100
Dializ
membrana – periton əsas yer tutur. Bəzi halda BƏT kimi periton dializi
seçilir, bu zaman əməliyyatdan 1 ay əvvəl xüsusi cərrahi əməliyyat
yolu ilə periton boşluğuna yumşaq kateter qoyulur. Bu kateter
vasitəsi ilə xəstənin periton boşluğu xüsusi tərkibli steril məhlul ilə
doldurulur, bu məhlula qanda olan toksinlər və metabolitlər keçir.
Bir neçə saatdan sonra məhlul qarın boşluğundan çıxarılır, beləliklə,
məhlulda həll olmuş maddələr də bədəndən çıxır (şəkil 3.3).
Şəkil 3.3. Periton dializi. A – məhlulun periton boşluğuna yeridilməsi;
B – ekspozisiyadan sonra məhlulun çıxarılması
Belə əməliyyatı xəstə evdə müstəqil şəkildə özü və ya qohumların
köməyi ilə aparır, yəni gündə 3–5 dəfə qarın boşluğundakı mayeni
yenisilə dəyişir. Məhlulun dəyişilməsi çox sadə əməliyyat olub 20
dəqiqə çəkir. Bu əməliyyatı aparmaq üçün xüsusi bilik, təcrübə
tələb olunmur, amma gigiyenik və aseptik qaydalara riayət etmək
lazım gəlir. Bəzi xəstələr periton dializinə üstünlük verirlər, çünki
bu zaman özlərini daha sərbəst, azad hiss edirlər. Ölkəmizin ucqar
A
B
101
bölgələrində periton dializinin BƏT kimi tətbiqi daha əlverişlidir.
Amma hələlik istehsalın təşkil olunmadığı üçün məhlulların xarici
ölkələrdən gətirilməsi səbəbindən onların bahalığı və həkimlərin
informasiyasızlığı üsulun yayılmasına mane olur.
Hemodializ.
Qanın (hemo-qan, dializ-təmizləmə) xüsusi fi ltrin
(dializator) köməyi ilə yarımkeçirici membran vasitəsi ilə təmizlənməsi
prosesidir. Cihaz cərrahi əməliyyat vasitəsi ilə yaradılmış xüsusi
damar yolunu (fi stulanı) xüsusi iynə ilə punksiya edirək qan dövranına
birləşdilir. Boru sistemi ilə qan dializatora təmizlənmək üçün daxil olur.
Bu zaman xəstənin qanının müəyyən hissəsi (200–300 ml) bədəndən
xaricdə olur, fasiləsiz olaraq dövr edir, zərərli maddələrdən təmizlənir,
və sonda orqanizmin qan dövranına qayıdır (şəkil 3.4).
Standart olaraq dializ proqramı, adətən, həftədə 3 dəfə 4 saat davam
edir və bu proqram hemodializ və ya periodik hemodializ, yaxud xronik
hemodializ adlanır. Əksər xəstələr həftədə 3 dəfə xüsusi şöbələrə –
Hemodializ Mərkəzlərinə gələrək bu əməliyyatı ambulator qəbul
edirlər. Xəstə düzgün göstərişlə hemodializə seçilirsə o, illərlə və ya 10
illərlə müalicə ala bilir və dializin köməyi ilə dolğun bir həyat yaşayır.
Əgər xəstə ona tövsiyə olunan rejimə əməl edirsə və tibbi məsləhətləri
ye ri nə ye tirirsə, iş qabiliyyətini də saxlayır. Dializ xəstələrinin rea-
bilitasiyası nın əsas şərtlərindən biri onların vaxtında aktiv müalicəyə
göndərilməsidir. Bundan başqa, bu insanların ailədə lazımi qayğı və
diqqətlə əhatə olunması da vacib şərtlərdən sayılmalıdır
Xəstələr razı olduqda 3–6 ay dializ müalicəsindən sonra böyrək
transplantasiyasına göndərilirlər. Bu dövrdə xəstələrin vəziyyəti
yaxşılaşır, onlar hərtərəfl i müayinə olunur və əks-göstəriş olmadıqda
böyrək köçürmə əməliyyatı yerinə yetirilir. Xəstələrə dializ apar ma-
dan böyrəkköçürmə əməliyyatı ancaq çox yaxşı qurulmuş təşkilati
işlər sayəsində aparıla bilər. Bu zaman da bəzi halda böyrəkköçürmə
əməliyyatından sonra transplantasiya olunmuş böyrəyin funksiyası
bərpa olunmursa xəstələrə hemodializin aparılması mümkündür.
Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi
102
Dializ
Şəkil 3.4. Hemodializ
Proqram hemodializə göstərişlər.
XBÇ zamanı proqram hemodializə (PH) göstərişlər:
1. Kreatinin böyrək klirensi 10–15 ml/dəq/1,73 m
2
-dən
az;
2. Sidik cövhərinin böyrək klirensi 7 ml/dəq/1,73 m
2
-dən az;
3. Qanda kreatinin səviyyəsi 600–700 mk mol/l-dən yüksək;
4. Qanda kaliumun səviyyəsinin 6,5 mmol/l-dən yüksək;
Aşağıdakı kliniki əlamətlərin birinin olması:
– uremiya simptomları;
– hiperhidratasiya, nəzarət olunmayan AH, xroniki ürək ça tış-
mazlığı, başlayan ağciyər ödemi;
– proqress edən uremik neyropatiya;
– metabolik asidoz, dekompensasiyaya uğradıqda;
– uremik perikardit, uremik prekoma;
– zülal-enerji çatışmazlığı (malnutrition), hiperkatabolizm.
103
Proqram hemodializə nisbi əks göstərişlər:
1. Bədxassəli şişlər;
2. UİX, miokard infarktı, ürək çatışmazlığı;
3. Xroniki hepatitin dekompensasiya mərhələsi, qaraciyər serrozu;
4. Ağciyərin obstruktiv xəstəlikləri, aktiv vərəm;
5. Baş beyin damarlarının zədələnməsi;
6. Psixiki xəstəliklər (şizofreniya, epilepsiya, psixoz və s.);
7. Qan xəstəlikləri (aplastik anemiya, leykoz və s.);
8. Aşağı intellekt səviyyəsi, sosial reabilitasiyaya marağın ol ma-
ması (alkoqolik, narkoman, evsiz avaralar);
9. Sinir sisteminin ağır xəstəlikləri;
10. Antikoaqulyant yeritdikdə massiv qanaxmanın yüksək riski
olan xəstələr (uşaqlıq fi broması, Mellori-Veys sindromu, mədə və 12
barmaq bağırsaq xorası). Ürək və magistral damarların anevrizması.
Qeyd etmək lazımdır ki, XBÇ ilə olan və proqram hemodializə
potensial ehtiyacı olan xəstələrin vaxtında nefroloqun məsləhətinə
göndərilməməsi nəticəsində xəstəliyin kliniki gedişinin ağır şə-
kil aldığı zaman xəstəyə hemodializ müalicəsinin kömək gös-
tə rəcəyinə təminat vermək mümkün olmur. Ona görə də xəstənin
nefroloqun məsləhətinə vaxtında göndərilməsi çox vacibdir, çünki bu
mütəxəssislərlə görülən tədbirlər nəticəsində, dializönü dövrdə XBÇ-
nin ağırlaşmalarını aradan qaldırmaq imkanını verir. Digər tərəfdən,
hemodializ müalicəsinə göstərişi düzgün təyin etmədikdə xəstələrin
vəziyyətinin daha da pisləşməsinə və fatal sonluğun tezləşməsinə
səbəb olur.
BXX-nin erkən mərhələlərindən başlayaraq böyrəklərin əsas
zədələnmə səbəbi aşkar olunur və nefroprotensiya tədbirləri aparılır
və xəstələrdə hər mərhələdə meydana çıxa bilən ağırlaşmalar müali-
cə olunur və onlar dializ müalicəsinə mümkün qədər başqa orqan və
sistemlərdə az pozğunluqlar ilə çatdırılırlar (şəkil 3.5). Bu xəstələrin
tam tibbi və sosial reabilitasiyasına imkan verməklə yanaşı, həyatın
keyfi yyətinin yaxşılaşmasına səbəb olur.
Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi
Dostları ilə paylaş: |