Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə5/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   2   3   4   5   6   7   8   9   ...   120

14

Dializ

Qısa müddət ərzində Skribnerin artero-venoz şuntunun müxtəlif 

variantları  işlənib kliniki təcrübədə istifadə olundu, müxtəlif 

sahələr üzrə elmi axtarışlar aparılmağa başlandı, respublikanın 

bütün rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında 

və Dağlıq Qarabağda rayonlararası elmi-praktiki konfranslarda 

məruzələr edilir, xəstələrə məsləhətlər verilir, lazım gəldikdə onlar 

müalicə üçün Bakıya – Böyrək Mərkəzinə köçürülürdü. Bütün 

bunlarla yanaşı, Bakı şəhərinin bütün klinikalarında kəskin və xronik 

böyrək çatışmazlığı olan xəstələrə məsləhətlər verir, lazım gəldikdə 

onlar hemodializ müalicəsinə köçürülürdülər. 

Qısa müddətdə hemodializ müalicəsinə  və böyrəkköçürməyə 

göstərişlər və  əks-göstərişlər metodiki töv 

siyələri hazırlandı  və  

müzakirə olundu. 

İlk açıldıqda Böyrək Mərkəzində SSRİ-də istehsal olunmuş 

«АИП-140» və ABŞ istehsalı olan “Sweden” fi rmasının 4 yerlik, 

1972-ci ildən 8 yerlik  “süni böyrək” cihazları qurulmuşdu (şəkil 

1.1, 1.2).

Şəkil 1.1. “АИП” süni böyrək cihazının işə hazırlanması (1971-ci il)



15

Fəsil 1. Dializin tarixi

Şəkil 1.2. Hemodializ zalı. ABŞ-da istehsal olunmuş “Sweden” fi rmasının  

süni böyrək cihazları (1972-ci il)

Sonuncu cihaz ilə istifadə olunan “Kiil” hemodializatorları  hər 

dəfə hemodializ aparmaq üçün yenidən yığılmalı idi və bu da xü-

susi bilik və bacarıq tələb edən texniklər tərəfi ndən hazırlanırdı. 

İlk texnik o zaman Azərbaycan Tibb İnstitutunun tələbəsi, sonra 

şöbə nin  əməkdaşı,  t.e.n. Ramiz Əliyev olmuşdur. O dövrün hemo-

dializatorlarının qanı  təmizləmə effekti az olduğu üçün xəstəyə 

aparılan hemodializ prosedurasının müddəti indiki kimi 3–5 saat 

yox, 9–10 saat davam edirdi. Beləliklə, xəstələrə hemodializ həftədə 

2–3 dəfə və hər dəfə 9–10 saat aparılırdı (18–30 saat/həftə).



16 noyabr 1971-ci ildə Azərbaycan səhiyyəsi üçün tarixi bir 

hadisə baş verdi, çünki bu gün ilk böyrək transplantasiyası 

əməliyyatı  həyata keçirildi.  Bir ildən çox müddətdə proqram 

hemodializ kliniki təcrübədə müvəffəqiyyətlə  tətbiq olunduqdan 

sonra və aparılmış dıgər hazırlıq işləri sayəsində Böyrək Mərkəzində 



16

Dializ

bütün Qafqaz ölkələrində və Yaxın Şərqdə ilk dəfə xroniki böyrək 

çatışmazlığı diaqnozu ilə  proqram hemodializ müalicəsini alan 

ağır xəstəyə meyitdən götürülmüş donor böyrəklə müvəffəqiyyətli 

transplantasiya  əməliyyatı aparıldı. Qısa müddət  ərzində daha 18 

xəstəyə böyrək transplantasiyası  əməliyyatları yerinə yetirildi. 

Bütün xəstələr  Böyrək Mərkəzində transplantasiyaya hazırlanmış 

və  əməliyyatdan sonrakı dövrdə, birinci gündən həmin  şöbədə  

müşahidə və müalicə olunurdular. Böyrəkköçürmə əməliyyati böyük 

təşkilatı işlərin qurulmasını tələb etsə də, bu çətin işin mərkəzində 

dayanan və bütün həkim briqadalarının işini koordinasiya edən 

nefroloji briqada olduğu üçün bu kitabın müəllifl əri nefroloji 

briqadada aparıcı mütəxəssislər kimi işin əsas yükünü üzər ilərində 

daşımışlar. Böyrək köçürülməsinin Azərbaycanda təşkilinə görə bir 

qrup  əməkdaşlar Azərbaycan Respublikası Dövlət mükafatına və 

Lenin komsomolu mükafatına layiq görülmüşdülər.

Mərkəzdə yeni elmi problemlər öz həlli yollarını tapırdı. Xroniki və 

kəskin böyrək çatışmazlığı zamanı ürək-damar sisteminin vəziyyəti 

(Mehman Ağayev) (şəkil 1.3), oksidləşmə-reduksiya proseslərinin 

pozğunluqları (Sultan Əliyev), tənəffüs sisteminin vəziyyəti (Fuad 

Əliyev), hemodializin ağırlaşmaları  (Fuad Sultanov), mərkəzi 

hemodinamikanın dəyişiklikləri (Cəbrayıl Zeynalov), uşaqlarda 

böyrək çatışmazlığının gedişinin xüsusiyyətləri (Rüfət Məmmədov), 

mikrosirkulyasiyanın vəziyyəti (İlham Həmidov) kimi elmi 

problemlər müasir səviyyədə  tədqiq olunurdu. Elmi araş dırmalar 

nəticəsində XBÇ ilə  ağırlaşmış sidik turşulu mənşəəli böyrəkdaşı 

xəstəliyi zamanı hemodializin aparılması kiçik ölçülü daşların 

böyrək və sidik yollarından  əməliyyatsız xaric olması  və ehtiyac 

olduqla hemodializ  aparıldıqdan sonra vəziyyətləri yaxşılaşmış 

xəstələrə  cərrahi  əməliyyatın aparılmasının metodikası  işlənib 

hazırlandı (Ramiz Əliyev).



17

Fəsil 1. Dializin tarixi

Şəkil 1.3. Hemodializ zamanı ürək-damar sisteminin müayinəsi (1972-ci il)

1975-ci ildə elmi işlərin geniş həcminə görə RKUX-un Böyrək-

köçürmə və hemodializ şöbəsinin bazasında Elmi Tədqiqat Kliniki 

və Eksperimental Təbabət  İnstitutunun tərkibində “Hemodializ 

və böyrəkköçürmə” elmi tədqiqat laboratoriyası  təşkil olundu 

(laboratoriyanın ilk müdiri t.e.n. Pavel Malkov təyin olunur). Sultan 

Əliyevin   təşkilati işə keçməsi ilə əlaqədar Böyrəkköçürmə və hemo-

dializ şöbəsinin müdiri Mehman Ağayev seçilir. Sonra şöbə müdiri 

Cəbrayıl Zeynalov və Fariz Babayev seçildilər.

Aparılan elmi tədqiqatlar  300-dən artıq elmi məqalələrdə  nəşr 

olundu və aşağıdakı 

dissertasiyalar hazırlanıb müdafi ə olundu

:

1. Mehman Ağayev – Kəskin və xronik böyrək çatışmazlığı 



zamanı ürək-damar sisteminin vəziyyəti, Baki – 1975, t.e.n.

2. Pavel Malkov – Xroniki  böyrək çatışmazlığı, Moskva –1977, 

t.e.d.

3. Sultan Əliyev – Kəskin və xroniki böyrək çatışmazlığı zamanı 




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə