Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə12/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   8   9   10   11   12   13   14   15   ...   120

42

Dializ

və  təkrar plazmaferezlərin tətbiqi, trombotik mikroangiopatiyada 

(antifosfolipid sindromda) antikoaqulyant (kiçikmolekullu heparin, 

varfarin) istifadəsi, böyrək arteriyalarının stenozunda böyrəklərin 

revaskulyarizasiyası və s. buna gözəl misal ola bilər. Nefroprotektiv 

tədbirlər nəticəsində proteinuriyada, DN zamanı  və s. TXBÇ-ni 

mümkün qədər geriyə  çəkmək imkanı  əldə edilir. Nefroprotektiv 

tədbirlər XBÇ-nin bütün mərhələlərində, hətta BƏT tətbiq edildikdə 

belə, məqsədəuyğun hesab olunmalıdır.

BXX-nin müxtəlif mərhələlərinin təsadüf olunma tezliyi son illər 

çox artmışdır. Bəzi ölkələrin registrlərinin (NHANES III, Okinava 

Study) məlumatına görə BXX ümumi populyasiyada yayılma tezliyi 

10% olub, bəzən hətta 20%-ə çatır. BXX-nin ən çox müşahidə edilən 

risk faktorları aşağıdakılardır:

– yaşlı insanlar;

– essensial AH, ürək-damar xəstəlikləri olanlar;

– ŞD 2 tip;

– metabolik sindrom;

– siqaret çəkənlər;

– afroamerikalılar.

BXX-nin risk faktorlarının daim araşdırılması, yenilərinin aş kar 

olunması, onların profi laktikası TXBÇ-nin qarşısını almağın effektiv 

üsullarının işlənib hazırlanmasına kömək edir.

BXX-nin aşkar edilməsi üçün istifadə olunan ilk tədbirlər  sidik-

dəki dəyişikliklər (proteinuriya, hematuriya), sidiyin xüsusi çəkisi-

nin azalması, mikroalbuminuriyanın təyinidir. Kreatininin klirensi 

(KK) və YFS Cockroft və Gault və MDRD üsulu ilə hesablanması na 

əsaslanır ki, bu zaman kreatininin qan plazmasındakı səviyyəsi əsas 

rol oynayır. Amma kreatinindən də daha dəqiq marker inert maddə 

olan Sistatin C (Cystatin C) hesab olunur. Bu zaman alınan nəticələr 

daha dəqiq olsa da, bahalığına görə hələlik yaxın gələcəkdə qanda 

və sidikdə kreatininin səviyyəsinin Yaffe üsulu ilə  təyini istifadə 

olunacaqdır.



43

BXX-yə səbəb olan risk faktorlarının əksəriyyəti aradan qaldırıla 

bilər (cədvəl 2.3). 

                                            Cədvəl 2.3



BXX-nin risk faktorları

Risk faktorları

Variantlar

Aradan qaldırıla 

bilməyən

Qohumlarında BXX (TXBÇ), 

Anadan olduqda az bədən çəkisi,

İrq,


Yaşlı şəxslər,

Aradan qaldırıla 

bilən

Sosial-iqtisadi vəziyyətin səviyyəsinin aşağı 



olması,

AH,


Piylənmə,

İnsulinə rezistentlik / ŞD 2 tip,

Lipoproteid mübadiləsinin pozulması 

(hiperxolesterinemiya, hipertriqliseridemiya, ASL 

səviyyəsinin artması),

Metabolik sindrom,

Hiperurikemiya,

Siqaret çəkmək,

ÜDS xəstəlikləri,

Bəzi dərmanların qəbulu,

HBV/HBAg -, HCV-, HIV-infeksiya.

USM köməyi ilə  əldə edilən məlumatlar – bir, yaxud hər iki 

böyrəyin ölçülərinin kiçilməsi, konturlarının kələ-kötürlüyü, pa-

renxima qalınlığının azalması, yeni törəmələrin aşkarlanması  xəs-

təliyin diaqnozunu qoymağa çox kömək edir. 

BXX-nin diaqnozunun qoyulması üçün istifadə olunan diaqnostik 

metodlar:

– antropometriya (boy, çəki, belin çevrəsi, bədən kütləsi indeksi 

(BKİ);

sidiyin ümumi analizi;



– mikroalbuminuriya;

Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası


44

Dializ

– qanın biokimyəvi müayinəsi (kreatinin, karbamid);

– YFS-nin Cockroft və Gault, yaxud MDRD üsulu ilə  hesablan-

ması (internetdə müvafi q kalkulyatorlar vardır).

BXX-nin inkişaf tempi onu yaradan nozoloji formadan asılı 

olaraq dəyişir. İnkişaf tempini artıran səbəblər:

– bir neçə risk faktorunun birlikdə olması, onların korreksiya 

olunmaması;

– bir neçə nefropatiyanın olması (polimorbidlik);

– yaşlı şəxslər;

– nəzarət olunmayan AH;

– davamedici proteinuriya (> 3 q/gündən çox);

– YFS-nin aşağı enməsi;

– nəzarət olunmayan mübadilə pozğunluqları  (ŞD, disli 

pop-

roteinemiya, hiperurikemiya);



– dərman vasitələrinin qeyri-rasional istifadəsi – qeyri-steroid 

iltihab  əleyhinə preparatlar (QSİƏP), analgetiklər, antibakterial, 

antifunqal preparatlar, rentgenkontrast vasitələr;

– xroniki ürək çatışmazlığı;

– aktiv müalicə tələb edən yanaşı xəstəliklər.

BXX-nin proqres etməsində qeyri-spesifi k, qeyri-iltihab mexa-

nizmlər iştirak edirlər (cədvəl 2.4). Bura hipertenziya, proteinuriya 

(1 q/l çox), böyrək apteriyalarının ikitərəfl i aterosklerotik sklero-

zu, qidanın zülal, natrium və fosforla yüklənməsi, siqaret çəkmək, 

narkomaniya, hiperparatireoz, RAAS aktivləşməsi, hipealdoste-

ronizm, toxuma zülallarının qlükozilənməsi (SD zamanı) aiddir. 

Fəaliyyət göstərən böyrək parenximasının azalmasına cavab olaraq 

yumaqcığın efferent arteriolaların angioterzin II-asılı spazmı ilə 

birlikdə efferent arteriolaların prostaglandindən asılı genişlənməsi 

baş verdiyindən hiperfi ltrasiya yaranır. Yumaqcıqdaxili hipertenziya 

və hiperfi ltrasiya yumaqcıqların hipertrofi yasına və zədələnməsinə, 

qlomeruloskleroza və XBC-nin proqresinə səbəb olur.

                                                                               




45

Cədvəl 2.4

BXX-nin proqres etməsinin qeyri-spesifi k, qeyri-iltihab 

faktorları

Qlomerulyar qan dövranının po-

zulması

Yumaqcığı  zədələyir, qlomerulos-



kleroz yaradır

Fəaliyyət göstərən böyrək paren-

ximasının azalması

Sirkad ritmin pozulması ilə hi per-

tenziya

NaCl ilə yüklənmə



Zülal, fosfatlarla yüklənmə

RAAS-ın  aktivləşməsi

Angiotenzin II, aldosteronun hi-

per produksiyası

Hiperqlikemiya, ketonemiya

Albuminin  YBM  zülalının qlü ko-

ləşməsi, 

NO, prostaqlandinlərin, boy hor-

monun hiperproduksiyası

Hiperparatireoz (Ca x P >69)

Siqaret çəkmək

Böyrək arteriyasının aterosklerozu

Alkohol, kokainin istifadəsi

Proteinuriya >1 q/l

Oksidativ stres

Hiperlipidemiya



 

BXX bütün hallarda proqnozu pisləşdirən faktor olub, ancaq 

TXBÇ hesabına yox, əksər hallarda ÜDS xəstəlikləri hesabına ölümə 

səbəb olur. Buna görə BXX-nin ilkin profi laktikası risk faktorlarının 

aşkar edilib aradan qaldırılmasıdır (cədvəl 2.5). Bunlarla mübarizə 

böyrəklərin funksiyasının pisləşməsinin qarşısını almaqla yanaşı, 

ÜDS ağırlaşmalarının riskini azaldır.  İlk dövrdə böyrək xəstəliyi 

nəticəsində ÜDS tərəfi ndən ağırlaşmalar baş verirsə, ürək-damar 

kontiniumu sürətlənirsə, son nəticədə bu ağırlaşmalar böyrək 

funksiyalarının zədələnmələrini daha da dərinləşdirir. Beləliklə, 

böyrəklərin funksiyasının qorunmasına yönəldilmiş  tədbirlər ÜDS 

xəstəliklərinin profi laktikası olmaqla, həmçinin ÜDS xəstəliklərinin 

müalicəsi üçün yerinə yetirilən tədbirlər böyrək xəstəliklərinin 

profi laktikası olur.



Fəsil 2. XBÇ-nin etiopatogenezi, klinikası


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə