Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə32/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   28   29   30   31   32   33   34   35   ...   120

116

Dializ

sürəti və dializatorun klirensinin münasibətini ifadə edən əyriliyin 

hündürlüyünü təyin edir və ml/dəq ilə ölçülür (şəkil 4.4).

  

Səkil 4.4. K



o

A dializatorun effektivliyini göstərən funksiya olub, qanın 

nominal cərəyanı (Qq) ilə qan suyundakı sidik cövhərinin klirensinin (K) 

münasibətidir 

Adi keçiriciliyə malik dializatorların sidik cövhəri üçün K

O

A-  



nı vitro göstəricisi 500–700 ml/dəq olur, yüksək keçiricilikli 

dializatorlar üçün 700 ml/dəq-dən çox olur. Beləliklə, hər hansı 

dializatorun klirensi verilmiş məlum qan və dializat cərəyanı üçün 

məlumdursa onda riyazi  yolla klirensin piki, yaxud K

o

A hesablana 



bilər. K

o

A internetdə olan xüsusi kalkulyatorların köməyi ilə  də 



hesalana bilər (Urea kinetic modeling calculators – http://www/

hdcn.com/hd/ukmcalc.htm).




117

Fəsil 4. Hemodializ

Molekul kütləsinin diffuzion klirensə təsiri

Kütləsi böyük olan molekullar məhlulda aşağı sürətlə hərəkət edir, 

ona görə də membrandan pis diffuziya olunur. Əgər molekul kütləsi 

60 D olan sidik cövhəri 75% diffuziya edirsə, molekul kütləsi 113 

D olan kreatinin 60% diffuziya yolu ilə dializator vasitəsi ilə qandan 

çıxarılır. Molekul kütləsi daha böyük olan vitamin B

12

 (1335D)  25% 



və 200 ml/dəq qan cərəyanı olduqda klirens 50 ml/ dəq-yə bərabər 

olur.


Çox böyük molekullar – beta-2-mikroqlobulin (B-2-MG) 

(molekul kütləsi 11800 D) standart aşağıkeçiricilikli membranın 

dəliklərindən xaric olmur. Amma yüksəkkeçiricilikli membranlar 

B-2-MG keçirirlər.



B. Ultrafi ltrasiya.

 Dializ zamanı  qəbul olunmuş  və mübadilə 

nəticəsində  bədəndə  əmələ  gəlmiş mayenin bədəndən çıxarılması 

üçün UF tətbiq edilir. Həftədə 3 dəfə HD alan xəstələrin bədənində 

1-4 kq maye ləngiyir, bu da 4 saatlıq dializ vaxtı bədəndən çıxarılır. 

Beləliklə, 0,5-1 l/saat sürətilə mayenin bədəndən çıxarılması lazım 

gəlir.

Sidik cövhərinin xaricolunma göstəricisi.

Sidik cövhərinin enmə  dərəcəsi (urea reduction rate – URR) 

sidik cövhərinin aşağı düşmə faizi olub dializin adekvatlığını 

qiymətləndirmək üçün istifadə olunur. Hesablanması: dializə qədər 

sidik cövhəri 60 mq/dl, sonra 18 mq/dl olduqda, sidik cövhərinin 

aşağı düşmə dərəcəsi (60-18)/60 = 42/60 = 0,70. URR faizlə ifadə 

olunduğu üçün bizim misalda 70% olacaqdır.

Təkpul  Kt/V (single-pool Kt/V) təyini.

HD adekvatlığını qiymətləndirmək üçün Kt/V təkpul (single-pul) 

göstəricisindən istifadə olunur. İlk dəfə bu üsul ilə hemodializin 

adekvatlığının hesablanması konsepsiyası Gotch və Sargent (1985) 

tərəfi ndən tətbiq olunmuşdur. Sp Kt/V sidik cövhərinin fraksiya 

olunmuş klirensini əks edir.

K – dializatorun sidik cövhərinə görə klirensi, l/saat;  t – pro se-



118

Dializ

dur a nın davamiyyəti, saat; V – sidik cövhərinin həll olub yayıldığı 

həcm (bədən suyu), l.

Sp Kt/V 1,0 bərabər olduqda bir prosedura zamanı  təmizlənən 

qanın miqdarı (V) bərabər olması deməkdir. Sidik cövhərinin həll 

olduğu bütün bədən mayesinin miqdarı 70 kq çəkisi olan şəxs üçün 

təqribən 40 l olur.

URR və Sp Kt/V arasındakı əlaqəni aydınlaşdırmaq üçün hipotetik 

olaraq təsəvvür edək ki, qan bir dəfə dializatordan keçdikdən sonra 

sidik cövhərindən tam təmizlənir. Əgər qan dövranı 170 ml/dəq. olsa, 

onda 1 saat ərzində 10 l qan dializatordan keçməli olur və təmizlənir 

- K=10 l/saat. Orta hesabla insan bədənində 40 l su olduğunu nəzərə 

alsaq (V=40 l), onda K×t=40 l olacaqdır. Deməli, bütün bədəndə 

olan suyun hipotetik olaraq dializatordan keçib təmizlənməsi üçün 

4 saat dializ müddəti lazım olacaqdır. Beləliklə, Kt/V=1,0 olacaqdır. 

