Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə6/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   2   3   4   5   6   7   8   9   ...   120

18

Dializ

oksidləşmə-reduksiya proseslərinin pozğunluqlarının müalicəsi

Tbilisi – 1979, t.e.n.

4. Ramiz Əliyev – Xroniki böyrək çatışmazlığı ilə  ağırlaşmış 

böyrəkdaşı xəstəliyinin kompleks müalicəsi. Moskva – 1982, t.e.n.

5. Rüfət Məmmədov – Uşaqlarda yuxarı sidik yollarının bəzi 

anomaliyalarda böyrəklərin funksional vəziyyətinin dinamikası, 

Kiyev – 1982, t.e.n.  

6.  İlham Həmidov – Xroniki böyrək çatışmazlığı zamanı 

xəstələrdə mikrosirkulyasiyanın vəziyyəti, Tbilisi –1984, t.e.n.

7. Mehman Ağayev – Xroniki böyrək çatışmazlığı zamanı qan 

dövranının vəziyyəti, Moskva – 1986, t.e.d.

8. Fariz Babayev – Xroniki qlomerulonefrit zamanı limfosit 

membranının lipid tərkibinin dəyişməsi, Bakı–1994, t.e.n.

9. İlham Həmidov – Xroniki böyrək çatışmazlığı zamanı periferik 

qan dövranının vəziyyəti və onun kliniki əhəmiyyəti, Bakı – 2003, 

t.e.d.

10. Hafi z Agayev – Böyrək funksiyasından asılı olaraq nefrolitiazlı 



xəstələrdə sidik turşusu, lipid və parathormon mübadiləsinin 

öyrənilməsi, Bakı – 2006, t.e.n.

Aşağıdakı 

monoqrafi ya  və  vəsaitlər hazırlanmış  və  nəşr 

olunmuşdur:

1. Xroniki böyrək çatışmazlığı –M, Medisina 1978

2. Xroniki böyrək çatışmazlığı zamanı ürək-damar sisteminin 

vəziyyəti – Bakı, Elm, 1989

3. Böyrək xəstəliklərinin semiotikası  və diaqnostikası, Bakı, 

Təbib, 1993

4. Nefrologiya – Bakı, Əbilov, Zeynalov və oğulları, 2007

5. Xroniki böyrək çatışmazlığı, Bakı, Çaşıoğlu, 2007

    Bunlarla yanaşı, 

iki elmi-kütləvi tədris fi lmləri də çəkilmişdir:

1. Xroniki böyrək çatışmazlığı –1976

2. Böyrək çatışmazlığı zamanı su-duz mübadiləsi – 1980

Əsası Böyrək Mərkəzində qoyulan Azərbaycan tibbinin yeni 




19

Fəsil 1. Dializin tarixi

sahəsi olan nefrologiya həm elmi-tədqiqat işlərinin genişliyinə  və 

həmçinin praktiki səviyyəsinə görə sürətlə inkişaf edirdi. Artıq 1980-

ci il üçün respublikanın ilk nefroloq alimləri Mehman Ağayev, Sultan 

Əliyev yetişmişdi və  gələcəyin nefroloqları olan gənclər Ramiz 

Əliyev, Cəbrayıl Zeynalov, Rüfət Məmmədov, Firəngiz Bağırova, 

İlham Həmidov inkişaf edirdilər. Respublika alimləri o dövrün 

SSRİ-nin başqa elmi mərkəzləri (Moskva, Leninqrad, Tifl is, Riqa, 

Minsk, Kiyev və s.) ilə çox sıx elmi kontaktlar yaradıb əməkdaşlıq 

edir, təcrübə mübadiləsi aparırdılar (şəkil 1.4). 

 

Şəkil 1.4. Böyrək Mərkəzinin həkimləri professor S.Ryabov ilə (Leninqrad, 

indi Sankt Peterburq), 1983-cü il) 

Bütün bu müvəffəqiyyətlər 1972-ci ildə Uroloqların II Ümum-

ittifaq Qurultayı  və 1980-ci ildə Nefroloqların II Ümumittifaq 

Qurultayını Bakıda keçirməyə imkan vermişdi. Qurultaya SSRİ-nin 

müxtəlif respublikalarından gələn 600-dən çox nümayəndə  iştirak 



20

Dializ

edirdi. Azərbaycan nefroloq – alimləri SSRİ-nin başqa şəhərlərində 

keçırılən qurultay və kofranslarında iştirak edir, məruzələr edirdilər 

(şəkil 1.5). 



Şəkil 1. 5. Azərbaycan alim-nefroloqları Nefroloqların III Ümumittifaq 

Qurultayinda (Kiyev, 1986-ci il)

        


Böyrək Mərkəzinin  əməkdaşları bir çox xarici ölkələrin (Bol-

qarstan, Macarıstan) elmi mərkəzləri ilə 1978–1990-cı illərdə birgə 

elmi-tədqiqat işlərinin yerinə yetirir, mütəxəssislərin mübadiləsini 

aparır, elmi konfranslar, simpoziumlar təşkil edir, məqalələr nəşr 

edirdilər. 

Böyrək Mərkəzində “Xronik hemodializ” üzrə SSRİ-nin bü tün 

regionlarından gələn həkimlər üçün tədris siklləri də  təşkil olun-

muşdu və 200-dən artıq həkimlər bu yolla yeni ixtisas qazanmış, 

yaxud biliklərini təkmilləşdirirdilər (şəkil 1.6). 



21

Fəsil 1. Dializin tarixi

Şəkil 1.6. Böyrək Mərkəzində “Proqram Hemodializ” ixtisaslaşma 

kurslarını keçən SSRİ-nin müxtəlif  respublikalarından gəlmiş 

həkimlərlə Böyrək Mərkəzinin əməkdaşları (1982-ci il)

      


1983-cü ildə  Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə  İnsti-

tutunda nefrologiya kafedrası  təşkil olundu və onun ilk müdiri 

professor Fikrət Hüseynov, 1986-cı ildən t.e.d. Mehman Ağayev isə 

kafedranın professoru seçildi. 

1984-cü ildən Respublika kliniki xəstəxanasında nefroloji şöbə 

açıldı  və Ramiz Əliyev  şöbənin ilk müdiri təyin olundu. Bu şöbə 

fəaliyyətinə görə 1986-cı ildə SSRİ komsomolunun gənc kollektivlər 

arasında yarışın qalibi titulunu qazandı. Respublika kliniki xəs-

təxanasında nefroloji şöbənin açılması resbulikanin rayonlarında 

yaşayan əhaliyə nefroloji köməyin yaxşılaşmasına səbəb oldu.  Artıq 

respublikanın bir çöx şəhərlərində – Sumqayıt, Gəncə,  Şirvanda 

nefroloji şöbələr açıldı.

1983-cü ilə  qədər Böyrək Mərkəzində 20-yə  qədər xəstəyə 

meyitdən, yaxud yaxın qohumlardan götürülmüş böyrəklər kö-




22

Dializ

çürülmüşdür. Meyitdən götürülmüş donor böyrəklərin saylarının 

res publikamızda məhdudluğuna görə bu kitabın müəllifl əri hətta 

Moskva və Leninqrad (indi Sankt Peterburq) şəhərlərində həftələrlə 

növbə  çəkərək oradan uyğun konservləşdirilmiş, meyitdən gö tü-

rülmüş donor böyrəklərin gətirilib xəstələrə transplantasiya olun-

masına nail olmuşlar (şəkil 1.7).

Şəkil 1.7. Professor Mehman Ağayev Moskvadan gətirilmiş meyit donor 

böyrəyinin transplantasiyası olunmuş xəstə V.L. müayinə edir (1986-cı il)

Bu xəstələrdən ikisi 10 ildən artıq transplantatın hesabına normal 

həyat sürdükdən sonra xronik transplantasion nefropatiya nəticəsində 

yenidən xroniki hemodializə keçirildilər (şəkil 1.8). 

1980-ci ildə  Mərkəzdə respublikamızda ilk dəfə hemosorbsiya 

proseduralarının köməyi ilə xəstələrə müalicə aparılmağa başlandı 

(t.e.n. Rüfət Məmmədov).



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə