Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə41/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   37   38   39   40   41   42   43   44   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
127
kimi məsələlər romanın dərin qatlarından baş qaldırıb sanki 
oxucuya əl edir» (139, s. 176). 
Romanın süjet xətti milli yaddaş problemi üzərində qu-
rulmuşdur və  əsərin  əhəmiyyətini artıran məqamlardan biri 
milli yaddaşdan söz açılmasıdır. Çünki məlum olduğu kimi, 
Azərbaycan yetmiş ildən artıq rus sovet əsarəti altında qaldığı-
na görə xalqın öz milli yaddaşına qayıtması vacib məsələlər-
dəndir. Sözsüz ki, öz keçmişini bilməyən millətin gələcəyi də 
yoxdur. Müəllif roman boyu milli yaddaşın əhəmiyyətini vur-
ğulayır və yaddaşlarına dönük çıxanları və keçmişlərini unut-
maq istəyənləri pisləyir. Yazıçı bu məsələni qaldırmaq üçün 
simvolikadan istifadə edir. «Bu tip adamların gen yaddaşına 
qayıtmaq istəməməsini keçmişin qara günlərini xatırlamamaq, 
bununla da yeni nəsli həmin günlərdən duyuq salmamaq istə-
yiylə bağladım. Lakin onu da bildirdim ki, irəli getmək üçün 
keçmişi yaddan çıxarmaq olmaz, onu hökmən xatırlamaq la-
zımdır. Yovşan qağayılardan da söz açdım və bildirdim ki, hə-
min qağayıları görən adamlar keçmişindən xəbər tutar, gələcə-
yini təxmin edər» (59, s. 218). 
Bu sitatdan aydın  şəkildə görünür ki, yazıçı Azərbaycan 
xalqını öz yaddaşına və keçmişinə qayıtmağa çağırır və keç-
mişi unutmaq çağırışı milli yaddaşı oyatmaq üçün düşünülmüş 
vasitədir. Çünki Azərbaycanın gələcəyi onun keçmişi ilə  sıx 
bağlıdır və xalqın öz keçmişini yaxşı bilmədən tərəqqi etməsi 
mümkün deyildir. 
Romanda maraq doğuran məqamlardan biri milli yaddaş 
məsələsinə fantaziya üslubu ilə yanaşılmasıdır. Belə ki, müəllif 
babasının yaddaşının kodunu axtarıb taparaq o yaddaşa daxil 
olur və yaddaşın içində babasının mirasını axtarmağa çalışır. 
Qeyd etmək lazımdır ki, yazıçı romanda milli yaddaşla bağ-
lı mühüm məsələyə toxunmuşdur ki, bu da Araz çayı vasitəsilə 
Azərbaycanın iki yerə bölünməsidir. Məlum olduğu kimi, həm 
sovet hakimiyyəti illərində, həm də hazırkı dövrdə bu məsələ 


128
Əhməd Sami Elaydi
çox həssas bir problem kimi xalqı düşündürməkdədir. Bu sə-
bəbdən yazıçı babasının yaddaşına daxil olmaqla fantaziya 
şəklində bu məsələyə yanaşmağı zəruri hesab etmişdir. 
Romanda diqqəti çəkən və xüsusi yer ayrılan məqamlardan 
biri Azərbaycan adət-ənənələrinin təsviri ilə bağlıdır. Məsələn, 
Novruz bayramı, qız qaçırılması, qisas, qan düşmənçiliyi və 
s. məsələlər bu qəbildəndir. Romanda Novruz bayramını qeyd 
etmə mərasimləri təsvir olunur: «İlk Novruz tonqalını da mən 
həmin iki küçənin kəsişdiyi yerdə görmüşdüm... Öncə o mə-
kanın ortasında dilimləri ərşə dirənən alovun qızartısını, sonra 
ocağın özünü və ətrafına toplaşmış insanları görmüşdüm. Bu 
şadyanalığın əzəmətini, mənasını dərk etməsəm də, onun atəş-
fəşanlığını içimdə əziz bir xatirə kimi gəzdirmişdim və yəqin 
ki, həmin gündən sonra mən Novruzun əsrarəngiz bir bayram 
olduğuna inanmışdım. O, təkcə  şəkərburaların, paxlavaların, 
yumurta döyüşməyin rəmzi deyildi, Novruz insanların birliyi-
nin təcəssümüydü və onu hamı ilə birgə yaşamaq adama ləzzət 
eləyirdi. Ona görə də hələ Novruza bir həftə qalmış bayramın 
qurtaracağına təəssüfl ənirdim» (59, s. 13-14). 
Göründüyü kimi, Elçin Hüseynbəyli Novruz bayramı 
adət-ənənələrindən danışsa da, mərasimi incəliklərinə qədər təs-
vir etməmişdir. Qeyd edək ki, həm müstəqilik dövründə, həm də 
əvvəlki illərdə Azərbaycan bədii nəsrində Novruz bayramı geniş 
şəkildə qələmə alınmışdır. Məsələn, «İsmayıl Şıxlının müxtəlif 
nəsr əsərlərində Novruz bayramı ilə bağlı etnoqrafi k səpkili epik 
lövhələrə və folklor mətnlərinə də sıx-sıx rast gəlinir. Maraqlıdır 
ki, yazıçı qələmə aldığı üç romanın üçündə də Novruz bayramı-
nın təsvirinə geniş yer vermişdir. Ancaq bu təsvirlərin heç birisi 
digərinin təkrarı deyildir» (161, s. 55). 
Elçin Hüseynbəyli «Yovşan qağayılar» romanında adət-
ənənə mövzusu ilə bağlı olaraq başqa iki maraqlı  məsələyə 
toxunmuşdur. Bunlardan birincisi qız qaçırılmasıdır ki, bu 
məsələ Azərbaycan xalqının mentalitetində müəyyən yer tut-


Müstəqillik dövrü Azərbaycan romanı
129
maqdadır. Yazıçı romanda Fərhad kişinin öldürülmüş oğlunun 
qırxı çıxmadan gəlinin qaçırılmasını və bu işin həmin mühitin 
psixologiyasına zidd olduğunu təsvir edir. 
İkinci məsələ isə namus-qeyrətlə bağlı qisas alınmasıdır. 
Romanda yazıçının qeyd etdiyi kimi «Adam öldürsən, bağış-
lanarsan, namusa toxunsan, doğranarsan» prinsipi Azərbaycan 
xalqın mənəviyyatında namusun nə  qədər önəm daşıdığını 
göstərir. Romanda Mahmud bəyin dul qalmış Səlminazı qaçı-
ran şəxsdən qisas alarkən onu yatan yerdə öldürməməsi bu cür 
qisas almağın namərdlik olması, kişiliyə, qeyrətə  sığmaması 
anlamını ifadə etməkdədir. 
Maraqlıdır ki, Azərbaycan  ədəbiyyatında istər Sovetlər 
Birliyi dövründə, istərsə  də müstəqillik dönəmində bir-bi-
rilə bağlı olan bu məsələlərə tez-tez müraciət olunur. Belə ki, 
İsmayıl  Şıxlının «Dəli Kür» əsərində çox işlənən motivlər-
dən biri də qız qaçırılmasıdır. Cahandar ağa Mələyi, Şamxal 
Güləsəri, Allahyar isə Salatını qaçırırlar. Lakin sonuncu düş-
mənlik xatirinə – qisas almaq üçün edildiyindən uğursuzluqla, 
yəni Salatının ata yurduna geri dönməsi ilə sonuclanır» (118). 
Elçin Hüseynbəylinin «Yovşan qağayılar» romanında qür-
bətə, mühacirətə getmək kimi mühüm bir ictimai məsələyə 
toxunulur. Məlum olduğu kimi, son dövrlərdə Azərbaycanda 
bir çoxları daha yaxşı  şərait axtarmaq məqsədilə öz doğma 
vətənini tərk edib başqa ölkəyə gedir. Onlar hesab edirlər ki, 
vətəndən kənarda yaşamaq daha rahatdır. Yazıçı romanda həm 
qağayılar obrazından, həm də proyeksiya prosesindən istifadə 
edərək ustalıqla bu məsələni pisləyir: «Mən düşünmüşdüm ki, 
qağayılar insanlardan etibarlı və sədaqətlidirlər, ac olmalarına 
baxmayaraq, uçub başqa dənizlərə getmirlər, öz vətənlərinin 
zibilliyində eşələnməyi, qürbət dənizdə gözəl yaşamaqdan üs-
tün tuturlar» (59, s. 100). 
Qeyd etmək lazımdır ki, bu məsələyə həm Azərbaycanda, 
həm də Azərbaycandan kənarda çap olunan bəzi romanlar-


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə