104
Dializ
Səkil 3.5. BXX xəstələrinin hemodializə hazırlanmasının cədvəli
Hemofi ltrasiya.
Hemodializ apardıqda qandan əsasən kiçik
molekulyar kütləyə malik maddələr yaxşı təmizlənirlər. Belə ki,
əgər kiçik kütləli maddələrin, məsələn, sidik cövhərinin, kreatininin,
sidik turşusunun (müvafi q olaraq molekulyar kütləsi 60, 113, 168
daltondur) klirensi 60–140 ml/dəqiqədirsə, böyük kütləli maddələrin
(1500–5000 dalton) klirensi 2–5 ml/dəq-yə enir, odur ki, hemodializ
bunları bədəndən təmizləmir. Son zamanlar yüksək keçiriciliyə
malik membranların ixtira edilməsi qandan böyük kütləli zəhərli
maddələri də (molekulyar kütləsi 1500–5000 dalton) xaric etmək
105
imkanı vermişdir. Bu membranların köməyi ilə aparılan əməliyyat
hemofi ltrasiya adlanır. Hemofi ltrasiya qanın maye hissəsinin və onda
həll olmuş kiçik və orta molekulların hidrostatik təzyiq nəticəsində
yarımkeçirici membrandan ultrafi ltrasiya olunmasıdır. Ayrılmış
məhlulun yerinə xəstənin orqanizminə Ringer məhlulu və yaxud
başqa məhlullar yeridilir. Hemofi ltrasiya üçün yüksək hermetik və
xüsusi membran ilə təchiz olunmuş hemofi ltrlərdən istifadə olunur.
Əməliyyat zamanı transmembran təzyiq 500 mm civə sütununa çata
bilər və ultrafi ltrat 70–80 ml/dəq sürətlə ayrılır. 4–5 saat davam edən
hemofi ltrasiya zamanı bədəndən 18–20 l maye çıxarılır və bədənə o
qədər əvəzedici məhlullar yeridilir.
Son illərdə hemofi ltrasiyadan ürək çatışmazlığında və nefrotik
sindrom nəticəsində hiperhidratasiyanı aradan qaldırmaq üçün
istifadə olunur. Bəzən hemofi ltrasiya kəskin böyrək çatışmazlığı və
zəhərlənmələrin müalicəsində də müvəffəqiyyətlə tətbiq olunur.
Hemosorbsiya.
Qanın xüsusi üsul ilə hazırlanmış kömürdən
keçirilməsi əməliyyatı hemosorbsiya adlanır. Bu zaman qandakı
müxtəlif toksik maddələri xaric etmək üçün qanı aktivləşdirilmiş
kömür olan xüsusi kalonkalardan keçirərək təmizləyirlər. Hemo-
sorbsiya zamanı əsasən qandan «orta molekullu» maddələr təmizlənir.
Ona görə XBÇ-nin müalicəsində hemosorbsiya hemodializlə
kombinə olunur. Bundan başqa, hemosorbsiya kəskin böyrək,
qaraciyər çatışmazlığında, endogen və ekzogen intoksikasiyalarda
və sair xəstəliklərdə tətbiq edilir.
Plazmaferez.
Qanın plazma hissəsinin ayrılmasına plazmaferez
deyilir. Əməliyyat xüsusi cihazın və hemofi ltrlərin köməyi ilə
aparılır. O iki üsulla tətbiq olunur: kaskad və fraksion üsulları ilə.
Plazmaferez kəskin və xronik böyrək çatışmazlığında, kəskin və
xronik qlomerulonefritdə, qan və sinir sistemi xəstəliklərində və s.
müvəffəqiyyətlə istifadə olunur.
Böyrəkköçürmə.
Transplantant böyrəyin diri donordan və ya
meyitdən götürülərək, XBÇ-nin müalicəsi məqsədi ilə xəstə-resipi-
Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi
106
Dializ
en tin bədəninə qoyulmsı böyrəkköçürmə adlanır. Böyrəkköçürmədən
sonra həyatın keyfi yyəti periton dializi və hemodializ müalicəsində
olan xəstələrin həyatının keyfi yyətindən və reabilitasiya dərəcəsindən
yüksək olur. Dıgər tərəfdən, bu üsul həmçinin nisbətən ucuz başa
gəldiyi üçün XBÇ müalicə üsulları arasında ən yaxşı seçim sayılır
(fəsil 13).
Adətən, sol böyrək sağ qalça çuxuruna yerləşdirilir. Böyrək venası
ilə ümumi qalça venası arasında uc-yan, böyrək arteriyası ilə ümumi
qalça arteriyası arasında uc-yan anastomoz yaradılır. Sidik axarı
sidik kisəsinə xarici ureterosistoneostomiya üsulu ilə birləşdirilir
(şəkil 3.6).
Şəkil 3.6. Böyrəkköçürmə zamanı damar anastomozlarının sxemi
107
Fəsil 4. Hemodializ
Fəsil 4
Hemodializ
Ə
vəzedici müalicə kimi XBÇ zamanı hemodializ (HD),
periton dializi (PD) və böyrək transplantasiyası tətbiq edilir.
HD prinsipi.
HD “süni böyrək” cihazının köməyi ilə aparılır
və normal böyrəyin hemostatik funksiyalarını müyyən qədər əvəz
edir. Cihaz dializ məhlulunu hazırlayan qurğudan, ekstrakorporal
qan dövranı konturundan, heparinin durulaşdırılmış məhlulunu in-
fu ziya edən nasosdan və birdəfəlik dializatordan ibarət olur. Azot
müba diləsinin son məhsulları, elektrolitlər dializatorun yarım keçi ri-
ci membranından diffuziya yolu ilə eliminasiya edilir, dövran edən
qanın həcminə, hemodinamikaya nəzarət, dehidratasiya ultra fi ltra-
siya vasitəsilə aparılır. Dializ məhlulunda olan bufer metabolik
asidoza nəzarət edir. HD böyrək AH müalicəsi üçün də effektivdir
(şəkil 4.1).
Şəkil 4.1. HD zamanı qanın və dializ məhlulunun yarımkeçirici membranın
müxtəlif tərəfl ərində əks istiqamətlərdə axını (qarşı-qarşıya axın)
108
Dializ
Dializatorda əks istiqamətlərdə axın qanda kiçik molekulyar
kütləli maddələrin (KMKM) maksimum çıxarılmasını təmin edir.
Yarımkeçirici membran ancaq KMKM və suyu xaric edir.
Suyu keçiriciliyinə, sidik cövhərinin və ortamolekul maddələrin
klirensinə görə dializatorlar aşağı keçiricilikli (low-fl ux) və
yüksəkkeçiricilikli (high-fl ux) olmaqla iki qrupa bölünürlər. Su
və orta ölçülü molekullar üçün çox yüksək keçiriciliyə malik olan
dializatorlara hemofi ltrlər deyilir. “Süni böyrək” cihazını xəstənin
qan dövranına birləşdirmək üçün damar yolu yaradılır: kəskin böyrək
çatışmazlığı (KBÇ) zamanı – müvəqqəti (körpücükaltı, vidaci, bud
venasına kateterin qoyulması), XBÇ zamanı – daimi (arteriovenoz
şunt, arteriovenoz (AV) fi stula) istifadə olunur.
4.1. HD klassifi kasiyası
Kəskin HD.
Böyrək çatışmazlığı zamanı qısa müddətli hemo-
dializ və daimi dializ üsulları tətbiq edilir. Axırıncı aşağı qan cərəya-
nı daimi heparinizasiya ilə bir neçə gün aparılır. Bu üsul hətta qeyri-
stabil hemodinamika olduqda belə, dehidratasiyanı, sidik cövhəri və
elektrolitlərin yüksək klirensini təmin edir.
Daimi arteriovenoz hemofi ltrasiya (DAV-HF) bud arteriyası və
venasına kateter qoyulmaqla aparılır, çıxarılmış qanın maye hissəsi
xüsusi məhlullarla əvəz olunur.
Daimi arteriovenoz hemodializ (DAV-HD) DAV-HF kimi aparılır,
amma əvəzedici məhlul lazım olmur.
Daimi vena-venoz hemofi ltrasiya (DVV-HF)–bud və ya vidaci
venaya kateter qoyulur – AT aşağı olanda aparılır.
Daimi vena-venoz hemodializ (DVV-HD) aparmaq üçün yüksək
keçiricilikli hemodiafi ltrlərdən istifadə olunur.
Albuminli dializ (molekulyar absorbsion – resirkulyar sistem
– MARS) – kəskin qaraciyər – böyrək çatışmazlığı zamanı tətbiq
edilir. MARS üsulunun əsasında hemodiafi ltrasiya aparmaqla
tərkibinə albumin qatılmış dializ məhlulu istifadə olunur. Üsul suda
Dostları ilə paylaş: |