Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə7/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   2   3   4   5   6   7   8   9   10   ...   120

23

Fəsil 1. Dializin tarixi

Şəkil 1.8. Böyrək Mərkəzinin əməkdaşları böyrəkköçürmə əməliyyatından 

sonra xəstə B.B. müayinə edirlər (1983-cü il)

     


1983-cü ildə Mehman Ağayev Hemodializ və böyrəkköçürmə 

laboratoriyasının müdiri seçilir.

1983-cü ildə ilk dəfə xəstəyə izolə olunmuş ultrafi ltrasiya apar-

maqla nefrotik sindrom və sidikqovuculara refrakter ödemlərlə 

müşayiət olunan ürək çatışmazlığı zamanı çox müvəffəqiyyətli 

nəticələr əldə olundu. Hemodializ  perikarditi olan 7 xəstəyə perikar-

diosentez (4 nəfər), hissəvi perikardektomiya (2 nəfər) və perikard 

kisəsinə drenaj borusunun qoyulması (1 nəfər) əməliyyatları aparıl-

mışdır.

1980-ci ildə Böyrək Mərkəzində olan süni böyrək cihazları ABŞ 



istehsalı olan “Sweden” şirkətinin “Saksko” markalı 8 yerlik daha 

müasir ikinci cihazı ilə əvəz olundu (şəkil 1.9). 1984-cü ildən Dip 02-

02 birdəfəlik dializatorlarından istifadə olunması artıq hemodializ 

proseduralarını yeni keyfi yyət səviyyəsinə qaldırdı. 




24

Dializ

Şəkil 1.9. Hemodializ zalı. ABŞ-da istehsal olunmuş “Sweden” fi rmasının 

“Saksko” süni böyrək cihazları (1980-ci il). 

1985-ci ildə Yaponiyanın Torey şirkətinin”Torey 320” süni böyrək 

cihazının köməyi ilə bikarbonat hemodializi aparılmağa başlandı. 

Eyni zamanda “Torey 1000” cihazının köməyi ilə xəstələrə kaskad 

üsulu ilə respublikada ilk dəfə plazmaferez aparılmağa başlandı 

və  tədqiqatın nəticələri Kanadada buraxılan “Artifi cial  organs” 

jurnalında nəşr olundu. 

1990-cı ildə Böyrək Mərkəzində Fresenius şirkətinin cihazlarının 

(Fresenius 4008 H, 4008 C)  istifadə olunması hemodializin 

keyfi yyətinin yaxşılaşıb daha yüksək səviyyəyə qalxmasına səbəb 

oldu (şəkil 1. 10).

1990-cı ildən professor M. Ağayev Azərbaycan Tibb Universi-

teti nə işə keçdiyi üçün laboratoriya müdiri İlham Həmidov seçildi.

1993-cü ildə Bakı şəhəri əhalisinə nefroloji yardımı yaxşılaşdır-

maq məqsədi ilə professor Mehman Ağayevin rəhbərliyi ilə 

E.Əfəndiyev adına 2 saylı klinik xəstəxanasında  nefroloji şöbə və 

2006-cı ildə hemodializ şöbəsi yaradıldı və bu şöbələr eyni zaman-

da Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklərin propedevti - 

kası kafedrasının bazası kimi fəaliyyət göstərir.



25

Fəsil 1. Dializin tarixi

Şəkil 1.10. Hemodializ zalı. Almaniyada istehsal olunmuş “Fresenius” 

fi rmasının süni böyrək cihazları (2003-cü il)

İlk dəfə Azərbaycan dilində “Nefrologiya” kitabının yazılması 

(müəllifi   Mehman  Ağayev) artıq nefrologiyanın respublikamızda 

müstəqil bir elmi sahə kimi təşəkkül tapmasını göstərir və nefroloq-

klinisistlərin yetişməsinə kömək edir.

Respublikamızda XBÇ ilə olan xəstələrin problemlərinin va-

cib liyini  nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Proqramı 

(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2006-cı il,  

179 saylı sərəncamı) qəbul edilmiş və  proqramın həyata keçirilməsi 

üçün dövlət tərəfi ndən 80 mln. manatdan çox vəsait ayrılmışdır. 

Problemin vacibliyi öz təsdiqini həm də möhtərəm prezidentimiz 

İlham Əliyevin təşəbbüsü və göstərişi ilə bütün regionlarda yaradılan 

Diaqnostika Mərkəzlərinin nəzdində hemodializ şöbələrinin möv-

cudluğunda tapmışdır. Qəbul edilmiş Dövlət Proqramının  məqsədi 

bəyrək xəstəlikləri olan insanlara göstərilən tibbi yardımın key-

fi yyətini inkişaf etmiş ölkələrdə  qəbul edilən müasir səviyyəyə 

çat dırmaqdadır. Artıq Azərbaycan Respublikası prezidenti İlham 

Əliyevin sərəncamına əsasən Respublika Kliniki Uroloji Xəstəxanası 




26

Dializ

yenidən təmir olunmuş  dializə, böyrək transplantasiyasına ehtiyacı 

olan xəstələri müalicəyə qəbul etməyə hazırdır.

İndi səhiyyənin bütün sahələrində olduğu kimi  dializ və böyrək 

transplantasiyası sahəsində  də Azərbaycan Respublikası  Səhiyyə 

Nazirliyi tərəfi ndən yeni, genişmiqyaslı fəaliyyət göstərilir. Hazırda 

respublikamızda 25 mərkəzdə 1600 xəstə xroniki böyrək çatışmazlığı 

ilə proqram hemodializi alır və belə mərkəzlərin sayı artmaqdadır. 

Demək olar ki, ölkənin hər bir regionunda Dializ Mərkəzi yaradılır 

(şəkil 1.11).  Dövlət Proqramina əsasən böyrək çatışmazlığının 

müalicəsi üçün lazım olan bütün vəsaitlərin ödənilməsini Dövlət 

öz üzərinə götürmüşdür.  Buraya xarici ölkələrdən alınmış cihazlar, 

xəstələrin eritropoetin, dəmir preparatları, fosfat birləşdiriciləri, 

albumin, aminturşu məhlulları, vitaminlər və s. preparatlara olan 

ehtiyacları ödəmək daxildir. Böyrəklərin immun xəstəlikləri za-

manı  və böyrəkköçürmədən sonrakı dövrdə  xəstələr Sandimmun 

(Siklosporin A, Neoral), Cell Cept (Mikofenolat mofetil), Prednizolon 

və s. ilə təmin olunurlar. 



Şəkil 1.11. Respublika ərazisində fəaliyyət göstərən  dializ mərkəzləri 

(2009-cu ilin sonu)


27

Fəsil 1. Dializin tarixi

Hazırda respublikada xroniki böyrək çatışmazlığı olan

 

xəstələr 



dövlət təminatı üzrə hemodializ müalıcəsi alır və Dializ Mərkəzləri 

üç növbədə fəaliyyət göstərir və fasiləsiz hemodializ proseduraları 

aparirlar. Xəstələrin sayının daim artdığı üçün yaxın gələcəkdə bütün 

rayon mərkəzlərində  və böyük şəhərlərdə  Dializ  Mərkəzlərinin 

açılması planlaşdırılır (şəkil 1.12). 

Şəkil 1.12. Azərbaycanda 2003-cü ildən sonra dializ alan 

xəstələrin sayının artımı dinamikası

Azərbaycanda nefrologiyanın inkişafına nəzər saldıqda görünür 

ki, 1970-ci ildən formalaşan bu tibb sahəsi çox çətin, möhtəşəm və 

uğurlu bir yol keçmişdir. Nefrologiya elmi  tibbin gənc bir sahəsi 

kimi formalaşdı. Bu sahənin mütəxəssisləri – nefroloqlar yetişdilər 

və onlar Azərbaycan nefrologiyasının  baniləri rolunu şərəfl ə 40 il 

ərzində və bu gün də yerinə yetirirlər. Bu şərəfl i işin yerinə yetirilməsi 

diqqətinizə təqdim edilən  kitabın müəllifl əri tərəfi ndən olmuşdur.

Nefrologiyanın ölkəmizdə inkişafı tarixini nəzərdən keçirdikdə 

böyrək xəstəliklərinin, kəskin və xroniki böyrək çatışmazlığının 

diaqnostikası, konservativ və aktiv üsullarla müalicəsi, hemodializ və 



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə