39
Bu formulaya bəzi əlavə və düzəlişlər oluna bilər, məsələn para
və ya tetraplegiya olan xəstələrdə YFS göstəricisini müvafi q olaraq
20 və 40% azaltmaq, qara dərili kişilərdə 12% artırmaq lazımdır.
Həmçinin ABŞ-da çox ciddi Modifi cation of Diet in Renal Disease
(MDRD) tədqiqatı nəticəsində J.D.Koople və başqaları (1989)
tərəfi ndən hazırlanmış formula vasitəsi ilə də YFS hesablamaq olar
(Nephvol Dial. Transplant, 2002, v. 17, s. 7, pp. 7–15). Bu formulun
iki variantı vardır: qısa versiyası – 4 göstəricidən istifadə etməklə və
tam versiyası – 6 göstərici tətbiq etməklə hesablama aparılır.
YFS=170×( kreatinin×0,0113)
-0,999
× yaş
-0,176
×( sidik cövhəri×2,8)
-0,17
×albumin
0,318
;
və ya
YFS=170× kreatinin
-0,999
× yaş
-0,176
× sidik cövhəri
-0,17
× albumin
0,318
.
Qara dərili insanlar üçün alınan rəqəm 1,18 dəfə artırılır, qadınlar
üçün alınan rəqəm 0,762 dəfə artırılır.
Yaş – il
Kreatinin (serumda) – mmol/l
Sidik cövhəri (serumda) – mmol/l
Albumin (qanda) – q/l
YFS = ml/dəq/1,73 m
2
.
Bəzi mərkəzlərdə qanda və gündəlik sidikdə sidik cövhəri və
kreatinin təyin olunaraq, aşağıdakı düsturla hesablama aparılır:
YFS = U/2 x t x (Ukarbamid/Skarbamid + Ukreatinin/Skeatinin)
x 1,73/SA
U –gündəlik diurez, ml, t = 1440, S – serum, SA – bədən səthi, m
2
Bu üsul çox zəhmət tələb etsə də nisbətən dəqiq sayılır.
Yaxud ancaq kreatininin qanda və sidikdə səviyyəsinin təyini ilə
hesablanır:
Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası
40
Dializ
Kreatinin klirensi (ml/dəq) = Sidikdə kreatinin(mkmol/l) x sidi-
yin 24 saatda miqdarı (ml)/plazmada kreatinin (mkmol/l) x sidiyin
yığılma müddəti (dəq).
Sidik ilə ekskresiya olunan kreatininin adekvatlığı onun indeksinə
görə qiymətləndirilir: gözlənilən indeks – kişilərdə 180–230 mk-
mol/kq/gün, qadınlarda 120–190 mkmol/kq/gün olur.
Kliniki təcrübədə böyrək funksiyasının pozulmasının sürətini
təyin etmək üçün müəyyən vaxt ərzində kreatininin qanda
səviyyəsinin (P
kr
) əksini ifadə edən rəqəmlərin dəyişilməsi istifadə
olunur (1/P
kr
). Buna əsas odur ki, müəyyən zaman dövründə kreatinin
əmələ gəlməsi və ekskresiyası (yəni U
kr
×V) – sabit kəmiyyətdir.
Ona görə yumaqcıq fi ltrasiya sürəti = kreatinin klirensi = (U
kr
×V);
P
kr
= konstanta / P
kr
= 1/P
kr
. Həmçinin sübut olunmuşdur ki, XBÇ-
nin etiologiyasından asılı olmayaraq 1/P
kr
göstəricisi düz xətt
üzrə enir. Bununla əlaqədar olaraq 1/P
kr
münasibətinin əyriliyinin
dəyişməsinin vaxta münasibəti böyrək çatışmazlığının proqress
sürətini göstərir. Alınmış xəttin güclü enmə dərəcəsi XBÇ-nin
sürətli proqress etməsini göstərir. XBÇ proqress tempini müalicə
prosesində müqayisə etmək üçün yuxarıda qeyd olunan metoddan
əlavə 1/P
kr
xəttin enməsinin tangenslərini və həmçinin müalicədən
əvvəlki YFS göstəricisi müalicə prosesində müəyyən vaxtdan sonra
(1 ay, 3 ay, 6 ay və s.) alınan YFS göstəriciləri ilə müqayisə edilir.
BXX-nin əsas markeri YFS göstəricisidir və bu göstəricinin
səviyyəsinə uyğun olaraq böyrəklərin funksiyasının pozğunluqları
müvafi q olaraq 5 mərhələyə bölünür (cədvəl 2.2). Təqdim
olunan təsnifat 2002-ci ildə ABŞ Milli Böyrək Fondu – Böyrək
Xəstəliklərinin Keyfi yyətli Müalicəsi Təsəbbüsü ( National Kidney
Foundation - Kidney Disease Outcomes Quality Initiative) tərəfi ndən
irəli sürülmüşdür.
41
Cədvəl 2.2
Böyrəyin xroniki xəstəliyinin təsnifatı (NKF-K/DOQİ)
Mərhələ
Xarakteristika
YFS, ml/dəq/1,73
m
2
I
Böyrək zədələnməsi–normal, yaxud
yüksək YFS
90 – 120
II
YFS yüngül azalması
60 – 89
III
YFS orta azalması
30 – 59
IV
YFS ağır azalması
15
–
29
V
TXBÇ
< 15
Bu təsnifata görə BXX I mərhələsində YFS normal, yaxud yüksək
ola bılər, amma 3 aydan artıq bir müddətdə böyrək zədələnməsi
əlamətləri (proteinuriya, hematuriya, USM zamanı aşkar edilmiş
pozğunluqlar, yaxud böyrəyin punksiyon biopsiyasında dəyişikliklər)
müşahidə edilir. Sonrakı mərhələlərdə YFS tədricən aşağı düşür.
Beləliklə, BXX nozolojiüstü, sindromal məfhum olub onun köməyi
ilə böyrəklərin funksiyalarını dəqiq qiymətləndirərək pisləşmə ris-
kini təyin etmək və müalicə tədbirlərini planlaşdırmaq mümkündür.
Bununla belə, BXX və onun mərhələsinin təyini böyrək prosesini aşkar
etməyi, onun səbəbini aydınlaşdırmağın vacibliyini inkar etmir. Artıq
BXX-nin III mərhələsində xəstə mütləq məhəlli BƏT mərkəzində
qeydiyyata alınmalıdır. Çünki bu mərhələdə artıq anemiya, fosfor-
kalsium mübadiləsinin pozğunluqları, mövcud olan, yaxud yeni
yaranan arterial hipertenziya(AH) və s. müalicə olunmalıdır. Hətta
bu mərhələdə belə, əsas məqsəd xəstəni ancaq BƏT-ə hazırlamaq
olmamalıdır. Əsas xəstəliyin patogenetik müalicəsi bütün hallarda
əsaslandırılmış hesab olunmalıdır, çünki nefroprotektiv terapiyanın
tətbiqi bir sıra hallarda böyrək funksiyalarının hissəvi, yaxud tam
bərpasına imkan verir. Məsələn, HCV ilə əlaqəli krioqlobulin QN
zamanı immunodepressantlarla birlikdə virus əleyhinə preparatların
Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası
Dostları ilə paylaş: |