Hazırda dializin adekvatlığını  təmin etmək üçün Kt/V=1-1,2-dən 

az olmaması tövsiyə olunur. Çünki Kt/V göstəricisinin proqnostik 

əhəmiyyəti vardır. Standart hemodializin effektivliyini artırmaq 

üçün dializatordan keçən qanın sürətini artırmaq yolu ilə yox, dializ 

müddətinin uzadılması hesabına  əldə etmək tövsiyə olunur. Ona 



görə əksər nefroloqların fi krinə əsasən həftəlik dializ müddəti 12–

15 saatdan az olmamalıdır. Dializ rejimi 9–10 saata endirildikdə 

xəstələrin ölümü 12% artır. Qəbul olunmuşdur ki, Kt/V<0,9 olduqda 

dializ keyfi yyətsizliyi, qeyri-adekvatlığı ortaya çıxır.

Kt/V-ni hesablamaq üçün bədəndə olan suyun miqdarı xüsusi 

nomoqramın köməyi ilə tapılır, yaxud təxminən bədən çəkisinin 

60% götürülür.

Təkpul Kt/V-ni hesablamaq üçün Daugirdas (1995) düsturundan 

istifadə olunur:



Təkpul Kt/V = -ln(R – 0,008 x t) + (4 – 3,5 x R) x 0,55UF/V, 

Burada t – proseduranın davamiyyəti, saat; UF – dializ vaxtı 

çıxarılan mayenin miqdarı, l; V – sidik cövhərinin dializdən sonrakı 

yayıldığı  həcm, l; 0,008 x R–sidik cövhərinin dializdən sonra/




119

Fəsil 4. Hemodializ

əvvəl münasibəti, R – sidik cövhərinin generasiyasını nəzərə alır və 

proseduranın davamiyyətindən asılıdır.

Rikoşet (rebound) effekti.

 Dializ zamanı sidik cövhərinin 

səviyyəsinin birdən güclü düşməsi sidik cövhərinin çıxması  urea 

inbound, dializ prosedurasından sonra sidik cövhərinin qayıtması, 

rikoşeti urea rebound adlanır. Qeyd olunan fenomenlər sidik 

cövhərinin hipotetik sekvestrasiya etmiş kameralarda (çoxkameralı 

model) paylanması ilə izah olunur.

Ekvilibrasiya etmis Kt/V (eKt/V).

 Rikoşet nəticəsində sidik 

cövhərinin səviyyəsinin artması 30 – 60 dəq-yə baş verir.Bu dövrdə 

dializdən sonrakı zərdab sidik cövhərini (ZSC) təyin edib “həqiqi”, 

yaxud ekvilibrə olunmuş URR tapılır. Bu tapılan URR dializ 

qurtaran kimi qanda təyin olunmuş sidik cövhəri səviyyəsinə əsasən 

hesablanmış URR-dən az olur. Ekvilibrə olunmuş URR-ə  əsasən 

ekvilibrə olunmuş Kt/V hesablanır.



 Zülalın katabolizmi dərəcəsi.

  Zülalın katobolizmi dərəcəsi 

(protein catabolic rate – PCR)  hemodializin effektivliyini göstərən 

ən mühüm göstəricilərdən olub, URR və Kt/V ilə bir sırada qoyulur. 

PCR göstəricisi yüksək olan xəstələrdə yüksək yaşama göstəricisi 

və az xəstələnmə müşahidə olunur. PCR-i tapmaq üçün Kt/V məlum 

olan xəstədə həftənin birinci günü dializönü karbamid təyin olunur 

(göstərici mq% ilə ifadə olunur). Sonra Daugirdas və Depner 

nomoqrammasının köməyi ilə PCR tapılır (şəkil 4.5). 

PCR göstəricisi dializarası dövrdə sidik cövhərinin artma dərəcəsi 

ilə düz korrelyasiya edir və aşağıdakı formula ilə hesablana bilər:

                    

 PCR = 0,32 (0,02 x  ðkarbamid, mmol/l) 

ðkarbamid – karbamidin keçən dializdən sonrakı göstərici ilə 

hazırki dializönü karbamidin göstəricisi arasındakı fərqdir. 

Zülalın qəbulu, mənimsənilməsi və katabolizminin hemodializ 

xəstələrinin yaşaması üçün prinsipial əhəmiyyəti vardır. 

Adətən, PCR göstəricisi 1,2  q/kq/gün  və ondan yüksək olmalıdır.



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə