşidərmisən məni?
Nur daşından cavab əvəzi bir işarət gəlməliydi. Sükut isə
hər bir yanı bürüyüb durmuşdu. Sükut az qala qulaq deşirdi.
Mən sorumu bir dəxi təkrar elədim:
– Ey Nur daşı, daşların gözəli, daşların əqillisi, yatmısan,
oyaqmısan, söylə mənə, bu gün mənə bir sirr dəxi açdılar.
Vaqe edimmi səni bu sirdən, yoxsa bu sirri qəlbimdə saxla-
yıb-saxlayıb çərrəyib gəbərimmi?» (3, s. 69).
Yaxud başqa bir epizoda diqqət yetirək:
«– Nur daşı, … Sabah nolacaq, nolmayacaq - mən bil-
mənəm, Tanrı bilər, sən bilərsən... Bayındır xan ola ki, mənə
qatı qəzəb etsin. Qəziyyəni bildikdən sonra qəzəb etməyib də
nə edəcəkmiş?! Bircə sən bilirsən» (3, s. 224).
Sehrli tük obrazı vasitəsilə də yazıçı eyni bədii-estetik
missiyanın gerçəkləşdirməyə çalışır. Xalq ədəbiyyatından
Dostları ilə paylaş: |