18
Dializ
oksidləşmə-reduksiya proseslərinin pozğunluqlarının müalicəsi,
Tbilisi – 1979, t.e.n.
4. Ramiz Əliyev – Xroniki böyrək çatışmazlığı ilə ağırlaşmış
böyrəkdaşı xəstəliyinin kompleks müalicəsi. Moskva – 1982, t.e.n.
5. Rüfət Məmmədov – Uşaqlarda yuxarı sidik yollarının bəzi
anomaliyalarda böyrəklərin funksional vəziyyətinin dinamikası,
Kiyev – 1982, t.e.n.
6. İlham Həmidov – Xroniki böyrək çatışmazlığı zamanı
xəstələrdə mikrosirkulyasiyanın vəziyyəti, Tbilisi –1984, t.e.n.
7. Mehman Ağayev – Xroniki böyrək çatışmazlığı zamanı qan
dövranının vəziyyəti, Moskva – 1986, t.e.d.
8. Fariz Babayev – Xroniki qlomerulonefrit zamanı limfosit
membranının lipid tərkibinin dəyişməsi, Bakı–1994, t.e.n.
9. İlham Həmidov – Xroniki böyrək çatışmazlığı zamanı periferik
qan dövranının vəziyyəti və onun kliniki əhəmiyyəti, Bakı – 2003,
t.e.d.
10. Hafi z Agayev – Böyrək funksiyasından asılı olaraq nefrolitiazlı
xəstələrdə sidik turşusu, lipid və parathormon mübadiləsinin
öyrənilməsi, Bakı – 2006, t.e.n.
Aşağıdakı
monoqrafi ya və vəsaitlər hazırlanmış və nəşr
olunmuşdur:
1. Xroniki böyrək çatışmazlığı –M, Medisina 1978
2. Xroniki böyrək çatışmazlığı zamanı ürək-damar sisteminin
vəziyyəti – Bakı, Elm, 1989
3. Böyrək xəstəliklərinin semiotikası və diaqnostikası, Bakı,
Təbib, 1993
4. Nefrologiya – Bakı, Əbilov, Zeynalov və oğulları, 2007
5. Xroniki böyrək çatışmazlığı, Bakı, Çaşıoğlu, 2007
Bunlarla yanaşı,
iki elmi-kütləvi tədris fi lmləri də çəkilmişdir:
1. Xroniki böyrək çatışmazlığı –1976
2. Böyrək çatışmazlığı zamanı su-duz mübadiləsi – 1980
Əsası Böyrək Mərkəzində qoyulan Azərbaycan tibbinin yeni
19
Fəsil 1. Dializin tarixi
sahəsi olan nefrologiya həm elmi-tədqiqat işlərinin genişliyinə və
həmçinin praktiki səviyyəsinə görə sürətlə inkişaf edirdi. Artıq 1980-
ci il üçün respublikanın ilk nefroloq alimləri Mehman Ağayev, Sultan
Əliyev yetişmişdi və gələcəyin nefroloqları olan gənclər Ramiz
Əliyev, Cəbrayıl Zeynalov, Rüfət Məmmədov, Firəngiz Bağırova,
İlham Həmidov inkişaf edirdilər. Respublika alimləri o dövrün
SSRİ-nin başqa elmi mərkəzləri (Moskva, Leninqrad, Tifl is, Riqa,
Minsk, Kiyev və s.) ilə çox sıx elmi kontaktlar yaradıb əməkdaşlıq
edir, təcrübə mübadiləsi aparırdılar (şəkil 1.4).
Şəkil 1.4. Böyrək Mərkəzinin həkimləri professor S.Ryabov ilə (Leninqrad,
indi Sankt Peterburq), 1983-cü il)
Bütün bu müvəffəqiyyətlər 1972-ci ildə Uroloqların II Ümum-
ittifaq Qurultayı və 1980-ci ildə Nefroloqların II Ümumittifaq
Qurultayını Bakıda keçirməyə imkan vermişdi. Qurultaya SSRİ-nin
müxtəlif respublikalarından gələn 600-dən çox nümayəndə iştirak
20
Dializ
edirdi. Azərbaycan nefroloq – alimləri SSRİ-nin başqa şəhərlərində
keçırılən qurultay və kofranslarında iştirak edir, məruzələr edirdilər
(şəkil 1.5).
Şəkil 1. 5. Azərbaycan alim-nefroloqları Nefroloqların III Ümumittifaq
Qurultayinda (Kiyev, 1986-ci il)
Böyrək Mərkəzinin əməkdaşları bir çox xarici ölkələrin (Bol-
qarstan, Macarıstan) elmi mərkəzləri ilə 1978–1990-cı illərdə birgə
elmi-tədqiqat işlərinin yerinə yetirir, mütəxəssislərin mübadiləsini
aparır, elmi konfranslar, simpoziumlar təşkil edir, məqalələr nəşr
edirdilər.
Böyrək Mərkəzində “Xronik hemodializ” üzrə SSRİ-nin bü tün
regionlarından gələn həkimlər üçün tədris siklləri də təşkil olun-
muşdu və 200-dən artıq həkimlər bu yolla yeni ixtisas qazanmış,
yaxud biliklərini təkmilləşdirirdilər (şəkil 1.6).
21
Fəsil 1. Dializin tarixi
Şəkil 1.6. Böyrək Mərkəzində “Proqram Hemodializ” ixtisaslaşma
kurslarını keçən SSRİ-nin müxtəlif respublikalarından gəlmiş
həkimlərlə Böyrək Mərkəzinin əməkdaşları (1982-ci il)
1983-cü ildə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnsti-
tutunda nefrologiya kafedrası təşkil olundu və onun ilk müdiri
professor Fikrət Hüseynov, 1986-cı ildən t.e.d. Mehman Ağayev isə
kafedranın professoru seçildi.
1984-cü ildən Respublika kliniki xəstəxanasında nefroloji şöbə
açıldı və Ramiz Əliyev şöbənin ilk müdiri təyin olundu. Bu şöbə
fəaliyyətinə görə 1986-cı ildə SSRİ komsomolunun gənc kollektivlər
arasında yarışın qalibi titulunu qazandı. Respublika kliniki xəs-
təxanasında nefroloji şöbənin açılması resbulikanin rayonlarında
yaşayan əhaliyə nefroloji köməyin yaxşılaşmasına səbəb oldu. Artıq
respublikanın bir çöx şəhərlərində – Sumqayıt, Gəncə, Şirvanda
nefroloji şöbələr açıldı.
1983-cü ilə qədər Böyrək Mərkəzində 20-yə qədər xəstəyə
meyitdən, yaxud yaxın qohumlardan götürülmüş böyrəklər kö-
22
Dializ
çürülmüşdür. Meyitdən götürülmüş donor böyrəklərin saylarının
res publikamızda məhdudluğuna görə bu kitabın müəllifl əri hətta
Moskva və Leninqrad (indi Sankt Peterburq) şəhərlərində həftələrlə
növbə çəkərək oradan uyğun konservləşdirilmiş, meyitdən gö tü-
rülmüş donor böyrəklərin gətirilib xəstələrə transplantasiya olun-
masına nail olmuşlar (şəkil 1.7).
Şəkil 1.7. Professor Mehman Ağayev Moskvadan gətirilmiş meyit donor
böyrəyinin transplantasiyası olunmuş xəstə V.L. müayinə edir (1986-cı il)
Bu xəstələrdən ikisi 10 ildən artıq transplantatın hesabına normal
həyat sürdükdən sonra xronik transplantasion nefropatiya nəticəsində
yenidən xroniki hemodializə keçirildilər (şəkil 1.8).
1980-ci ildə Mərkəzdə respublikamızda ilk dəfə hemosorbsiya
proseduralarının köməyi ilə xəstələrə müalicə aparılmağa başlandı
(t.e.n. Rüfət Məmmədov).
Dostları ilə paylaş: |