Müstəqillik dövrü Azərbaycan romanı
21
– 1991-2005-ci illər Azərbaycan ədəbiyyatında yaranmış
roman janrı nümunələrini mövzu, ideya, problem, konfl ikt və
xarakter yaradıcılığı baxımından təhlil obyektinə çevirmək;
– Müstəqillik dövründə yaranmış romanların janr
özünəməxsusluğunu səciyyələndirmək;
– Müstəqillik dövründə yaranan romanları əvvəlki dövrlər-
də yaranan romanlarla müqayisəli təhlilə cəlb etmək;
– Müstəqillik dövründə yaranan Azərbaycan romanlarını
müasir ərəb romanları ilə müqayisəli şəkildə təhlil obyektinə
çevirmək;
– Romanlarda mənəvi-əxlaqi problemlərin bədii təcəssü-
münə diqqəti yönəltmək;
– Romanlarda çağdaş Azərbaycan cəmiyyətinin sosial həya-
tının və problemlərinin bədii əksini təhlil obyektinə çevirmək;
– Müstəqillik dövrü Azərbaycan romanlarının poetik xüsu-
siyyətlərini səciyyələndirmək;
– Müstəqillik dövrü Azərbaycan romanları ilə bağlı yazıl-
mış tədqiqatların qüsur və nöqsanlarını üzə çıxarmaq.
Monoqrafi yanın tədqiqat obyektini müstəqillik dövrü (1991-
2005-ci illər) Azərbaycan romanları təşkil edir. Tədqiqatın ayrı-ayrı
fəsillərində İsmayıl Şıxlının «Ölən dünyam», Əzizə Cəfərzadənin
«Zərrintac-Tahirə», «Eşq sultanı», «Xəzərin göz yaşları», Anarın
«Ağ qoç, qara qoç», Sabir Əhmədlinin «Axirət sevdası», «Kef»,
«Ömür urası», Çingiz Hüseynovun «Doktor N», «Merac», İsa
Hüseynovun (Muğanna) «İsahəq, Musahəq», «Cəhənnəm»,
Əkrəm Əylislinin «Ətirşah Masan», Mövlud Süleymanlının
«Günah duası», Seyran Səxavətin «Nekroloq», Afaq Məsudun
«Azadlıq», Vaqif Sultanlının «İnsan dənizi», Kamal Abdullanın
«Yarımçıq əlyazma», Ağarəhim Rəhimovun «Ovlaq keçidi»,
Hüseynbala Mirələmovun «Gəlinlik paltarı», Elçin Mehrəliyevin
«Doxsanıncı illər», Elçin Hüseynbəylinin «Yovşan qağayılar»,
«On üçüncü həvari və ya 141-ci Don Juan» və bir sıra digər ro-
manlar təhlil olunmuşdur. Burada həmçinin müasir ərəb roman-
22
Əhməd Sami Elaydi
ları ilə (Nəcib Məhfuz, Yusif İssibayi, Əbdürrəhman Nasif, Yusif
Əl Qaid və başqa yazıçıların yaradıcılığı fonunda) analoji təhlillər
aparılmış, roman haqqında yaranan elmi-nəzəri qaynaqlara bu və
ya başqa formada istinad olunmuşdur (167; 170; 171).
Müstəqillik dövrü Azərbaycan romanları haqqında bu və
ya digər səpkidə tədqiqat aparılmışdır. Azərbaycanın tənqid-
çi və ədəbiyyatşünaslarından Yaşar Qarayev, Bəkir Nəbiyev,
Yavuz Axundlu, Akif Hüseynov, Himalay Ənvəroğlu, Cəlal
Abdullayev, Tofi q Hüseynoğlu, Vaqif Yusifl i, Təyyar Salam-
oğ lu, Almaz Əliqızı, Tehran Əlişanoğlu, Nərgiz Cabbarlı və
başqaları bu illərdə yaranan romanlar haqqında mətbuatda
məqa lələrlə çıxış etmiş, yaxud müasir dövrün nəsrinə həsr
olun muş monoqrafi k səpkili tədqiqatlarında yeri gəldikcə hə-
min romanlara münasibət bildirmişlər.
AMEA-nın müxbir üzvü, fi lologiya elmləri doktoru,
professor Yaşar Qarayevin «Tarix: yaxından və uzaqdan»,
«Azərbaycan ədəbiyyatı: XIX-XX əsrlər» adlı tədqiqatlarında
müstəqillik dövrü ədəbiyyatı səciyyələndirilərkən roman jan-
rına da münasibət bildirilmişdir (83; 81).
Akademik Bəkir Nəbiyevin araşdırmalarında çağdaş Azər-
bay can romanları mövzu-məzmun, problem, dil-üslub kon-
tekstində təhlilini tapmışdır (115; 116).
Filologiya elmləri doktoru, professor Yavuz Axundlunun
ayrı-ayrı monoqrafi k tədqiqatlarında və məqalələrində müs tə-
qil lik dövründə qələmə alınmış tarixi romanlar təhlil olunmuş-
dur (6; 7; 8; 9; 10).
Filologiya elmləri doktoru, professor Himalay Ənvəroğ-
lu nun «Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri»
(2004), «Azərbaycan romanının inkişaf problemləri» (2008)
kimi tədqiqatlarında çağdaş Azərbaycan romanlarının poetika-
sına da müəyyən qədər toxunulmuşdur (49; 50; 85).
Filologiya elmləri doktoru, professor Təyyar Salamoğlunun
«Müasir Azərbaycan romanının poetikası» (2005), «Müasir
Müstəqillik dövrü Azərbaycan romanı
23
Azərbaycan romanı: janr təkamülü» (2007), «Ən yeni
Azərbaycan ədəbiyyatı məsələləri» (2008) araşdırmalarında
XX əsrin sonları, XXI əsrin əvvəllərində yaranan bədii nəsrin
tədqiqi fonunda müstəqillik dövrü Azərbaycan romanları da
təhlilə cəlb olunmuşdur (127; 126; 125).
Filologiya elmləri doktoru Vaqif Yusifl inin bədii nəsrlə bağlı
araşdırmalarında müstəqillik dövrü romanları ilə bağlı bəzi ro-
manlar təhlil obyektinə çevrilmişdir (149; 154; 155; 156, 157).
Filologiya elmləri doktoru Salidə Şərifovanın «Ədəbi pro-
sesə nəzəri baxış» (2006) və «Müasir Azərbaycan romanla-
rında ictimai-siyasi mühitin təsviri problemləri» (2007) adlı
monoqrafi k tədqiqatlarında müstəqillik dövrü Azərbaycan ro-
manlarının bir qismi mövzu, ideya-problem baxımından təhlil
olunmuşdur (135; 136).
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ümumi nəzə-
ri xüsusiyyətlərini səciyyələndirən tədqiqatlarda yeri gəldikcə
roman janrına da münasibət bildirilmişdir (4; 5; 26, 31; 47; 89;
97; 98; 145; 146; 147).
Qeyd etmək lazımdır ki, ayrı-ayrı yazıçıların yaradıcılığı-
na, həmçinin çağdaş ədəbiyyatın müxtəlif problemlərinə həsr
olunmuş tədqiqatlarda roman janrı ilə bağlı bu və ya digər mü-
lahizələrə təsadüf olunmaqdadır (1; 42; 60; 67; 73; 76; 80; 87;
96; 105; 129; 131).
Ali məktəblər üçün hazırlanan dərsliklərdə, həmçinin ədəbiy-
yat tarixinə həsr olunmuş tədqiqatlarda müstəqillik illərində yara-
nan romanlara da yeri gəldikcə münasibət bildirilmişdir. Xüsusilə,
professor Cəlal Abdullayev, professor Tofi q Hüseynoğlu və pro-
fessor Vaqif Sultanlının elmi redaktorluğu ilə nəşr olunan ikicild-
lik «Müasir Azərbaycan ədəbiyyatı» dərsliyində müstəqillik döv-
ründə yaranan romanlar təhlil olunmuşdur (114).
Türkiyədə nəşr olunan bir sıra tədqiqatlarda da yeri gəldik-
cə müstəqillik dövrü Azərbaycan romanları təhlil obyektinə
çevrilmişdir (162). Xüsusilə, bu tədqiqatlarda Anarın «Ağ qoç,
Dostları ilə paylaş: |