Kitab indd



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə43/56
tarix08.07.2018
ölçüsü1,07 Mb.
#54159
1   ...   39   40   41   42   43   44   45   46   ...   56

Müstəqillik dövrü Azərbaycan romanı
135
məsi və s. məsələlərlə gerçəkləşməkdədir. Məhz bu baxımdan 
sadalanan məsələlərin müstəqillik dövrü Azərbaycan romanları 
timsalında nəzərdən keçirilməsi janrın bədii-estetik çalar və ün-
sürlərini aşkarlamağa imkan vermiş olardı. 
Tədqiqat işində  bədii sənətkarlıq məsələləri  əsas etibarilə 
aşağıdakı məsələlər fonunda nəzərdən keçirilmişdir:
a) Mövzu seçimi, süjet və bədii konfl ikt;
b) Bədii obraz, xarakter, tip və tipiklik problemi;
c) Janr özünəməxsusluğu və dil-üslub fərdiliyi. 
Bizcə, müstəqillik dövrü Azərbaycan romanlarının bu is-
tiqamətlər işığında izlənilməsi onların bədii sənətkarlıq özəl-
liklərinin üzə  çıxarılmasına imkan verir. Lakin bir məsələyə 
diqqət yetirilməlidir ki, təhlil olunan romanlar kontekstində 
1991-2005-ci illərdə yaranan mövcud bədii örnəklərin bə-
dii-estetik xüsusiyyətləri haqqında ümumi mülahizələr söylə-
nilməsi sırf şərti səciyyə daşıyır. Çünki burada hər bir yazıçı-
nın fərdi yaradıcılıq üslubundan doğan özəlliklərə deyil, daha 
çox ortaq cəhətlərə diqqət yetirilmişdir. 
4. 1. Mövzu seçimi, süjet və bədii konfl ikt
Bəlli olduğu kimi, hər bir ədəbi dövrün sənətkarlıq səviy-
yəsini səciyyələndirərkən, ilk növbədə müraciət olunan möv-
zulardan başlamağa ehtiyac duyulmaqdadır. Bu ondan irəli 
gəlir ki, mövzu seçimi yaradıcılıq müşahidəsi ilə bağlıdır ki, 
bu da sənətkarlığın ciddi məsələlərindən hesab olunmaqdadır. 
Müstəqillik dövrü Azərbaycan romanları mövzu yeniliyi, məz-
mun rəngarəngliyi və qaldırılan problemlərin müxtəlifl iyi ilə 
diqqəti cəlb edir. 
Ümumilikdə, bəhs olunan dövrdə qələmə alınan romanlar 
həm tarixi, həm də müasir mövzularda yazılmış bədii örnək-
lərdir. Lakin bu dövrün nəsrində müasir mövzulu əsərlər tarixi 


136
Əhməd Sami Elaydi
mövzulu bədii örnəklərdən daha çox yer tutur. Bədii nəsr üslub 
etibarı ilə daha çox müasir mövzulara meyillidir və əsərlərin 
böyük əksəriyyəti məhz müasir mövzuda qələmə alınmışdır. 
Bununla yanaşı, Azərbaycan nəsrində istər tarixi, istərsə də 
müasir mövzularda yazılmış romanlarda zamanın ritmi, ahən-
gi tutulmağa çalışılmış, cəmiyyəti narahat edən məsələlərə 
diqqət yetirilmiş, müasirlik mövqeyindən çıxış edilmişdir. 
Tənqidçi-ədəbiyyatşünas Yaşar Qarayevin «Səhnəmiz və 
müasirlərimiz» kitabında doğru qeyd elədiyi kimi, «Müasirlik 
müasir epoxanın inkişaf qanunauyğunluğunu açmağa kömək 
edən hər şey deməkdir. Zəmanənin, dövrün böyük problemlə-
rinə və böyük mübarizələrinə nüfuz etmədən müasirliyə yük-
sək səviyyədə xidmət etmək çətindir» (82, s. 151). 
Müstəqillik dövrü Azərbaycan romanlarını mövzu-məzmun 
kontekstində  dəyərləndirərkən müasirlik probleminin aparı-
cı mövqeyinə diqqətin yetirilməsi də  zəruri məsələlərdəndir. 
Əlbəttə, bədii nəsrin, o cümlədən, roman janrının müasirliyi 
ilk növbədə dövrü, mühiti qavramaqda, həyatın nəbzini tut-
maqda, tarixi dövrün problemlərini dərk etmək imkanları ilə 
səciyyələnir. Bütövlükdə, müstəqillik dövrü Azərbaycan nəsri 
müasirliyə xidmət məramına söykənməkdədir. Yazıçılar han-
sı mövzuya (tarixi və ya müasir) müraciət edir-etsin, yazılan 
və nəşr olunan romanlar hər şeydən əvvəl müasirlik ruhu ilə 
fərqlənməkdədir. 
Bəlli olduğu kimi, sovet hakimiyyəti illərində müasirlik 
anlayışı və müasirlik istilahının ehtiva hüdudları bir çox hal-
larda birtərəfl i,  yanlış  şəkildə  dəyərləndirilmişdir.  Şübhəsiz 
ki, bu cəhət sovet ideоlоji sisteminin bədii-estetik məsələləri 
son dərəcə siyasiləşdirməsindən qaynaqlanır. Müstəqillik döv-
rü Azərbaycan romanlarının, xüsusilə tarixi mövzuda qələmə 
alınmış mövcud janr örnəklərinin özünəməxsus cəhətlərindən 
biri məhz burada müasirlik ruhunun qabarıq təsviri ilə bağ-
lıdır. Yaranan romanlar içərisində elə bir nümunə yoxdur ki, 


Müstəqillik dövrü Azərbaycan romanı
137
оrada müasirlik məsələsi diqqət mərkəzində olmasın, müasir-
liyə xidmət edən amillərə aparıcı yer verilməsin. Bu mənada 
1991-2005-ci illər romanlarının müasirliyinin başqa mühüm 
cəhətlərindən biri dövrü, mühiti qavramasında, həyatın nəbzi-
ni tutmaq məharətindədir. 
«Hər hansı bir yazıçının yaradıcılığından danışarkən, adə-
tən, onun müasir həyatı necə tədqiq etdiyini, bir sənətkar kimi 
onunla hansı tellərlə bağlı olduğunu aydınlaşdırmaq zərurəti 
meydana çıxır. Bəzən yazıçı özü də bu əlaqələrin bütün mürək-
kəbliyini və rəngarəngliyini tam genişliyi ilə təsəvvürünə gə-
tirmir» (88, s. 46). 
Bu mülahizələrə onu da əlavə etmək lazımdır ki, müasirlik 
– müasir mövzuda qələmə alınmış əsərlərdən daha çox tarixi 
hadisələrdən bəhs edən bədii örnəklərdə zəruri amillərdən biri 
kimi çıxış etməlidir. Ona görə ki, tarixi mövzulu əsərlərdə va-
cib olan cəhətlərdən ən mühümü daha çox müasirliklə bağlıdır. 
Müstəqillik dövrü Azərbaycan romanlarında əksər hallarda ya-
zıçılar qaldırmış olduğu problemin dövrlə, mühitlə bağlılığına, 
aktuallığına diqqət yetirməyə çalışmışlar. 
Müstəqillik dövrü Azərbaycan romanlarında müasirliklə 
yanaşı, diqqəti çəkən mühüm məsələlərdən biri tarixilik prob-
lemidir. Araşdırmaya cəlb olunan dövrdə  əsərlərin bir qismi 
tarixi mövzuda qələmə alındığı üçün yazıçıların yaradıcılığı-
nın bu aspektinə toxunulmasına ciddi ehtiyac duyulur. Bəllidir 
ki, ədəbi-estetik fi kirdə tarixilik problemi ciddi mübahisə və 
müzakirələrə səbəb olan zəruri komponentlərdən biridir. Tarixi 
mövzuda yazmaq – tarixin hər hansı qaranlıq dövrünün, yaxud 
şəxsiyyətinin canlandırılması, xalqın etnoqrafi k  yaddaşının 
bərpa edilməsi, bu günün problemlərinin keçmişin işığında əks 
etdirilməsi məramına söykənir. Müstəqillik dövrü Azərbaycan 
tarixi romanlarında bu amillər aşkar şəkildə özünü büruzə ver-
məkdədir. Ona görə də mövcud romanlar tarixilik baxımından 
araşdırılarkən, bu cəhət nəzərdən qaçırılmamalıdır. 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə