Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə24/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   20   21   22   23   24   25   26   27   ...   120

85

Anemiyanın müalicəsi

Nefrogen anemiya 4 əsas patogenetik səbəbdən baş verdiyi üçün 

müalicə tədbirləri onlara qarşı yönəldilir:

– Endogen eritropoetinin qıtlığını aradan qaldırmaq;

– Dəmirin bədəndəki qıtlığını aradan qaldırmaq;

– Uremik zərdabda eritrositlərin həyat dövrünün azalması baş 

verdiyi üçün bədənin adekvat dializlə effektiv depurasiyasını təmin 

etmək;


– Eitropoezin inhibitorlarının peyda olmasının qarşısını adekvat 

dializlə almaq. 

Anemiya miokardda və başqa parenximatoz orqanlarda ağır 

dəyişikliklərə səbəb olur, odur ki, onun korreksiyası dializə qədərki 

mərhələdən aparılmalıdır. Bunun üçün rekombinant eritropoetindən  

istifadə olunur. Hemoqlobinin səviyyəsinin 110 q/l-dən aşağı düşməsi 

eritropoetinin təyin olunmasına göstəriş sayılır. Eritropoetin istifadə 

olunduqda dəmirin bədəndə funksional qıtlığı başlayır, ona görə 

dəmir mübadiləsinin  əsas göstəricilərinin (ferritinin səviyyəsi və 

transferrinin doyma %) qan zərdabında təyini vacibdir. Dəmirin 

funksional və mütləq qıtlığını aradan qaldırmaq üçün bədənə daxilə 

və parenteral yolla (vena daxilinə) dəmir preparatları  yeridilir      

(şəkil 3.1).

XBÇ zamanı dəmirə olan tələbatın hesablanması. Hemoqlobinin 

səviyyəsini 10 q/l yüksəltmək üçün 150 mq dəmir lazım olduğunu 

nəzərə alaraq aşağıdakı düstur ilə  dəmirə olan tələbat hesablanır 

(Grutzmacher P et al., 1992):

Dəmirə olan ehtiyac (mq) = 150 x (115 – ilkin Hb q/l), 

burada 115 – hədəf Hb q/l , hematokrit 35% olduqda.

Başqa formulaya görə  də  bədənin dəmir ilə doydurulmasının 

dozasının hesablamaq olar (P.A.Ford və D.H.Henry, 1996):

Dəmirin dozası = P x 2,3 x (15 – Hb) + 500,

Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 



86

Dializ

Burada:  dəmirin dozası – dəmirin kurs dozası, mq; P – bədən 

çəkisi, kq; Hb – hemoqlobin, q/dl.

İlk növbədə daxilə qəbul olunan dəmir preparatlarından istifadə 

olunur. Adətən preparatlar 200 mq/gün dozada, 2–3 qəbula verilir. 

Entral yolla verilən əsas dəmir preparatları:

– dəmir qlyukonat (12% elementar dəmir);

– dəmir sulfat (20% elementar dəmir);

– dəmir fumarat (33% elementar dəmir).

Dəmir qlükonat, yaxud sulfatın yan təsirləri nisbətən çoxdur, odur 

ki, dəmir fumarata üstünlük verilir. 

Dəmir preparatlarının enteral yolla qəbulundan sonra qanda dəmir 

göstəriciləri yaxşılaşmadıqda, yaxud preparatlara qarşı arzuolunmaz 

reaksiyalar olduqda dəmir preparatları vena daxilinə tətbiq edilir. 

Anemiyanın müalicəsi üçün dəmir preparatları ilə yanaşı, 

rekombinant eritropoetin preparatlarından (EPO) istifadə olunur. 

Amma bu zaman xəstələrdə Fe, fol turşusu və vitamin B

12

 



səviyyələrini normaya çatdırmaq lazım gəlir. Dializonu dövrdə 

EPO müalicəsinə 25–30% xəstələrin ehtiyacı olur. Xəstələrdə EPO 

müalicəsi ilə anemiya aradan qaldırıldıqdan sonra onların fi ziki yükə 

qarşı tolerantlığı artır, stenokardiya tutmaları tezliyi, sol mədəciyin 

hipertrofi yası  dərəcəsi azalır,  əqli fəaliyyət və  həyatın keyfi yyəti 

yüksəlir, seksual disfunksiya tezliyi azalır, qadinlarda hamilə qal-

maq tezliyi artır, ömür uzanır.

Qeyd olunanları  nəzərə alaraq EPO preparatlarının tətbiqi, 

həmçinin də, XBÇ-nin ən ağır fəsadı olan uremik  kardiomiopatiya-

nın qarşısını alan profi laktik tədbir sayılmalıdır. 

EPO tətbiqindən sonra uşaqlarda XBÇ nəticəsində ləngimiş fi ziki 

inkişaf yaxşılaşır, boy artır və böyrək çatışmazlığının inkişaf tempi 

azalır.



87

Şəkil 3.1Anemiyanın və onun müalicə nəticələrinin 

qiymətləndirilməsi alqoritmi

Fe – dəmir, TD% – transferinin doyma%, ZF – zərdab ferritini, ÜDS – ürək-

damar simptomları, EPO – eritropoetin preparatları, Hb – hemoqlobin

Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 



88

Dializ

XBÇ-nin konservativ müalicə mərhələsində EPO müalicəsi ancaq 

anemiyanı aradan qaldırmaq üçün, yəni Hb və Het göstəricilərini 

yaxşılaşdırmaq üçün aparılmır, bu həm də xəstəliyin kliniki gedişi 

göstəricinin yaxşılaşmasına görə edilir. Konservativ müalicə 

mərhələsində venadaxılı  dəmir preparatlarının yeridilməsi 40% 

xəstələrdə Hb səviyyəsinin  əhəmiyyətli dərəcədə yüksəlməsinə 

səbəb olur. Hb səviyyəsinin yüksəlmədiyi hallarda bu xəstələrə də 

EPO müalicəsi aparmaq lazım gəlir.

Anemiyanın ürək-damar sistemi, mərkəzi sinir sistemi (MSS) 

tərəfi ndən  əlamətləri müşahidə edildikdə EPO müalicəsi hətta 

hematokritin 29–30% göstəricilərində aparılır. Kliniki nəzarət 

məqsədilə  xəstələrin  fi ziki  yükə davamlılığı  nəzərə alınır. EPO 

istifadə olunmasının əsas, mütləq əks-göstərişi  nəzarət olunmayan 

yüksək AH sayılır.

Dializönü dövrdə EPO

Dializönü dövrdə EPO müalicəsi dializ xəstələrinə nisbətən 

kiçik dozada (20–100 v/kq) həftədə 1 dəfə, dəri altına yeridilir. 

Hematokrit göstəricisi 30–35%-ə çatdırıldıqdan və anemiya 

simptomları aradan götürüldükdən sonra xəstə saxlayıcı dozaya (2 

dəfə az doza) keçirilir. Müalicə prosesində  dəmir mübadiləsinin 

göstəriciləri (zərdab ferritinin səviyyəsi, transferrinin doyma 

dərəcəsi %, hipoxrom eritrositlərin %) nəzarət edilir. Əksər hallarda 

EPO terapiyası  nəticəsində  bədəndə funksional dəmir qıtlığı baş 

verir, ona görə daxilə  dəmir fumarat, yaxud dəmir sulfat, adətən, 

vitamin C ilə birlikdə təyin olunur. XBÇ zamanı dəmirin MBT-dən 

sorulmasının pozulması müşahidə edildiyi üçün, o, vena daxilinə 

yeridilir. EPO müalicəsi zamanı AT ciddi nəzarət olunmalıdır, çünki 

EPO müalicəsi nəticəsində müşahidə olunan hipertoniya XBÇ-nin 

proqress etməsinə səbəb olur. Digər tərəfdən,  nəzərə alınmalıdır ki, 

AÇFİ istifadə olunduqda EPO preparatlarına tələbat artır.




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə