23
Fəsil 1. Dializin tarixi
Şəkil 1.8. Böyrək Mərkəzinin əməkdaşları böyrəkköçürmə əməliyyatından
sonra xəstə B.B. müayinə edirlər (1983-cü il)
1983-cü ildə Mehman Ağayev Hemodializ və böyrəkköçürmə
laboratoriyasının müdiri seçilir.
1983-cü ildə ilk dəfə xəstəyə izolə olunmuş ultrafi ltrasiya apar-
maqla nefrotik sindrom və sidikqovuculara refrakter ödemlərlə
müşayiət olunan ürək çatışmazlığı zamanı çox müvəffəqiyyətli
nəticələr əldə olundu. Hemodializ perikarditi olan 7 xəstəyə perikar-
diosentez (4 nəfər), hissəvi perikardektomiya (2 nəfər) və perikard
kisəsinə drenaj borusunun qoyulması (1 nəfər) əməliyyatları aparıl-
mışdır.
1980-ci ildə Böyrək Mərkəzində olan süni böyrək cihazları ABŞ
istehsalı olan “Sweden” şirkətinin “Saksko” markalı 8 yerlik daha
müasir ikinci cihazı ilə əvəz olundu (şəkil 1.9). 1984-cü ildən Dip 02-
02 birdəfəlik dializatorlarından istifadə olunması artıq hemodializ
proseduralarını yeni keyfi yyət səviyyəsinə qaldırdı.
24
Dializ
Şəkil 1.9. Hemodializ zalı. ABŞ-da istehsal olunmuş “Sweden” fi rmasının
“Saksko” süni böyrək cihazları (1980-ci il).
1985-ci ildə Yaponiyanın Torey şirkətinin”Torey 320” süni böyrək
cihazının köməyi ilə bikarbonat hemodializi aparılmağa başlandı.
Eyni zamanda “Torey 1000” cihazının köməyi ilə xəstələrə kaskad
üsulu ilə respublikada ilk dəfə plazmaferez aparılmağa başlandı
və tədqiqatın nəticələri Kanadada buraxılan “Artifi cial organs”
jurnalında nəşr olundu.
1990-cı ildə Böyrək Mərkəzində Fresenius şirkətinin cihazlarının
(Fresenius 4008 H, 4008 C) istifadə olunması hemodializin
keyfi yyətinin yaxşılaşıb daha yüksək səviyyəyə qalxmasına səbəb
oldu (şəkil 1. 10).
1990-cı ildən professor M. Ağayev Azərbaycan Tibb Universi-
teti nə işə keçdiyi üçün laboratoriya müdiri İlham Həmidov seçildi.
1993-cü ildə Bakı şəhəri əhalisinə nefroloji yardımı yaxşılaşdır-
maq məqsədi ilə professor Mehman Ağayevin rəhbərliyi ilə
E.Əfəndiyev adına 2 saylı klinik xəstəxanasında nefroloji şöbə və
2006-cı ildə hemodializ şöbəsi yaradıldı və bu şöbələr eyni zaman-
da Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklərin propedevti -
kası kafedrasının bazası kimi fəaliyyət göstərir.
25
Fəsil 1. Dializin tarixi
Şəkil 1.10. Hemodializ zalı. Almaniyada istehsal olunmuş “Fresenius”
fi rmasının süni böyrək cihazları (2003-cü il)
İlk dəfə Azərbaycan dilində “Nefrologiya” kitabının yazılması
(müəllifi Mehman Ağayev) artıq nefrologiyanın respublikamızda
müstəqil bir elmi sahə kimi təşəkkül tapmasını göstərir və nefroloq-
klinisistlərin yetişməsinə kömək edir.
Respublikamızda XBÇ ilə olan xəstələrin problemlərinin va-
cib liyini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Proqramı
(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2006-cı il,
179 saylı sərəncamı) qəbul edilmiş və proqramın həyata keçirilməsi
üçün dövlət tərəfi ndən 80 mln. manatdan çox vəsait ayrılmışdır.
Problemin vacibliyi öz təsdiqini həm də möhtərəm prezidentimiz
İlham Əliyevin təşəbbüsü və göstərişi ilə bütün regionlarda yaradılan
Diaqnostika Mərkəzlərinin nəzdində hemodializ şöbələrinin möv-
cudluğunda tapmışdır. Qəbul edilmiş Dövlət Proqramının məqsədi
bəyrək xəstəlikləri olan insanlara göstərilən tibbi yardımın key-
fi yyətini inkişaf etmiş ölkələrdə qəbul edilən müasir səviyyəyə
çat dırmaqdadır. Artıq Azərbaycan Respublikası prezidenti İlham
Əliyevin sərəncamına əsasən Respublika Kliniki Uroloji Xəstəxanası
26
Dializ
yenidən təmir olunmuş dializə, böyrək transplantasiyasına ehtiyacı
olan xəstələri müalicəyə qəbul etməyə hazırdır.
İndi səhiyyənin bütün sahələrində olduğu kimi dializ və böyrək
transplantasiyası sahəsində də Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi tərəfi ndən yeni, genişmiqyaslı fəaliyyət göstərilir. Hazırda
respublikamızda 25 mərkəzdə 1600 xəstə xroniki böyrək çatışmazlığı
ilə proqram hemodializi alır və belə mərkəzlərin sayı artmaqdadır.
Demək olar ki, ölkənin hər bir regionunda Dializ Mərkəzi yaradılır
(şəkil 1.11). Dövlət Proqramina əsasən böyrək çatışmazlığının
müalicəsi üçün lazım olan bütün vəsaitlərin ödənilməsini Dövlət
öz üzərinə götürmüşdür. Buraya xarici ölkələrdən alınmış cihazlar,
xəstələrin eritropoetin, dəmir preparatları, fosfat birləşdiriciləri,
albumin, aminturşu məhlulları, vitaminlər və s. preparatlara olan
ehtiyacları ödəmək daxildir. Böyrəklərin immun xəstəlikləri za-
manı və böyrəkköçürmədən sonrakı dövrdə xəstələr Sandimmun
(Siklosporin A, Neoral), Cell Cept (Mikofenolat mofetil), Prednizolon
və s. ilə təmin olunurlar.
Şəkil 1.11. Respublika ərazisində fəaliyyət göstərən dializ mərkəzləri
(2009-cu ilin sonu)
27
Fəsil 1. Dializin tarixi
Hazırda respublikada xroniki böyrək çatışmazlığı olan
xəstələr
dövlət təminatı üzrə hemodializ müalıcəsi alır və Dializ Mərkəzləri
üç növbədə fəaliyyət göstərir və fasiləsiz hemodializ proseduraları
aparirlar. Xəstələrin sayının daim artdığı üçün yaxın gələcəkdə bütün
rayon mərkəzlərində və böyük şəhərlərdə Dializ Mərkəzlərinin
açılması planlaşdırılır (şəkil 1.12).
Şəkil 1.12. Azərbaycanda 2003-cü ildən sonra dializ alan
xəstələrin sayının artımı dinamikası
Azərbaycanda nefrologiyanın inkişafına nəzər saldıqda görünür
ki, 1970-ci ildən formalaşan bu tibb sahəsi çox çətin, möhtəşəm və
uğurlu bir yol keçmişdir. Nefrologiya elmi tibbin gənc bir sahəsi
kimi formalaşdı. Bu sahənin mütəxəssisləri – nefroloqlar yetişdilər
və onlar Azərbaycan nefrologiyasının baniləri rolunu şərəfl ə 40 il
ərzində və bu gün də yerinə yetirirlər. Bu şərəfl i işin yerinə yetirilməsi
diqqətinizə təqdim edilən kitabın müəllifl əri tərəfi ndən olmuşdur.
Nefrologiyanın ölkəmizdə inkişafı tarixini nəzərdən keçirdikdə
böyrək xəstəliklərinin, kəskin və xroniki böyrək çatışmazlığının
diaqnostikası, konservativ və aktiv üsullarla müalicəsi, hemodializ və
Dostları ilə paylaş: |