Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə27/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   23   24   25   26   27   28   29   30   ...   120

96

Dializ

α-blokatorların istifadəsi zamanı xəstələrdə postural hipotenziya, 

baş gicəllənməsi, yuxululuq, ağızda quruluq, seksual disfuksiya 

müşahidə oluna bilər.



Angiotenzin  II reseptorların (AT

1

 reseptorlar) blokatorları. 

Bu qrup preparatlar angiotenzin II təsirini  həyata keçirən AT

1A

 və 


AT

1B

 reseptorları blokada edirlər. Bu qrupa daxil olan dərmanlar 3.6 



saylı cədvəldə verilmişdir.                                                                 

Cədvəl 3.6

BH müalicəsində istifadə olunan angiotenzin II

reseptorlarının blokatorları

Preparat


Doza, mq

Gündəlik qəbulu, dəfə

Lozartan (Kozaar)

50-100


1-2

Valsartan

80

1

Kandesartan*



4-6-8

1

*Kandesartan öd ilə də xaric olur

Bu qrup preparatların nefroprotektiv rolu yüksək qiymətləndirilir 

(M.Martinez Maldonado, 2001), amma iqtisadi cəhətdən isə diuretiklər

AÇFİ, KA, β-blokatorlar daha cəlbedicidirlər (A.İ.Martınov və b., 

2001).


Xəstələrdə böyrək xəstəliklərinin klinik təzahürlərinə görə BH-

nin müalicəsində hipotenziv preparatların müxtəlif kombinasiyaları 

tərəfi mizdən işlənmiş və tətbiq olunmuşdur. Bütün  kombinasiyalar 

əksər hallarda ilgək diuretikləri fonunda aparılır (cədvəl  3.7)               

və hipotenziv preparatların istifadəsi alqoritmi hazırlanmışdır                   

(şəkil 3.1).

                                                                                                 



97

Cədvəl 3.7

XBÇ etiologiyası və kliniki xüsusiyyətindən asılı olan 

hipotenziv terapiya

 

XBÇ etiologiyası və 

xüsusiyyəti

Əks-göstərişdir

Göstərişdir

ÜİX


Qanqlioblokatorlar, 

PV

BAB, KKB, 



nitroqliserin

Böyrəyin işemik 

xəstəliyi

AÇFİ, ARB

BAB, KKB, PV

Xroniki ürək 

çatışmazlığı

Qeyri-selektiv BAB, 

KKB

İlgək diuretikləri, 



spironolakton,

AÇFİ, BAB, karvedilol

DN

Tiazid diuretiklər, 



spironolakton, 

qeyri-selektiv BAB, 

qanqlioblokatorlar, 

metildopa 

İlgək diuretikləri, 

AÇFİ, ARB, KKB, 

moksonidin, nebivolol, 

karvedilol

Podaqrik nefropatiya Tiazid diuretiklər

AÇFİ, ARB, BAB, 

ilgək diuretikləri, KKB

Prostat vəzinin xoş- 

xassəli hiperplaziyası

Qanqlioblokatorlar

Alfa-adrenoblokatorlar

Siklosporin 

nefropatiyası

İlgək, tiazid 

diuretikləri, AÇFİ

KKB, spironolakton, 

BAB

Hiperparatireoz 



nəzarət olunmayan 

hiperkalsiyemiya ilə

Tiazid diuretiklər, 

BAB


İlgəg diuretukləri, 

KKB


Qeyd: ÜİX –ürəyin işemik xəstəliyi, PV – periferik vazodilatatorlar, BAB – 

beta-adrenoblokatorlar, KKB – kalsium kanal blokatorları, AÇFİ – angiotenzini 

çevirən fermentin inhibitorları, ARB – angiotenzin İİ reseptorlarının blokatorları, 

DN – diabetik nefropatiya.   

I kombinasiya  – AÇFİ + β-blokatorlar – 50 yaşdan aşağı olan 

xəstələrdə, taxikardiyada,  ürək çatışmazlığı olmadıqda tətbiq olunur.



Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 


98

Dializ

II kombinasiya – AÇFİ + KA – bradikardiya, şəkərli diabet 

(verapamil) və yaşlı xəstələrdə istifadə edilir.

III  kombinasiya – AÇFİ + α-blokatorlar - arterial hipertoniyanın 

prostat vəzin xoşxassəli hiperplaziyası ilə müştərək təsadüfl ərində 

istifadə edilir.

IV kombinasiya – AÇFİ + angiotenzin II reseptorları blokatorları 

– başqa hipotenziv dərmanlar effektsiz olduqda tətbiq olunur.

Hipertonik krizlərdə nifedipin 10 mq dozada dilin altına 

qoyulmaqla istifadə olunur, lazım olduqda 15 dəqiqədən sonra təkrar 

edilir. 

Şəkil. 3.2. XBÇ zamanı AH müalicəsi alqoritmi.




99

Beləliklə, çoxillik təcrübələrə  əsaslanaraq qeyd edirik ki, 

BH müalicə sxemləri nəinki yüksək AH nəzarətdə saxlamağa 

imkan verir, həmçinin böyrək xəstəliklərinin müalicə  nəticələrini 

yaxşılaşdırmaqla XBÇ-nin sürətli inkişaf tempinin qarşısını alır.

İnfeksion ağırlaşmaların müalicəsi

Antibakterial müalicə apardıqda böyrəklərin qalıq funksiyalarını 

qorumaq üçün əsasən qaraciyərdə metabolizmə  uğrayan anti-

biotiklərdən istifadə olunur. Nefrotoksik antibiotiklərdən istifadə 

olunmur. Başqa antibiotiklərin dozası YFS görə hesablanır.

3.2. Böyrək əvəzedici terapiya

XBÇ-nin müalicəsi iki qrup üsulların köməyi ilə aparılır:

1. Konservativ müalicə üsulları;

2. Aktiv müalicə üsulları və ya böyrək əvəzedici terapiya (BƏT).

Konservativ müalicə üsulları  pəhriz, medikamentoz vasitələr, 

dərman bitkiləri, fi zioterapevtik, sanator-kurort müalicələrini əhatə 

edir. Bu üsullar YFS-nin 15 ml/dəqiqədən yüksək olduğu zaman 

tətbiq olunur.

BƏT böyrəklərin funksiyasının ağır zədələnməsi zamanı, yəni 

YFS 15 ml/dəq-dən aşağı endikdə tətbiq edilir.

Hazırda XBÇ-nin müalicəsi üçün BƏT kimi hemodializ və periton 

dializi, həmçinin böyrəkköçürmə  tətbiq olunur. Periton dializi yeni 

doğulmuş  və kiçik uşaqlarda, ağır ürək-damar sistemi xəstəlikləri, 

damar yolu problemi olduqda (şəkərli diabet nəticəsində inkişaf edən 

XBÇ), azad hərəkət lazım olan insanlarda tətbiq olunur. Tez-tez peritonit 

və xəstələrin fi ziki cəhətdən zəifl iyi periton dializindən imtinaya səbəb 

ola bilər.  Əksər hallarda XBÇ olan xəstələrin müalicəsində proqram 

hemodializdən istifadə olunur.  



Periton dializi. Bədənin təmizlənmə prosesində böyrəklərlə 

yanaşı, başqa orqanlar da iştirak edir. Belə orqanlar arasında 

qarın boşluğunu içəridən və bütün qarın boşluğu orqanlarını örtən 

Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə