Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə20/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   16   17   18   19   20   21   22   23   ...   120

72

Dializ

çox olduqda AT 125/75 mm civə sütunu səviyyəsindən az olmalı, 

proteinuriya 1 q/gündən az olduqda AT 130/80 mm civə sütunundan 

aşağı olmalıdır. Şəkərli diabet zamanı AÇFİ ilə yanaşı, hidropiridin 

sırasından olmayan kalsium antaqonisti – verapamil kombinasiyası 

daha qənaətbəxş təsir edir. Kreatinini yüksək olan xəstələrdə AÇFİ-

nin tətbiqi zamanı kaliumun qanda səviyyəsinin artmaması üçün 

kaliumqoruyucu diuretiklərdən imtina etmək lazım gəlir.

Şəkərli diabeti olan xəstələrdə metabolik dəyişikliklər  (qlikemiya, 

lipidemiya, urikemiya) daim nəzarətdə saxlanılmalıdır. Siqaretdən 

tam imtina nefroproteksiyanın və böyrəyin qalıq funksiyasının 

qorunmasının əsas müddəası olmalıdır. Statinlərlə terapiya (HMQ-

KoA- reduktaza inhibitorları) nəinki qan zərdabında lipidlərin  

səviyyəsinin normallaşdırılmasına, həmçinin böyrəklərdə  fi broz 

prosesin inkişaf sürətinin  ləngiməsinə səbəb olur.

Son illərin tədqiqatlarına görə  xəstələrin vaxtında nefroloqa 

məsləhət üçün göndərilməsi dializ müalicəsinin nəticələrinin 

yaxşılaşması  və birinci ilin məsrəfl ərinin azalmasına səbəb olur. 

EDTA (European Dialysis and Transplant Association) ekspertlərinin 

tövsiyələrinə görə YFS 60 ml/dəq-dən aşağı düşdükdə  xəstənin 

nefroloqun məsləhətinə göndərilməsi mütləq lazımdır, sonrakı 

dövrdə xəstə nefroloqun nəzarəti altında olmalıdır.

XBÇ aşkar təzahür mərhələsində pəhriz (xörək duzunun və zülalın 

məhdudlaşdırılması), hipotenziv terapiya ilə yanaşı  ağırlaşmalar 

(anemiya, fosfor-kalsium mübadiləsi pozğunluqları, metabolik 

asidoz) korreksiya edilir.

Hemodializ müalicəsinə hazırlıq güman olunan vaxtdan  6–12 ay 

əvvəl başlanır. Multidissiplinar münasibətlər qurulur – yəni müxtəlif 

mütəxəssislər (dietoloq, psixoloq, endokrinoloq və s.) nefroloqun 

koordinasiyası ilə bu prosesdə  iştirak edirlər. İlk əvvəl damara yanaşma 

üçün işlər görülür. Said nahiyəsində vena damarının arteriyanın 

böyrünə tikilməsinə üstünlük verilir. Bəzən damar yanaşması üçün 

politetrafl oretilendən hazırlanmış damar protezi istifadə olunur. Dializ 



73

müalicəsinə hazırlığın əsas şərti xəstələrin QIDS, hepatit viruslarına görə 

yoxlanılması, B hepatitinə qarşı  vaksinasiya olunmasıdır. 

Böyrək  əvəzedici müalicəyə imkanı olmayan XBÇ-nin ağır 

mərhələsində  konservativ müalicə aparılır. Konservativ müalicənin 

köməyi ilə XBÇ-nin gedişində müvəqqəti də olsa, müsbət nəticələr 

əldə etmək mümkündür.

Böyrək disfunksiyasının bərpa olunması, ağır elektrolit poz-

ğunluqlarının aradan qaldırılması  nəinki inkişaf etmiş XBÇ-nin 

proqres etməsinin qarşısını alır, hətta onun geriyə dönməsinə nail 

olmağa imkan verir.

Yaşlı  xəstələr HD-i yaxşı keçirəcəklərinə ümid etmədikdə 

konservativ müalicəyə üstünlük verirlər.

İnkişaf etmiş XBÇ-nin konservativ müalicəsi müsbət terapevtik 

seçim olub, dializ müalicəsinin həyatın keyfi yyətini yaxşılaşdır-

madığı və ya onu uzatmadığı xəstələrə aparılır. İnkişaf etmiş XBÇ

böyük yaş, yanaşı  xəstəliklər xəstələri konservativ müalicə seçimi 

etməyə sövq edir. Çünki:

– yaşlı  xəstələrdə kompensator proseslərin hissəvi bərpası nis-

bətən yaxşı baş verir;

– HD-yə qarşı əsassız qorxu və depressiya xəstələri konservativ 

müalicəyə yönəldir;

– HD namizədliyinin sərhədində olan, həyatın keyfi yyətinin yax-

şılaşacağına və onun uzanacağına tam əmin olmayan xəstələrdə də 

seçim çətinliyi dializin xeyrinə olmur.

İnkişaf etmiş  mərhələlərdə XBÇ konservativ müalicəsi bəzən 

gözlənilməz effekti verməklə keyfi yyətli həyatın davam olunmasına 

kömək edir. Konservativ müalicə ancaq simptomların və  ağır 

vəziyyətlərin aradan qaldırılmasına yönəlmir, o həmçinin gələcəkdə 

proqress  əldə edə bilən XBÇ, onun ağırlaşmalarının və yanaşı 

xəstəliklərin qarşısını alır.

Konservativ müalicənin prinsipləri:

– zülalın, kaliumin, fosfatların pəhrizdə YFS səviyyəsinə uyğun 

olaraq adekvat miqdarda qəbulu;



Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 


74

Dializ

– AT-nin nəzarətdə saxlanması, onun yüksəlməsinin və çox 

enməsinin qarşısını almaq;

– su-duz və qələvi-turşu müvazinətini saxlamaq;

– böyrək mənşəli anemiyanın qarşısının alınması;

– hiperparatireozun korreksiyası;

– mədə-bağırsaq traktından azot mübadiləsinin son məhsullarını 

bədəndən çıxaran dərmanların və proseduraların təyini;

– kəskin infeksion ağırlaşmaların müalicəsi;

– bütün nefrotoksik dərmanlardan imtina etmək;

– nefrotoksiklik və polifarmasiyadan qaçmaq üçün daimi olaraq 

bütün dərmanları qiymətləndirmək (məs.: QSİƏP,  koksiblər, AÇFİ, 

ARB, artıq miqdarda vitamin D), böyrək ekskresiyası qabiliyyətinə 

uyğun gəlməyən dərmanlar (məs.: allopurinol, diqoksin) və başqa 

əks göstəriş olan dərmanlar (məs.: metformin – lakto asidoz riski);

–  böyrək disfunksiyalarının kəskin nəticələrinin sürəkli bərpasın-

dan qaçmaq, o cümlədən hüceyrəxarici maye pozğunluqlarının və 

AT bərpası;

– antidepressantlar;

disesteziyada karbamazepin, narahat ayaqlar olduqda qaba-

pentin, hıçqırmada xlorpromazin, uremik miokloniyada klonazepam 

tövsiyə olunur;

– daxilə soda bikarbonat;

analgetik dərmanlar;

– daima müxtəlif tibb sahəsi mütəxəssislərinin məsləhətini təşkil 

etmək.


Terminal XBX-nin dializsiz müalicəsinin şərtləri:

– dializin müalicədə xeyirli olmayacağının aşkar olunması;

– böyrək disfunksiyalarının bərpasının mümkünlüyü aşkar lan-

dıqda;


– simptomları müalicə etdikdə;

– ağır elektrolit pozğunluğunu müalicə etdikdə;




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə