Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə35/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   31   32   33   34   35   36   37   38   ...   120

128

Dializ

Dializ məhlulu.

 Bikarbonat dializ məhlulunun standart tərkibi 

cədvəldə verilir (cədvəl 4.3). 

Cədvəl 4.3

Standart bikarbonat dializ məhlulunun tərkibi

Komponentlər

Qatılığı, mekv/l

Natrium


135 – 145

Kalium


0 – 4,0

Kalsium


2,5 – 3,5

Maqnezium

0,5 – 0,75

Xlor


98 – 124 

Asetat


2 – 4 

Bikarbonat

30 – 40 

Dekstroza

11

P

CO2



, mm c.süt.

40 – 110 

pH

7,1 – 7,3 



Bu tərkib situasiyadan asılı olaraq dəyişilə bilər. Kalsium, 

maqnezium və bikarbonatın yüksək konsentrasiyası  nəticəsində 

kalsium karbonat  və maqnezium karbonatın çökməsi (presipitasiyası) 

baş verir. Bunun baş verməməsi üçün məhlul iki komponentdə 

hazırlanır: bikarbonat (A), turşu (B). Axırıncı kiçik miqdarda süd, 

sirkə ya limon turşusu və natrium, xlor, kalium, dekstroza, kalsium, 

maqneziumdan ibarət olur. Cihaz təmiz su, A və B məhlullarını 

qarışdırır və son nəticədə pH 7,0-7,4 olan məhlul alınır, kalsium və 

maqnezium həll olmuş vəziyyətdə qalır.

Hazırda quru (toz) konsentratlardan dializönü (eks-tempore) 

məhlul hazırlamağı da tövsiyə edirlər.

Hemodializ üçün sistem (“süni böyrək” cihazı).

  Müasir 

hemodializ cihazı qan üçün nasosdan, dializ məhlulunu xüsusi 

proporsiya ilə durulaşdırmaq üçün sistemdən və  xəstənin təh lü-

kəsizliyini təmin edən monitorlardan ibarətdir.




129

Fəsil 4. Hemodializ

Qan nasosu qanı dializatora qovur və ordan da xəstənin bədəninə 

qaytarır, 350–500 ml/dəq qan dövranı yarada bilir.

Dializ'>Dializ məhlulunun hazırlanması.

 Dializ məhlulunun hazır-

lanmasının iki sistemi vardır. Mərkəzi sistemdə bütün dializ məhlulu 

mərkəzi cihazda maye konsentratı su ilə qarışdırmaqla hazırlanır 

və bütün çarpayıyanı konsollara verilir. İndividual sistemdə  hər 

dializ cihazı özünün xüsusi məhlulunu hazırlayır. Mərkəzi sistemin 

üstünlüyü ucuz olması və az əmək tələb etməsidir. İndividual sistem 

isə hər xəstə üçün lazım olan tərkibdə dializ məhlulu hazırlayır.

Hər iki sistemdə dializ məhlulu 35–37°C qızdırılaraq dializatora 

verilir. Qızdırılmış suda mənfi  təzyiq yaratmaqla deqazasiya aparılır.

Ultrafi ltrasiyanı  təmin etmək üçün dializatora qədər dializat 

borusuna sıxac və dializatordan sonra nasos qoyulur. Belə quruluş 

dializat sistemində  mənfi   təzyiq yaradır və bunun hesabına ultra-

fi ltrasiya aparmağa imkan verir.



Dezinfeksiya.

  Hər proseduradan sonra cihaz yuyulur. Dezin-

feksiya üçün isti hidrogen peroksid məhlulu istifadə olunur, amma 

əvvəl sirkə ya limon turşusu məhlulu ilə yuyulur ki, karbonat 

çöküntüləri və borulardakı pərdə təmizlənsin. Başqa dezinfektantlar 

da istifadə oluna bilər.



Nəzarət sistemi.

 Təhlükəsizliyin nəzarət sistemi  dializ aparılması 

üçün aparatların əsas tərkib hissəsidir (şəkil 4.8). 

– Təzyiq monitoru arterial və venoz borulara qoyulur;

– venoz boruda hava detektoru və sıxac;

– dializ məhlulun keçiriciliyi;

– dializ məhlulun temperaturu, t 42°C-dən yuxarı qalxması hemo-

li zə səbəb olur;

yan keçən qapaq;

– qanın dializata axması detektoru və sıxac;

– dializatın çıxışında təzyiq transmembran (TMT) ölçməyə imkan 

verir;


– heparin nasosu.


130

Dializ

Səkil 4.8. Hemodializ zamanı xəstənin təhlükəsizliyinə nəzarət 

edən monitorların yerləşdirilməsi

Cihazın əlavə imkanları:

– bikarbonatın tənzim olunması;

– Na konsentrasiyasının dəyişdirilməsi;

– UF-a nəzarət olunması;

– UF-un proqramlaşdırılması;

– sidik cövhərinin dializatda nəzarəti (online Kt/V monitoru);

– qanın temperaturunun nəzarəti modulu;

– damar yolunda resirkulyasiyanın və qan dövranının ölçülməsi;

– Het monitoru;



131

Fəsil 4. Hemodializ

– klirensin online monitoru;

– təkiynəli dializ.

Beləliklə, müasir dializ aparatlarında xəstələrin vəziyyətinin 

nəzarət sisteminin və  təhlükəsizliyinin təmin olunmasının daim 

təkmilləşdirilməsi HD proseduralarını daha cəlbedici edir.




132

Dializ

Fəsil 5

 

Dializ üçün damar yolu

X

BÇ xəstələri üçün damar yolu müvəqqəti və daimi ola bilər. 

Müvəqqəti damar yolu bir neçə saatdan (bir dializ üçün) bir 

neçə aya qədər (AV fi stulanın “yetişməsinə” qədər) davam edə bilər. 

Müvəqqəti yol dəridən hər hansı mərkəzi venaya (vidaci, bud, bəzən 

körpücükaltı) kateter qoymaqla alınır. Daimi damar yolu xəstələri 

aylar ya illərlə süni böyrək cihazına qoşmağa imkan verir.

Damar yolu ideal halda uzun  müddətli xəstənin cihaza qoşulma-

sını təmin etməli, ağırlaşmalar verməməlidir. Xəstənin damarlarından 

yaradılmış AV fi stula bu tələbatı ödəyir, 5 illik və daha çox müddətdə 

fəaliyyət göstərir. Süni damar yolları (AV protezlər) düz, əyri, 

həlqəyəbənzər borular olub dəri altında arteriya ilə vena arasında 

anastomoz yaradılaraq yerləşdirilir. Xüsusi göstərişə görə daimi 

kateter kimi, manjet ikidəlikli əyilən silikon kateter və ya iki ədəd  

birdəlikli manjet kateterlərdən də istifadə olunur.

NKF-K DOQİ tövsiyələrinə görə damar yolu kimi, AV fi stula və 

ya protezi əvvəldən formalaşdırmaqla mərkəzi venoz damarların 

kateterizasiyasından minimum az istifadə etmək lazımdır.



5.1. Venoz damar yolu

Müvəqqəti damar yolu.

 Venoz kateterlər kəskin damar yolu 

yaratmaq üçün istifadə olunur:

– KBÇ xəstələri üçün;

– dərman zəhərlənmələrində (hemosorbsiya və ya hemodializ 

aparmaq üçün);

– XBÇ zamanı (təcili dializ lazım olduqda);

– proqram hemodializdə olan xəstələrə (mövcud damar yolunun 

problemləri yarandıqda);

– PD alan xəstələrdə peritonit baş verdikdə;




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə