Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə14/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   10   11   12   13   14   15   16   17   ...   120

50

Dializ

stadiyasında və ya daha tez  nefroloqun məsləhətinə göndərməlidirlər. 

Bu zaman əsas xəstəlik dəqiqləşdirilir, sürətli proqresə  səbəb 

olan risk faktorları aradan qaldırılır (şəkərli diabet, hipertenziya, 

siqaretçəkmə, nefrotik sindrom).

Düzgün qurulmuş müalicə  tədbirləri nəticəsində  əksər xəstələr  

uzun illər BXX-nin erkən mərhələsində  də qalırlar. Ürək-damar 

xəstəliyi ilə olan bəzi pasientlər BXX-nin dializ müalicəsi tələb 

olunan mərhələsinə çatana qədər tələf olurlar.

2.5. XBÇ-nin klinikası

     

2.5.1. Şikayətlər, xəstəlik və həyat tarixi

XBÇ zamanı xəstələrin erkən şikayətləri iştahanın azalması, ağızda 

pis dad və quruluq, ürəkbulanma, epiqastral nahiyyədə ağırlıq və s. 

meydana çıxır. Həmçinin poliuriya, nikturiya, yorğunluq, halsızlıq, 

üşümə, yuxu pozğunluqları (gündüz yatmaq, gecə yuxusuzluq), dəri 

qaşınması, baldır əzələlərində tonik qıcolmalar, “narahat ayaqlar” və 

s. müşahidə olunur. Yüksək arterial hipertenziya  zamanı baş ağrısı, 

görmənin pozulması, hətta korluq müşahidə edilir.

Xəstəliyin tarixinin analizi xəstənin halının axırıncı pisləşməsinin 

səbəbinin infeksion faktorlar, soyuqdəymələr, başqa orqanlarda 

cərrahi əməliyyatlar, zəhərlənmələr, qanitirmə və s. olması aşkarlanır.

Həyat tarixinin öyrənilməsi zamanı anamnezdə  böyrək daşlarının 

xaric olması, başqa orqan və sistemlərin xroniki xəstəlikləri, 

qadınlarda hamiləlik zamanı proteinuriya, arterial hipertenziya və 

ödemlərin olmasına diqqət yetirmək lazımdır.

2.5.2. Obyektiv müayinə

Xəstələr apatik, yorğun görkəmdə, hərəkətlərində  və suallara 

cavablarda ləngimiş olurlar.

Dəri subikterik, boz çalarlı, xəstəliyin ağır mərhələlərində 

torpaq rəngində olur. Buna səbəb anemiya və uroxromun dəridə 

artıq yığılmasıdır. Dəri quru olur, çünki bir tərəfdən, böyrək 




51

xəstəliyi zamanı xəstələr tərləmirlər, digər tərəfdən, dəridə  distrofi k 

dəyişikliklər baş verir. Həmçinin dəriyə və dəri altina qansızmalar, 

qaşınma nəticəsində  cırmaq izləri, dəri  turqorunun aşağı düşməsi 

zamanı onun qırışması müşahidə olunur. Bəzən karbamidin çox 

yüksək səviyyəsində o, üz dərisinə ağ toz kimi çökə bilər. Tez-tez 

burun qanaxmaları, ağızdan ammonyak iyi müşahidə edilir.

Əzələlərin tədricən atrofi yası, tonusunun aşağı düşməsi baş verir. 

Oynaqlarda ağrılar (artralgiya), xüsusən pəncənin baş barmağında 

tez-tez rast gəlir. Ağrılar  əksər halda ikincili podaqra nəticəsində 

meydana çıxır. Ayaqlarda  zəifl ik  və intensiv ağrılar (uremik 

polineyropatiya) və ya sümükdə ağrılar (osteodistrofi ya) müşahidə 

olunur. 

XBÇ zamanı müşahidə olunan simptomlar bütün orqan və 

sistemləri əhatə edir (cədvəl 2.9)

                                                                      Cədvəl 2.9



XBÇ zamanı simptom və sindromlar

Sistemlər

Kliniki əlamətlər

Ürək-damar

Hipertenziya, SMH, kardiomiopatiya, XÜÇ, 

kəskin koronar sindrom

Endotelial

Proqresedən sistemli ateroskleroz

Qanyaranma

Anemiya, hemorragik sindrom

Sümük

Fibroz osteit, osteomalyasiya



MBT

Peptik xora, MBT selikli qişasının angio dis-

plaziyası, malabsorbsiya sindromu

İmmun


Virus və bakteriya gəzdiriciliyi, infeksiyon və 

onkoloji xəstəliklər, disbakterioz

Cinsi

Hipoqonadizm, ginekomastiya



Zülal mübadiləsi

Hiperkatabolizm, malnutrition sindromu

Lipid mübadiləsi

Hiperlipidemiya, oksidativ stress

Karbohidrat mübadiləsi İnsulunrezistentlik, şəkərli diabet

Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası



52

Dializ

Xəstəliyin gedişi uzunmüddətli olmaqla poliuriya müşahidə 

olunur, xəstə tədricən çəkisini itirir, anemiya və arterial hipertoniya 

proqress edir. Xəstələrin çəkisinin aşağı düşməsi poliuriya nəticə-

sində  bədəndə ümumi suyun azalması ilə yanaşı, qidalanma poz-

ğunluğu nəticəsində əzələ kütləsinin itirilməsi ilə əlaqədar baş verir.

Xəstələrin vəziyyətinin qısa müddətdə pisləşməsinin səbəbi, 

əksər halda böyrəklərdə patoloji proseslərin hər hansı aqressiv faktor 

(kəskin respirator xəstəliklər, soyuqdəymə, qan itirmə, travma, 

cərrahi müdaxilə  və s.) nəticəsində  kəskinləşməsi və XBÇ-nin 

proqress etməsi olur.

2.5.3. Su-elektrolit mübadiləsinin pozğunluqları

Böyrəklərin qatılaşdırma funksiyasının azalması  nəticəsində 

XBÇ-nin erkən  əlamətlərindən olan poliuriya meydana çıxır. 

Böyrəklərin qatılaşdırma funksiyasının pozulmasının səbəbi 

kimi, natrium və suyun kanalcıqda reabsorbsiyasının azalması, 

kanalcıq epitelisinin ADH-yə rezistentliyi, böyrək məməciyinin 

ağır zədələnməsini qeyd etmək lazımdır. Belə ki,  sağlam şəxslərdə 

sidiyin maksimal osmolyarlığı 1200 mosm/l çatırsa və bu səviyyə 

qanın osmolyarlığından 4 dəfə çoxdursa, XBÇ zamanı bu göstərici 

350 mosm/l-dən artıq olmur. Ona görə də XBÇ zamanı gün ərzində 

600 mosm yarada bilən tərkibi böyrəklərlə xaric etmək üçün 2 l-dən 

artıq  sidik ifraz etmək lazım olur. Bu səbəbdən də XBÇ zamanı 

poliuriya müşahidə olunur. Həmçinin hiperazotemiya, xüsusən 

(karbamidin yüksək səviyyəsi) böyrək üçün yüksək osmotik yük 

olmaqla poliuriyaya da səbəb olur. XBÇ zamanı müşahidə olunan 

nikturiyanın səbəbi bir tərəfdən, yorğan-döşəkdə böyrəklərin 

qan dövranının isinməkdən artmasıdırsa, digər tərəfdən, uzanmış 

halda bel lordozunun azalması  və böyrək venoz qan dövranının 

yaxşılaşaraq böyrəklərdə olan durğunluğun aradan qalxmasıdır. 

Əgər poliuriya müşahidə olunan xəstə kifayət qədər maye qəbul 

etmirsə, onun bədəni çox asanlıqla dehidratasiya vəziyyətinə düşə 



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə