Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə4/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   2   3   4   5   6   7   8   9   ...   120

11

Fəsil 1. Dializin tarixi

cihazını təkmilləşdirdilər və hazırlanmış süni böyrək cihazının adını 

KolffMerril, yaxud Kolff-Brigham cihazı qoydular. 

1949-cu ildə Münhendə alman uroloqlarının qurultayında məruzə 

ilə çıxış edən Alwall   hemodializin kəskin böyrək çatışmazlığının 

müalicəsində  əsaslandırılmış müalicə üsulu olduğunu göstərməklə 

qeyd etmişdir ki, bu metodla xəstələrə kömək göstərmək lazım 

olduqda  bunu etməmək bağışlanılmaz hesab olunmalıdır.

 Artıq bu dövrdən bütün dünyada çox intensiv surətdə müxtəlif 

konstruksiyalı “süni böyrək” cihazlarının hazırlanmasına başlanıldı 

(cədvəl 1.1).

SSRİ-də “süni böyrək” cihazı 1957-ci ildə M. Q. Аnanyev, 

Y.М. Коzlov, Е. B. Qorbovitskiy tərəfi ndən ixtira edilmiş və kliniki 

aprobasiyadan keçirildikdən sonra müxtəlif xəstəxanalarda geniş 

istifadə olunmağa başlanmışdır.

Artıq dünyada 100-dən artıq süni böyrək cihazları növləri 

məlumdur.   

Xroniki hemodializ əsrinin başlanma tarixi 1960-cı ildə  B. Scrib-

ner və W. Quinton tərəfi ndən arterio-venoz şuntun icad olunması ilə 

başlandı. Alimlər bunun üçün a. radialis  və v. cephalicaya

 

 tefl on 


kanyulanı yeridib fi ksasiya  edərək, onların ucuna birləşdirilmiş 

silastik boruları  əlavə  dəlikdən dəri üzərinə  çıxarıb bir-biri ilə 

birləşdirdilər və daimi qan axını olan bir qan konturunu əldə etdilər. 

Hemodializ aparıldıqda tefl on boruya xüsusi sıxıcılar qoymaqla 

onların arterial və venoz ucları  bir-birindən ayrılaraq, müvafi q 

olaraq hemodializatorun arterial və venoz boruları ilə birləşdirilir.

1966-cı ildə M. Brescia və  İ. Cimino və başq. arterio-venoz 

fi stulanın yaradılması üsulunu təklif etdilər. Bu zaman  a. radialis ilə 

v. cephalica  arasında anastomoz yaradılır. Xəstəni cihaza qoşmaq 

üçün genişlənmiş venaların punksiyası yolu ilə alınan qan cihaza 

verilir və təmizlənmiş qan venanın proksimal  hissəsinin punksiyası 

ilə xəstənin qan dövranına qaytarılırdı.




12

Dializ

Cədvəl 1.1.

Müxtəlif ölkələrdə süni böyrək cihazlarının ixtira 

edilməsi tarixləri 

Süni böyrək 

cihazı modelinin 

ədəbiyyatda  təsvir 

olunma tarixi

Ölkə


Süni böyrək cihazı 

modellərini təklif etmiş 

müəllifl ərin soyadları

1949


1951

1952


1953

1954


1955

1956


1957

1960


ABŞ

Fransa



İtaliya

İspaniya


ABŞ

İtaliya


ABŞ




İtaliya

Almaniya


İtaliya

İsveç


Fransa İtaliya

İspaniya ABŞ

SSRİ

Almaniya


ABŞ

İspaniya


Sterling və Doane

Venatta, Muirhead və 

Grollman

Loüsley və Kirüin

Rosenak və Saltzman

Garca və Bugel

Bianchi, Baggi və Borghi

Bartrina


Guarino

Dogliotti, Battezzati və 

Taddei

Siracusano və Confortini



Hollander, Sterling və Doane

İnouye və Engelberg

Krainin

Mac-Neile



Capolare

Sartorius

Pironti

Garrelt


Hamburger və Richet

Sorrentino 

İmbriano

Kolff və Watschinger

Ananyev, Kozlov və 

Qorbovitskiy

Hillenbrand, Hoelzenbein və 

Schmandt


Kuhn, Majer və Ruffi nen

Savino



13

Fəsil 1. Dializin tarixi

1979-cu ildə vitamin D-nin aktiv formasının dərman vasitəsi kimi 

alınması və  kliniki təcrübədə istifadə olunmasına başlanıldı.

1988-ci ildə böyrək mənşəli anemiyaların müalicəsində  rekom-

binant insan eritropoetininin tətbiq olunmasına  başlanıldı.

Artıq dünyada dializ müalicəsi alan xəstələrin sayı 1 mln-u 

keçmişdir və hər il bu xəstələrdən 20–25% müalicəni tərk etsə də 

müalicəyə yeni daxil olan xəstələrin sayı daha 15–20 nəfər artmaqda 

davam edir. Ona görə də bu problem artıq tibbi çərçivədən çıxaraq 

sosial problem şəklini almışdır.

Beləliklə, hemodializin bir əsr yarımlıq tarixi yolunu nəzərdən 

keçirib qeyd etmək olar ki, hemodializin tarixi müasir tibbin, xüsusən 

nefrologiyanın ən maraqlı səhifələrindən biridir.

1.2. Azərbaycanda hemodializin tarixi

Azərbaycanda uro-nefrologiyanın inkişafı ulu öndərimiz Heydər 

Əliyevin fəaliyyəti ilə bağlıdır. Məhz böyük rəhbərin uzaqgörənliyi 

sayəsində Azərbaycanda XX əşrin üçüncü qərinəsində keçmiş SSRİ-

də ilk dəfə analoqu olmayan ixtisaslaşdırılmış və uro-nefrologiyanın 

bütün sahələrinı özündə birləşdirən Respublika Kliniki Uroloji 

Xəstəxanası  təşkil olundu. Xəstəxananın tərkibində 1969-cu ildə 

Hemodializ və Böyrəkköçürmə şöbəsi (Böyrək Mərkəzi) yaradıldı. 

Mərkəz o dövrün ən müasir nailiyyəti olan, Amerika Birləşmiş 

Ştatlarında istehsal olunmuş “süni böyrək” cihazları ilə və müvafi q 

avadanlıqlarla təchiz olundu. (ilk şöbə müdiri Sultan Əliyev 

təyin olunmuşdur). Birinci hemodializ 1970-ci ilin sentyabrında 

müvəffəqiyyətlə aparılmışdır. Açılışının ilk günündən akademik 

 

M. Cavadzadənin rəhbərliyi və  bu kitabın müəllifl ərinin iştirakı ilə  



böyük zəhmətlər hesabına geniş kliniki, elmi-praktik  fəaliyyətlər 

göstərilməyə başlandı. 

1972-ci ildə  Heydər  Əliyevin qayğısı ilə  Respublika Kliniki 

Uroloji Xəstəxanası  əhaliyə uro-nefroloji xidmət göstərən təşkilati 

metodik mərkəzə çevrildi



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə