14
Dializ
Qısa müddət ərzində Skribnerin artero-venoz şuntunun müxtəlif
variantları işlənib kliniki təcrübədə istifadə olundu, müxtəlif
sahələr üzrə elmi axtarışlar aparılmağa başlandı, respublikanın
bütün rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında
və Dağlıq Qarabağda rayonlararası elmi-praktiki konfranslarda
məruzələr edilir, xəstələrə məsləhətlər verilir, lazım gəldikdə onlar
müalicə üçün Bakıya – Böyrək Mərkəzinə köçürülürdü. Bütün
bunlarla yanaşı, Bakı şəhərinin bütün klinikalarında kəskin və xronik
böyrək çatışmazlığı olan xəstələrə məsləhətlər verir, lazım gəldikdə
onlar hemodializ müalicəsinə köçürülürdülər.
Qısa müddətdə hemodializ müalicəsinə və böyrəkköçürməyə
göstərişlər və əks-göstərişlər metodiki töv
siyələri hazırlandı və
müzakirə olundu.
İlk açıldıqda Böyrək Mərkəzində SSRİ-də istehsal olunmuş
«АИП-140» və ABŞ istehsalı olan “Sweden” fi rmasının 4 yerlik,
1972-ci ildən 8 yerlik “süni böyrək” cihazları qurulmuşdu (şəkil
1.1, 1.2).
Şəkil 1.1. “АИП” süni böyrək cihazının işə hazırlanması (1971-ci il)
15
Fəsil 1. Dializin tarixi
Şəkil 1.2. Hemodializ zalı. ABŞ-da istehsal olunmuş “Sweden” fi rmasının
süni böyrək cihazları (1972-ci il)
Sonuncu cihaz ilə istifadə olunan “Kiil” hemodializatorları hər
dəfə hemodializ aparmaq üçün yenidən yığılmalı idi və bu da xü-
susi bilik və bacarıq tələb edən texniklər tərəfi ndən hazırlanırdı.
İlk texnik o zaman Azərbaycan Tibb İnstitutunun tələbəsi, sonra
şöbə nin əməkdaşı, t.e.n. Ramiz Əliyev olmuşdur. O dövrün hemo-
dializatorlarının qanı təmizləmə effekti az olduğu üçün xəstəyə
aparılan hemodializ prosedurasının müddəti indiki kimi 3–5 saat
yox, 9–10 saat davam edirdi. Beləliklə, xəstələrə hemodializ həftədə
2–3 dəfə və hər dəfə 9–10 saat aparılırdı (18–30 saat/həftə).
16 noyabr 1971-ci ildə Azərbaycan səhiyyəsi üçün tarixi bir
hadisə baş verdi, çünki bu gün ilk böyrək transplantasiyası
əməliyyatı həyata keçirildi. Bir ildən çox müddətdə proqram
hemodializ kliniki təcrübədə müvəffəqiyyətlə tətbiq olunduqdan
sonra və aparılmış dıgər hazırlıq işləri sayəsində Böyrək Mərkəzində
16
Dializ
bütün Qafqaz ölkələrində və Yaxın Şərqdə ilk dəfə xroniki böyrək
çatışmazlığı diaqnozu ilə proqram hemodializ müalicəsini alan
ağır xəstəyə meyitdən götürülmüş donor böyrəklə müvəffəqiyyətli
transplantasiya əməliyyatı aparıldı. Qısa müddət ərzində daha 18
xəstəyə böyrək transplantasiyası əməliyyatları yerinə yetirildi.
Bütün xəstələr Böyrək Mərkəzində transplantasiyaya hazırlanmış
və əməliyyatdan sonrakı dövrdə, birinci gündən həmin şöbədə
müşahidə və müalicə olunurdular. Böyrəkköçürmə əməliyyati böyük
təşkilatı işlərin qurulmasını tələb etsə də, bu çətin işin mərkəzində
dayanan və bütün həkim briqadalarının işini koordinasiya edən
nefroloji briqada olduğu üçün bu kitabın müəllifl əri nefroloji
briqadada aparıcı mütəxəssislər kimi işin əsas yükünü üzər ilərində
daşımışlar. Böyrək köçürülməsinin Azərbaycanda təşkilinə görə bir
qrup əməkdaşlar Azərbaycan Respublikası Dövlət mükafatına və
Lenin komsomolu mükafatına layiq görülmüşdülər.
Mərkəzdə yeni elmi problemlər öz həlli yollarını tapırdı. Xroniki və
kəskin böyrək çatışmazlığı zamanı ürək-damar sisteminin vəziyyəti
(Mehman Ağayev) (şəkil 1.3), oksidləşmə-reduksiya proseslərinin
pozğunluqları (Sultan Əliyev), tənəffüs sisteminin vəziyyəti (Fuad
Əliyev), hemodializin ağırlaşmaları (Fuad Sultanov), mərkəzi
hemodinamikanın dəyişiklikləri (Cəbrayıl Zeynalov), uşaqlarda
böyrək çatışmazlığının gedişinin xüsusiyyətləri (Rüfət Məmmədov),
mikrosirkulyasiyanın vəziyyəti (İlham Həmidov) kimi elmi
problemlər müasir səviyyədə tədqiq olunurdu. Elmi araş dırmalar
nəticəsində XBÇ ilə ağırlaşmış sidik turşulu mənşəəli böyrəkdaşı
xəstəliyi zamanı hemodializin aparılması kiçik ölçülü daşların
böyrək və sidik yollarından əməliyyatsız xaric olması və ehtiyac
olduqla hemodializ aparıldıqdan sonra vəziyyətləri yaxşılaşmış
xəstələrə cərrahi əməliyyatın aparılmasının metodikası işlənib
hazırlandı (Ramiz Əliyev).
17
Fəsil 1. Dializin tarixi
Şəkil 1.3. Hemodializ zamanı ürək-damar sisteminin müayinəsi (1972-ci il)
1975-ci ildə elmi işlərin geniş həcminə görə RKUX-un Böyrək-
köçürmə və hemodializ şöbəsinin bazasında Elmi Tədqiqat Kliniki
və Eksperimental Təbabət İnstitutunun tərkibində “Hemodializ
və böyrəkköçürmə” elmi tədqiqat laboratoriyası təşkil olundu
(laboratoriyanın ilk müdiri t.e.n. Pavel Malkov təyin olunur). Sultan
Əliyevin təşkilati işə keçməsi ilə əlaqədar Böyrəkköçürmə və hemo-
dializ şöbəsinin müdiri Mehman Ağayev seçilir. Sonra şöbə müdiri
Cəbrayıl Zeynalov və Fariz Babayev seçildilər.
Aparılan elmi tədqiqatlar 300-dən artıq elmi məqalələrdə nəşr
olundu və aşağıdakı
dissertasiyalar hazırlanıb müdafi ə olundu
:
1. Mehman Ağayev – Kəskin və xronik böyrək çatışmazlığı
zamanı ürək-damar sisteminin vəziyyəti, Baki – 1975, t.e.n.
2. Pavel Malkov – Xroniki böyrək çatışmazlığı, Moskva –1977,
t.e.d.
3. Sultan Əliyev – Kəskin və xroniki böyrək çatışmazlığı zamanı