Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə40/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   36   37   38   39   40   41   42   43   ...   56

124
Əhməd Sami Elaydi
Rəşid onu da itirir. Yazıçı süjet boyu bir-birini əvəzləyən bu 
əhvalatlarla milli-mənəvi yaddaşın itirilməsi səbəblərinə diq-
qəti çəkməyə çalışır. 
Romanın sonrakı hissələrində hadisələr Bakı mühitində 
Can ba bayevlərin əhatəsində cərəyan edir. Müəllifi n özünəməx-
sus cizgilərlə təqdim etdiyi Qara Canbabayev zahirən orta sə-
viyyəli alimlər siyahısına aid edilə bilər. Lakin onun Rəşidi 
çək-çevirə salması, Nalə ilə bağlı müəyyən gizli məsələləri 
bilməsi, dilimizin, kökümüzün tarixi ilə bağlı bir sıra ciddi su-
allar ətrafında düşünməsi ona qarşı oxucuda diqqət və marağın 
artmasına səbəb olur. 
Romanda təsvir olunur ki, Qara Canbabayev Rəşidi öz şəxsi 
maraqları üçün onun əsərinə yazdığı resenziya ilə satın almaq 
istəyir və bu işdə qohumu Bəkirdən bir vasitə kimi istifadə 
edir. Əsərdə Bəkirlə bağlı məqamlar da düşündürücüdür. Belə 
ki, o, «maşın vurub, şikəst olmuş» Həbibulla müəllimin yalan-
çı ölüm xəbərini yaymış, qəbir qazdıraraq boş tabut sallatmış, 
bundan sonra yerinə də dekan təyin etdirmişdir. 
Yazıçı Həbibulla müəllimi Canbabayev kabusunun qurban-
larından biri kimi təqdim edir. Bu kabusun digər qurbanları 
isə başıbəlalı Saf Ağ elmini əsərlərində yayıb, xalqa çatdırmaq 
istəyən Rəşid, Nalə və onun oğullarıdır. 
Romanda milli-etnik şüurun daşıyıcılarından biri kimi 
təqdim olunan Naləni Vahid Moskvada görüb bəyənmiş
onunla  əhd-peyman bağlamışdır. Lakin Saf Ağ elmini ru-
hunda gəzdirən Nalə ilə, Canbabayev kabusu arasında bö-
yük bir uçurum mövcuddur. Göhər xanımın məkrli əməlləri, 
bu cütlüyün xoşbəxt olmasına böyük əngəl törədir. Səbəb 
Nalənin kəndli qızı olmasından, yoxsulluğundan, «qara 
dam altında» yaşamasından daha çox mənsub olduğu xalqın 
keçmişini, kökünü bilməsi, bəzi alimlərdən daha savadlı ol-
masıdır. Belə insanlara isə qara kabusla əhatə olunmuş cə-
miyyətdə yer yoxdur. 


Müstəqillik dövrü Azərbaycan romanı
125
 Romanın birinci variantı olan «Doğma və yad adam-
lar»da olduğu kimi, «İsahəq, Musahəq»də  də  əsas hadisələr 
Canbabayevin gəlini Aşıq Nalənin taleyi ətrafında cərəyan 
edir.  Əsərin birinci hissəsi «Anadil sirri» adlanır. Bu roma-
nın mərkəzində duran, bir növ bədii leytmotiv kimi səslənən 
Anadil  əfsanəsindən ibarətdir. Bu əfsanəyə görə, iki cavan 
naxırçı peyğəmbərin naxırını otararkən onun danasını itirirlər. 
Bu «dana» sözü farsca «dana - bilici» sözündən alınmışdır. 
Naxırçılar Allaha yalvarırlar ki, onları quşa çevirsin və gecələr 
qaranlıq meşələrdə uçuşaraq peyğəmbərin «dana»sını axtar-
sınlar. Allah naxırçıların sözünü eşidib, onları İsahəq, Musahəq 
adlandırır. Anadil quşları gecələr meşədə uça-uça səsləşirlər: 
biri soruşur: «tapdınmı?», o biri cavab verir: «tapmadım». 
Ata-anaları dünyalarını erkən dəyişmiş Rəşidlə Nalənin ta-
leyi fonunda təqdim olunan bu əfsanə romanın süjetinə xəlqilik 
gətirən motiv kimi diqqəti çəkir. Bu əfsanə Rəşid Fətullayevin 
zehninə həkk olunur, yazıçılığa başlamasına və «Nalə» adlı po-
vestini yaratmasına təsir göstərir. Romanda Rəşid Fətullayevlə 
sovet ideologiyasının carçılarından Qara Canbabayev arasında 
konfl iktin  məzmununda milliliklə sovetizm arasında çarpış-
malar dayanır. 
Romanın «Peyğəmbərin danası» adlanan ikinci hissəsi əsə-
rin  əsasında dayanan konfl iktin bir növ davamıdır. Peyğəm-
bərin bilicisi Rəşid bacılığı Aşıq Naləni özündən çox istəyir. 
Romana siyasi məzmun gətirən də elə budur. Rəşid tarixçi və 
yazıçı kimi qədim Azərbaycan, «Midiya», «Bağday» adlanan 
ölkənin mədəniyyətinin istilaçı  hərbiyun qreklər tərəfi ndən 
mənimsənildiyini təsvir edir. Qədim Bağdayın məşhur  şa-
iri Saf Ağ  Əl – «Sofokl» şəklinə salınıb.  İkinci məşhur  şair 
Ev  Ər Bağ Od – «Evripid» şəklinə salınıb. Bunların  əsərlə-
ri isə qrekcəyə  tərcümə olunub, yəni mənimsənilib: drama 
forması verilib, səhnələşdirilib, çünki hərbiyun qreklər şeirlə 
yazılmış dastan oxumağa vərdiş etməmişdilər. Bütün bunlar 


126
Əhməd Sami Elaydi
Qara Canbabayevin ziyalı nökəri kimi işləyən tənqidçi Bəkir 
Səfquluyev tərəfi ndən rəy – resenziya şəklində yazılıb, «Nalə» 
povestinin çap olunmasına mane olur. 
Romanda siyasi-ictimai konfl ikt Rəşidin öz bacılığının tale-
yi uğrunda mübarizəsi ilə paralel şəkildə gedir. Əsərin fi nalın-
da Qara Canbabayev Naləni zorla maşına basıb, xəstəxanaya 
aparır və zavallı qız da körpəsini itirərək vəfat edir. Rəşid ha-
radansa uzaq məsafədən səslər eşidir: «tapdınmı?», «tapma-
dım». Beləliklə, Peyğəmbərin «danası» – bilicisi tapılmır. 
Romanın belə  kədərli sonluqla bitməsinə baxmayaraq, 
Rəşidin  əsər boyunca inadlı mübarizəsi hadisələrin ümumi 
ahənginə optimist ruh aşılayır. Yazıçı təsvir etdiyi qəhrəman-
ların təsvirində milli özünəqayıdış probleminin fərqli aspekt-
lərini canlandırmaqla bir növ özünün yaradıcılıq məramını 
açıqlamış olur. 
Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən 
biri olan Elçin Hüseynbəylinin romanları da milli özünəqayı-
dış probleminin özünəməxsus ifadə tərzi ilə diqqəti cəlb edir. 
Onun son illərdə qələmə aldığı 
«Tut ağacı boyunca», «Balıq-
adam», «Metro vadisi», «Yovşan qağayılar» kimi romanları bu 
mənada maraq doğurur. Lakin adıçəkilən romanlar
 içərisində 
«Yovşan qağayılar» əsəri daha çox material verdiyindən onun 
üzərində dayanmaqla kifayətlənirik. 
Qeyd edək ki, «Yovşan qağayılar» romanı real Azərbaycan 
gerçəkliyinə söykənməklə yazıçı fantaziyası əsasında yaradıl-
mışdır. «Romanda Elçin Hüseynbəyli bir neçə milli – mental 
əhəmiyyətli problem qaldırmışdır. Onların arasında ən başlıca-
sı «milli yaddaş» problemidir. Eyni zamanda, ondan rişələnən 
digər problemlər də romanda az əhəmiyyətli deyildir. Kiçik 
vətən problemi, o taylı-bu taylı Azərbaycan problemi, dövlət-
çilik, müstəqillik dövründəki anomaliyalar, torpaqların yağı 
düşmənin tapdağı altında qalması, qaçqınlıq, köçkünlük, mil-
li qürurun sındırılmasına tuşlanmış humanitar yardımlar və s. 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə